Mövqe

Ehtiyaclar sonsuzdur. Ətrafımızda baş verənlərdən kütləvi informasiya vasitələrinin imkanları hesabına hamımız haliyik. Mən də haliyəm. Siz necə yaşayırsınız, mən də elə yaşayıram. Bəlkə sizdən də bir az aşağı yaşayıram. Amma buna da min şükür. Bizim üçün ən vacibi müstəqilliyimiz, dövlətçiliyimizi qoruyub saxlamaq olmalıdır, asayişimiz olmalıdır. Evimə gələndə qapıda nəvələrimin məni qarşılaması, onları sağ-salamat görməyim hər şeyi unutdurur…
Haqsızlıqlara, ədalətsizliklərə heç vaxt laqeyd qalmamışam, qalmayacağam da.Həmişə etiraz etdim, münasibət bildirdim: özümlə bağlı olub-olmasından asılı olmayan hallarda da. Amma hüquqi çərçivədə. Bu gün xaricdəki himayədarlarının “yağ-balıyla” bəslənənlərin yalançı vətənpərvərliyi təhlükəlidir. Ölkə rəhbərini, onun övladlarını aşağıladan Sem dayıları məqsədlərinı çatan kimi, bunların boş başlarına ən ucuz güllələrdən birini vurdurtduracaq. Çünki güllə vurdurtduranların devizi demokratiya deyil, onlar demokratiya müdafiəçiləri də deyil. 1830-1962-ci illərdə Əlcəzairdə insanları heyvan kimi qazmalarda saxlayan fransızlar, uzun illər Konqoda vəhşi cəza üsulları ilə müstəmləkəçilik siyasətini aparan brüssellilər indi demokratiya adından necə danışa bilirlər? Belə ölkələr bizm həmvətənimizi öz tərəflərinə çəkib özümüzə qarşı istifadə edirlərsə, elə bilirsiniz həmin satqınlara yaxşı münasibətləri var? Onlar belə adamları deyil, onlardakı satqınlığı, kəlləsizliyi, mənəviyyatsızlığı xoşlayırlar. Hələ gec deyil. Tövbə edin, günahınız yuyun. Vətən size bağışlaya bilər zərərsizləşdiyinizi təsdiq edə bilsəniz, sözünüzlə deyil ha.

İndiki dərs kitablarını bilmirəm, o vaxtlar bizim Ana dili kitabında Abbas Səhhətin “Ayı və Şir” təmsili vardı:
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə;
***
Çeynədilər, dişlədilər, diddilər,
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
***
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.
Yaşdığımız dövr o qədər hərbiləşdirilib ki, siyasıləşdrilib ki, bu gündən sabaha etibar yoxdur. Bəyəilməyən sovet dövründə nəhəng dövlətlər SSM -1, SSM-2 (Strateji Silahları Məhdudlaşdırmaq) haqqında rzılaşma imzalayırdılar.Bu yönümdə mühüm addım atırdılar. Amma indi ən qorxunc silahlara sahib olmaq uğrunda yarış gedir… Məqsəd dünya ağalığı, digər ölkələri özlərinin asılılarına çevirməkdir.
Sanki bizi “Ayı və Şir” təmsilindəki finala yaxınlaşdırırlar.
Bu gün bizim qarşımızda yenicə müstəqilliyini qazanmış, 30 ilə yaxın davam edən erməni işğalından xlas edilmiş Azərbaycan ucalır. Nadir şahdan üzü bu yana işğal edilmiş torpaqlarımızın bir qarışı geri qaytarılmamışdı. Amma siz qəbul etsəniz də, etməsəniz də, torpaqlarımız erməni təcavüzündən məhz İlham Əliyevin liderliyi ilə zəfər döyüşləri ilə azad edildi.
Bu, həm də 3 əsr davam edən erməni mifini darmadağın etdi, özü də biabırçı şəkildə.Bu, həm də Azərbaycanın bu gününü heç vaxt istəməyən güclərə Azərbaycan adından bir xəbərdarlıq idi.
Həmin güclər Azərbaycanın belə uğurunu ağıllarına sığışdıra bilmirdilər.Yoxsa təxribatlarını əvvəldən elə planlaşdırardılar ki, 1-ci Qarabağ savaşındakı kimi, yenə əzilərdik, qırılardıq… Bu zəfər strategiyası çox qısa vaxtda oldu. Əleyhdarlarımız Azərbaycanın necə yüksəldiyini gözlərini indi açıb görə biliblər. Ona görə də indi çalışırlar da ki, ən pis halda, Azərbaycanı 30 il əvvəlki vəziyyətə qaytarsınlar.
Bax, biz belə vəziyyətdəyik. Belə vaxtda yerindən durandan əli əsalı qocalarımıza qədər hamını küçələrə səsləmək, baykota çağırmaq həmin əleyhdarlarımızın içimizdəki sapı özümüzdən olan baltaların əli ilə qurduqları ssenaridir.

Kimdir bu küçələrə səsləyənlər(aralarında 2-3 nəfər istisna olunmaqla), onların danışdıqlarına fikir vermirsinizmi…? Məntiqi, tərbiyəsi bu qədər naqis olan kəs xalqına söz deməyə heç vaxt cürət etməz. Belələri ancaq özü əxlaqda olan insanlara müraciət edir.
…Çıxaq küçələrə, didək, qıraq bir-birimizi.Təmsildəki kimi, tülkü yox ha, tülkülər kənardan pusurlar. Gördülərmi heç birimizin bir-birimizi qırmaqdan daha taqətimiz qalmayıb, o dəqiqə pusqudan çıxıb yenidən hamımızı ham edəcəklər (Allah eləməmiş) Azərbaycanı.
Bu gün bizdən asılı olan məsələ Azərbaycanın uğurlarını davamlı edib, müdafiə məsələlərini ən üstün hala gətirilməsini təmin etmək və bundan sonra dinc həyatı yaşamaq. Problemləri məhz onda tələb etməliyik, ta ədalətli, hüquqi həllini tapıncaya qədər. Xalqına qan udduran məmurlara, seçildikləri vəzifəyə zərrə qədər
yaramayan adamlara mənim də böyük etirazlarım var. Seçim, ölçü, hədəf mütləq etalon kimi olmalıdır. Amma biz bu iradları bizə düşmən Avropa tribunalarından deyil, öz ölkəmizdə etməliyik. İctimai rəylərin demokratik, hüquqi yolla hesaba alınmasına nail olmalıyıq.
O ölkələr komromat toplayır. Ziddiyyətləri müxtəlif yollarla qabartmağa səylər edir. Bir tərəfdən demokratiya adı altında ölkəmizdə itaətsizlik yaratmaq istəyirlər.
Kaş Allah bizi öz əlimizlə öz evimizi yıxanlar cərgəsinə düşməyimizə yol verməyə. Biz öncə xarici təhdidləri dəf etməli, müstəqilliyimizi, sərhədlərimizin toxunulmazlığını tam təmin etməli, daxildəki problemlərin hüquqi, demokratik həllinə yalnız bundan sonra nail olmalıyıq.
Əvvəlcə özümüz yaxşı olmalıyıq, haqq olmalıyıq, sonra bunları tələb etməliyik


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.