Mövqe

Gəncə şəhərində İsmət Qayıbov adına 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd etməsi haqqında internetdə çox yazıldı. İntihara səbəblə bağlı müxtəlif versiylar səsləndirildi. Sonra direktor özü də açıqlama verdi.
Dah sonrası necə oldu, hansı qərara gəldilər, bunu bilməsək də, ba verənlə, madam ki, ictimailəşdirilib, cəmiyyətin diqqətinə çatdırılıb, onda cəmiyyətin də, ayrı-ayrı vətəndaşların da müstəqil olaraq düşnmək, analiz edib nəticəyə gəlmək, fikir bildirmək haqqı var.
Biz hüquqi və demokratik dövlət qurmuşuq. Bu dövləti bütün sahələrdə ciddi islahatlar aparan qətiyyətli Prezident cənab İlham Əliyev idarə edir. Adamı düşündürən də budur ki, bu addımlar bütün cəbhəboyu davam etdirildikcə, belə hadisələr necə baş verə bilər?
Bir şəxs pedaqoji sahənin adamı deyilsə, kənd təsərrüfatı mütəxəssisidirsə, həyatının əhəmiyyətli hissəsini məktəbə, şagirdə, sinif otaqlarıan bağlamış təhsil admına necə rəhbər seçilə bilər? Yaxşı, savadlı mütəxəssisdirsə, kənd təsərrüfatı profile üzrə peşə məktəblərinə, orta ixtisas məktəblərinə direktor təyin edəydilər.
Əgər həmin məktəbdə sonradan elan edildiyi kimi, qanunsuzluqlar baş vermişdisə, müəlliməni direktorluqdan azad etmək addımından öncə, bu faktı araşdıraydılar. Amma ədalətl və obyektiv. Fakt təsdiqini tapardısa, yəqin ki, haqqında qanunvericiliyn əsas verdiyi şəkildə addım atmaq olardı.
Amma bunlar əvvəlcə haqsız yerə azad edirlər, narazılıq yaradırlar, məsələ ictimailəşəndən sonra başlayırlar səbəb axtarmağa, nə iləsə əlaqələndirməyə.
Gəncə şəhəri bizim ikinci böyük və müqəddəs şəhərimizdir.Gəncə müqəddəslər yurdudur. Bu şəhərin təhsil idarəsinə kənd təsərrüfatı mütəxəssisinin rəhbərlik etməzi bu siqlətə heç yaraşmır. Dəfələrlə bubarədə kütləvi informasiya vasitələrində yazılıb, dildə-ağızda belə uyğunsuluqlar haqqında hər zaman söhbətlər gəzir. Son onilliklərdə istər Təhsil Nazirliyinin özündə, istər Bakı şəhəri üzrə Baş Təhsil İdarəsində qeyri-pedaqoji təhsillilərin pedaqoji rəhbər vəzifələrə təyin edilməsi halları müşahidə olunur və bu gün də var
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev 2013-2014-cü illərdə Azərbaycan respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın Fulbright Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib.

Bunu oxuyanlar düşünürəm ki, “Təhsil Dövlət Proqramı” , “ABŞ-ın Fulbright Tələbə Proqramı” yazılıb, yəqin ki, pedaqoji sahədir. Oradakı “Təhsil, tələbə” sözləri istənilən ixtisas sahiblərinin fəaliyyət sahəsinə aiddir: hidroloqa da, zootexnikə də, tərbiyəçiyə də, riyaziyyat müəlliminə də.
Təhsil İarəsinin rəhbərinin internetdəki tərcümeyi-halına fikir verin:
“2013-2014-cü illərdə Azərbaycan respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın Fulbright Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib.
2005-2013-cü illərdə maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən Təhsil Nazirliyində Dünya Bankının Təhsil sektorunun İnkişafı üzrə II layihəsində milli məsləhətçi kimi xidmət göstərib. 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 1 oktyabr tarixli əmri ilə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2020-ci il tarixli, 56 nömrəli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib”.
Baxırsınızmı, kənd təsərrüfatı üzrə ixtisas sahibi olan şəxs tamam başqa sahədə necə sürətlə irəli çəkilir.
Aydınlıq üçün deyim ki, indiki Təhsil Naziri Emin Əmrullayev da 2010–2012-ci illərdə həmin Dövlət Proqramı və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
Bu təkcə müəllimləri deyil, cəmiyyəti narazı salır.
Nüəllim 20-30 il çalışır, təşkilatçı ola bilmir, bunlar kənd təsərrüfatı mütəxəssisini necə sürətlə daha yuxarı səviyyəyə yüksəldirlər.
İndi hadisə baş verəndən sonra Gəncənin Təhsil idarəsi tərəfindən verilən müxtəlif açıqlamalar o qədər də inandırıcı görünmür. Təbii ki, daha yuxarı orqanlar məsələnin obyektiv qiymətini verəcəklər. Çünki bu, tək işdən azad edilmiş bir direktorun həyatına aid deyil, bütün cəmiyətimizə aiddir.

Əgər direktor qanun pozuntuzuna yol vermişdirsə və bu pozuntunun cəzası ancaq vəzifədən uzaqlaşdırmaq idisə, Qanunun müəyyən etdiyi şəkildə işdən azad edəydilər, özlərini bu qədər dilə-dişə salmayaydılar. Onda direktor da narazılıq etməyəcəkdi. Belə etməyiblər, indi də başlayıblar nəticədən sonra səbəb düzəltməyə…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.