Mövqe

 Dünən Xankəndidə və İrəvanda   böyük mitinqlər keçirilib. Bu, sıradan keçirilən mitinqlər deyildi.  

31 il əvvəl  sentyab ayının 2-də  separatçı Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan etmişdi və bizim Zəfər  tariximizə kimi  bu  özbaşınalıq  torpaqlarımıza, insanlarımıza   saysız-hesabsız faciələr gətirmişdi. Torpaqlarımzın 20 faizi işğal olunmuşdu. 1-ci Qarabağ müharibəsi zamanı11.557 nəfər  həyatını itirmiş, 50 min nəfər yaralanmış, 4210 nəfər itkin düşmüşdür.

İkinci Qarabağ müharibəsində isə Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu həlak olmuşdur. 19 nəfərdən artıq hərbi qulluqçumuz   itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir.

  Amma  bu  məhrumiyyətlərin, itkilərin   zərurəti olaraq  Milli Ordumuz  Ali Baş Komandan İlham Əliyevin  sərkərdəliyi ilə torpaqlarımız 2 əsrdən artıq davam edən erməni  mifindən xilas etdi. Ermənilər biabırçı şəkildə  kapitulyasiyaya məhkum edildi. Məlum 10 noyabr Bəyannaməsi qəbil edildi.  Biz  gözləyirdik ki,  ermənilər başlarına dəymiş Dımir yumruğun zərbəsindən bir daha səfeh tələblərini irəli sürməyəcəklər. Amma sürürlər.  Dünən Yeravanda və Xankəndində keçirilən mitinqlər  bird aha  göstərdi ki, ermənilər əqrəbliklərindən əl çəkəsi tayfa deyil.   Onlar yenə qan istəyir.

 Həmin mitinqlərdə  ermənilər  3 “şərt” irəli sürüblər:Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi, “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”.

 Bu millətin böyüyü yox, kiçiyi yox.  Bu ölkədə   hər kəs öz  tayfasını türk qanını içməyə çağırır, səfej xəyallarını yenidən həyata   keçirməyə baş sındırılar.

 Biz qalib tərəf, dünyaya, hər kəsə sülh əlimizi uzatmışıq, onlar kapitulyasiyaya məhkum edilmiş   məğlub tərəf, amma  yenə  qan-qan deyirlər.

Yadınızdadır, üstündən o qədər də vaxt keçməyib,  2021-ci ilin dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə –  Segun adasındakı məşhur “La Seine Musicale” konsert zalında düzənlənən  “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi  artıq tarixə qovuşdu.

Bu yarışmada dünyanın Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna kimi 19 ölkəsinin uşaqları  uşaqları təmsil olunmuşdular.

Bu müsabiqədə  Azərbaycanı “One of those days” (“O günlərdən biri”) mahnısı ilə təmsil etmiş Sona Əzizova isə  151 xalla 5-ci yeri tutub.

Sona Əzizova haqqında onu da qeyd edək ki, o, İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yerin qalibi olub.

1-ci yerin qalibi isə Ermənistan təmsilçisi Malena olub.

Təbii ki, Sona Əzizova uğurla çıxış edib və əvvəlki 3 müsabiqədə qazanılan yerlərdən üstün yer qazanıb.

Buna görə balaca Sona Vətənin söhrətli alqışlarına layiqdir.Həyat davam edir, müsabiqələr davam edir və Sona qızımız gələcək Azərbaycan adına daha böyük uğur qazandıracaqdır.  Amma burada  Sona qızımızın   hərəkəti  Azərbaycan xalqının nə qədər  humanist dəyərlərə malik olduğunu sübut etmişdir.

Malena  həmin vaxt erməni mətbuatına açıqlamasında   demişdir:

“Müsabiqədən əvvəl danışmamışıq, amma qalib olanda gəlib məni təbrik etdi və qucaqlaşdıq. Mənim kimi bir qız olduğu üçün ona düşmənçiliyim yoxdur”

Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Sona Əzizovanın erməni qızını təbrik etməsinə fərqli münasibətlər üzə çıxdı. Bu yanaşmanı Ermənistandan fərqli olaraq Azərbaycanda uşaqların siyasətə alət edilmədiyinin, onlarda başqa xalqlara qarşı nifrət aşılanmadığının nümunəsi kimi ifadə edənlər daha çox oldu.

Fikirlərə hörmətlə yanaşıram, hamısı lazımlıdır.Lap mənfi fikirlər də işə yarar. Ən gərəkli fikir bu konteksdə meydana çıxır. Bütün hallarda sülh yaxşıdır. Biz böyüklər harda durmaq lazım olduğunu  heç kimdən soruşmadan hər zaman  Sülh platformasında dayanmalıyıq.

Amma çox diqqətli olmalıyıq, ayıq-sayıq olmalıyıq.

Mən dünya düzəninə rəğmən barışın, dialoqun tərəfdarıyam. Amma ermənilər barış, dialoq adamı deyillər.Onlar əqrəbdirlər 2-3 ildən sonra, lap olsun 100 ildən sora başı bəlalar görmüş bu xalqı yenə yeni faciələrlə üz-üzə qoyacaq.

Çayın qırağında əqrəblə qurbağa qarşılaşırlar. Bunlar çayın o biri sahilinə keçməli idilər.

Qurbağa üçün problem yox idi.Əqrəb ondan xahiş edir ki, məni belinə götürüb o biri sahilə keçir.Qurbağa deyir ki, yox, sən məni sancacaqsan.Əqrəb göz yaşı tökür, and-aman edir və qurbağanın ürəyini yumşaldır. Qurbağa əqrəbi belinə götürüb özünü çaya vurur. Çayın ortasında əqrəb dayana bilmir, neştərlərini işə salır. Qurbağa deyir ki, axı mən sənə inanmırdım, dedim ki, sancacaqsan.

Əqrəb də deyir ki, bu, mənim qanımdadır, dayana bilmirəm.

Onda qurbağa elə çayın ortasında 1-2 dəfə suyun içində o yana-bu yana çevrilir, çayın suyu əqrəbi alıb gedir.

3 əsrdir ki, bu əqrəblər bizi sancır. Təzə rahat nəfəs almağa başlamışıq. Amma, deyəsən, maraqlı qüvvələr var ki, ermənilərlə münasibətləri saxlamağa səy göstərirlər. Bakıda fikir verin, elə küçə, elə məhəllə olmadı ki, şəhid gəlməsin. Hansı küçədən keçirsən, şəhid xatirəsi ilə bağlı lövhələrə rast gəlirsən.Hələ nər kimi oğlanlarımı var, yataq xəstəsidir, valideynləri bu vəziyyətə gündə yüz dəfə ölüb dirilirlər. Cəbhədən tayqıç, tayqol qayıdanları birayrı ağrımız.

Qarabağ ermənilərin deyil. Amma onlar 30 il bu torpağın çörəyini yeyib, suyunu içib, biz udduğumuz havadan yaxşı havasını udub, indi çıxmaq məqamında hər yeri viranəyə çevirdilər. Ürəkləri soyumayıb çıxanda da isə hər yeri minalayıb ki, bu torpağın oğlu, qızı öz halal yurduna girə bilməsin. Əsirlərin əvəsinə mina xəritələri verdilər, heç biri də özünü doğrultmadı.

İsman yarışları, müsabiqələr elədir ki, əvvəldə də, sonda da tərəflər salamlaşır, əl verib görüşür, məğlub olan qalibi təbrik edir. Bu, bir protokol qaydası olsa da, müdrik insanların hamısının sülh, barış istəyidir.

Fəqət, ermənilər barış adamı deyillər. Onlarla bir yerdə yaşamanın mümkünlüyü eyforiya kimi bir şeydir. İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır.Orada bir nəfər azərbaycanlı qaldımı. Bir yerdə yaşama mümkünlüyü təkcə bizim üçündürmü? Göççə, Zəngəzur, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Orada yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından zorla çıxardıblar. İndi onların bu torpaqda yaşamağa haqqı yoxdur.

Niyə bunu erməni tərəfə öyrətmirlər.Ermənilər cəmiyyətlərlə bir yerdə yaşamağı bacarmırlar. Fürsət düşən kimi əqrəb xislətlərini büruzə verirlər.

Yüksək amallar uğrunda üçrəngli bayrağımız altında birləşməli, dövlətçiliyimiz qorumalıyıq. Türkçülük ideyalarını daha yüksək formada inkişaf etdirməliyik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı