Mövqe

-Ağzın qurusun, çoban! Dilin çürüsün, çoban!

Allah sənin alnına bəla yazsın, çoban!

   

Bu misralar orta məktəb dərsliklərindən    hər birinizə tanışdır. “Kitabi-Dədə Qorqud” dastanındandır. “Saluq Qazanın yağmalanması” boyunda  Qaraca  Çoban  Qazan xana ağsaçlı anasının, 40 incəbelli qızla   halalı Burla  xatunun, 40 igidlə oğlu Uruzun  düşmənlər tərəfindən əsir edib aparıldığını  söyləyəndə, Qazan xan  çobanı belə qarğımışdı. İndi mən də hollandiyalı  seysmoloq Frenk Xyrepbitsi qarğıyımmı ? Bu müdhiş xəbəri paylaşıb heç bir  həyəcan, sarsıntı keçirmədiyinə görə.  Bəs niytə  kamal  cahanda  qalib gələ bilmir?  Ümumi üvimiz  olan dünyanın  qorunması naminə   məqsəd  birliyi yoxdur.  Qazan xan   anasını, ailəsini, oğlunu xilas etməyə gedəndə  Qaraca Çoban da onun  ardınca getmiş,  kafirlərə qarşı döyüşdə  Qazan xandan geridə qalmamışdı. Frenk Xyrepbits seysmologiya üzrə elmi-tədqiqat institunda  işləyir. Kimə lazımdır  belə təsdqiqat ki, o, insanlığa xidmət etmir, humanizmə xidmət etmir? İnstitut   insanlıq naminə apardığı tədqiqatların nəticələri, uğurları , sadəcə, bir tvit olaraq sosial şəbəkədə paylaşılırsa,  kimə lazımdır  belə  elmi tədqiqatlar? Rəsmi şəkildə Türkiyəyə Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Nazirliyinə, Türkiyə Seysmoloji Xidmət  Mərkəzinə, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə rəsmi müraciət etsə idilər,  onda  bir elmi-tədqiqat institunun , bir  zəlzələ kahininin  gəldiyi nəticələr  daha  etmad qazanmış olardı və bu gün   Türkiyədə  bu fəlakətlər yaşanmazdı.

Frankın bu paylaşımı cəmi 3 gün ərzində  5 milyona yaxın baxış toplayıb.  Yəni  bu qədər baxış sayının  gösləri  qarşısında insanlıq ölür.

Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Bazarcıq rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş  verdi.  Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.  İnfrastruktura dəyən  ziyanı  hələ  düşünmək də istəmirəm.  Dağıntıların altında  bizim qan qadaşlarımız, bacılarımız qalıb.  Biz  Azərbaycanda  bu qədər  rahatlıqların içində  sanki tikan üstündə oturmuş kimiyik.

Bu acı  xəbər  hər birimizin  köksünü parçaladı. Başınız sağ olsun, Türkiyəmiz… Yaralılara şəfa diləyirik. Belə anlarda  daha yekdil olmalı, çiyinlərimizi daha sıx birləşməliyik… Ziyalılarımızın  türkdilli ölkələrə müraciətinə ehtiyacımız var, öz xalqımıza  müraciətinə ehtiyacımız var.

 Görünən dağa  nə bələdçi, amma  görmək bir başqa, duyğulanmaq bir başqa.  Bu anlar bütün  Türk dünyası, bütün dünya duyğulanmalıdır. Amma təkcə  təbiətin oyun oynadığı qan qardaşlarımızın acnacaqlı  görkəmlərinə baxmaqla deyil,  həm də  bütün türk dünyası sözdə deyil,   həm də əməldə Türkiyənin yanında olduğunu dünyaya   sübut etməklə.

 İnternetdə hər an izləyirik.  Dövlət nə qədər  qüdrətliolsa da, ekstremal  vəziyyətin yaratdığı xüsusi  çətinliklər var.

Bir qadın   bu qarlı-yağışlı havada  küçədə ayaqqabısız idi.

 Məşhur idmançı  göz yaşları tökərək  kömək yalvarırdı.

Hansısa qocalar evinin yaşlı sakinləri küçənin  ortasında çılın-çılpaq qalmışdılar.

 Küçəkər çadırlarla  doludur. Orada bizim qardaş-bacılarımız isti yeməksiz, çaysı qalıblar.  Bunlar o insanlardır ki,   hər zaman dünyada harda aclıq, fəlakət baş verib,  Türkiyə ilk imdada çatanlardan olub. Afrikanın elə  ucqarları var ki,  Türklər orada su  çəkdirib,  məktəb açıb.   Harda ki,  aclıq, səfalət hökm  sürür,   epidemiya   var,  ilk yardım əlini uzadan  can Türkiyəmiz olub. Hər il Qurban bayramlarında Türkiyə dünyanın 3 qitəsinə bu bayramın  mərhəmətini   aparıb. Mərhəmətin  fəlsəfəsi onu  tələb edir ki, yaxşılıq elə olunmalıdır ki,  edilənyaxşılıq  yaxşılıq olunanı   minnət altında qoymamalıdır. Böyük Türk xalqı  etdiyi xeyirxahlıqların    söhbət mövzusu olmasını heç vaxt istəməyib.

Bu gün  belə  bir əfəndi millətə dünyanın dəstək olması çox lazım , daha çox ona görə ki, tezliklə dağıntının fəlakətlərini arxada qoyub Türk mərhəmətini dünyaya paylağa davam etsin.

İndi  paylaşacağım şəkillərə soyuqqanlı baxmaq  olmur.  Bu amansız dəhşətin heyvanlarda yaratdığı  təsirə baxın. Xilasedicilər dağıntılar altından  çıxartdığı  pişiklər   bərk-bərk öz xilaskarlarına  sığınıb. Danıa bilsəydilər, nələr deməzdilər… İnsanlar deyə bilmədiklərini deyərdilər.

Ağlamamaq mümkünmü? Ağlamamaqdan başqa əlimdən heç nə gəlmir. Biz də   kömək aksiyasına qoşulacağıq. İbadət borcumuz isə    qədərsizdir. Sosial şəbəkələrin verdiyi imkandan istifadə edib  xalqımıza müraciət edirik.

Əziz xalqımz, Türkiyədə baş vermiş təbii fəlakət səbəbindən   dağıntılar altından çıxarılmış insanlar üçün  ölkəmizin hər yerində yardım kampaniyası başlamışdır. Uşaq və ya böyüklər  üçün əsasən,  soyuqdan qorunmsq  üçün  isti  geyimlərə çox ehtiyac var.

Kimin nəyə gücü çatırsa köhnə və ya təzə ianə edə bilər. Eləcə də  pul vəsaiti olaraq.

“Qardaş köməyi platforması” çərçivəsində hazırda ayrı- ayrı məntəqələrdə yardım kampaniyaları davam edir:

“Paytaxtın Səməd Vurğun küçəsi, “Peynirci Baba” (Göy məscidin yanında); Ağ Şəhər “Yaşıl ada” nömrə 2; “Aqro Terminal” Salyan şosesi, Binə Bazarının 14-cü sırası ilə üzbəüz və Ziya Bünyadov prospekti, Xarici Dairəvi küçəsi, 2038-ci məhəllə (73 saylı məktəbin yanı),  Azadlıq pr 128 k. Koroğlu heykəlinin yanı- DUFY mağazası  olmaqla yardım kampaniyaları toplanır. Toplanan yardımlar Binəyə, oradan isə TIR-lara yüklənərək Türkiyəyə göndəriləcək.

 Son olaraq

     Əziz xalqımız! Yadınızdadırmı  İran  Xəzər dənizində bizim məhəlli  sularımıza daxil olanda, Türkşahinləri dərhal  səmaya qaldırılmışdı. Onda  ürəklərimiz  qürurdan  köksümüzə sığışmırdı. İndi biz də öz  vəfa borcumuzu göstərməliyik. İstər mülki vətəndaşlarımız Azərbaycanda, istərsə də  Türkiyəyə köməyə getmiş xilasedicilərimiz, həkimlərimiz  də orada.

Dağıntılar altında qalmış, həyatını qeyb  etmiş türk çocuğu böyüyüb mehmetçik olacaqdı,   böyüyüb  mənim torpağıma kəc baxanın  ürəyinə mil qoyacaqdı.

Türk gözəli, alp oğlanlarımız qalıb orada,  bütün  gücünüzü  səy edin onları xilas etməyə. Bu dünya   həmişə var olacaqdır.  Hələ çox qız verib, qız alacağıq…Onlar süfrələrimizi, niyyətlərimizi  birləşdirən vəsilələrimizdir.   Yorulmaq olmasın. Bir az da şirin cana qəsd edin.  1 az cəld addım atın,qadan alım.Hava soyuq, dağıntılar altında sizi gözləyən yavrular, ixtiyar qocalar var. Başınıza dönüm, 1 az  gec yatın. Mən burda hər an hamınıza dua edəcəyəm.

Qar, külək, hər hansı təhlükə sizə  dov gələ bilməsin.  Birinizin başından bir  tük belə əskik olmasın. Bu saat dünyanın gözü Türkiyədə,  çoxsunun niyyəti də saf deyil. Çoxsu  da heç ölkələrimizin dostluq və qardaşlığını  qəbul etmək istəmir. Türkiyəni sevənlər onların ümidlərini ürəklərində qoymalıdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı