Mövqe

   Gözəllik müsabiqəsi haqqında tanış olduğum yazıların birində yazılmışdı ki, müsabiqəyə seçilən namizədlər üçün mənəvi-psixoloji keyfiyyətləri əhatə edən 15-20 şərt olur. Nəyə lazımdır bu qədər  şərtlər ?

Azərbaycan qadının gözəlliyi “qapalı”lığındadır, onun qadınlıq cizgilərinin gizliliyindədir . Gölüm sirri onun dərinliklərində olduğu  kimi, qadının  sirri də , sirli olanları da    onun qəlbinin  dərinliyində olur. Qəvvas olmalı, bu dərinliyə baş vuraraq  hansı  gözəlliklər var tapıb  sahib olmalı.

 Mənəvi gözəlliklərdən, daxili saflıqdan çox yazılır, amma gerçəkdə  çox vaxt tam əksi olur.          

Əgər  bir  insanın  cəmiyyət üçün  dəyərli olması onun zahiri gözəlliyi ilə deyil,  əxlaqi-mənəvi kamilliyi ilə müəyyən edilirsə,  bəs onda niyə  zahiri gözəllik   digər  keyfiyyət və bacarıqları üstələyir?  Niyə müəyyən fəaliyyət sahələrinə (televiziya, səhnə, ticarət, xidmət sahələrinə)ilk şərt zahiri görkəm  olur? Niyə Gözəllik müsabiqəsi keçirirlər, amma ağıl müsabiqəsi yox? Neçə on illəri arxada qoymuşam  , inanın, xəyalımda bu onilləri geri qaytarıb, bunu tez-tez edirəm,   bütün təfərrüatları ilə incələyirəm. O vaxt gözəl yox idimi, o vaxt “gözəl” sözünün özü yox idimi? Niyə yoxdu ki, var idi, vallah, sözün özü də, gözəlin özü də indiki sözdən də, gözəldən də qat-qat sanballı, dəyərli, yolunda candan-başdan keçməli.

Dil, məna baxımından “gözəl” qrammatik kateqoriya olaraq sifətdir və maraqlıdır ki, bu sözü deyəndə ağıla gələn, fərqi yoxdur oğlan və ya qız, insanın sifəti olur. “Gözəl təbiət”, “gözəl kənd” söz birləşmələrindəki “gözəl” sözünün yaratdığı təəssürat, “qız elə qəşəngdir, elə gözəldir” cümləsindəki “qəşəng-gözəl” sözləri oyatdığı assosiativlikdən tamamilə fərqlidir.   amilə fərqlidir.   Məsələn,   bizim əsrarəngiz gözəllikləri olan  nə qədər  yaşayış məskənlərimiz var.  Bu gözəlliklər qarşısında dayanmış  heç kimə əlavə  bələdçi və yaxud bu bələdçiyə  həmin mənzərəni  tərifləmək üçün əlavə epitet lazım deyil.  Amma qız adlarının və yaxud oğlanadlarının əvvəlinə  “gözəl” sözünü artıracağıqsa, bu, axı  obyektiv yarlıq  olmayacaq. Elə yaraşıqlı oğlanvar ki,  1-2 saat yaxından tanıyandan sonra  içində düşünürsən ki, bu ki qalstuklu odun parçasıdır.  Podiumlara , manşetlərə çıxıb  əzalarını   nümayiş etdirərək hansısa nominasiyalar üçün  içi gedən qızların obrazını tullayın bir  kənara.

  Repressiya illərində  Azərbaycanın böyük şəxsiyyətlərini həbs edib  güllələyir, ailələrini isə   yük  vaqonlarına doldurub Sibirə göndərirlərmiş. Günlərlə uzanan   yolda  bu qadınları müşayiət edən alçaq hərbçilər onlara təcavüz edirmişlər. İstiqlal şairi Əhməd Cavadın    qadını/halalı bunu hiss edib, əvvəlcədən  qatarın tualetinə daxil olarmış, əyninin paltarları ilə tualeyn döşəməsini silinib geyinirmiş ki, iy gılsin, üfunətdən ona yaxınlaşmasınlar. Belə də olub. Erməni işğalı zamanı  düşmənlərin əlinə keçməmək üçün özünü  sıldırım qayalardan atan qız/gəlinlərimiz olub.

Bəsirət gözünüzlə arayıb  belə Qadın  obrazları   ucaldın qəlbinizdə,belə qızlara doğru Qeys olun, Kərəm olun…

30-40 il öncə kimsə oğluna qız axtaranda, kiminsə qızına elçı gələndə   böyüklərimiz  belə düşünüb və  düşündüklərinə tapınıb addım atıblar. Oğlan tərəf istəyirdi ki, qızın nəsli  qohum-qardaşın tanıyıb qəbul etdiyi  ailə/nəsil olsun, kökləri olsun, anası namuslu, ağayana qadın olsun, evdar, ailəcanlı olsun və s. Belə idisə, deməli onun qızı da əsl qadın, ana, gəlin olacaq. Qız tərəfi də qapılarına elçi gələndə, elə bununla bağlı söhbət mövcud olandan oğlanı, onun əsl-nəcabətini incələyirdilər: içən deyil, qumarbaz, arvadbaz deyil, dədəsi, babası arvada zülm edın, avad saxlayan olmayıb ki. Oğlanın əlinin sənəti varmı, çörək qədri bilirmi.Hər iki tərəf üçün bu kriteriyalar yox idisə, lap istəyir “göydən gedən” olsun, ya əvvəlcədən xəbər göndərirdilər ki, bizdə ona veriləsi qız yoxdur, ya da müxtəlif bəhanələr salırdılar araya: mən qızımı oxudacağam, qızımın deyiklisi var, beşikkəsmədi və s. Onda gözəllik arçını arşını belə idi. Hətta psixologiyada , el ağzında söz də vardı ki, “kişinin arvadı gözəl olmaz”.

Bəs nə oldu ey…?  Bizim qızlarımızı, oğlanlarımızı hansı sehirli  Göygöz Kosalar oğurlayıb, yerinə   onların oxşarlarını gətirib qoydu?  Nağılda olur axı belə şeylər. Sadəcə, sivilizasiyalar irəli doğru gəldikcə, insan şüuru da dəyişiklərə  məruz qaldı: əvvəl laqeydlik ailələrin özündən başladı,  sonra kəndlərimizdə, sonra  şəhərlərimizdə dədə-babalardan qalmış   və  ölçü daşı kimi sabitləşmiş adət-ənənələrə,   bizim əxlaqa uyuşmayan  təfəkkür tərzi, yanaşmalar sirayət olundu .

O illərin gözəllərinin əlinə su tökməyə yaramayanlar, bu gün hansısa qrpun, təşkilatın  menzurkası ilə gözəl edilir, başına tac qoyulur,  əxlaqı, kamalıöz təbii gözəlliyini tamamlayan  qızlarımızın   fövqünə qaldırılır.  İdman yarışlarında dopinq qəbul edib pəhləvan olanlar kimi,   min cürə kosmetik əməliyyat ə vasitələrlə müsabiqəyə qatılıb gözəllik kraliçası olur… Kimə lazımdır  belə süni gözəllər . Axı gözəllik mayasına bu cür biclik qatılanda , belə gözəlliklərdən  həmişə bic gözəlliklər  törəyəcək..

Bundan sonra heç də hamı gözəllik müsabiqəsinə can atmasa da, bəzək düzəyə meyilli olur. Hələ bərkə-boşa düşməyən, həyatı anlamayan  qız/oğlan fikir verir ki, belə geyinən, belə bəzənən qıza/oğlana uyma, meyil etmə artıq  həyat tərzinə çevrilir, onlar da başlyırlar bu səmtə istiqamətlənməyə: açıq-saçıq geyinməyə, həddindən çox ətirlənməyə başlayırlar. Bəzən adamın yanından elə qadın keçib gedir ki, keçib –gedəndən 5-10 dəqiqədə ətrin yaratdığı təsir ətrafda qalır. Bu, gözəllikmi?

Oğlan gənclərimiz var,  köynəklərininətəti həmişə çöldə olur,   elə corab geyinir ki,  ayağmda corab olmağı bilinir, amma topuğundsn yuxarı olmur.İndi qızımız yanında gedən   qarşı tərəfinin görkəmi belə olmasa, bu oölanı özüylə bərabər bloklarının qarşısına gətirib ötürməsinə razı olmaz.

90* 60* 90 ! Əksər qadınların arzuladığı, can atdığı gözəllik formulu. “Qadın” sözü “gözəllik” sözünün sinonimi olmasa da, eynidir .  Amma  bu gözəllik  dxili gözəlliklə tamamlanmırsa, qadın/qız istər 10 dəfə beynəlxalq 90* 60* 90 ödülünü almış olsun,  nə əhəmiyyəti?

Ən  bəxtəvərlik  sevdiyinin sən belə olmadığında səni belə qəbul etməsidir…Bildinmi?!!! Qadın hamı üçün gözəl olması nəyə lazım ki..

İnsanın sahib olduğu təbii hər nə var idealdır. İdealın üzərində dəyişiklik etmək! Sinoptiklər bu ab-havadan  heç yaxşı proqnoz vermirlər. Getdikcə  azyaşlılar arasında  nikahdan  əvvəl “macəra”  həyatına  meyillilik kütləviləməyə doğrudur. Keçən il az qala   yeni evlənənlərlə  nikahı pozulanların sayı bərabərləşmək üzrə oldu. Kim sevirsə,öz əks tərəfinin zahiri, cismani   həzzinə deyil, mənəvi həzzinə can atmalıdır.  Sonda isə öz  subyektiv fikrimi deyirəm ki, Azərbaycanda gözəllik müsabiqələri  yerinə evdarlıq, analıq müsabiqələri keçirilsin. Belə müsabiqələrdə oğlanlarla bərabər  ciddi psixoloji tapşırıqlar verilsin.  Qızlarımıza da, oğlanlarımıza da vəslə çatmağın deyil, birlikdə  ata xəttini, ailə şərəfini əsrlərin o tayına apara bilməyin  hikmətləri öyrədilsin.

Gözəllərin gözəlidi,
Kəndimizin gözəlləri.
Şöhrətidi qol-qanadı,
Ölkələrdə gəzir adı.

  Son

Qeyd:Əvvəlki üç  yazı 11, 18 və 27 yanvar  2023-cü  il tarixli  nömrələrimizdə

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı