Hostalji
Sözləri: Vaqif Səmədoğlu
Musiqisi: Tofiq Quliyev
REC.
Dənizdən, səmadan, soruşdum, kimsən sən?

Bax: https://www.youtube.com/watch?v=tCIFVXaErrs
Dənizdən, səmadan, küləkdən,
Gözlərdən, dillərdən, ürəkdən,
Arzudan, ümiddən, diləkdən
Soruşdum, hamıdan soruşdum…
Nəqarət:
Kimsən sən, kimsən sən?
Soruşdum, kimsən sən.
*****
Qayanın quşqonmaz yerindən,
Dünyanın açılmaz sirrindən,
Küçədən ötənin birindən
Soruşdum bu axşam, soruşdum…
*****
Yerini tapmışam izindən,
Qəlbini görmüşəm gözündən,
Adını öyrəndim özündən,
Bəs, niyə sörüşdüm hamıdan…
REC.
Dənizdən, səmadan, soruşdum, kimsən sən?






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.