Baş redaktordan

* Əsl peşəkar jurnalist muzey eksponatı kimi nadir tapılan peşə sahibinə çevrilib: universitetlərin müvafiq şöbə və ixtisaslarını bitirənlər praktik baxımdan qəzetdə işləməyə yaramır, başqa sahələrdən gələnlər isə əvvəla, bilmədiklərini bilmirlər, ikincisi isə öyrənmək niyyətində deyillər! 

* Sözün qədrini bilən və məsuliyyətini dərk edən, mətbuat və söz azadlığı ilə bahəm insanın şərəf və ləyaqətini uca tutmağı bacaranlar getdikcə tükənirlər! 
* Jurnalistikanın janrları qəzet səhifələrindən yoxa çıxıb, araşdırma və təhlili materialları yazanlar isə yox dərəcəsindədirlər!
* Qəzetin funksiyasını yalnız “informasiya, xəbər çatdıran” kimi başa düşənlər mətbuatın maarifçilik funksiyasının da olduğunu sanki unudublar!
* Qəzetlərdən elektron mediaya transfer edənlər bəzi qorxaq “sifarişçilərin” və üzdəniraq məmurların sayəsində “reket jurnalistika”nı hələ də qoruyub saxlayırlar!
* Mənəviyyat, müstəqillik, vətənpərvərlik, qaçqın və məcburi köçkün həyatı, azərbaycançılıq ideyası, diaspor quruculuğu və digər vacib mövzular yalnız dövlətdən qrant alanda yada düşür!
* Çox az qism redaktorlar nömrənin manşetini düzgün müəyyənləşdirə bilirlər!

                    Bəxtiyar Sadıqov, “Azərbaycan”qəzetinin Baş redaktoru, Millət vəkili

Sosial şəbəkə anlayışı lüğətimizə ilk dəfə keçən əsrin 60-cıillərində daxi olmuşdur. Leksik mühitdə bunun adı “sosial şəbəkə” kimi  qərarlaşsa da, danışıqda daha çox  “sayt” və yaxud “portal” terminləri işlədilir. Bu terminlər  “ünsiyyət məkanı” anlamına gəlir və  onlardan cəmiyyətdəki insanların digər insanlarla münasibətlərini ifadə etmək üçün istifadə edilmişdir: Fərqli məkanlar, fərqli istifadəçilər, fərqli mədəniyyətlər olmasına baxmayaraq, insanlar belə şəbəkələrdə öz hiss və düşüncələrini virtual olaraq ifadə edir, tanıdıqları- tanımadıqları  şəxslərlə ünsiyyətdə omaq imkanı əldə edirlər. Sonra iriləşdikcə, auditoriya, maraq dairəsi genişləndikcə, bu sosial şəbəkələr  də  adamlar və ya təşkilatlar arasında  daha ciddi sosial qarşılıqlı əlaqələrə xidmət edən əsl virtual məkana çevrilmişdir. Dünyanın istənilən şəhərində və ya kəndində yaşayan insanlar məhz onun vasitəsilə on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak edir, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxuyur, alış-veriş edir, radio dinləyir, televiziya verilişlərinə tamaşa edir, gündəlik hadisələr barəsindəki məlumatları çevik şəkildə paylaşırlar. İnternet virtual bir bilik xəzinəsi, elektron kitabxanadır. Ondan bacarıqla istifadə edən hər bir ixtisas sahibinin profesionallaşmasında bu xəzinə mühüm rol oynayır.

Amma daha çox çat söhbətləri stilində ünsiyyət yaradan bu saytlar  getdikcə şəbəkə və kompüter texnologiyalarının inkişafı nəticəsində yeni platformalarla zənginləşdi, interaktiv xüsusiyyətlərinə, istifadə rahatlığına görə auditoriyasını daha  genişləndirdi.

 İndi  günün istənilən vaxtında insanın özünü  maraqlandıran bütün məlumatları sərbəst, maneəsiz əldə etmə, ötürmə imkanları  qazandı. Məhz bu xüsusiyyətləri ilə onlayn media ənənəvi çap mediasını  üstələməyə başladı. Artıq demək olar ki,  əksər çap mediasının onlayn forması yaradılmışdır. Artıq onlayn formaya  keçidlə xəbərləri, müxtəlif məlumatları, elan  və reklamları   daha geniş kütləyə, həm də təzə-tər çatdırmaq mümkün oldusa da, bu məlumatlandırma və yaxud maarifləndirmədə şou psixologiyası   daha üstünlük təşkil edir. Ən ciddi  hesab etdikləri  mətbu vasitələrdə bu var. Müəyyən hallarda xırda-para   nösanlara çatışmazlıq  yarlığı qoyub ötüblər. İllərlə  davam edən  həmin “çatışmazlıqlar” isə   kütləviləşib, bizim mediamız üçün artıq ənənəvi xarakter alıb. Bir sözlə, onlayn formaya  keçid  mətbu subyektlərinin işini optimallaşdırsa da, heç bir keyfiyyət dəyişikliyi baş vermədi. Əksinə, getdikcə, şou məzmunlu yazılara geniş meydan verilməkdədir. İdeologiyamız  sərhədsiz sərbəstliyə yol açmamalı, dəyərlərimizi qorumağa sərhəd olmalıdır

İradlarım daha çox özəl kanallarda şou verilişlərinin   ideyasızlığına görədir. Azərbabaycan Dövlət Universitetinin yetişdirdiyi peşəkar jurnalistlər ekranlardan uzaqlaşdırıldı,  ideya tribunası  keçdi bir qrup  şounəvisin əlinə.  Bir düz əməlli kanalımız yoxdu ki, ailəliklə cəm olub  eyni vaxtda izləyə biləsən. Mətbuatda da  eynən belədir.  Nəinki bir  vərəq esse , heç  öz tərcümeyi-halını yaza bilməyən istənilən şəxs   mətbu nəşr yaradır, qeydiyyatdan keçirib olur təsisçi, baş redaktor.

Tolik, Elgiz,  Zaur Baxşəliyev, Zaur Kamal,  Yusif, Sərxan bu gün  televiziyaların aparıcı  simalarına çevriliblər. Vikipediya  məlumatlarına əsasən , Tolikin  heç ali təhsili yoxdur. 2017-ci ildən üzü bu yana  apardığı  verilişlərin adlarına fikir verin: Lider TV-də yayımlanan “Bu bizik, Toliklə”,  Xəzər TV-də yayımlanan “Hər Şey Daxil”,  YouTube kanalı vasitəsilə “Tarix Əliyev ilə Səmimi veriliş”, Dalğa TV-də “Günə bir şou”, indi də   MTV də “Ümid ilə gəl”.  Sonuncu layihədə, elə əvvəlkilərdə də Tolik ailə-məişət ixtilaflarını, sosial problemləri çözür. 

Hətta  belə təkliflər də olmuşdu ki, Tolik təhsil mövzusunu da  müzakirələr aparsın. Tolik hara,  təhsil stratejimizi  onun ixtiyarına vermək  hara? MTV  adından da göründüyü kimi, sırf musiqi formatında fəaliyyət göstərəcək deyə, lisenziya verilmişdir. Başlanğıcda bu kanalın  80 faizini kliplər, 20 faizini verilişlər təşkil edirdi. Amma  çox keçmir ki, musiqi proqramlarının həcmi ictimai-siyasi   veriliş həcmi ilə bərabər olur: 50% – 50% . MTV artıq    musiqili-əyləncəli kanala çevrilir.  Bunlardan olsa, ümumiyyətlə, publisistik janra keçərdilər. Bazaları, peşəkar jurnalistləri yox. Ona görə də özəl kanallar cəmiyyət tərəfindın daim qınaqla qarşılanır.

Məsələn, Tolikin  verilişlərinin birində evirdə 6 yaşlı qızın bakirəlik məsələsi müzakirə edilir. Kim düzüb –qoşur MTV-nin proqram və mövzularını?  Bu, uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Bəs bu qızın gələcək taleyi? Bəs hadisənin özünün insanların bir-birlərinə, hətta, ən  yaxın adamlarına qarşı  yükləyəcəyi etimadsızlıq yükü?

Təsdiqlənməmiş, hüquqi nəticəyə gəlinməmiş 6 yaşlı həmin qız uşağının bakirəliyi haqqında söz salmağa kim ona icazə verib? Bu, sırf hüquq-mühafizə orqanlarının işidir. Kütləvi informasiya vasitələri bu cür hadisələrə analitik yazılarında ümumi şəkildə yer ayısalar, daha doğru olar. Ona görə də belə iyrənc hadisələr haqqında tez-tez eşidirik. Murdar niyyətlilər belə yazıları oxuyub ürəklənirlər ki, o, ilk deyil.

Sovet vaxtı deyirdilər ki,  bizim iqtisadiyyat planlı iqtisadiyyatdır. Bir bazarı belə iqtisadiyyata aid etmirdilər ki, orada  qiyməti, tələb-təklifi nizamlamaq, proqnazlaşdırmaq olmur. İndi özəl kanallar, xüsusən internet televiziyaları  və saytlar  belə nizamlanmamış təsərrüfatı andırır. İstədikləri mövzunu efirə çıxarırlar. Elə adanları nitqləndirirlər ki, televiziya  5-10 manat olsaydı, çölə atılan monitorların sayı-hesabı olmazdı.

   Bu xalqın şou adamlarından,  toy müğənnilərindən  başqa,  peşə, sənət sahibi yoxdurmu? Qocalar, ağbirçəklər  döyüşə gediblər? İbrətli bir rəvayətdə ki kimi, yoxsa, bu məmləkətdə də insan bir yaşa çatan kimi aparıb uzaq bir çəngəlliyə atırlar. Nə ekrana, nə mətbu səhifələrdə görünmür onlar. Tribuna, diktofon, qələm, kamera  peşəkar əlinə düşməyəndə  bundan yaxşısını gözləmək  sadəlövhlükdür.

Bir də görürsən aparıcı qladiatora çevrilir, verilişə dəvət etdiyi iştirakçını hədələyir,hikkəsini onların üstünə tökür.

Belə hallar dəfələrlə olub. Efirəı yaraşmayan, auditoriya idarə etməyəuyğun olmayan bir aparıcı söyüş söyüb, amma heç bir təsir görülməyib. Bəs belə şəxsləri kanaldan kanala aparan kimdir?

Arb kanalınıln “Elgizlə izlə” verilişində Nüşabə Ələsgərli canlı efirdən həyat yoldaşına səslənir ki, saqqalını qırx. Evdə demək olmurmu bunu? Siz xalqı maarifləndirmək adıyla yaratdı\ınız telekanal budurmu?

Saysız-hesabsız belə verilişlərin heç birində zərrəcə əxz edilməli heç nə yox. Biz dədə-babalardan miras qalmış əxlaqi dəyərlərimizi o qədər qoruya bilmirik ki, ondan dəfələrlə çox çılızlaşdırırıq. Belə halla üçün Qərbin təsiri inkaredilməzdir. Amma daha bu qədər də olmaz da. Hamı Qərb ölkələrinə qonşu yolu kimi, dəqiqəbaşı gedib-gələ bilmir ki. Bəs bu qədərsiz sərbəstliklər, şou əxlaqı hardan sirayət etdi mənəviyyatımıza. Əlbəttə ki, internetlə, nizamlanmayan sosial şəbəkələrlə. şou mətbuatı ilə. Şou proqramlarına dəvət olunanlar sənətləri varsa, buyursunlar, sənətlərini təqdim etsinlər, sənət, sənətkarlıq məsələləri haqqında danışsınlar. Amma onların öz profilləri qalır kənarda, başlayırlar cəmiyyətə dərs keçməyə . Keçmiş Mədəniyyət Nazirliyi o qədər adama uyğun olmadığı halda fəxri status verdi ki, indi şou yönümlü televiziya və mətbu orqanlar onların statuslarına istinad edib, verilişlərinə daha çox həmin adamları dəvət edirlər. Bir neçə məqamı diqqətə gətirim:

Görünür ki, özəl telekanalalrının sistemli, ölçülüb-biçilmiş həftəlik, aylıq, rüblük yaradıcılıq planları yoxdur. Ona görə də müzakirələri belə şit, bayağı və zərərlidir. Toliki sovet dövründə cəmiyyətin qarşısına belə geyimdə çıxmağa kim icazə verərdi. Belə geyimdə olan aparıcı gənclərə nə nümunə ola bilər?

Tanınmış psixoterapevt Elmir Əkbər modern.az-a müsahibə verib (Bax: https://news.milli.az/country/448166.html). Daha bir neçə  onlayn mətbuat da  həmin yazını dərc edib və manşetə də cəmiyyəti qıcıqlandıran eyni sərlövhəni seçiblər :“Seks ən müqəddəs ibadətdir”.Seks ən yaxşı ibadətdirsə,  niyə   qoymurlar bu  milləti harda  gəldi “ibadətlə”  məşğul olmağa?

 Tolikin “Ümidlə gəl” verilişində   yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki: “Bakıda gənclərin öpüşməsi üçün məkanlar niyə yoxdur?” – “Hər tərəf kameradır…”( https://yenisabah.az/bakida-genclerin-opusmesi-ucun-mekanlar-niye-yoxdur-her-teref-kameradir).

Qanuninfo.az  isə daha irəli gedərək Milli.Az-ın  kenquru.az-a istinadla Bakıda öpüşmək üçün münasib yerlərin peykdən çəkilmiş xəritələrini də təqdim edir : (https://qanuninfo.az/index.php?newsid=17263). Həmin məkanlara getməyin əlverişli vaxtlarını  xatırladırlar. Hələ fikirlərinə də haqq qazandırmağa çalışırlar:

“Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayişin pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə “panyatka” söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var…
Yəni bu aktın reallaşdırılması, görünən odur ki, hardasa, mümkünsüzdür. Bəs bu insanlar bir-birilərinə sevgilərini necə ifadə etsinlər?
Bunu böyük bir problem hesab etmirik, amma sevgili olanları da başa düşürük.”

   Son vaxtlar intensivləşməyə doğru yönəlmiş  cinayətlərin daha çoxusu ailə-məişət zəmnində baş vermiş  hadisələrdir. Ailə itifaqının   bir üzvü digərini öldürür  və yaxud ağır xəsarət yetirir.  Ər qadına xəyanət edir, qadın  ərinə.  Azyaşlı uşaqlara təcavüz  niyyətləri var və sair, və  ilaxır.   Mən öz  fikrimi bildirirəm: bunların çox ciddi səbəbi ideologiyamızın ideologiyasızlığı ilə bağlıdır, maarifləndirilmənin  çox səthi aparılması ilə bağlıdır. Əksəriyyət  reytinq dalınca qaçıb  daha çox  şou-əyləncə yazıları tirajlayır.İnternet  də ki, açıq bazar. Bütün bu  sənayenin istehsal  etdikləri  şüurları zəhərləyir,  şəhvət maraqlarına sürükləyir.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı