Mövqe

Artıq kütləvi informasiya vasitələrində bir-birindən vahiməli, elə sərlövhəsindən adamı ümidsiz edən xəbərlərlə qarşılaşmaq adi hala çevrilib: bir tərəfdən hadisələr çoxdur, bir tərəfdən də informasiya agentlikləri, sayt və sosial şəbəkələr bu çoxluğu həddindən ziyadə artırır.
Pisi də budur ki, belə xəbərləri hər mətbu subyekt öz dərkinə görə tirajlayır. Bir xəbər 20-30 mətbu subyektdə tiraşlanırsa, baş vermişlərdən nəinki Azərbaycanda yaşayanlar, o cümlədən dünyanın hər yerinə səpələnmiş həmvətənlərimiz də xəbərdar olur. Oxuyub ümidsizləşir, ata yurduna dönmək istəmir, gözləri yollara uzanılı qalmış hansısa bir alagözü bəxtəvər etməyə can atmır, qərib yerdə gəncliyin ən gözəl çağlarını bada verir, vətənə bir də əldən, heydən düşəndən sonra dönürlər. Uzun müddət sərhədsiz sərbəstliklər mühitində yaçamış bu insanlar yurda qayıtdıqdan sonra evlənmək istəmirlər, onlara qız bəyəndirmək olmur. Ata-anaların yalvarışlarından sonra evlənsələr də, 2-3 aydan sonra bəxti üzünə gec gülmüş bir qızı ata-anasının üstünə atıb, qayıdırlar nataşaların yanına.
Bu ailələrdə ailə özəllikləri öz məcrasında olmur. Tez-tez narazılıqlar, daha ciddi hadisələr baş verir: vəfasızlıq, növ-növ xəyanətlər, rəng-rəng çaşqınlıqlar və intiharlar…
Jurnalistikadan, Ana dilimizin qayda-qanunlarından, tariximizdən, mədəniyyətimizdən xəbərləri olmayanlar və xəbərdar olduqları ilə yaşadıqları binaların məhəllələrindən mətbu nəşr yaradıblar,informasiya agentliyi, portal, internet televiziyası yaradıblar. 2-3 şairimizin adını çəkə biməyən, ömründə 2 kitab oxumayan, 1 şagird vərəqi esse yaza bilməyən bu cür “jurnalistlər “, “baş redaktorlar” auditoriya qarşısına necə çıxrlar, onlar bu auditoriyanı
necə maarifləndirəcək, hansı əxlaqi-mənəvi dəyərləri aşılayacaqlar? Sanki bu məmləkətin ictimai fikir mühiti hər tərəfdən açıq düzəngahdır, qorunmur, heç bir qalası, qülləsi yoxdur.




Ona görə də bir vaxt səsini yavaşca çıxardan, gedib-gələndə başını aşağı salıb öz yoluyla gedən, tanımadığı şəxslərin yanında geyiminə, oturuşuna-duruşuna fikir verən Azərbaycan qadını bu gün ağlasığmaz addımlar atır: Yeni Yasamal yaşayış kompleksində ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atır, Bakıda Nizami rayonunun ərazisində 15 yaşlı oğlanı döyə-döyə öldürürlər, qadın tanışını bıçaqlayır, oğul anasını öldürür, qardaş bacısını qətlə yetirir və sair, yazası olsaq, sicilləmə bir siyahı yaranacaq.
Hüquq-mühafizə orqanları, əlbəttə, bütün baş vermişləri araşdırıb hüquqi qiymətini verəcək. Amma nə qədər hüquqi tədbirlər görülsə də, qanunu pozmuş şəxsləri həbs etsələr də, etdiyi əməlin çəkisinə görə hansı formada cəzalandırsalar da, belə halların kökünün kəsiləcəyini gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Cəmiyyətin özünün bir hədəfi olmalııdr. Onun ədəbiyyatı, sənəti, mətbuat və televiziyası əlaqələndirilmiş şəkildə bu hədəfə xidmət etməlidir. Hər kəs həmin hədəfə xidmət etməlidir. Gic-giç şəkillər, mövzular paylaşmaqdansa ( belə paylaşmalar var və onlar nəzərdə tutulur), məzmunlu, ideyalı yazılarla əxlaqi dəyərləri qorumaq və yaşatmaq lazımdır.
Bəli, bu gün kütləvi informasiya vasitələrində şou psixologiyası, kriminal xəbərlər üstünlük təşkil edir. Bunlar cəmiyyətdə ciddi rezonas doğurur . Bu rezonansın cəmiyyətdəki rəqslərini nizamlamalı olan bəzi kütləvi informasiya vasitələri , sosial şəbəkələr isə səbatsızlıq nümayiş etdirməkdədir. Kim oldu danışır, kim oldu yazır. Qələm adamı, söz adamı cəmiyyətə söz deməyəMirzə Səfər ( Ə.b.Haqverdiyev – “Mirzə Səfər”), Vidadi( S.Vurğun- “Vaqif”), İsfəndiyar kişi (İsa Muğanna- “Tütək səsi” ) Həkim baba ( “Bir qalanın sirri”- film ) , Səkinə ana ( M.İbrahimov – “Böyük dayaq”) , Məlikə xanım (S.Rəhimov – “Mehman”), Xatun ana ( S.Rəhimov – “Mehman”) , Usta Ramazan ( Mehdi Hüseyn – “Abşeron”), Lalə və Qüdrət İsmayılzadələr ( S.Rəhimov – “Abşeron”) , Mirzə Ruhullah ( N.Həsənzadə – “Natəvan”), Səttarzadə( Mir Cəlal – “Açıq kitab”) kimi yetərli qənaətləri olan ağbirçəkləri, ixtiyar qocaları yox, əksər manşetləri zəbt etmiş şou nümayəndələrini tapıb gətirir.
Ağbirçəklər, müdrik qocalar hamısı həyatla vidalaşıbmı, onların varisləri yoxdurmu?
İnsanlar bu qədər narazılıq edir, iradlar bildirir, amma üzdə olanlar da, ekran və manşetlərdə olanlar da daha çox şou sənətçilərdir.
İllərlə televiziyada, mətbuatda çalışmış peşəkarlar heç bu qədər məşhur deyirlər. Uğurlu ailə taleyi olmayan, ailəsində həmişə razborka, məhkəmə çəkişmələri olan, 2-ci, 3-cü dəfə boşanan, evlənən kimsənin verdiyi öyüdün təsiri, təpəri, urvatı olacaqmı?
Hər kəs öz peşəsinin dalınca getsin. Axı bunların buraxdıqları impulsları normal beyinlər qəbul etmək istəmir.
Kütləyə söz demək savad istəyir, mütaliə istəyir, zəngin leksika istəyir, amma bundan da əfzəl söz deyən adamın zəngin həyat təcrübəsi olmalıdır. Üz tutduğu auditoriyaya nümunə ola biləcək reputasiyası olmalıdır. Yazımızın mövzusundan uzaqlaşa bilərik, odur ki, dərinliyə vara bilmirəm. Bir hacımız qadınların çimərlikdən istifadə etməsi ilə bağlı şəxsi təəssüratlarını bildirib.

Təbii ki, bu qədər həssas mövzu insanlar tərəfindən eyni cürə qarşılana bilməzdi və qarşılanmayıb da… Üstündən heç 2 saat keçməmiş Elşad Miri adlı sigər bir ilahiyyatçı həmin fikrə münasibət bildirib. Fikirlər haçalaşıb, ziddiyyət yaranıb. Hacının yaşını bilmirəm, Amma Eşad Mirinin 42 yaşı yar. Hansı tərəfin mülahiəzələrini qəbul etməyə gəlincə isə, qeyd etməliyəm ki, Hacının fikirləri daha qəbulediləndir.
Hesab edirəm ki, Elçad Mirinin bu mövzuda verdiyi açıqlama yaşına uyğun deyil. İlahiyyatçı olmaq o demək deyil ki, bu şəxs hər nə desə, doğrudur, ədalətlidir, halaldır. Çox yüksək titulu olsa belə, titul “Dədə”. “Ağsaqqal”, “Ağbirçək” olmaq üçün şərt deyil. “Dədə”. “Ağsaqqal”, “Ağbirçək” olmaq üçün gərək bu səviyyəyə uzun bir yol gələsən. Səsdən iti təyyarələrlə, sürət qatarlarla deyil, aram-aram, ahəstə-ahəstə gəlmək lazımdır. 25-30 yaşlı şəxs aristokrat ola bilər, intellekt ola bilər. Amma o, müdrik olmaq üçün ən azından daha 25-30 il də yol keçməlidir.
Elşad Mirinin yazısını tirajlayanlar nə üçün xalqın tanıyıb, səmimiyyətlə də qəbul etdiyi yaşlı nümayəndələrindən, görkəmli kulturoloqlardan, incəsənət adamlarından deyil, nəzəriyyəçi bir gəncdən soruşurlar. Mən demirəm ki, bunlar savadsızdır, əsla. Amma belə mövzular o qədər ciddi, həssas məsələ olduğu üçün məsuliyyət tələb edir. Bu məsuliyyət ideoloji qayğılarımızı daşıyan mətbuatdan və televiziyadan da tələb olunur. Ümumi fikir fonunda Elşad Miri də, daha başqaları da fikir bildirə bilər. Amma bu fikirləri belə formatda cəmiyyətə təqdim etmək doğru deyildi. Dədə Qorqud boylarında fikir vermisinizsə,
Dədə Qorqud boyların hamısında sonda gəlir, qopuz çalır, boy boylayır, soy soylayır,igidlərə ad verir, xeyir-dua ilə boyu qapayır. İndi yaxşı olardı ki, bütün müzakirələrdə, ziddiyyətlərdə millətin “Dədə” , “Baba” kimi tanıyıb qəbul etdiyi şəxslər gəlib fikir bildirəydi, məsələni doğru, düzzgün məcrasına yönəldəydilər. Təəssüf ki, hamı axtarıb tam əksi var onları manşetə çağırır, toy sənətçilərini qabağa çıxarır.
Görünür, belələri yalnız qalmaqal yaratmağa, reytinq uğuru qaznmağa xidmət edir.
İlahiyyatçı Hacı Təyyarın Cebhe.info-ya qadınların toylardakı və çimərlikdəki geyimlərinə münasibət bildirərkən söylədiyi fikirlər heç də səssiz-küysüz ötüşmədi.. Hacının dediklərinin məzmunu bundan ibarətdir ki, qadınlarla kişilərin eyni çimərlikdə olması, bu qədər açıq-saçıqlıq dinimizə görə, məkruhdur. Çimərlik tarixi boyunca bu məsələ müəyyən hüquq və etik çərçivələr hüdudlarında nizamlanıb.





Bəs niyə biz nizamlanmaq istəmirik, belə fikir irəli atanın yerini-göyünü güllələyirlər.
Digər bir ilahiyyatçı – Elşad Miri deyib ki, islamda qadınların çimərliyə getməsi ilə bağlı bir qadağa yoxdur. “Qeyrəti beldən aşağı görən insanların fikirlərinə açıqlama verməyin özü absurd bir yanaşma olar, biabırçılıqdır”. İlahiyyatçı daha sonra bildirib ki, “…Belə yanaşmalar, əlbəttə, insanları dindən uzaqlaşdırır. İnsanların bu günləri ateist və deist olmalarının səbəbi bu cür dar düşüncəli adamların din adı ilə danışıb, insanları dindən soyutmalarıdır”.
Əksinə, Elşad bəyin fikirləri din adına heç yanaşmır.
Hacı Təyyar fikirlərini bir başqa formada ifadə edə bilərdi. Amma onun narahatçılığı topa tutulmamalıdır.
30-40 il bundan əvvəl bu qədər aşınmalar yox idi. Onda dinə bu qədər meydan verilmirdi. Amma aşınmalar da bugünkü kimi deyildi.

Elşad Miri gərək bu mərəzin etiologiyasına nüfuz edəydi.
Bizdə söz demək, irad bildirmək heç görmədim ki, yaxşı qəbul olunsun. Tənqid olunan, fəaliyyətindən və ya fəaliyyətsizliyindən narazılıq edilən kəs, təşkilat həmin andan açıq və ya gizli olaraq tənqid edəni, narazılıq edəni hədəfə alacaq , fürsət düşsə lap atasını da yandıracaq. Onların “mübarizə üsulları” da fəaliyyətləri kimi sağlam olmur.
Kimə irad tuturlar, dərhal onun özünü təqsirkar etməyə çalışır, şantajdan da şəkinmirlər.
Hacının söylədiyi məsələ yeni deyil, yalnız ona məxsus deyil. Cəmiyyətin orta yaşdan yuxarı kəsimi eyni cürə fikirləşir. Bu kəsimə qədər olan hissə isə deyir ki, Braziliyada, Los- Ancelesdə, Almaniyada, Kubada bizdən beşbetərdir, bəs niyə orda belə söhbət yoxdur?
Niyə kişi istədiyini edə bilsin, qadın yox və sair, və ilaxır.
İspaniyada, Fransada, Xorvatiyada, Portuqaliyada, Yunanıstanda, Krımda, İtaliyada, Almaniyada nudistlərin də plyajları var. Bir 20-30 ildən sonra buna da gedəkmi? Həmin ölkələrdə bu söhbət ona görə olmur ki, oradakı qadınlar bizim qadınlar deyil.

Repressiya illərində xalq düşməni elan edilmiş günahsız insanları güllədədilər, qadınlarını da amansız sürgünlərə göndərdilər. Yük vaqonlarında yolboyu nəzarətçilər murder niyyətlərə düşürmüşlər. Əhməd Cavadın qadını əvvəlcədən paltarını qatarın tualetində döşıməyə sürtümüş ki, heç bir alçaq ona yaxın gəlmək istəməsin. Bizim Fərizə qızımızın həyat yoldaşı İlham 20 Yanvar hadisələrində qatil gülləsinə tuş gəlir. Fərizə də intihar edərək həyata vida edir. Təbii ki, o, bird aha evlilik haqqında düşünməyəcəkdi. Amma İlhamdan sonra kimsə onun adını tutub bu qapıya adam göndərə bilməsin. Amma belə şeylər digər ölkələrdə heç bir söz -söhbət yaratmır. Sütlüklər keflərinə gələndə bir damın altında yaşayır, üstündən illər keçir, övladları olur, nikahlarını indi kəsdirirlər. Və yaxud, 1-2 yaşayıb ayrılırlar hərə digər bir başqasını seçir, sonra bunlar yenidən barışıb təkrar nikaha girirlər. Amma bizdə məhkəm ilə ayrılmış ər əvvəlki qadınına qısqanır, onu təqib edir.
Avropa, dünya istəyir ki, Azərbaycanın bu dəyərlərini heç edib, öz səviyyələrinə gətirsinlər. Bizim hörmətli qadınlarımız bunun fərqində olmalıdır. Biz o yeli seçsək, ailə institunu itirməyimiz şəksizdir. Bu qədər şiddətin, intiharların, xəyanətlərin bir ciddi səbəbi də Azərbaycan kişisinin etik görüşləri ilə bağlıdır, mühafizəkarlığıdır. Bunu pis qəbul etməyin. Kişilərlə bağlı əksarqumentlər gətirə bilərsiniz. Onda biz hər iki tərəf üçün faydalı ola biləcək ortanı tapa bilmərik.
Hacı Təyyarın fikirlərinin qrafik təsviri bir qədər yaxşı qəbul edilməsə də, xoşniyyətlidir. Qadınlarımıza həqarət, etimadsızlıq saçmır.

Sivilizasiyalar irəli doğru inkişaf etdikcə, insanların sosial həyatlarındakı həyat tərzi,adət və ənənələrin özü də mükəmməlləşməyə,daha fərqli formaya dəyişilməyə meyilli olmuşdur. Məsələn, insanların sağlamlığını mühafizə etməyə yönəldilmiş tədbirlər sistemidir ki, bunun elmi adı sanitariyadır. Rusiyanın ilk səhiyyə komissarı olmuş Nikolay Semaşko deyib ki, sanitariya mədəniyyəti olmadan, başqa heç bir mədəniyyətdən danışmaq olmaz.
İnsan cəmiyyətinin mövcud olması, davam etməsi , istər fiizki, istərsə də mənəvi cəhətdən sağlam və yetkin olması, ilk növbədə, sanitariya-gigiyena qaydalarının hansı keyfiyyətdə olmasından ciddi şəkildə asılıdır.
Zərərli vərdişlərdən uzaq olmaq, hər gün idmanla məşğul olmaq, sağlam qida, ətraf mühitin təhlükəsizliy, bunlar hamısı sağlam həyat tərzi zəruri şərtləridir.
Hər səhər yuxudan oyandıqda əlləri, üzü, boyunu və qulaqları soyuq su ilə yumaq, dişləri hər gün fırçalamaq, həftədə bir dəfədən az olmayaraq, yayda isə gündə iki dəfə duş qəbul etmək , əlləri tez-tez yumaq və sair.
Bunun adı hamam mədəniyyətidir. Hamam mədəniyyətinin tarixi haqqında dəqiq məlumat olmasa da, ilk hamam nümunələrinin Şərqə mənsub olması haqqında fikirlər var. Bəzi tarixi mənbələrə görə, hamam mədəniyyəti qədim şumerlərdən başlayıb. Şumer kralı Bilqamus onun üçün hazırlanmış məxsusi bir yerdə su ilə yaxalanmasına bəzi mənbələrdə olan məlumatlar bunu təsdiq edir.
Bəzi mənbələr , hətta dəniz hamamlarının 13-cü əsrdən mövcud olduğunu göstərir.
Məşhur səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair olmuş Övliya Çələbinin məşhur “Səyahətnamə” əsəri dəniz hamamlarının tarixinə işıq tutur. Əsərə görə, hamamların tarixi 17-ci əsrə gedib çıxır, amma onun istifadəsi yalnız 19-cu əsrin ortalarında qərbləşmənin təsiri ilə mümkün olmuşdur.
XIX əsrin ortalarına qədər dənizə gimək həvəsində olan yetkin kişilər, oğlan və qızlar evlərinə yaxın olmayan yerləri seçmiş və rəngarəng və naxışlı geyimlə suya atılırmışlar. Divan ədəbiyytında dənizə girmiş gözəllər üçün yazılmış romantik təsvirlər yer almaqdadır.
Övlya Çələbi həmin lövhələrdən birini belə təsvir etmişdri:
“Niçe bin dilberan mahı Temmuzda deryada çimerler. Mukaşşar badam ( kabuğu soyulmuş badem) gül pembe misal vücudi nazenin nilgün(kırmızı) ibrişim futalara(peştemallara) sarup mahiler (balıklar) gibi qavvaslık ederler (denize dolarlar)” və sair .
Zaman etibarı ilə bu hamamlar uzaq əslərə təsadüf etsələr də, bu hamamlar üçün yerlərin seçilməsi, təşkili, istifadə qaydaları və qadağalar indiki həssas məsələnin o dövrlərdə diqqət mərkəzində olduğunu göstərir.


Şəkillərdən göründüyü kimi, dəniz hamamları suya davamlı taxta yığınlar üzərində qurulmuş və arakəsmələrlə ayrılmış tikililər idi. Bu tikililər dayaqlar üzərindəki körpü ilə sahilə bağlanırdı. Dəniz hamamları kişi və qadınların ayrı-ayrılıqda istifadəsi, nizam-intizamlı davranış və məkanlaşdırılmış sosial nəzarət əsasında ciddi nəzarət edilən ərazilər idi. Buraya daha çox üzməyə deyil, dəniz vannası qəbul etmək üçün gəlirdilər.
Ayrıca soyunub-geyinmə otaqları vardı. Kişi və qadın hamamları arasında elə bir məsafə var idi ki, səslər digərindən eşidilmirdi.
Qaydaya görə, kişi hamamlarında göbəkdən dizə qədər şortik və dəsmallardan istifadə edilir, arzu edənlər öz kostyumlarını da gətirə bilirdilər. Qadın geyimləri gecə paltarı kimi boğazdan topuğa qədər uzanan uzun köynək və ya koftadan və ən qısası diz qapağının altına çata bilən uzun şalvardan ibarət idi.
1920-ci illərdən başlayaraq dəniz hamamı və mədəniyyətinin yerini çimərlik strukturları və çimərlik mədəniyyəti tutdu.
Dəniz hamamından çimərliyə keçid inqilabi idi.





Dəniz hamamından çimərliklərə keçid zaman və məkan baxımından heç bir çətinlik də yaratmırdı.
Rus inqilabı zamanı ölkələrindən qaçan keçmiş ağqvardiyaçılar qardaş Türkiyədə də insanların dənizlə görüşməsinə imkan yaradan çimərlik vərdişləri gətirmiş və tədricən dəniz hamamları öz yerlərini kişi və qadınların birlikdə üzə biləcəyi çimərliklərə təslim etmişdir.
Bu yerdə onu da qeyd etməyi zəruri hesab edirik ki, çimərliklər elə yaranışından insanlar tərəfindən istirahət, çimmək və Günəş, qum vannaları qəbul etmək üçün düşünülüb.
Azərbaycanda isə dəniz hamamlarının olması haqqında məlumatlara rast gəlinmədisə də,
Bakının çimərlikləri nəinki Azərbaycanda, dünyada belə məşhurdur. Hər il başqa ölkələrdən Bakı çimərliklərinin Günəş və qum vannalarını qəbul etmək üçün minlərlə turist gəlir. Fikrimizcə, özümüz də islam ölkəsi olduğumuz unutmamalı, ölkəmizə xoş məramla gələn turistlərə və qonaqlara da bu xalqın əxlaq ölçülərini, adət-ənənələrini qəbul etməyi öyrətməliyik.
Azərbaycanda hələ bir neçə il bundan əvvəl qadınlar üçün ayrıca çimərliklərin açılacağı haqqında söhbətlər dolaşırdı.
O vaxt daha bir tanınmış ilahiyyatçımız – Hacı Şahin Həsənli də bu barədə münasibət bildirmişdi:
“..Əgər dindar bir xanım hicablı formada dənizə girib çimirsə və onun islanmış paltarda olan naməhrəm yerləri kişilərin diqqətini çəkirsə, bu dini baxımdan günah və haramdır. Ümumiyyətlə qadınla kişinin birgə dənizdə çimməsi günahdır” (Bax: http://ahlibeyt.az/news/a-3567.html).
Tanınmış ilahiyyatçı deyir ki, dinə görə, hicablı qadının dəniz kənarına getməsi günah deyil. Lakin nəzərə alsaq ki, orada çılpaq kişilər var, onda bu bəyənilmir: “Bu baxımdan Bakıdakı çimərliklərin heç birində hicablı xanımlar rahat istirahət edə bilməzlər. Yaxşı olardı ki, qadınlar üçün xüsusi ərazilər ayrılsın. Həmin çimərliklərdə hicablı qadınlar istirahət edə bilərlər”.

Haçı Şahin Həsənlinin fikirləri xoşməramlıdır. Məncə, məhrum etməkdənsə, bu xalqın dini, etik görüşlərinə zərər vurmayacaq qaydalar çərçivəsində belə çimərliklərin yaradılması daha gözəl olardı.
Qeyd: Yazıda mənbə kimi “Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyasının materiallarından və geoqle üzərindən hamı üçün açıq mənbələrdən istifadə edilmişdir.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.