Sərbəst səhifə
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi…
Bu haqlamaq da insan ömrününü sonuynda olsaydı, nə vardı ki. Onsuz da insan oğlunun taleyinə yazılıb ki, o, bir gün doğulur, yerimək öyrənir, danışmaq öyrənir, bağçaya, məktəbə gedir, ali məktəb bitirir, sahib olduğu peşə-ixtisasa üzrə işləyir…

Bu vaxt axarında sevir də, ailə qurub ata, ana da olur. Dünyaya övladlar gətirir… Sonra oğluna toy edir, qızını gəlin köçürür… Bir arzusuna çatdımı, digəri baş qaldırır. İndi də baba olmaq həsrəti ilə irəli qaçır. Allahdan nə arzulamışdı qisməti də olur. Ömrünün ixtiyar çağlarlnı nəvəsi ilə keçirir və günlərin birində həyatdan köçəndə ah-uf da etmir.
Amma hələ beşikdəki körpələrin, məktəbli uşaqların, alagöz bir qızın şirin vüsalına qovuşmadan dünyadan həsrətli köçən gənclərin həyatlarının vaxtından tez qırılması nəinki onların yaxınlarının, eləcə də kökündə ürək gəzdirən hər bir insan övladının ürəyini paramparça edir. Belə vaxtsız ölüm təbii sayıla bilməz axı. Lap 70-80 yaşında “10 cavana dəyən” yaşlı insanlarımız var, gümrah və şən. Bir novcavanımızı itirmək istdiyimiz kimi, kimdir sappasağlam atasının, babasının vaxtsız ölümün qurban olmasını həyat qanunu kimi qəbul edən.
İnsan həyatına son qoyan ölümlər bir çox səbəblərdən qaynaqlana bilər: radioaktiv çirklənmələrdən, kommunal sistemlərdə baş vermiş qəzalardan, dəm qazından zəhərlənmələrdıən, yanğın, partlayış və yol qəzalarından, şüalanma və sairlərdən. Bunlar texnogen mənşəli qəzalar kimi təsnif edilir.
Bir də var insanların nəzarətindən xeyli və ya tamamilə kənarda baş verən, can və mal itkisinə səbəb ola bilən genişmiqyaslı təhlükə və hadisələr ki, bunu təbii fəlakətlər kimi təsnif edirlər.
Təbii fəlakətlərin növləri: zəlzələ, uçqun, torpağın mayeləşməsi, vulkan püskürmələri, , sürüşmə, sunami, daşqın, fırtına, tufan, qasırğa, tornado, meteor yağışı və sairləri.
1. 23 yanvar 1556-cı ildə Çində baş vermiş Şensi zəlzələsi zamanı 830,000 insan yeraltı təkanların qurbanı olmuşdur.
2.1887-ci ildə Sarı çay selində baş vermiş daşqın zamanı 2 milyona yaxın insanın amansız suların qurbanı olduğu təxmin edilir.
3. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 -də Şamaxı şəhərində baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, torpağın dərin qatlarına gömülüb. Məlumatlara görə, zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamıvə sair tikililər dağılaraq yerlə yeksan olub
4. 1931-ci ilin noyabrında Çində baş vermiş daşqınlar nəticəsində 1.000.000–2,500,000 arasında insan həyatını itirmişdir.
5. 13 noyabr 1970-ci ildə Şərqi Pakistanda (indiki Banqladeş) Bhola qasırğası zamanı 500 000 insan həlak olmuşdur.

6. Türkiyə 1900-cü ildən son təbii fəlakətə qədər 130 zəlzələ hadisəsi baş vermişdir. Bəlkə də təbiətin belə amansız zərbəsinə dünyada Türkiyə qədər məruz qalan ölkə yoxdur. 2023-cü il fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Son məlumatlara görə zəlzələ qurbanlarının sayı 42 310 nəfərə çatıb. Zəlzələ nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir. 1,3 milyona yaxın insan ev-eşiyindən olub. Kütləvi nformasiya vasitələrində zəlzələdən zərər çəkmiş əyalətlərdə 287 nöqtədə çadır şəhərciyinin yaradıldığını və 329 min 382 çadırın quraşdırılmasının tamamlandığını açıqladı. AFAD-dan mətbuata versiyi məlumata görə,
ilk mərhələdə 100 min konteyner quraşdırılmışdır.
Faciənin ilk günündən televiziya görüntüləri ilə qardaş Türkiyəyə köməyə gedən ölkələrin böyük dəstəyini diqqətlə izlədik. Təbii ki, Azərbaycan xalqı bu faciədə Türkiyənin yanında daha çox oldu və indi də bir yerdədir.
Biz inanırıq ki, qüdrətli Türk xalqı sayın Ərdoğanın rəhbərliyi ilə zəlzələnin nəticələrini öz hünərli əməkləri aradan qaldıracaq, yaralı qardaş və bacılarımız tezliklə sağlam həyata, sıralarımıza qayıdacaqlar. Bununla belə, zəlzələnin nəticələrini bizi ciddi dərs almağa, müəyyən qabaqlayıcı tədbirlər görməyi, hadisələrə olandan sonra deyil, olmazdan əvvəl nüfuz etməyi tələb edir. Məsələn, bu gün küçədə 100 adamdan zəlzələ və yaxud digər təbi, yaxud texnogen qəza zamanı nə etmək lazım gəldiyini soruşsaq, məyusedici cavablar alacağıq. Halbuki, ailə də, məktəb də, cəmiyyətdə bu istiqamətdə sistemli iş aparmalıdır. Kütləvi informasiya vasitələri hər zaman insanlara belə məqamlarda nə etmək lazım gəldiyini öyrətməlidir.
Türkiyədə sonuncu zəlzələ insanları yuxuda ikən haqlamışdı. İnsanların həyqatlarını itirməsinin ciddi bir səbəbi bu amil olub. Digər bir ciddi səbəb də insanların ekstremal hallara əvvəlcədən müdafiə tədbirləri görməməsi ilə əlaqədardır. Türkiyə həssas seysmoloji zona olduğu üçün burada belə təhlükələrə hər zaman hazır olmaq tələb olunur. Bəlkə də həyatını itirmiş bacı və qardaşlarımızın zəruri müsafiə vasitələri olsaydı, dağınrılar altında həyat uğrunda daha çox mücadilə edə bilərdilər.
Ekspertlərin zəlzələ dağıntıları altında insanaların sağ qalma ehtimalları haqqında fikirlərinə görə, fəlakətdən keçən 24 saat ərzində bu insanların əksəriyyətini xilas etmək olar. Amma Türkiyədəki zəlzələdə bu müddətdən də dəfələrlə sonra sağ çıxarılmış insanlar oldu, hətta onların arasında uşaqlar da var idi.
Ekspertlər bunun bir neçə amillə bağlı olduğunu deyirlər. Qəza zamanı yer, hava və suya çıxış, iqlim, hava şəraiti, dağıntı altında olan insanın fiziki və psixoloji durumu kimi amillər sağ qalmağa təsir göstərir.Eyni zamanda fəlakət anında düzgün seçilmiş yer dağıntılar altında qalmış adamın qorunma və havaya çıxışını təmin edə bilər ki, bu da onun dağıntılar altında daha artıq davam gətirməsinə kömək edəcək. Daha ciddi məsələlərdən biri də sağ qalmaq üçün suyun olmasıdır. Bəzi hesablamalara görə, insanlar su olmadan üç-yeddi gün yaşaya bilər.Hər bir yetkin insan gündə 1,2 litr su itirir. Sidik, tənəffüs, su buxarı və tərləmə yolu ilə. İnsan 8 litrdən çox su itirdikdə ağır xəstələnir.
Daha yaxşı olar ki, hər ailədə hər kəsin zəlzələ üçün xüsusi hazırlanmış çantası olsun.
Hadisə anında bu çanta da yanınızda olsa, bir həyat dəstəyinə sahibsiniz deməkdir.
Zəlzələ çantaları istər zəlzələ anında, istərsə də zəlzələdən sonra çöldə keçirdiyiniz ilk anlardan sizin, sevdikləriniz və ya digər zəlzələ qurbanları üçün çox faydalı ola bilər.

Bəs zəlzələ çantasında hansı materiallar olmalıdır?
- Tərkibində yüksək kalorili, vitamin və karbohidrat olan, su itkisinin qarşısını alan və davamlı (tez xarab olmayan) qidalar (Konservlər, quru meyvələr, tahin-bəkməz, meyvə şirəsi və s.)
- Su – adambaşına 4 litr içməli su.
Vacib sənədlərin surətləri
- Şəxsiyyət vəsiqələri (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s.)
- Mülkiyyət sənədi, sığorta, lisenziya sənədləri
- Diplomlar
- Pasport, bank pul kisəsi və s.
- Digər (heyvan sağlamlıq kartı və s.)
Paltar
- Alt paltarı
- corab
- Yağış paltarı
- İqlim şəraitinə uyğun geyim
Gigiyena materialları
- Sabun və dezinfeksiyaedici maddələr
- Diş fırçası və pastası
- Nəm salfetlər
- Tualet kağızı
- Sanitariya dəsti
- Digər materiallar
İlk yardım dəsti
- Yataq çantası və ya yorğan
- Cib bıçağı, fit, kiçik qayçı
- Kağız, qələm
- Telefon
- Batareya ilə işləyən radio, fənər və ehtiyat batareyalar (davamlı/uzun ömürlü batareyalar seçilməlidir)
Qeyd: Əl fənəri və səsli fit xilasedicilərin sizin yerinizi bilməsi və səsinizi eşitməsi üçün bunu əsla unutmayın.
Bununla işığı və fit səsini xəbərdaredici, çağırış “parolları” olaraq xilasetmə əməkdaşlarına ötürəcəksiniz. Fənər seçərkən batareyalarla işləyənlərə üstünlük vermək gərəkdir.
Zəlzələ çantasını 6 ayda bir dəfə kontrol etmək və son istifadə tarixi yaxınlaşan məhsulları yeniləməlisiniz.
Zəlzələ çantasını hər kəsin bildiyi asan və çıxış qapısına yaxın bir yerdə qoymalısınız.
Yaşam sahənizlə yanaşı, avtomobiliniz varsa, onun içində və iş yerinizdə də bir yedək çantanızın olması gərəkdir.
Bunların içində davamlı içməli olduğunuz dərman və əlaclar varsa, onları da mütləq yerləşdirməlisiniz.
Bütün insanlığın zata-baladan uzaq olması diləyi ilə


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.