Mövqe

Artıq 44 gün davam edən Vətən müharibəsindən 1 ildən artıq dövr keçir. ,Qarabağda  Azərbaycan dövlətinin  böyük əzmkarlığı ilə azad edilmiş rayonların  sərhədlərinin möhkəmləndirilməsi, dağıdılmış infrastrukturların layihələndirilməsi    məsələləri ilə məşğul olmağa başlamışdır. İlk olaraq  nəqliyyat, rabitə,  elektrik    enerjisi verilməsi və digər həyati  zəruri  məsələlərin   həlli istiqamətində addımlar atılır.

  Amma atəşkəs  razılığına  baxmayaraq, bu rejim yenə çox həssasdır , yenə atəş səsləri eşidilməkdədir, canlarını himayədarlarının sayəsində güc-bəla  xilas edən ermənilər   əqrəb xislətlərini yenə büruzə verdilər:  Hadrutda, Xocavənddə   diversiya törətmək istədilər, amma  qəhrəman əsgərlərimiz bu dəfə də  onları   darmadağın etdi.  Digər narahatçılıqlar da qalmaqdadır. Məsələn,  sülhməramlıların ərazidə

fəaliyyət üçün istifadə etdikləri xəritədə özbaşına etdikləri düzəlişlər,  seperatçı rejim tərəfindən  qondarma respublikanın əski parçasının  açıq-aşkar  nümayiş etdirilməsi, Araikin tez-tez müəyyən görüşlər keçirməsi, vəzifə təyinatları,  sülhməramlıların sayının artırılması ilə bağlı gəzən söhbətlər, digər bu qəbildən olan məqamlar  həmin narahatlıqlar arasındadır.

Azərbaycan indiyə qədər   3 minə yaxın şəhid verib.  İşğal edilmiş ərazilərdə daş daş üstə qalmayıb. Bu da bəs etmirmiş kimi. əraziləri tərk edərkən  hər yer minalanıb. İndi  bunlardan sonra  ermənilərin hansı üzlə   Xankındinə qayıdırlar?  Təəssüflər ki, qayıdırlar və    Azərbaycan dövlətinə, Azərbaycan xalqına   saymazyanalıq  nümayiş etdirə-etdirə. Məsələn, müxtəlif tədbirlər zamanı  Azərbaycan  ərazisi  olduğu halda,   bizim bayraq  olmur,  amma  bu müharibəyə səbəb olmuş  qondarma qurumun , Ermənistanın bayraqları  yanaşı  nümayiş olunurı,  özü də  Rus sülhməramlısının  gözləri önündə.  Belə sülhməramlılıq olmur. Bizim ölkədə heç Rusiyanın   bayrağı da tankların, maşınların üstündə  bu  şəkildə   nümyiş etdirlməməlidir.  Ya beynəlxalq məzmun ifadə edən BMT-nin bayrağı olmalıdır, ya da sülhməramlı missiyanı yerinə yetirən Türkiyənin bayrağı ilə yanaşı olmalıdır.

Beynəlxalq prinsipləri həyata keçirən tərəf qatillə, cinayətkarlarla əmioğlu kimi görüşürsə, demək bu missiya formal mahiyyət daşıyır. Rusiya üçün əhəmiyyəti yoxdur: Qarabağ Azərbaycanın tərkibində Rusiyanın təsir dairəsində olsun və yaxud Azərbaycanın tərkibində.

Dünya cəmiyyətdəki bütün fəaliyətləri nizamlamaq üçün hədəf müəyyən edir, ölçü müəyyən edir, bunlar Beynəlxalq Vahidlər Sistemi qəbul edib. Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir. Məsələn, qəbul edilib ki, kütlə vahidi – kiloqram(kq), yəni 1 kq qramla ifadə edilsə, 1000 qramdır, 5 ədəd 200 qramlıq kütlə. İndi ölkələr arasında hərə bu vahidi öz istədiyi kimi götürsə, xaos olmayacaqmı və yaxud kimsə başqa ölkəyə hər kq 1000 qr əvəzinə, 1500 qram taxıl göndərəmi? Ona görə də bütün iqtisadi münasibətləri nizamlamaq üçün ETALON Vacibdir, zəruridir. İnsanlar, dövlətlər, xalqlar arasındakı münasibətləri də nizamlamaq üçün münasibətlərin hədəfi mütləq olmalıdır. Bu münasibətlər qanunla, ölkələr arasında qarşılıqlı olaraq qəbul edilən öhdəlik və nizamlamalarla qorunur. Amma hər gün, hər addımbaşı pozulur bu mənəvi ölçülər, insanlığın, cəmiyyətin idarəedilməsində ikili standartlar hökm sürür. Bunu da edən dünyada böyük güc kimi tanınan ölkələrdir. Axı bu nizamla dünya dövr etmək istəmir, insanlar Allahın verdiyi ömür möhlətini ağrısız-acısız yaşamaq istəyir. Dünya nu torpağın üstndə yaşayan bütün insanların ümumi evidir.Onu hamı eyni cavabdehliklə qorumalıdır.Əgər Yer kürəsini okeanda üzən qayığa bənzətsək, bu qayığı hamılıqla qorumasalar, hər ölkənin vətəndaşı bir təhlükəli silah növü kəşf edib burada da sınağın keçirsə, qayıq onları sahilə aparıb çıxaracaqmı?

İnsan zəkası həyatı, dünyanı gözəlləşdirməkdənsə, böyük zaman və əmək bahasına yaradılanları ani vaxtda yerlə-yeksan edən qorxunc silahlar ərsəyə gətirir, koronovirus yaradır…

Günahsız insanlar məhv edilir, analar gözüyaşlı dünyadan köçür. Körpə fidanlar açmadan beşiyində , lap bətndə qanına qərq edilir.

İnsalığı, dünyanı xilas etmək olmazmı, əlbəttə, olar. Bunun üçün həyatı, insanları sevmək lazımdır. Çöldə-bayırda- harda rastlaşsan, körpə uşaqların barmaq yoğunluğundakı boyunlarını, qələmdən də nazik barmaqlarını görmək lazımdır. Onlar böyüklərin mərhəmətinə möhtacdırlar.Uca Allah onlar dünyaya gəlməmişdən əvvəl onların qayğısını çəkmək üçün anasını, atasını göndərir. Hər ata-ana öz uşağını qoruyacaqsa, bu, dünyanın bütün uşaqlarının qorunması demək deyilmi? Amma qanundankənar yollarla yox. İnternetdə 1941-45 -ci illər müharibəsində Dahau, Buhenvald və Osventsim kimi konslagerlərdə qadınları, uşaqları qaz kameralarında yandıranda, asanda, zorlayanda, Berlində yaşadığı binanın qarşısında oynayan uşaqlar, körpələrini gəzdirən analar olan bir şəklə rast gəldim. O, alman anaları, alman uşaqları xoşbəxtdirmi, bəxtəvərdirmi, yox, yox. O vaxt xoşbəxtlik tam xoşbəxtlik olur ki, ətrafındakılar – hamı da xoşbəxtdir.

30 ildən artıqdır torpaqlarımız etməni işğalı altında idi.Bu işğalın əsl tarixi 19-cu əsrin əvvəllərinə uzanır. Ovaxtki çar Rusiyası erməniləri bizim rorpaqlara yerləşdirib , eyni zamanda indi Ermənistan dövlətinin mövcud olduğu ərazilərə. Bütün dünya bunu bilir, amma heç kim etiraz etmir. Əgər ətrafındakı yaratdığı cinayətlərə, qaydasızlıqlara, qanunsuzluqlara sən məhəl qoymursansa, etiraz etmirsənsə, bu dünyadan o yana yer yoxdur ki. Bu ədalətsizliklər axır gəlib o laqeyd qalana da çatacaq. Lap istəyir milyon dəfə vəhşətli gücə malik olsun. Elə öz gücünün içində məhv olacaq. Güclü kimi məhv olacaq.

Güclü olmaq da insanlığın hədəfidir, amma insanlığa qarşı çevrilməsin də. Afrika ölkələrində susuzluqdan qarnı şişən, başı uzanan zavallı uşaların sayı- hesabı yoxdur. Suriyada baş verənlərdən qaçıb canını qurtarmaq istəyənlərdən dəniin sularıa qərq olanlar minlərlədir və s.

Bu müharibələrə çəkilən xərcləri dünyanın gözəlləşməsinə, qorunmasına sərf etmək olmazmı?

Cəmiyyətin ağsaqqala çox ehtiyacı var. Qoy hər ölkədə öz halal zəhmətilə sahibkar olan, getdikcə milyarderə çevrilən insanlar olsun. Müdriklik, iqtisadi imkanlar qoy bir-birini tamamlasın, hərə öz cəmiyyətini, öz ətrafını ağılla, halallıqla idarə etsin.

Bizim torpaqlarımızn ən bərəkətli hissəsinə yerləşdirlən ermənilər bu gün nəinki bizim faciəmizə çevrilib, bu faşistlər regionun, insanlığın faciəsinə çevrilib. Onlar torpaqlarımızın 20 faizini işğal etdilər, Xocalı faciəsini törətdilər. Bu işğal 30 il davam etdi. Qərbi Azərbaycandan 240 mindən artıq soydaşımızı öz ata-baba torpaqlarından vəhşicəsinə qovdular. Qarabağda tək bir Ağdam rayonu onların dərsini verərdi. Onları bu xalqın üstünə qaldıran 100 ilə yaxın tərkibində müttəfiq respublika olduğumuz SSRİ-nin (indiki varisi Rusiya) 366-cı motoatıcı polku oldu. O vaxt Rusiya anındaca bu münaqişənin hüquqi, ədalətli həllini təmin edə bilməzdimi? Bu faciələrdə 30 minə yaxın azərbaycanlı həyatını itirdi. Belə böyüklük olurmu, belə sülhməramlılıq olurmu? Belə böyüklüyün, belə sülhməramlılığın çanağı bir gün mütləq öz başlarında çatlayacaq. Bu insanın yaratdığı nizam, ölçü deyil, Allahın, yaranışın özünün möhür vurduğu nizamdır.

Bizim arxayın olduğumuz Qızıl Moskva bunu etmədi.

Azərbaycan bütün dünyanın, insanlığın rifahı naminə müəyyən edilən bütün göstəricilər üzrə Ermənistanı üstələyir. Azərbaycanın dünya süfrəsinə təqdim etdiyi nemətlər Ermənistanın nemətlərindən də üstündür. Ermənistanın nəyi var ki?

1941-1945-ci illər müharibəsində 600 000 -dən çox həmyerlimiz cəbhədə döyüşüb. Bunların 300 mindən çoxu geri qayıtmadı. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. Təsəvvür edirsinizmi, bu, cəbhəyə nə demək idi? Arxa cəbhədən insanlarımızın göndərdikləri ərzağı, geyimi, pulu da bura əlavə etsək, Azərbaycan xalqı Qələbəyə bütün digər müttəfiq respublikalardan çox töhfə vermişdi. Rusların 366-cı ordusu torpağlmızın, insanlarımızın sinəsinə Xocalı dağı çəkdi, Qarabağ dağı çəkdi.

  Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı