İntihar çıxış yolu deyil

Müzakirə

Son  bir neçə ildir ki, intihar havası yağır göylərdən. Diqqəti cəlb edən cəhət odur ki, bu acizanə addım təkcə əyalət kəndlərində, əyalət şəhərlərində deyil, ölkənin baş şəhərində də atılır. Qəzetlərdə, saytlarda, bir çox telekanalda hadisə haqqında müəyyən informasiya verilir..Səbəblər müxtəlif, həyata keçirilmə üsulları da bir –birindən fərqli və məşum. Modern.az saytına istinadən, 2014-cü ilin 6 ayı ərzində 183 nəfər intihar edib, 139 nəfər isə canına qəsd edib. İntihar edənlərin 116 nəfəri qadın, 14 nəfəri məktəbli-yeniyetmə olub.

İntihar xronkasından:

1.Əlövsət Qasımov, 27 yaş – Ağcabədi rayonu Aşağı Afşar kənd sakini, yaşadığı evdə özünü ov tüfəngi ilə öldürüb. Yazdığı məktub: “Həyatdan zövq almıram. Həyatdan bezərək həmişəlik getmək istəyirəm. Hesab etməyin ki, borcum olub”.

2. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları fakültəsinin əməkaşı, 44 yaşlı Fuad Rzayev özünü akademiyanın 4-cü mərtəbəsindən ataraq intihar etmişdir. Ölümündən əvvəl yazdığı məktubda intihara ailə problemləri ilə bağlı əl atdığını ifadə etmiş və yaşamaq istəmədiyini bildirmişdir.

Birotaqlı mənzildə yaşayırmış, maaşı 190 manat imiş, axı vaxtlar 285 manata qaldırılıbmış.

3. Sabunçu rayonu, Zabrat qəsəbəsində 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

Facebookda ölümündən öncə yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun, dostlar. İnşallah, gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.

4. Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində 15 yaşlı məktəbli – Çinarə Əliyeva özünü 5-ci mərtəbədən ataraq həyatına son vemişdir. Anasına məktub yazıb: “Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə”.

5. Səbail rayonu, Mətbuat prospektində Bakı şəhər 17 yaşlı 11-ci sinif şagirdi Zərifə Əsədova özünü 9-cu mərtəbədən ataraq intihar edib. Atasına sms yazıbmış: “Ata, məni bağışla , mən bilmədim!”.

6. Nərimanov rayonu, Ziya Bünyadov prospektində Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi -19 yaşlı Etibar İmamzadə özünü asıb. Profilində mesaj yazıb: “Sabah, ya da birigün, bəlkə həmişəlik getdim Facebook-dan”.

7. Abşeron rayonu, Xırdalan şəhərində 33 yaşlı Ramil Novruzov özünü yaşadığı evdə çılçıraqdan asmışdır. Son məktubunda yazıb: “Özüm bu qərarı vermişəm. Heç kəsi günahkar bilməyin”.

8. Nizami rayonu, Keşlə qəsəbəsində 45 yaşlı Aslan Zeynalov yaşadığı evdə özünü asaraq həyatına son qoyub. Cibindən çıxan məktubda yazıbmış: “Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”.

9. Binəqədi rayon Rəsulzadə qəsəbəsində 43 yaşlı Cavanşir Əsgərov yaşadığı evin hamamında özünə qəsd edib. Son məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib.

10: Masazır qəsəbəsi , Qaçaq Nəbi küçəsində ali məktəb tələbəsi Nurlan Məmmədov özünü asıb. İntiharın səbəbi Nurlanın sevdiyi qız olub.

11. İsmayıllı rayonu, Aşağıbaş kənd sakini Tofiq Adıgözəlov fasebookda : “Bu həyat çox haqsızdır, çünki pulu, varı olana üstünlük verirlər” yazaraq intihar etmişdir.

12. Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqladıqdan sonra qonşusunun həyətinə keçərək orada özünü asmışdır. Özü ölsə də, həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.

13. Bakının Nizami rayonunda yaşadığı mənzilin balkonundan özünü atmaq istəyən yaşlı qadın Valentina onu intihara innsanların vadar etdiklərini bildirmişdir:

Bezmişəm artıq hər şeydən”.

Kürdəmirdə son ildə bu cür hadisələrə tez-tez rast gəlindi. Bununla bağlı əvvəlki yazılarımızda artıq bəhs etmişik (http://retro.anaveusaq.az/layihe-ve-muzakireler/5231-siz-nece-fikrleshirsiniz.html).

14. 2014-cü ildə Xaçmaz rayon Çingiz Abdullayev adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdləri  Vasif Quliyev və Nərgiz Tağıyeva  son zəng ərəfəsində həyatlarına  son verdilər.  Səbəb də bu olub ki, 2 ay öncə Nərgiz Ukraynadan olan qohumlarına nişanlanıbmış.  Daha qovuşa bilməyəcəklərini düşünən   məktəblilər ayrılmamaq üçün  yeganə çarə kimi intiharı qəbul ediblər. 

Baş vermiş bu intihar  hadisələrinin  hər biri ən azından iki ailəyə ömürlərinin sonuna kimi silinməyəcək göz yaşları verib. Kaş olmayaydı. Kaş o vaxt həmin məqamda kimsə onları fikirlərindən daşındıra biləydi və ya  kimsə  həmin məqamda onlara rast gələydi qoymayaydı. Kaş..kaş…. Amma bunlar baş verdi. Əgər bu cür hadisələr getdikcə tipikləşirsə, kütləviləşirsə, güzgünü sındırmaq xilas yolu deyil,  bu qəbahətlər, depressiyaya düşmüş insanların içlərindəki naqisliklər  incələnməli,  maarifləndirilmə işləri canlandırılmalıdır ki, intihara  əl atan insanlar fikirlərindən daşınsınlar.

Nədir intihar?  Axı o, baş tutmayan sevgi üçün, ödənməyən borc üçün, ehtiyac və s. üçün heç vaxt əvəz ola bilməz. Niyə qadınlar arasında intihar halları daha çoxdur ? Qəzetlərdən, yaşlı adamlardan hələ çox – çox əvvəllər də intihar hadisələri olduğunu eşitmişik, amma az sayda.  Uşaqlıq illərimdə 1-2 belə  hadisə  bizm   ətraf kəndlərdə baş vemişdi: ailədə uşağa şiddət olubmuş, uşaq da   valideynlərinə acıq vermək  üçün   bu addımı seçibmiş. Düşünüb ki, duyuq düşüb qoymazlar, ölməz, bir də ona qarşı şiddət etməzlər. Əvvəllər  bu cürə  hadisələr barmaqla sayılacq qədər az idi. Amma getdikcə intihar kimi çox üzücü, əzablı ölüm hadisələri intensivləşməkdədir. Keyfiyyətcə də cavanlaşması nəzərdən qaçmamalıdır.

  Gənclərimizlə daah çox iş aparılmalı, onları mənalı və ağıllı həyat yaşamağa sövq edən məqsədlərə bağlamaq lazımdır.

Məktəbli uşağın sevməsi , məncə, tezdir.  Axı o, 10 il məktəbə sevmək üçün getmir ki, məktəb illəri sevgi illəri deyil ki. Mətbuatdan eşitmişdik ki, Xaçmazda  baş vermiş intihar hadisəsində motiv sevgi ilə bağlı olubmuş. Kimsə sevginin ələyhinə deyil. Sevgi insanın arzu və niyyətlərini daha müqəddəs edir.  Həmin hadisənin qurbanları  məktəbli idilər. Onlar  yaxşı oxumalı , ali məktəbə daxil olmalı idilər, gəncliyin, məhəbbətin mənasını  tələbəliklə qovuşdurmalı idilər. Hər şeyin bir təbii halı var, bu təbii hala gəlib çıxmaq lazımdır. Bitkinin də  təbii inkişafını kimyəvi vasitələrlə sürətləndirsələr, tezləşdirsələr, şübhəsiz ki, vaxtından əvvəl gövdəsindən düşəcək, müryəcək və s. 

Bakının rayonlarından birində oğlan və qız sevgili olub, 4 ilə yaxın imiş aralarınds bu münasibət olub. Qız 11-ci sinifdə oxuyurmuş. Qız oğlana ayrısına gedəcəyini deyib, onu unutmasını tələb edib. Qızın anası, hətta, oğlanın aldığı hədiyyələri də qaytarıb verib. Biz bunları müxtəlif mənbələrdən oxuduq . Bu, intihar olmasa da, fikrimizi izah etmək üçün lazım gəldi. Bəzi psixoloqlar deyirlər ki, guya əvvəlki dövrlərdə vəziyyət, şərait bugünkündən bəsit imiş, guya indi çox mürəkkəbdir, xarici filmlərin təsiri var və sair. Əlbəttə, hər dövrün öz problemləri var. Amma unutmaq olmaz ki, bu problemlərin bir qismi xarici serialların, internet texnologiyaların gətirdiyi xaosla, bizim əxlaq normaların uyğun olmayan həyat tərzi ilə bağlıdırsa, bir az da cəmiyyətin  laqeydliyi, valideynlərin ailədə tərbiyə işlərini düzgün qura bilməməsi, özlərinin yaxşı nümunə ola bilməməsi ilə bağlıdır. Müşahidələr göstərir ki, vaxtından əvvəl başlanan sevgi məcaralarından atanın xəbəri olmasa da , ana bilir.

Ana atadan gizlədir, həm atanın ailədəki nüfuzunu zəiflədir, həm də qızına, oğluna doğru yol göstərmir. Ay ana, sən qızının 6-7-ci sinifdə sevişməsi, görüşməsi ilə yox, qəbul imtahanlarında 600-dən yuxarı bal toplaması ilə öyün, qızını buna istiqamətləndir. Lap ali məktəb oxuma, axı hara tələsirsən. Həyatda bütün gözəlliklər insanlar üçündür, balalarımız üçündür. Onlar təbii qaydasında bu gözəlliklərə can atmalıdırlar. 13-14 yaşlı qız sevməyə başlayıbsa, demək, ərə getməsi qaçılmazdır, təcrübəsiz bir qız uşağı – ailə, qadınlıq həyatına hazırlanmayan bir qız sabah yeni bir mühitdə necə yaşayacaq, onun özünə bir baxan lazım, uşağa necə baxcaq, o, necə yemək bişirəcək? Həmişə problemli olur belə ailələr, çoxusu 2-3 il keçməmiş boşanır və yaxud intihara əl atırlar. Bu yaşda uşaqların etdiklərinin mahiyyətini anlamadıqları dövr olur. 7-8-ci sinifdə görüşürlər, bəzən bu isti görüşlərin, tumarların təsirində bütün sərhədləri keçirlər. İş –işdən keçəndən sonra etdiklərinin ağırlığını anlayırlar. Bəzən qız uşaqları bu  səbəbdən də   intihar yolunu seçə bilər.

Analar övladlarına daha yaxın olurlar, onlar balalarının fiziki və mənəvi hyatlarındakı bütün dəyişmələri izləməli, nəzarətsix buraxmamalı, doğru istiqamətləndirməlidirlər. Deməlidir lki, qızım, oğlum, sizi böyüyüb boya-başa şatdırmaq üçün atanla gecəmizi –gündümüzə qatdıq. Biz sənin xoşbəxtliyin üçün can atırıq. Sağlam böyüməlisən, oxuyub təhsil almalısan, ixtisas qazanmalısan. Qızm, sən bunları etdikcə, ağıllı olduqca, özünü qoruduqca, dəyərin daha da artır. Allah qoysa, təhsilini başa vurandan sonra sevdiyinlə ailə də quracaqsan və s. Yoxsa, bəzi məktəbyaşlı uşaqlar elə məktəb həyatından “leyli-məcnun”lara çevrilirlər. O vaxtlar heç düz əməllibaşlı əl-üzünü yuya bilməyənləri evləndirməzdilər, gəlin köçürməzdilər. İndi evlənənlər arasında çox erkən evliliklər üstünlük təşkil edir. Bu məsələdə ailə, məktəb, cəmiyyət əlbir işlməlidir, əlaqə olmayacaqsa, bir –birlərinə dəstək olmayacaqlarsa, bu cür hallar getdikcə adi həyat tərzinə çevriləcək. Ağbirçək analar, ixtiyar babalar incidilib fəal səhnədən uzaqlaşdırılıb, nümunə kimi, önə onları gətirmək lazımdır. Bir çox şou-biznes verilişlərində  2-3 dəfə boşanan, 2-3 dəfə evlənən, hələ də gözü orda-burda olan adamlar  az qala hər gün ekranda  millətə əxlaq dərsi keçir.

Müğənni həyat yoldaşını boşayıb və yaxud xanımdırsa, ərindən ayrılıbsa, onların ekranlara yolu bağlanmalıdır, insanlar da  bilinməlidir ki, ailə həyatında nümunəvi olmayan kəs təqdir olunmur və oluna bilməz də.  Onda iki yol arasında qalan, bəzən isə  yanlış tərəfə keçmək istəyən digərləri də ayaq saxlayar. Mənim fikrimcə, Avropa bunu bizə diqtə edə bilməz. Biz öz əxlaqi dəyərlərimizi qorumalıyıq.

Saytların birində çox məşhur idmançı qızın çıplaq şəklini nümayiş etdiriblər. Şəkilləri bəyənən-like edənlərin sayı 10 minə-15 minə  yaxındır. Amma vətənpərvərliklə, çörəyə münasibətlə bağlı fotoqalereya təqdim olunsa, like edənlər 100-ə çatmır.

Sovet dğnəminin çox güçlü ideologiyası vardı. Biz o dövrü yaşadıq və bütün bunların şahidi idi. Olurdu ki, subay adamı vəzifəyə seçmirdilər ki, problem yarada bilər. Amma indi televiziyada arvadını boşayan, ərindən ayrılan nə qədər şou-biznesçi var.

Bəzi intihar hadisələri də abituriyentlərlə bağlıdır. Şəkillərini yanıb-yaxılmadan seyr etmək olmur. Allah hamısına rəhmət etsin, valideynlərinə səbir versin. Amma bu intiharlarda da məktəbin, böyüklərin, mətbuatın, televiziyanın bu və ya digər dərəcədə məsuliyyəti var. Bəyəm indiyə kimi hamı orta məktəbi bitirən ilimi ali məktəbə daxil olub? Mən özüm 5-ci ili daxil olmuşam. Hər il bu arzu daha alovlanırdı və heç vaxt da ağlıma belə addım atmaq düşmədi.

Məktəblərdə şagirdlərin peşələrə, gələcək həyata hazırlanmasına xüsusi diqqət göstərilməlidir. Ola bilər ki, kor-koranə göstərilib, müəyyən tədbirlər keçirilib, amma formal olaraq ki, filan – filan tədbir kerçirilib. Yox, əzizim, bu, gözdən pərdə asmaq, rəsmiyyətçilikdir. Hər bir tərbiyəvi-əxlaqi addım sistemli, düşünülmüş atılmalıdır və atıldığı məqamda təsirini ölçmək və dəyərləndirmək lazımdır.

Bir məsələni də deyim: bizim oxuduğumuz illərdə tez-tez televiziyada ali məktəblərin özfəaliyyət kollektivlərinin çıxışlarını verirdilər. Gənc oğlan və qızlar həm tələbədirlər, həm də musiqi ilə daha bir ayrı biçimdə təsir bağışlayırdılar. Biz də tezliklə onların arasında görürdük özümüzü. O yaşlarda içimiz odlu-alovlu idi. Ən mərkəzdə dayananı sevgi idi, əks cinsimizlə bağlayacağımız ülfət idi. Gözəl düşünə bildiyimiz hər şeyə ali məktəbə daxil olmaqla, mərkəi şəhərə gəlməklə nail olacağımızı düşünürdük. Tam olaraq belə qəbul edirdik ki, oxumasan gözəl qız, oxumuş qız ala bilməzsən, sənə belə qız verməzlər…Tələbəlik həyatında da beləcə, hər adımımızı qızların baxışlarına və özümüzün onlar oğlanları necə görmək istədiyinə hesablayıb atardıq. Kənddə o vaxt indiki kimi “azadəlik” deyildi, ğlçü itib-batmamışdı. İstənilən seçimdə yalnız təhsilli oğlan və qızlar rəğbət qazanardı. Rəğbəti, üstünlüyü belə qazanmaq lazımdır.

Dünya əbədi deyil, bir gün doğulan, bir gün də köç edəcək. İnsanlar xəyallarında ölümün çarəsini axtardıqları halda , bəzi adamların öz həyatına qəsd etməsi heç başadüşülən deyil. Hər bir kəs mərhələ-mərhələ addımlayaraq evlənmək, ailə qurmaq, övlad sahibi olmaq hədəfinə can atır və Allah da bunu ona qismət edir, hər bir kəsin də halalı olsun. Amma günlərin biri 15 yaşlı qız, 11-ci sinifdə oxuyan məktəbli, tələbə qız, iki ayın gəlini həyatına qıyırsa, canına qəsd edirsə, iraq-iraq, dözmək çətindir. Hər kəs yalnız öz başının salamat olmasını, balalarının həyatını düşünməməlidir. İnsanların qisməti olan həyat Günəş kimi, hava kimi , su kimi hamıya aid sərvətdir. Onu insanlar hamılıqla qorumalıdır, yoxsa, getdikcə mənəvi aşınmalara məruz qalaraq eybəcər bir hala gələr. İnsanlar həyat məkanında hər zaman gözəllik, xeyirhaxlıq, qarşılıqlı hörmət, ehtiram və etimad kimi hamı tərəfindən ehtiyac duyulan insani duyğular əkib-becərməlidir. Elə düşünək ki, dünya hüdudsuz bir dənizdir. İnsanlar hamısı bir gəmidə səyahətə çıxıblar. Onlar gəmini ədalətlə idarə etməsələr, mənzil başına gedib çatacaqlarmı? Unutmaq da olmaz ki, bu gəmi tək onlara xidmət etmir. Biz gələcək nəsillərimizə – oğul-uşaqlarımıza, nəvə-nəticələrimizə, kötükcə-güllücələrimizə, unnucalarımıza bu gəmini elə sağlam qoyub getməliyik ki, gələcək nəsillərimiz də həmin gəmidə ömür səyahətlərini qorxusuz davam etdirə bilsinlər. 

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı