Mövqe

Türkiyəli yazıçı və ssenarist Hakan Gündayın qənaəti çox doğrudur: “Yerimək əvəzinə avtomobillərdən istifadə edən, düşünmək yerinə televiziya seyr edən, idman etmək əvəzinə, “Mempunyai Station” oynayan, kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi gecikir”. Mən də əlavə edim ki, belə bağlılıq nəticəsində onlar həm də yaşlarını qabaqlayırlar. “Sehirli xalat” filmi 1964-cü ildə lentə alınıb: az qala 60 il öncə. Filmdə baş vəzirin ( Ağahüseyn Cavadov) pioner Rəşidi (Azər Qurbanov) şahın (Əlağa Ağayev) hüzuruna gətirəndə dediyi məşhur fikri xatırlayaq: “Bu yaramaz uşağın böyüyüb kim olacağını düşünəndə adamın tükləri biz-biz olur”.
İndiki uşaqlar haqqında isə deyirlər ki, “onlar böyüklərdən çox bilirlər”, “onlara yengə-mengə lazım deyil”. Belə hazırlıq məktəbini onlar harda keçdilər, əlbəttə, internetdə: nizamı, hədəfi şou psixologiyası olan virtual məkanlarda.
Bu gün internet və özəl kanallarda ağəna-bozuna baxılmadan sərgilənməyən görüntü, sədləndirilməyənfikir yoxdur. Ona görə də Yazıçı Xeyrəddin Qoca deyir ki,


Əlbəttə, yazıçı bunu hamıya aid etmir. Biz yaşımızın, savadımızın bu vədəsində də hər zaman öyrənməyə və yenilənməyə ehtiyac duyuruq . Televiziyada , istər mətbuatda belə ziyalılarımız var. Təəssüf ki, bu gün insanlar demokratiyanı çox yanlış başa düşürlər. Aşkarlıq o deməkdir ki, sən öz fikrrini heç birmaneəsiz, təhdidsiz deyə bilirsən. Amma gərək sənin dediyin söz olsun, məntiqli olsun, tək sənin özünə deyil, bütün cəmiyyətə faydalı olsun. Fəqət, belə deyil. İndipaylaşacağımız nümunələrdə fikir verin, nələr qalmadıdilə gətirilməsin. Kim kimi istəyir söyə bilir, hədələyə bilir və sair. Sosial şəbəkələrin birində qızlar flörləşməkdənyazırdılar. Ömrünün yarıdan çoxunu sözlə əlləşən adam bu sözün mənasını bilmədim.Kimsədən soruşmağa da utandım və ehtiyat etdim. Ağlıma gəldi translate yolu ilə aydınlaşdırdım. məlum oldu ki, “flörtləşmə” nişana və yaxud nikaha qədər iki əks cinslər arasında dostluqdan kənar emosional, romantik və/və ya cinsi yaxınlığı ehtiva edən bir əlaqə kimi izah edilir. Onda belə çııxır ki, belə ələqə müəyyən qrup gənclərimizin umurundadır. Bizim öz dilimizdə, təxminən, “mazalaşmaq” sözünün sinonimidir. Sosial media əcaib-əcaib sözlər gətirməkdədir leksik mühitimizə: “flörtləşmək”, “sevişmək”, “hərləmək” , “qancıq” və sair.

Sovet dönəmində 5-6 uşağı olan ailə azuşaqlı ailə hesab olunurdu.Əksər ailələrin 6-9 uşağı olardı. 10 və daha çox övladı olan ailər də çox idi. Amma həmin dövrün uşaqları bilməzdi ki, bu uşaqlar hardandır, doğrudanmı, qu quşu gətirib? Amma indi 12-13 yaşdan yuxarı uşaqların çoxsunun bu barədə anlamı var. Ona görə də deyirlər ki, indiki uşaqlar hər şeyi bilirlər. Əvvəldə qeyd etdiyimiz kimi bu biliklərin ilk addımı evdən başladı.
“Qadınların son dəbi – CAZİBƏDAR OMBALAR: Azərbaycanda da bunun üçün plastik əməliyyata gedən xanımlar artıb” (Bax:https://modern.az/az/news/150974/qadinlarin-son-debi-cazibedar-ombalar-azerbaycanda-da-bunun-ucun-plastik-emeliyyata-geden-xanimlar-artib- )
Bu sərlövhəli yazı 5 il bundan əvvəl bir çox saytlarda tirajlandı.

Qadın bədənini gözəl göstərən yerlərindən biri də ombalarıdır. Möhkəm və dik ombalar az qala hər qadının arzusudur. Belə deyirlər ki, mükəmməl ombalara sahib olan qadın geyindiyi istənilən şalvar ya da ətəklə xoş və yaraşıqlı görünür.
Ombalar həm də qadınları ehtiraslandıran bədən nahiyəsidir. Onlar ombalarına təmas edilməsindən, oxşanmasından olduqca zövq alarlar. Sevişmənin daha da coşğun olduğu sırada qadının ombalarınına sığal çəkmək onu dəli edəcək qədər ehtiraslandıra bilər.
Aparılan sorğular da göstərib ki, bəzi qadınlar ombaları üçün deyilən xoş sözlərə biganə qalmırlar. Onlar ombasının gözəl göründüyünə əmin olmaq istəyir.
Təsadüfi deyil ki, bəzi gözəllik yarışmalarında müsabiqəyə qatılan qızların omba görünüşünə xüsusi qiymət verilir. Braziliyanın San-Paulu şəhərində isə hər il ənənəvi “Miss Bumbum” gözəllik müsabiqəsi keçirilir ki, bu yarışmada ən gözəl ombaları olan xanımlar qalib seçilir.

Gözəl formalı ombalara sahib olmaq hər bir qadının arzusu olsa da, gerçəklik heç vaxt istəklərlə üst-üstə düşmür. Bu səbəbdən cazibədar görünüş istəyən bəzi qadınlar yaraşıqlı ombalar naminə plastik əməliyyata belə, getməyə hazırdırlar.
Son vaxtlar böyük ombalar belə deyək ki, dəbə minib. Bu səbəbdən yan əzələlərini (arxanı) böyütmək üçün bir çox qadınlar müxtəlif üsullara əl atırlar: xüsusi idman hərəkətləri edirlər, bu məqsədlə buraxılan xüsusi cins şalvarlar geyinirlər ya da əməliyyata razılaşırlar.
Yeri gəlmişkən, ombalar bədəndəki ən çox əzələ toxumasının olduğu yerlərdir. Bunu nəzərə alan bəzi mütəxəssislər ombaları idmanla istədiyiniz formaya sala bilməyin mümkünlüyünü bildirir və qadınlara tövsiyə edirlər ki, cazibədarlığı artırmaq, iri və ideal ombalara sahib üçün vaxt tapdıqca idmanla məşğul olsunlar.
Daha dolğun və düzgün omba istəyənlər üçün “Braziliya üsulu ilə omba estetik əməliyyatı” da yaxşı çarə sayılır.
Bunu tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev də Modern.az saytının əməkdaşı ilə söhbət zamanı qeyd edib.
O bildirib ki, dünyaya nəzər salanda qadınların plastik əməliyyatlara ildən-ilə çox müraciət etdiyini görmək olar.
“Bunlar burun, sinə və popo (omba) implantıdır. Popo və sinə əməliyyatları qadını daha cəlbedici və cazibədar edən əməliyyatlardır. Dünyada qadınların əksəriyyətində çanaq darlığı müşahidə olunur. Yəni ombalar dar olur. Bu da qadının görünüşünü – bədən quruluşunu bir xeyli pozur. Qadınları daha cəlbedici göstərən onun ombaları, sinəsi və ayaqlarıdır. Kişilərin ilk baxışdan qadına nəzər yetirdiyi yerlər onun sinəsi, ayaqları və ombalarıdır.
İndi dünyada ən məşhur ombalar Braziliya popolarıdır. Çünki Braziliya qadınları çox formalı və fiquralıdırlar”.
R.Rzayev qeyd edib ki, bu səbəbdən omba əməliyyatının adına “Braziliya poposu əməliyyatı” da deyirlər:
“Omba əməliyyatları zamanı bəzi qadınların yanlarında çuxurlar da olur və onları doldurmaq üçün iplantlardan, yaxud orqanizmin öz piyindən istifadə olunur. Normalda bu çuxurlar bəzi qadınlarda olur. Bu da formanın pozulmasına, daha pis görünməsinə səbəb olur. Bəzi qadınların yanlarına implantlar qoyurlar ki, ombalar daha gözəl görünsün və dik qalsın”.
Doktor R.Rzayev son vaxtlar Azərbaycanda da omba əməliyyatları keçirildiyini və bu cür plastik əməliyyatların hətta artdığını bildirib.
“Belə əməliyyatları etdirən və xarici görkəmini düzəldən xanımlarımızın sayı artıq çoxalıb”.
Müsahibimizin qeyd etdiyi kimi, Braziliya omba əməliyyatlarına görə bütün dünyada məşhurdur. Bu ölkəni dünyaya tanıdan məşhur plastik cərrah və “Braziliya yanbızı” adını almış cərrahiyyə əməliyyatının ilk icraçısı İvo Pitanguy həyatla vidalasa da, artıq əksər ölkələrdə onun ardıcılları çoxalıb. İndi mərhum cərrahın “yanbızdüzəltmə” texnikası pasiyentlər arasında getdikcə daha çox məşhurdur. Dünya cərrahları İvo Pitanguyu ombadüzəltmənin yaradıcısı sayır, onun plastik cərrahiyyəyə töhfə verdiyini vurğulayırlar.
Omba əməliyyatları prosedurunun bir neçə tipi var. Amerika Plastik Cərrahiyyə Cəmiyyətinin bildirdiyinə görə ombaların böyüdülməsi – onların ölçüsünün və formasının pasiyentin yanbızlarına iynə ilə piy köçürülməsi və ya onlara silikon implantının qoyulması ilə dəyişdirilməsidir.
“Braziliya yanbızı” əməliyyatında əsasən piy vurulmasından istifadə olunur. Bu əməliyyat zamanı pasiyent liposaksiya edilir, yəni onun qarın nahiyəsindən sorulub çıxarılan piy, emal edildikdən sonra həmin qadının ombalarına vurulur.
Bunun əksinə olaraq, adi omba cərrahiyə əməliyyatlarında, yanbızların ölçüsü onlardakı artıq piyin və dərinin çıxarılması ilə də müşayiət olunur. Bu əməliyyat adətən əhəmiyyətli həcmdə çəki itirmiş pasiyentlərə tətbiq edilir.
Beynəlxalq Estetik və Kosmetik Cərrahiyyə Cəmiyyətinin məlumatına görə, təkcə 2015-ci ildə dünyada 320 min ombaböyütmə və ombadikəltmə əməliyyatı aparılıb. Bu, 2014-cü illə müqayisədə 30 faiz artım deməkdir.
2016-cı və 2017-ci ildə belə əməliyyatların faiz göstərcisi bir qədər də yüksəlib. Bu əməliyyatlar ümumən təhlükəsiz sayılır. Lakin bütün cərrahiyyələrdə risk elementi olduğuna görə mütəxəssislər reputasiyalı və səriştəli cərraha müraciət edilməsinin mühümlüyünü vurğulayırlar.
Bədənin daha çox hissəsinin açıq qaldığı isti ölkələrdə omba əməliyyatları xüsusilə populyardır.
Təsadüfi deyil ki, məşhur moda jurnalları da tanınmış xanımların fotosessiyasını hazırlayarkən onları “arxa plandan” gen-bol işıqlandırmağa üstünlük verir”.
Yazının linkini də paylaşmaq olardı. Amma oxucumuu axtarışa vaxt sərf etməyə buraxmadan yazını özüm təqdim etdim. Kütləvi informasiya vasitələrinin mənbəni göstərməklə dərc etmək mümkünlüyünü əllərində dəstəvuz edib, xarici ölkələrin gərəksiz həyat tərzi nümunələrini bizim həyata gətirir. Bundan sonra heç bir saytın, televiziyanın tərbiyəvi mövzuda yazmağa, veriliş yayımlamağa gərək əli getməsin.
ATV kanalı “Ulduzlu axşam” proqramında Xalq şairi, gözəl mahnıların müəllifi, ən əsası isə sovet dövründə uzun müddət Mərkəzi Komitədə, daha sonra Mətbuat Komitəsində ədəbiyyatımızın və mətbuatımızın ideoloji saflığına məsul olmuş Vahid Əzizlə görüşdə bütün bizim bu yazıdakı toxunduğumuz məsələlərlə bağlı söhbətləşmə aparılmışdı. Sonra bu müsahibə saytlarda “Kişini əldə saxlamağın birinci vasitəsi yataqdır” başlığı ilə dərc edildi (https://aqreqator.az/az/medeniyyet/320093).

Vahid Əzizin dövlətin ideoloji siyasətinə məsul olduğu həmin vaxtlar bir yazıçının hünəri çatıb belə danışa bilərdimi, bir mətbu subyekt belə yazı dərc edə bilərdimi?
Müsahibədə həmrəy ola biləcəyim bir fikir yoxdur, ziddiyyətli, qəbul edilməyəcək fikirlər isə çoxdur… Vahid müəllim televiziyadan danışdı, amma bir kəlmə mətbuatdan danışmadı. Halbuki bu gün davam edən aşınmaların ciddi bir hissəsi mətbuatın səbəbindəndir.Bütün bu cür mətbu subyektləri cəm etsələr, həmin dövrdəki bir “Azərbaycan pioneri” qəzeti, “Araz” radiosu qədər ideoloji fayda verə bilmirlər. Bu cür yazıları heç ideoloji əhatəyə aid etmək olmaz.
Kişini əldə saxlamağın birinci vasitəsi yataq deyil. Bu, pis kişilərin, pis qadınların strategiyası ola bilər. Biz hələ 50 il bundan əqdəm “Aydın” pyesini oxuyanda XX əsrin əvvəllərindəki neft və milyonlar şəhəri olan Bakıda pulun sinifli cəmiyyətdə Aydınları da, Gültəkinləri də necə məhv etdiyini bilmişdik. Pul, sərvət kapitalizmin doğurduğu üstünlüklərdir. Zəhmət adamı heç vaxt belə meyillərə ayrılmaz.
Bəs qələmin, yazıçının müdriklik səlahiyyəti necə olsun?
Sivilizasiya artdıqca ədəbiyyatın rolu, siqləti az qala getdikcə öləzəyir.
“Qayınana” tamaşasında Cənnət xala başının üstündə ərinin şəklini göstərib deyir ki, bu rəhmətliklə 30 il bir yastığa baş qoyduq, 1-cə dəfə maç etmədi məni. İndi gənclər sosial səbəkələrdə flörtləməkdan söz salırlar. Bu, o zaman ola bilər ki, insan hisslərinə hakim ola bilməsin. Bütün bunları körükləyən isə Qərbin müxtəlif nominasiyalarda mənəviyyatımıza yeridə bildiyi sərhəsdiz sərbəstliklərdir. Gənc nəsil üçün macəra həyatını idealizə edə bilməsidir: internetin, sosial şəbəkələrin və şou telekanalların vasitəsilə. Bizim istər sosial şəbəkələr, istərsə də sayt və özəl kanallar erudisiya deyəndə , deyəsən, ancaq bunları nəzrdə tutur. Baxın:









Bu yazılar doğrudanmı erudisiya. amaclıdır. Və yaxud kim yıxıldı, əməliyyat etdirdi, arıqladı, sümüklərini sındırdı tipli xəbərləri kimə paqylaşırlar, niyə paylaşırlar?








Hələ mən maksimum səy edirım ki, auditoriyamdakı dəyərli oxucularıma qarşı diqqətli olum. Çöx yöndəmsiz məzmun və şəkillərdən istifadə etməyim. Təəssüf ki, şou , macəra impulsu buraxan xəbər və şəkillər mənəviyyatımızıdüşmn qoşunu kimi mühasirəyə alıb:
































Mətbuat beləmi olmamalıdır. Maarifləndirmək, insanları təbiətdə və cəmiyyətdə baş verən hadisələrlə məlumatlandırmaq belə edilməməlidir. Əgər insanlar televiziyanın, mətbuatın fəaliyyətindən narazıdırlarsa və bu narazılıqlara nə mətbuat, nə də mətbuata nəzarət etməli, yol göstərməli olan qurum və şəxslər məhəl qoymurlarsa, onda oxucu auditoriyası bunun səbəblərini analiz edə, nəticə çıxara bilirlər. Çünki indinin oxucuları Novruzəli, Məmmədhəsən əmi deyil. Onda cəmiyyətin ilk pillələrində səliqə-sahman, intizam yaratmaq olmaz. İndiki mətbu vasitələrin, telekanalların ən azı 60 faizinə ehtiyac yoxdur. Sovet vaxtı 1 televiziya, 1 radio, 4-5 də qəzet insanların mətbuat və televiziyaya olan ehtiyacını yüksək şəkildə ödəyirdi. Düşünmək lazımdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.