Şəhriyar

Görkəmli şəxslərin həyatından

Şəhriyar ömrünün son illərində hər şeydən təcrid olunmuş, evinə qapanmışdı, dərviş həyatı yaşayımış. Usta şairimizin şairə Hökumə Billuri ilə söhbətindən  bir hissə: “Mən illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda yerləşmişdir. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir… Üç uşağımla burada yaşayıram.

Qazancım vaxtilə işlədiyim və “Fəxri ustad” adı aldığım yerdəndir. 16 aydır ki, maaşımın bir az artırılması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul yoxdur. Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə düşmüşdür?.. 22 il bundan əvvəl aldığım paltarı hələ də təzələməmişəm… Pul mənim üçün bəlkə də əl çirkidir. Lakin başqaları üçün ki, belə deyil! Bu məsələlər mənim daxili rahatlığımı pozur.  Kimsədən  gileyim yoxdur, ancaq dərvişliyi uşaqlarıma aşılaya bilmirəm…

 Tehranın qeyrəti yox –

   Şəhriyarı saxlamağa,

   Qaçmışam Təbrizə –

   qoy yaxşı-yaman bəllənsin…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı