Mövqe

Su çərş ənbəsindən 1 gün keçməyib. Dünən nəinki Azərbaycanda, eləcə də dünyanın azərbaycanlı, türk yaşayan bütün məmləkətlərində bu müqəddəs nemətin adı ilə bağlı ritualları coşqu ilə qeyd etdik. Bu coşqu hələ Novruz bayramı günlərinədək davam edəcək. Çünki Novruz bayramında icra edlən bütün rituallar üzvi şəkildə bir-birilə bağlıdır və digər çərşənbələrdə və bayram günlərində bu rituallara təkrar-təkrar qayıdılacaq.

Çərşənbələrin 4 həyati vacib ünsürlə bağlı olması, məncə, tam təəssürat yaradır ki, bu 4 ünsürün həyatımızdakı yeri danılmazdır və biz bu zərurəti dərk edib, özümüzə qayıdıb bizi qoruyan, yaşadan həmin ünsürlərə münasibətimizi dəyişək. Dəyişirikmi, yox… Dünyada ən dəyərli nemətlərdən birincisi və ikincisi Su və çörəkdir. Bunlar olmasan insanlığın, cəmiyyətin davamı olmayacaq. Nə olsun ki, bu gün ən ucuz olanların birincisi və ikincisi su və çörəkdir. “Həyat” sözünün sinonimidir su və çörək sözləri. 1 gün çıxın şəhərin müəyyən küçəsini müşahidə edin: istənilən qədər çörək qırıntıları, hətta bütöv çörəklər də görəcəksiniz ki, kimlərsə bu neməti selofan torbalarda liftin ağzına və yaxud zibil qablarının yanına qoyub gedib.
Nə qədər desəniz boş-boşuna axan su mənbələri var: yaşayış ərazilərində boş-boşuna axıb gedən şirin sulara rast gələcəksiniz. Şəxsi avtomobilini yuyan kim, xalça, palaz yuyan kim və sair.
Beynəlxalq ölçü vahidləri var. Amma məişətin özündə də bir ayrı öıçü vasitələri var. Bunlar insanların, əsasən, müdriklərin qənaətlərindən qaynaqlanır. Bizim pul vahidi ilə desək, bir əmtəənin ucuz olmasını bildirmək üçün deyərlər ki, 20 qəpikdir, 15 qəpikdir. Amma nisbətən dəyərli olanların ucuz satılmasını diqqətə çatdırmaq üçün deyəklər ki, “su qiymətinə”.
Ona görə də məşətdə də texniki sulardan deyil, şirin sulardan istifadə edirlər. Hamının gözü qarşısında.
Təntənə ilə xoş sözlər söylənilir, təriflər deyilir, səcdə edilir, sonra da şlanqın ucunu kanalizasiya xəttinə qoşurlar ki, gölməçə yaranmasın, axıb kanalizasiyay getsin.
Dünyada tükənməyən heç nə yoxdur…Ey insan, özünü dərk et…
















Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.