Mövqe

Saytların birində  keçən ilin mayında  dərc olunmuşdu  bu yazı: “Məşədi İbada qarşı reketlik edənlər: Əgər o başıboş adam idisə…” (Bax: https://aqreqator.az/az/medeniyyet/1392467).

Oxudum, amma fikir bildirəcəyimə görə təkrar  baxmalı oldum, amma bu dəfə bir qədər də diqqətlə oxudum. Müəllifin fikirlərinə hörmətlə yanaşıram, müəyyən iradları haqlıdır. İş burasındadır ki, Üzeyir bəy  Məşədi İbada bir qədər ədalətsiz mövqeyini özü də dilə gətirmişdir.

Əziz bəyin fikirlərində  razılaşdıqlarım fikirlər, təbii ki, var, amma razılaşmadıqlarım da.

Mən hələ indiyə kimi heç kimin Məşədi İbadı başıboş adam hesab etdiyi ilə qarşılaşmamışam. Bunlar tamam başqa keyfiyyətlərdir. Müəllifin də belə məqsədi olmayıb.

 Əgər desəniz ki,  “zəhmətlə” qazandığı puldan  hərə bir cürə  qoparıb alır,  bunun  Məşədi İbadın maliyyə durumuna  heç bir  təsiri  olmayacaqdı: “ağanın olsa-olsa,  pulu gedir” , onun da  tez müddətdə yerini doldurur.

Əziz bəy başlanğıcda qeyd edir ki, hadisələrin 1910-cu ildə, Bakıda baş verdiyini bildirən titr görünür? Bu tarix nəyə əsasən götürülüb?

Çünki Bakı neft sənayesinin kapitalist inkişaf yoluna düşməsinin lap başlanğıc mərhələsi də bu dövrə təsadüf edirdi. Yeni keçid özü ilə milli kapitalın, milli burjuaziyanın inkişafına təkan verməklə bərabər, milli bəlalar da gətirmişdi. Yeni sənayenin inkişafında ölkəyə axışan xarici kapitallar bir qrup sahibkarların əlində cəmləşmişdi. Sənaye burjuaziyası ilə yanaşı, ticarət burjuaziyası da inkişaf etməkdə idi. Yeni istehsal münasibətləri, xalqın böyük əksəriyyətinin səfalət içərisində yaşaması, pulun sinifli cəmiyyətdə oynadığı pozucu rol XX əsrin əvvəllərində C.Cabbarlının”Aydın” pyesində

A y d ı n ın, Gültəkinin timsalında çox təsirli şəkildə ifadə etmişdir. “Aydın ” 1919-cu ildə qələmə alınıb.Əsərdəki hadisələr XX əsrin əvvəllərindəki neft və milyonlar şəhəri olan Bakıda cərəyan edir.

“O olmasın, bu olsun” filmindəki hadisələrin 1910-cu ilə aid edilməsi də bu  həmin proseslərlə bağlı idi.

Tacir/tüccarlar da bu keçid dövründə fəallaşmağa başlamışdılar. Bəylərin hüquqları məhdudlaşdırılsa da, tacirlərə əlverişli zəmin yaranmışdı. Üzeyir bəy də pulun insan əxlaqına mənfi təsirlərini ifadə etmək üçün komediya fortmasında bu mövzunu qələmə almışdır.

Gülnazın, Sərvərin yaşlarına gəlincə isə, bu, diqqəti cəlb etsə də, müəllifin ortaya qoymaq istədiyi problem  tamam fərqli başqadır.  Sənəmin 30 yaşı var. Onda 50 yaşlı Məşədi İbadın  heç Sənəmə də razı olması, ədalətli deyil. 20 yaş ər-arvad arasında çox böyük fərqdir.  Sadəcə, Sənəm qulluqçu olduğundan  hüquqsuzdur, pulu olan hər yaşlı kəs onu ala bilərdi.

Əslində, filmdə Məşədi İbada qarşı bir qədər kəskin münasibət bəslənilib.  Məşədi İbadın yaşı 65-70 yaşlarından  yuxarı olmalı idi.   Məşədi İbadin Sənəmin dilindən kinodakı yeri bir az uyğundur: babaya oxşayır, amma onun hələ  50 yaşı var, bu  yaş qocalıq yaşı deyil.

50 yaş  dövrün faciəsini   bütün çılpaqlığı ilə ortaya qoymaq üçün  bir qədər obyektiv görünmür. Məşədi İbadın nə səhnə görkəmi, nə yaşı  müəllif qayəsinin həllinə xidmət edə bilmir.

Təbii ki,  50 yaş da 15 yaşlı qız üçün onsuz da uyğunsuz bir sevda idi. 50 yaşında kişinin  özünün 15 yaşlı qızının olması tam mümkündür, hətta bu qız, ailənin 2-ci, 3-cü övladı da ola bilər. Bu izdivaca heç cürə haqq qazandırmaq olmaz.  Bu bəla  ilə ədəbiyyatın mübarizəsi tam    haqlıdır,  gərək rejissor   yaş və geyim uyğunluğunu  doğru uzlaşdıra idi.

Üzeyir Hacıbəyovu bu əsəri qələmə almaqda məqsədi heç də Məşədi İbadı axmaq, küt və yaxud avam göstərmək olmamışdır. O, sadəcə, pulun insan dünyagörüşünə mənfi təsirlərini göstərmək istəmişdir.

Bunun ən yaxşı forması da elə komediya forması idi.

Məqələdən sitat : “Rus rublunun yüksək məzənnəsi də “O olmasın, bu olsun”da 5 min manatlıq zərəri şübhəyə alır. Deyəsən, Üzeyir bəy rəqəmlərin sonuna “sıfır”ları artırarkən ifrata varıb.”

Üzeyir bəy dahidir, onun haqqında bu səpkidə mülahizə yürütməyi doğru hesab etmirəm.Həm də burada qeyri-adi heç nə də yoxdur. Məşədi İbad tacir zümrəsinin klassik nümayəndəsi idi.Ticarətlə məşğul olanların dilindən heç vaxt düzgün söz çıxmaz.Onlar ucuz aldıqlarını qat-qat baha almışıq deyər, qazancları kifayət qədər olsa da, həmişə şikayətlənər, ziyana düşdüklərini deyərlər.

Məqələdən sitat : “Boris Akunin “Qara şəhər” romanında yazır: “Bakıda alın təriylə qazanılmayan böyük pul kütləsi əldən-ələ keçir. Belə hallarda həmişə olduğu kimi, xüsusən, mərkəzi hökumətdən uzaq məsafədə yerləşən məkanda, bu geniş və zil qara cəngəllikdə bir-birindən ov qoparan, dişlərini qıcartmış çox sayda yırtıcı var….

…. Bakıda istənilən adamı 5 rubla öldürmək olar…

…Məşədi İbadın əğyar saydığı Sərvərin canına qıyma cəhdi isə 2 min manata başa gəlir.

Niyə belə baha?”

5 rubla kasıb-kusubu öldürərdilər. General-qubernatoru heç 50 min rubla da öldürməzdilər. Sadəcə, kriminogen vəziyyətin mənzərəsini çılpaqlığı ilə göstərmək üçün belə vasitədən istifadə edib.

Sərvər üçün 2 min baha deyildi. Məşədi İbad Sərvəri Qurbandan (“Məktub yetişmədi”) ciddi qəbul edirdi. O dövr “student”lərinin  geyimi  Məşədi İbad kimi  təhsilsiz adamları  vahiməyə salırdı. Həm  də onların ziyalı olmaları, daha çox kollektiv şəkildə gəzib dolanmaları Sərvəri mümkün qədər qoruyurdu. Sərvəri də “5 rubla öldürdülər” yazsaydılar, inandırıcı olmazdı.

Sadəcə, zaman, mühit palazqulağı boyda əskinaslar insanlardakı dəyərli, nəcib nə var, hamısını yox edir, əvəzinə cəmiyyət tərəfindən bəzən satirik tərzdə, bəzən yumoristik ovqatla ictimai mühakiməyə cəlb edilir. Ədibin məqsədi də bu olmuşdur.

Lirik şairimiz Hüseyn Arifin gözəl bir şeiri var:

Bir arzum var, yaxşı tapa yaxşını,

İnsafdırmı yaxşı ata yaxşını?

Yaxşı gərək, yaxşı tuta yaxşını,

İki könül bir-birinə tay ola.

Hüseyn Arifin, Osman Sarıvəllinin , Səməd Vurğunun, eləcə də bütün ictimai fikir sahiblərinin, yazıçı və sənət adamlarının idealı birdir, eynidir: sevənlər  həyatda  öz səadətlərini tapsınlar. Bir-birlərinə tay olsunlar. Bir -birlərini elə saf məhəbbətlə sevsinlər ki, sonra böyüklərinin, daha sonra cəmiyyətin üzünə alnıaçıq, üzüağ çıxa bilsinlər.   Yumoristik ruhda yazılmış bu əsər, eləcə də eyniadlı film bu ideala xidmət etməkdədir.

Məqalədə “Molla Nəsrəddin” jurnalı ilə bağlı  məqamın   haqqında deyilənlərlərə   mən bir başqa  şəkildə  yanaşardım.  Doğrudur, “Molla Nəsrəddin” in Bakı nəşri 1922-ci ilin iyununda başlamışdır.

Amma əsərdəki hadisələr “Molla Nəsrəddin”in     meydana gəlməsini  şərtləndirən  mövzularla zəngindir.   C.Məmmədquluzadə özü  demişdir ki, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.   Bu mənada   jurnalla  bağlı  filmdəki məqam olsun ki, rejissorun öz baxışıdır.  Amma  jurnalın XX əsrin başlanğıcında həyatımızkı yerini  filmlə daha fərqli və real şəkildə əlaqələndirmək olardı. Məsələn, obrazların hansının əlində jurnalın nömrələri, yaxud da mətbəədə stolun üstündə təqdim etmək olardı.

Məşədi İbad obrazının özünün  də zahiri cəhətdən canlandırılmasına da   bir qədər ciddi yanaşmaq olardı . İndi cavan uşaqlar var, saqqal saxlayırlar, lap adamın “Məşədi İbad” deməyi gəlir. Yoxsa, 50 yaşında adama kimdir “qoca kaftar” deyən. Sadəcə, özündən 30-35 yaş fərqliisinin sevdasına düşmək insanlıq üçün bir anomaliya kimi qəbul edilməlidir. Məqəsəd, hədəf aydın olsa da , obrazın portreti bir qədər gerçəklikdən uzaqdır. Bütün bunlara baxmayaraq, Üzeyir bəy məqsədinə nail olub. Əsər istər ölkəmizdə, istərsə də xaricdə geniş əks-səda doğurmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı