Sevgi gözəl bəladır

İnsan həyatı körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri ilə müşayiət olunur. Hər yaş dövrünün öz ahəngi, öz spesifik xüsusiyyətləri var.

Məktəb illəri, ali məktəb həyatı, ilk  əmək fəaliyyətinə başladığın gün. Bunlar hamısı insan ömrünün unudulmazlarıdır.  Bunların hər biri əhəmiyyətlidir və hər birinin   xatirələri  heç vaxt onu  tərk etmir.  Unudulmazların biri də insanın özünün də  bilmədən   birdən  hansısa  əks cinsinə qarşı içində  qəribə hisslərin baş qaldırdığını  hiss etdiyi  gündür.

Kiminin  orta məktəb illərinə təsadüf edir bu  gün, kiminin də  tələbəlik həyatına.  Sonra da  ola biir. Amma  tələbəlikdən sonra  baş qaldıran sevgi hissi   bir qədər   ütülənmiş, qəlibə salınmış sevgi hisləri olur  və daha çox  evlənmə ehtiyacı ərəfəsində  baş qaldırır və    az bir zamanda da  duvaqqapma ilə  başa çatır.

 Amma bir insanın hələ mahiyyətini, niyəsini düz əməlli dərk edə bilməsə də, içində  baş qaldıran  sevgi hissindən danışmaq istəyirik.

 Hüsey Arif necə səmimi  və real ifadə edib bu hissləri:

Bağlar arasında cığırda, izdə,

Məktəbə getdiyim günlər olaydı.

Sıxıla-sıxıla bir qaragözlə

O söhbət etdiyim günlər olaydı.

  Kimsə deməsin ki,  bu şagird  məktəbə təhsil almağa, kamilləşməyə gedir, sevməyə yox. Elə sevgi də kamilləşdirir. Söhbət indi Azərbaycanın  şou kanallarında  şahə qalxan  sevgi çılğınlığından getmir.  

 Onda gərək  ali məktəb həyatı üçün də belə deyək.

 Doğru anlaşıla bilsəm nə yaxşı.  Mən orta məktəblərin yuxarı siniflərindən, eləcə də  tələbəlik həyatının ilk illərində    başlanan    mehribanlığı, səmimiyyəti,  dostluğu  böyük sevgiyə aparan  yol kimi  qəbul edirəm.

Baxır o yolçular  necə  gedəcəklər o yolu.

Səma sonsuz bir kəhkəşandır. Orada  bülbül də qanad çalır, sərçə də Amma bülbül  bülbül kimi, sərçə də sərçə kimi. 

Bəs bu insan oğlu  hansı yaşda sevməli idi? Bunun yeri, zamanı varmı?  Bir çox ölkələrdə  gənclərin ünsiyyət  yarada bilməsi üçün  düşünülmüş   imkanlar, məkanlar ayrılır. Gənclərin özlərinin  hazırlayıb düzənlədiyi müəyyən tədbirlər, görüşlər, səyahət və sair  mədəni-kütləvi  tədbirlər məhz  belə ünsuyyətin məkanı olur. Bizim əxlaqda mühafizəkarlıq  güclü olduğu üçün   biz düşünmüşük ki,  “Atəşgah”a gedəndə də gərək gəncimiz əlində,  yol çantasında  kitab  aparsın, ürəyində, başında yalnız  elmlə bağlı fikirlər olsun.

Niyə belə olmalıdır ki.Biz demirik ki, tarixi, mədəni yerlərə  səyahət edəndə  tələbə gəncimiz sevdiyi qızı   dəstədən ayırıb   kinoteatra aparsın və yaxud  Sahil parkında insanların qınaqla qarşıladığı hərəkətlər etsin.

 Sadəcə, gənclərimizin bir-birlərini tamam-kamal  kəşf edə bilməsi üçün  səyahətin də, keçirdikləri diskussiyanın da  böyük əhəmiyyəti var. Həyatın əzəli-əbədi qanunudur ki, bir qız bir oğlanındır. Amma  bu, bazara  gedəndə gözü parça ilə silinib yaxşıca parıldadılmış  qırmızı almanı seçmək kimi  olmasın gərək. Gənclər gərək özünə  sirdaş, həmdəm seçəcəyi  şəxsi ən xırda təfərrüatlarına qədər kəşf edə bilsin.   Sonra  gec olur.

  Bunu anlayıla qəbul etmək lazımdır.  Gənclərimiz  həyatlarının   bu mərhələsində  sevgiyə tapınmaq istəyirlərsə,  bu sevgiylə ata-analarının, cəmiyyətin  üzünə ağ çıxacaqlarsa,  niyə  xeyir-dua verməyək?

Məhəbbət olmasa, həyat gözəlliyə doğru deyil, dağılıb yox olmağa doğru gedər. Məgər insan özü də sevgidən təcəlla etməyibmi?

Prometey Hefestin emalatxanasından odu oğurlayaraq insanlara verir. İnsanlar da bundan sonra odun köməyi ilə qızınmış və yaşayıb nəsillərini artıra bilmişlər …

 Məhəbbət də  oddur.  İnsanlar onu da   hər zaman qorumuş,  nəsildən-nəslə ötürərək həyatı, insanlığı hifz etmişlər. Ata belindən , ana rəhminə düşən bir yavru uzun bir həyat yolu bu sevgi ilə nəşvü-nüma tapır,  boya-başa çatır, ta onun özünün üzərinə də bu məsuliyyət düşənə kimi. İndi yetkinlik yaşına çatan oğul da, qız da özləri ocaq başına keçməli, sevgi odunu qorumalıdırlar.

İnsanlar sevməyə nə vaxtdan başlamalıdır deyə mütləq vaxt qoymaq , təbii ki,  çətindir və hər yaranana hissi də hələ sevgi  adlandırmaq olmaz.  

Normal halda bir gəncin orta məktəbi bitirməsi, hərbi borcunu yerinə yetirməsi, ali təhsil alması vacibdir . Bunları isə bir gənc üçün ən yaxşı halda, 20- 25 yaşlarda başa gəlir. Zənnimcə,  təbii və məntiqli  nizamdır.

Amma getdikcə sevginin mahiyyəti də, yaş həddi də çox aşınmalara məruz qaldı. Əgər evlənmək yaşından söhbət gedirsə, bu gün erkən yaşlarda ərə verilən qızlarımız, ailə qurulan oğlanlarımız var.

Qızlarımız-oğlanlarımız da var ki, daha çox iqtisadi (ev, iş ) problemlərdən ailə həyatı qurmayıb və atıq vaxt da keçir. Başı “kefə qarışan”, şərqdən vurub qərbdən çıxan gənclərimiz də var ki, canları sulu olan vaxtı “min oyundan” çıxırlar. Bir vaxt vətənə dönüb valideynlərin təkidi ilə ailə qursalar da, onların ailələri mehriban olmur, davamlı, etibarlı olmur. Belələri gözünün, ürəyinin odunu artıq buna kimi neçəsi paylaşıb gələndə sevgi üçün, ailə üçün üzanılı qolları artıq yanlarında olur.

Bir ailənin davamlı, səmimi, xoşbəxt davam etməsi üçün bunlar da vacib şərtlərdir.

Sevgi haqqında bu qədər yazılsa da, insanlar bunlardan kifayət qədər məlumat alsalar da, həyatda görüb-götürsələr də, yenə sapınmalar, soyuqluq, xəyanət kimi hallardan yan keçə bilmirlər. Mühitin, inkişafın, xarici təsirlərin mənəviyyatlara vurduğu xəsarətlərdə insanların özlərinin də laqeydliyi, cavabdehliyi az deyil.

Kütləvi informasiya vasitələrində kriminal xəbərləri izləmək kifayətdir ki, ailə münasibətlərində, sevgidə özünə əməlli-başlı yer etmiş naqislikləri görəsən, yəqin edəsən. Adı çəkiləndə xəcalət təri basan, sıxılan qız indi çimərlikdə müxtəlifi görüntülər paylaşır… şou adı ilə əzalarını açıq-saçıq şəkildə səhnədə nümayiş etdirir. Normal ailə həyatı üçün bunlar ola bilməz axı. Axı bizim xalq, bizim dədə-babalar bu cür davranış, əxlaq tərzini  heç vaxt qəbul etməyib.

Bu gün Milli Sevgililər Günüdür. Dünya sevgi arzulayırıq. Bütün gənclərimiz sevgilərinə, sevdiklərinə qovuşsun.

Əsl sevgi də elə budur: biri üçün doğulursan, uzun zaman əbədi birlikdəlik üçün yol gəlirsən və günlərin birində iki gəncin, iki nəslin arzuları çin olur. Olsun , amandı, həm də uğurlu olsun. Sevgi hər bir ürəyə, hər bir evə səmimiyyət, mehribanlıq, ülviyyət, birlikdəlik gətirsin.

 Sevgi nədir ?
Sevgi dəyər verməkdir,
Sevgi qiymət bilməkdir.
Sevginin dilənçiliyi olmaz ,
Sevgi əmək istər,
Sevmək ürək istər …
Sevgi sevgi istər…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı