Görkəmli şəxslərin həyatından

Məhəmməd Hadi Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri olmuşdur.

Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonra Hacı Molla Abbasın məktəbində oxumuşdur. 9 yaşında atası vəfat etmiş, anası başqasına ərə getmişdir. Atasının ölümü və qohumlar ümidinə qalması Hadiyə ağır təsir etmişdir.

O, bacıları ilə bərabər nənəsi Teyyibə xanımın himayəsində qalmışdır. Teyyibə xanım onu ərəbcə, farsca oxutmaq, mollalığa hazırlamaq niyyətində idi.

Nənəsinin vəfatından sonra Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən, əmisi oğlunun köməyi ilə ticarət işinə əl atır, ancaq bu iş onun ürəyinə yatmadığından tezliklə tərk etdi. Şamaxı zəlzələsindən sonra (1902) Kürdəmirə köçən M.Hadi orada müəllimlik edir.

Hadi mətbuat aləminə 1905-ci ildə çıxmışdır. “Həyat” qəzetinin 109-cu nömrəsində Hadinin “Lövhi-məkatib” adlı şeiri çap olunmuşdur. Şair bu şeirində bütün misraları “məkatib” sözü ilə başlayır.

Hadi mətbuatdakı şeirləri ilə oxucuların hörmətini qazanmaqda idi. Onu yaxından tanıyan Mustafa Lütfi Həştərxanda “Bürhani-tərəqqi” qəzetini nəşr edirdi və onun Hadi kimi qüdrətli qələm sahibinə böyük ehtiyacı var idi. Onun çağırışına görə Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi “Həyat”, “Füyuzat” və “Bürhani-tərəqqi” qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. M.Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib “Füyuzat” məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. “Füyuzat” qapandıqdan sonra o, “Tazə həyat” və “İttifaq” qəzetlərində işləyir.

1910-cu ildə Hadi, İstanbula gedir, “Tənin” qəzetində Şərq dilləri mütərcimi sifəti ilə çalışır, yazıları ilə də yerli qəzet və məcmuələrdə iştirak edir. Hadinin alovlu bir hiss ilə, tərəqqipərvərlik ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin “Fünun və maarif adlı şeiri Hindistanda, “Həblülmətin” qəzetində farsca tərcümə olunub çap edilmişdi.

1913-cü ildə, hərbi nazirin qəmlu münasibətilə kənardan gələn ziyalılardan şübhələnən Osmanlı hökuməti Hadini də həbsə alır və Səlanikə sürgün edir. Orada da Hadidən şübhələnir, onu incitməyə başlayırlar. Hadi başına gələn ağır fəlakətlərdən sonra 1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. 1915-ci ildə Qafqaz ordusunda feldşeir sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra edir. Cəbhədən yazdığı məktublarından görünür ki, Hadi gecəgündüz yazır, yaradırmış. Hadi cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı tərcümeyi-halını əhatə edən “Sərgüzəşt”ini yazmağa başlamışdı. Müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazmışdır. Qafqaz ordusudan qayıtdıqdan sonra (1918) Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman Hadi maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəq halında çap etdirərək satırdı. Müharibə dəhşətləri şairdə bədbin bir əhvali-ruhiyyəyə səbəb olmuşdu.

M.Hadi 1920-ci ildə Gəncədə vəfat etmişdir.

Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (may 1920) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.

Ata-anadan, ailədən, məhəbbətən, təhsildən məhrum olan və məhrum edilən Məhəmməd Hadi gənc ikən yenidən təhsil almaq eşqinə düşür və maddi kömək üçün hara müraciət edirsə, ağzından vurulur:

Oxumaqçün nə qədər dadü- fəğan etdimsə,

Olmadı zərrə əsərbəxş şu istimdadım.

Dağa dersən, eşidir, sonra verir əksi- səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Məhəmməd Hadi doğma xalqına sonsuz məhəbbət bəsləyirdi. Amma ətrafında baş verənləri, taleyini düşündükcə təəssüf hissi ilə deyirdi:

İmzasını qoymuş miləl övrəqi – həyatə,

Yox millətimin xətti bu imzalar içində.

Məhəmmd Hadinin yaxın dostlarından biri də Abdulla Şaiq idi O, dostu Hadinin içkiyə aludə olduğunu dostcasına özünə söyləyib, içkidən əl çəkməyi tövsiyə edəndə şair mütəəssir halda:

– Eh Şaiq, həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə gözləyirsən? – söyləmiş və acı-acı ağlamışdır.

Bir dəfə Məhəmmməd Hadi yarıkefli halda qəbiristanlıqdan keçirmiş.Uçuq qəbirlərdən birində dişləri ağaran hansısa bir bir kəlləni görmş, oun dirilərə güldüyünü zənn edib, dərin fikrə qərq olmuş, həzin-həzin pıçıldamışdır:

Bu matəmgahi-dünyaya gülürdü sanki ölülər,

Yer üstündə bəşər ağlar, gülər xakə kömülmüşlər.

Şeirlərində qadın azadlığını ehtirasla müdafiə edən Hadi ömrü boyu evlənməyə laqeyd münasibət bəsləmişdir.Şair qohumlarından birinin qızına vurulmuş, qız isə başqasına getmişdir. İlk eşqi Hadinin qəlbində sağalmaz yara açmışdır. Bundan sonra evlənmək haqqında söhbət düşəndə şair deyərmiş:

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı