Baş redaktor

“Allahım, mənə içi kitab dolu olan ev ilə çiçək dolu bir bağça qismət elə.”
E.ə. V-VI əsrlərdə yaşamış məşhur Çin filosofu Konfutsinin kəlamıdır. Uyğun məqamlarda istifadə edirəm. İnsan nə qədər çox mütailə etsə, çox məlumatlı olsa, o qədər zəngindir, o qədər sakitdir, səbirlidir, həyatını o qədər məntiqlə idarə edə bilir və bir də o qədər gözəl müsahibdir. Kimin təfəkkürü nə qədərdir, ondan artıq danışa bilməz ki.
Kəlamın hikmətinə gəldikdə isə, kitab insanın elmi və mənəvi inkişafını təmin edən hikmət xəzinəsidir. Elmi kitablar onu cəhalətdən, bədii əsərlər nadanlıqdan xilas edər.
Ədəbi-bədii duyğulara, estetik zövqə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil.
Hamı elmi kitabları oxumaya bilər, amma bədii əsərlər oxumazsa, sadəcə, fiziki olaraq yaşayacaqdır, çox mətləblərdən, gözəlliklərdən xəbərsiz olacaqdır.
Bizim yeniyetməlik illərimiz keçən əsrin 70-80-ci illərinə təsadüf etdi. Biz klassiklərimizi oxuduq, Azərbaycan ədəbiyyatının çox qüdrətli sənətkarlarını oxuduq, həm də filoloji fakültə tələbəsi olduğumuzdan sərraf olaraq oxuduq. Biz həyatımızı o kitablardan öyrənə-öyrənə yola çıxdıq. Biz həyatımız üçün idealı o kitablardan seçdik. Sevməyi, sevdiyimizə heyran olmağı birbəbir oxuduğumuz kitablardan əxz etdik.
Həyatda gözəl olmayan heç nə yoxdur. Ən qaba, sərt, eybəcər varlıqda belə, canlı-cansız – fərqi yoxdur, gözəl olan sirli bir nəsə var. Yetər ki, sən gözəllik axtarasan, gözəl düşünəsən, gözəl görəsən. Gözəl görmək, gözəl düşünmək, gözəl olmaq üçün gərək hikmətə baş vurasan, kitab oxuyasan axı.
“Bir qalanın sirri” filmində Həkim baba Elşənə Mətanəti tilsimdən xilas etmək üçün bütün kitabları oxumağı məsləhət görmüşdü. Elşən də təbiətin, çiçəklərin möcüzələrini kitablardan öyrənmişdi. Hər işıqlı fikir, bəşəri arzu, insani duyğu da bir çiçəkdir və insan onu yalnız kitab bağçasından dərə bilər.
Filosof bu mənada insanlara tövsiyə edir ki, mənə içi kitab dolu bir ev, çiçək dolu bir bağça qismət et. Əslində, içi kitab dolu ev toplu anlayışdır. Bir kitab həvəskarı bu evə sahibsə, başqa sözlə, hər zaman oxuyursa, həyat elə onun üçün çiçək dolu bir bağçadır. Çin filosofu insanları mütailə etməyə səsləmişdir.
Peyğəmbərimiz də buyurmuşdur: “Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın”
Əsl iqtidarın kitabda olduğunu gördükdən sonra, hökmdarlar da qələmə sarılıb kitab yazmağa başladılar.

Alfred dd Vini
Kitablar mənim sevgili dostlarım, gerçək yol gösterenlerimdir; çünki ikiüzlülük etmədən mənə vəzifələrimi xatırladarlar.
A.Daudet
Bir adama bir kitab satdığı zaman, ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, yumor və gecə dənizdə gəzən gəmilər, əgər o kitab həqiqətən mənim anladığım mənada bir kitabsa, onun içində bütün göylər və yer vardır.
Xristofer Morli
Allahım mənə kitab dolu bir evlə, çiçək dolu bir bağça ver.
Franklin Ruzvelt
Bir kitab içimizdəki donmuş dəyərləri parçalayacaq bir balta olmalıdır. Franz Kafka
Konfutsi
Günəş dünya üçün nə anlama gəlirsə, kitab da mənim üçün eyni anlama gəlir.
E. Наytiqeyl
İnsanlıq yalanı və ədalətsizliyi qılıncla deyil, kitabla məğlub edəcəkdir.
Emil Zolya
Kitablar sivilizasiyaya yol göstərən işıqlardır.
Franklin Ruzvelt
Bir kitab içimizdəki donmuş dəyərləri parçalayacaq bir balta olmalıdır. Kafka
Kitab tək qalmış adamın dostudur.
G. Duhamel
Gənclərini kitabla böyütməyən millətlərin sonu acıdır.
P. N. Ovidius
Müdrik insanlar həyatın dərdlərinə çarəni kitablardan tapar.
Viktor Hüqo
Kitabxana qurmaq məbəd qurmaq qədər müqəddəsdir.
Viktor Hüqo
Yaxşı seçilmiş bir kitab kolleksiyası, gerçək bir universitet təhsili deməkdir.
Ovidius
Bəzi kitablar dad almaq, bəzi kitablar udmaq, bəzi kitablar da çeynəyib həzm üçündür.
Bacon
Kitabla karlara səslənən dilsiz dostlardır.
Niderland atalar sözü
Kitab insanın cibində daşıdığı bir bağça kimidir.
Ərəb atalar sözü
Heç bir gəmi bizi kitablar qədər uzaqlara apara bilməz.
Kəlam


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.