Sevgi gözəl bəladır

İnsan yaranışından  özünün əks cinsinə ehtiyacı olub. Bu ehtiyac ona təkcə  fizioloji  tələbatını ödəmək üçün  deyil, həm də həyatına yeni bir  məzmun,  bir yeni ahəng  gətirmək üçün vacib olub.

Fizioloji tələbat, sadəcə,  bu  məzmun və ahəngin davam etməsi üçün prosedur əlaqə   formasıdır.

Qadın insanı yaşadan, mübariz edən,  sevindirən, xoşbəxt edə bilən  bütün duyğularının  yaradıcısıdır, tənzimləyicisidir, mənalandırıcısıdır, hifz edənidir…  Günəşdir, Ülkərdir, Zöhrədir, Sitarədir…

  Deməli,   nə ki dəyərli əlamət və   keyfiyyətlər var, bunların hamısı  Qadın  adlı xilqətlə   eyniləşdirilə bilir.  Belə xilqəti  sevmək necə bəxtiyarlıqmış. Bu bəxtiyarlığı  yaşayanların

  dillərinə gətirmədikləri, kəşf edə bilmədikləri  bir  zirvə var . Sevənlər o zirvəyə  can atmalı, amma  o zirvəyə  çatmamalıdırlar. O zirvəyə çatmaq üçün  məqsədli, birgə mübarizə ilə    gedilən yol zaman baxımından  sevgi ömrüdür. O zirvəyə çatmaq yox,  o sevgi ömrünü  davam etmək lazımdır.

 Bəxtiyar müəllim necə demiş:

Sevdinsə… qanqalı gül biləcəksən.

Hər əsən yarpağa kövrələcəksən.

Sevdinsə… nə dünən, nə də bu günsən.

Sevdinsə… hər zaman sən gələcəksən.

Sevdinsə… bir ömrün ilk sabahısan.

Dünyanın ən böyük xeyirxahısan…

 

Nə yaxşı ki, dünyamız  belə xeyirxahların  ümidinə davam etməkdədir.  Elə bu yazım da bu cür xeyirxahlardan ikisi barəsindədir. Qazax rayonunun  Aslanbəyli  kəndində doğulmuş və Vətən müharibəsi zamanı döyüşlərdə sol ayağını itirən qazimiz,   leytenant Abbas Yusifov və onun həyat yoldaşı barəsində.  Azərbaycanın hər oymağında, hər ailəsində toy çadırları qurulsun, gənclərimiz  səadətə qovuşsunlar. Bu, hər birimizin xeyir-duası.  Amma  Abbas balamızın  toyu tək Aslanbəyli kəndində  eşidilmədi,  Abbasın   can qoyduğu Vətən səmasının  hər  yerinə yayıldı. Həm Abbasa görə, həm də ona əsl Azərbaycan qızının sədaqətliliyini  bəxş etmiş nişanlısına görə.

Onları  bu ana qədər  öz kəndləri, bir qədər digər yerlərdən olan qohum və dostları tanıyıb.  Amma onların şəninə düzənlənən  toyun cövhərini təşkil edən  sevgi tək   Aslanbəyli fəxarəti deyil, bütün   Azərbaycanın  fəxarətudir. Bu nümunənin davam edəcəyimiz gələcək həyat üçün   çox böyük əhəmiyyəti var. Hələ zaman-zaman  bir-birlərini sevəcək gənclərə, onların  valideynlərinə  əhəmiyyəti var.

Həyatın mövcud olması üçün 4 vacib ünsür var…Bu vaciblər, məncə, dəqiq deyil. 4 vacib ünsür varsa, ruzi-bərəkət olacaq, sözüm yoxdur. Bəs sevgi? Sevgi də Allahın bir ruzisidir.Sevgi olmasa, insanlar inanmıram uzunömürlü yaşasın, mənalı yaşasın. Ortaq gözəl adət-ənənələr, qohumluq münasibətləri, yaşamaq üçün bir ölçü-biçi olsun. Biri Fransadakı kimi gözü tutanın birini alacaq, elçilik, toy olmayacaq, üzaçma, ayaqaçma keçirilməyəcək. Müsyö 3-4 aydan, madam sonra çıxıb başqa şəhərdə digər madam tapıb orda gün çeçirəcək, madam da həmçinin.Kim kimlə istəsə, adət-ənənə, əxlaq, böyük-kiçik, el gözü bilmədən, məhəl qoymadan himcimləşəcək . Bu təfəkkürü müəyyən qədər bizim həyata da gətiriblər. Kinolarla, şoularla və s.

Amma bizim baba-nənələr belə yaşamayıblar axı.Bizim nənələr olub ki, həyat yoldaşı cəbhədən gəlməyib, amma onun  nişanlısı  halallığını torpağa gedənə kimi qoruyub və özü ilə torpağa aparıb. Bu mənada, biz həyatın dədə-baba qoyduğu nizamla davam etməsini istəyiriksə, sevgini qorumalıyıq. Pis gözdən, murdar niyyətlərdən, yağışdan, qardan qorumalıyıq…

 Dünyanın hər yerində  sevgi də var, sevən gənclər də var. Amma bizim xalqın  sevgi ruzisindən, onu yetirən, cücərdən gənclərdən  heç yerdə yoxdur.

 Və bunlar ümidləri ölməyə qoymur.Qorumağı öyrətmək, bunu davam etdirməyi əbədi həyat tərzinə çevirmək isə bütün yaşlıların borcu.

Abbas oğlumuz əsgər. Xidmətə getməzdən əvvəl sevdiyi varmış. O, Suqovuşan və Talış istiqamətlərində döyüşlərdə iştirak edib. Sentyabrın 30-da isə döyüşlərin birində minaya düşüb və ayağını itirib.  Kəndinə dönəndə özü nələr düşünüb, insanlar nələr düşünüb,  bunu Allah bilir, bir də o vaxt Abbasın  cevgi taleyi barədə   düşünənlərin özləri.  Yəqin ki, fikirlər heç də birmənalı olmayıb: sevdiyi qız onu atacaqmı,  qızın valideynləri bu nikaha razı olacaqlarmı?  Və baş tutmuş  toy bütün bu tipli gümanları yox etdi.

Eşq olsun belə qızlarımıza, onları  böyüdüb  tərbiyə verən ailələrimizə.

Bu, çox gözəl bir filmin mövzusudur. 50-55 yaşdan yuxarı oxucularımız , yəqin, hind filmlərinin dəb vaxtı “Kəşmirdə məhəbbət” filminə baxıblar. Orda da belə epizod var: oğlan(Qopal) qız (Uşa) bir-birlərini sevir. Təsadüf nəticəsində oğlanın ayağı dizdən aşağı kəsilir. Onda Qopal istəyir ki, sevgisindən  imtina etsin, bir ayaqla Uşanın səadətini heç etməsin.Uşa  Qopala bu  məqamın  onun sevgisinə  heç bir əks təsiri ola bilməyəcəyini desə də,  Qopa da fikrində israrlı idi.  Uşa çarəni özünə qəsd etməkdə görür: gedib taxta kəsən sexdə kötüyün üstə oturur ki, elektrik mişarı onun da ayağını dizdən aşağı götürsün, o da sevgilisi kimi tay qıç olsun. Son anda Qopal özünü çatdırıb,  Uşanı kötüyün üstündən götürür.

Əlbəttə, bu, böyük sədaqətdir. Sevgini qarşısını belə səbəblər ala bilməz və almamalıdır. Bəs bu səbəb ailə qurandan sonra baş versə idi, onlar ayrılmalı idilərmi?

Tərtərdə nişanlısı şəhid olmuş qızımız intihar etdi. Heç kim intihara haqq qazandırmaz.Amma bu intiharı döğuran səbəb çox müqəddəsdir.İdeya olaraq sədaqət, vəfa assosiasiyası doğurur.

Biz belə qızlarımızla fəxr edirik. Biz belə sevgilərimizlə öyünürük.Bu sevginin qarşısında baş əyirik.

Bir vətən əsgərini sevmək, onu xoşbəxt etmək özü Vətənə xidmət deməkdir. Fiziki xəsarət alımış gəncin sevgisinə sadiq qalmaq, bu sevgini gerçəkləşdirmək çoooox mükəmməllikdir, ülviyyətdir, ucalıqdır. Xoşbəxtlik arzulayaq.

Heç vaxt tükənməsin bu dəyərli SEVGİ.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı