Mövqe

Əzizim baxtı yarım,
Baxtımın taxtı yarım.
Sənə kim baxdı, yarım?!
Üzündə göz izi var,

“Əqrəb mövsümü” serialı ən sonuncu seriallarımızdandır. Film haqqında cəmiyyətdə fikirlər heç də birmənalı deyil. Xüsusilə 2-ci – final bölümündə aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşmə səhnələri yer alan səhnələr ciddi təpkiylə qarşılandı. Hətta “onlar obrazlar üçün deyil, özləri üçün öpüşürlər” deyənlər də oldu və belə deyənlər adicə izləyicilər deyil, tanınmış sənət adamları idi. Bəziləri də serialı A-na Z-yə qədər tərif etdi, irad bildirənlər üçün “mız qoyanlar” kimi etik olmayan ifadə işlətdilər.
Niyə irad bildurmək “mız qoymaq” olsun ki. Əksinə, irad bildirən, tənqidi fikir söyləyən hər bir oxucu, izləyici müəllifin ən yaxın dostlarıdır. İndi biz burda öpüş haqqında yazmayacağıq ki. Kişi öz halal qadını ilə belə acgözlüklə öpüşmür. Belə acgözlüklə ancaq serial cütlükləri öpüşür. Yəqin ki, bu cür serial qəhrəmanları ailəli deyil, onların məramı, məqsədi öpüşməkdir, cinsə həyatı yaşamaqdır. Serialdakı kimi hərislikdən sonra o evdə bizim ailələrdəki kimi səmimiyyətdən, abır-həyadan əsər-əlamət olmayacaq. Qərb mədəniyyətsizliyi ən əvvəli insanları simasızlığa sürükləməyə hesablanıb. Ailə institunu dağıtmağa hesablanıb.Onlara bizdəki ailə-davranış münasibətləri qəribə gəlir. Məsələn, bizdə nişanlısı cəbhəyə gedən qız çox izzət-hörmətlə onun yolunu gözləyər. Evlidirsə, əri cəbhədən geri dönməyən qadınlar həyatlarının sonuna qədər ağzı yaşmaqlı, başı örtüklü gəzib dolanar. Xaricdə isə ər sağ ikən qadınları xəyanəti azad sevgi kimi dəyərləndirirlər. Heç nə xəyanət edənin, nə də xəyanət edilənin tükü də tərpənmir.
Orta və yaşlı nəslin nümayəndələri şahid olsun, 50-55 il bundan əvvəl belə məsələlər çox ağır ittiham idi. Xəyanət söhbəti nə gəzirdi, kimin nə ağlına gələrdi başqasının halalına göz dikmək. Çox nadir halda yiyəsiz əri ölmüş qadınlar olardı, onu arvadı ölmüş və yaxud sərgərdanın birisi alardı. Böyük əksəriyyət ərinin vəfatından sonra da sədaqətini davam etdirər, gəlin gəldiyi evdən də ölüsünü çıxardardılar. Çünki o, ata evindən gəlin köçəndə arxasınca qara daş atmışdılar, yəni, sən bir də bu evə qayıda bilməzsən, getdiyin ocağa əbədi bağlan. Bu, çox qədim inanclardan hesab olunur, məncə, əhəmiyyətini də itirməyib. Son günlər saytlarda getmiş 2 yazı caiddi narahatçılıqlardan xəbər verir:
- “Qadınlar boşanmağa meyllidir, azad sevgi istəyirlər…” – Yazıçıdan sərt ittiham (Bax: https://yenisabah.az/qadinlar-bosanmaga-meyllidirler-azad-sevgi-isteyirler-yazicidan-sert-ittiham)
- “Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” (Bax: https://yenisabah.az/bakirelik-kimi-menasiz-anlayislar-artiq-oz-aktualligini-itirib)
Çünki indi gəlin köçən qızın arxasınca daş atmırlar, çünki yengə adı eşidən kimi qızlar da, oğlanlar da üz-gözlərini tuşudurlar. Xaricdə belə şeylər, bəli, olmur. Əksinə, elə utanc qaydalar var ki, bizim toy mərasimləri, ailə dəyərləri əsl Əxlaq Konstitusiyasıdır.
Yeni Zelandiyalı qadınların həyatları boyu orta hesabla 20,4 cinsi partnyoru olur.
Orta hesabla 29,3 seks partnyoru olan Avstriya kişiləri dünyanın ən enerjili kişiləridir.
Oral seksin ən çox yayıldığı ölkə Fransadır. Fransızların 41 faizi həyatlarında ən azı bir dəfə orgiyada iştirak edib.
500 nəfərin iştirakı ilə dünya qrup seks rekordu Yaponiyaya məxsusdur. Bu, nikahlı cütlüklərin məşğul olduğu seks deyil ha, burada üçdən çox şəxs iştirak edir, başqa sözlə, sərbəst seksdir, bir növ “seks məclisi” dir.

Bir Qadın bir ailənin gəlinidir, evdəkilər ona “Şirinbacı”, “Gəlinbacı” deyə müraciət edir, həyətdən uşağı üstünə “Ana” deyə qaçıb gəlirsə, bunun ülviyyəti dəyərlidir, yoxsa 2-3 dəqiəlik bədən həzzi üçün hansısa formada ərinə, ailəsinə, uşaqlarına, bütün nəslinə xəyanət etmək… Biz günahkar bir tərəfi hesab etmirik. Hər iki tərəf dağılmış ailə üçün günahkardır: tərəzinin bir gözünü biri əyib, digərini o birisi. Sadəcə, ətrafda baş verənlərə biganə qalmaq olmaz, “mənə nə var” deyib, ötüb keçmək olmaz.
Vəziyyət kifayət qədər ciddidir.Bunun bir səbəbini akselrasiya (əqli inkişaf və fizioloji cəhətdən inkişafının sürətlənməsi) kimi qəbul etsək də, zaman və mühitin özünün də bu inkişafı tətikləyici olduğunu danmaq olmaz.
İndi 13 yası olan bir sosial şəbəkə istifadəçisi yazır ki, mənim 11 yaşım olanda böyüklər deyirdi ki, səni evə gələndə ağacın altından tapmışıq, qardaşını filan yerdən, biz də inanırdıq. Amma indiki usaqlar çox anlayışlıdır, hər şeyi bilirlər. Hardan bilirlər, əlbəttə ki, teleseriallardan, televiziyanı, şou mətbuatının ağına-bozuna baxmadan paylaşdıqlarından, internetin yaratdığı təhlükəli sərhədsiz imkanlardan. Hesab edin ki, mənəvi dünyamızı şərti olaraq bir nəhrə bənzətsək, ora əxlaqi dəyərləri vedrə ilə daşıyırıq, amma intim duyğuları körükləyən mənbələri böyük su çənləri ilə.

Sosial şəbəkələrdə nələr yazılmır: ehtirası artıran hallar, atəşli görünmək üçün necə etmək lazımdır, hansı paltar geymək lazımdır, cinsi istəyi neçə təmin etmək olar və s… Fikri-zikri cinsi həzz, məmnun almaq olan cütlüklərin, inanın, bu dünyaya göz açacaq uşaqları da erkən yaşlarından macəra həyatına meyilliliyi yüksək olacaq. Bu meyillilk uşaqlara qanla, ruhla keçir. Həm də bu cür ailələrdə ər-arvad münasibətləri uşaqların gözündən yayınmır. Bir az kinolardan, bir az internetdən, bir az ətraflarında gördüklərindən, eşitdiklərindən təslim olduqları hisslər artıq onları vaxtından çox-çox əvvəl əza həzzi yaşamağa sövq edəcək. Elə düşünürəm ki, tək ailənin göstərdiyi cəhd yetərli olmayacaq.
Keçən yazılarımızda toxunmuşduq- şou vrilişlərinin birində müzakirə edirdilər ki, Bakıda gənclər üçün öpüş yerləri yoxdur. Bağlar, parklar tam kameralarla əhatə olunub.
Baxın, ailənizlə bulvara gəzintiyə çıxmısınız.Hər yerdə hamı öpüşür, ekzotik bir mənzərədir. Sizin də yanınızda 14-15 yaşlarında oğlunuz-qızınız var. Uşaqlar belə epizodları beyinlərindən uzun müddət çıxara bilmirlər. Üz açılır, sırtıqlaşır, həyasızlaşır və bir də görürsən ki, bu uşaqlarda da həmin hislərin simptomları var. Biz müsəlmanıq, ata-babalarımızın miras qoyduğu ailə- əxlaq dəyərlərinə sahib çıxmalı, bunları yaşamalı və yaşatmalıyıq. Mənəvi tərbiyənin uğurlu həlli ancaq ailə, məktəb və cəmiyyətin birgə səyləri ilə mümkündür. Mətbuat və televiziya bu istiqamətdə ən təsirli ideya tribunası olmalıdır. Mətbuat və televiziya isə vəzifəsini, sadəcə, lazımlı-lazımsız xəbərlər paylaşmağı maariflndirmə hesab edir. Bunlar gündə neçəsə informasiya tirajlamalıdırlar. Ona görə də keyfiyyətə deyil, kəmiyyətə üstünlük verirlər.
Çox ciddi məsələlərdən biri mətbuatda, televiziyada Qadın obrazına münasibət, Qadının cəmiyyətə necə təqdim edilməsi məsələsidir. Azərbaycan ədəbiyyatında Qadın, Ana haqqında bir-birindən məzmunlu əsərlər yaradılmışdır.
Böyük şairimiz Hüseyn Cavidin:
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək” misralarını
bütövlükdə devizi kimi qəbul etmək olar. “Bir gəncin manifesti”əsərindəki Sona arvad milli təəssübkeşliyimizin simvolu kimi əbədilik qazanmışdır. 20 Yanvar şəhidimiz Fərizə Allahverdiyeva şərərfinə Milli Sevgililər Gününün qəbul edilməsini şərtləndirən vəfa nümunəsi göstərdi və sair. İndi bu ənənə məzmunca da, formaca da dəyişilməyə doğru meyillənib. İndi Qadın obrazından məhsullarının reklamı zamanı istifadə edirlər. Məqsəd, təbii ki, istehsalçıların mənafeyi naminə istehlakçılarda emosional bağ yaratmaqdır. Həm də necə: istehlakçının qavrayışına təsir etmək üçün təqdim edilən təsvirin başında qadın bədəni gəlir. Qadın bədəninin yaratdığı gözəllik və gənclik şövqü belə bədənə sahib olmaq assosiasiyası ilə bərabər, həm də insanlarda istehlak qavrayışı yaradaraq istehlakçıları mala və ya xidmətə cəlb edir.
Mənə görə, cəmiyyətdə Qadın obrazına belə münasibət sağlam olmayan motivasiyalardan qaynaqlanır. Biz mühit üçün belə nümunə yox idi. Bunlar hamısı kapitalizm dünyasının təbiətindən doğmuş anomaliya təzahürləridir. Məsələn, məşhur bir şirkət avtomobil şinləri və təkər satışı ilə məşğul olur.



Məhsullarını reklam etdiyi vasitələrdə Qadın obrazı var. Bunu düzüb qoşanların Qadın obrazı ilə avtomobil şinlərini əlaqələndirmə bağları varmı? Nə desələr də səmimi olmayacaq. Əgər gül pavilyonunda və yaxud gül bağçalarında Qadın obrazı olardısa, kim bunu məmnunluqla qarşılamızdı ki?
Ümumiyyətlə, bizim yaradıcılıq mühitində dəb halını alıb, mövzuya, süjetə mütləq intim impulslar atırlar ki, “əlinə, belinə, dilinə sahib ola bilməyənləri” şirnikləşdirib özünə çəlb etsin. Hər yeri gələndə bu faktı misal çəkirəm. Fövəladə Hallar Nazirliyinin polkovnik –leytenantı Əbülfəz Kazımov “Mühərrik yağları konkret maşınlarda tətbiqi” adlı kitab yazmışdı. Müəllif maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələrə məxsusi yer ayırıb. Qəribədir, deyilmi? Verdiyi açıqlamaların birində müəllif demişdi ki, 7 kitabın müəllifidir, 3 kitabda sekslə bağlı fikirlərdən istifadə edib.
“Maşın yağları ilə seksin nə əlaqəsi var?”,- deyə soruşduqda hərbçinin gətirdiyi üzür günahından betər olub: “…Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm.”
Görünür, bəyənmədiyimiz sovet dövrünün ideologiyası daha güclü, daha təsirli, onu təbliğ edənlər daha səbatlı imişlər. O vaxtlar telestudiya yerləşən həndəvərəyaxın buraxılmayan adamlar indi özəltelekanalların simasına çevriliblər. Onları başı məşğul edən, düşündürən, saflaşdıran mövzular yox, dimgə , qeybət söhbətləri ilə auditoriya formalaşdırılar. Bu auditoriyaya indi Bakının Mənzil Kommunal Təsərrüfatı Birliklərində ərazilərə iki rəngdə qoyulmuş tullantı çənlərinin məqsədi, insanların etməli olduqları haqqında veriliş hazırlasalar, həmin auditoriya kanalı dəyişəcək,Zaur Kamalın verilişindən Tolikin və yaxud Elgizin verilişinə keçəcək. Şəxsən, mən inanmıram ki, adlarını çəkdiyimiz verilişlərin rüblük, yarımillik, illik tematık planları var. İxtiyari və ya təqvimlə hazırlanan verilişlərdir.
Bu gün televiziya təkcə əyləncə və ya məlumat üçün deyil, həm də sosiallaşma funksiyası üçün vacib və əhəmiyyətlidir. Cəmiyyət televiziya vasitəsilə daim təmasda olduğu üçün ən kütləvi ünsiyyət vasitəsidir.
Doğrudur, dövrümüzdə kommunikasiya vasitələri daha sürətlə inkişaf edir. Bu inkişaf insanlara internet vasitələrindən daha çox istifadə etməyə imkan verir. Artıq sosial media insanların arasında alışqanlığa səbəb olan ən güclü faktora çevrilmişdir.
Bir az canlı əlaqə platforması olduğu üçün sosial mediadan istifadə gündən-günə artır və fərdlər arasında ünsiyyət sıxlığı yaransa da, boşluqlarla müşayət olunan ünsiyyət faktdır. Mətbuatda kriminal xəbərləri incələsək, baş vermiş cinayət hadisələrinin çoxsunda telefon bir vasitə olub, səbəb olub. Sosial şəbəkələrdə əlaqələr intensivləşdikcə münasibətlərindəki səmimiyyətdə azalma müşahidə olunur. Bu meyil sonda ailə tərəflərini bir-birlərindənuzaqlaşmağa, xəyanətə aparır və bir də görürlər ki, kriminal xəbərlərdə daha bir hadisə haqqında məlumat verilir. Bütün bunlar özəl kanalların fəaliyyəti ilə başladı. Onlar maraqlı və məzmunlu verilişlər hazırlamaq, canlı müzakirələr aparmaq, sonda tanınmış alim və yazıçıları , elin-obanın müdriklərini dəvət edib və yaxud gedib Lerikin ucqar kəndində bu cürə zəhmət adamını danışdırıb bu gelə görüntüləri yaymaqdansa, ekranlara şou aparıcıları doldurdular ki, onlar da ekrana özləri kimi şou təfəkkürlü müğənni, rəqqasə və aktrisaları dəvət etdilər və edirlər. Cəmiyyətə bunlar təqdir olunur. Hansısa kitabxanaçıya, arxiv mühafizinə, müəllimə, sanitara, tərəvəzçiyə nümunə ola bilməyəcək adam niyə belə tez-tez ekrana dəvət olunmalıdır. O da 2-ci dəfə evliliyindən, ərinin kaprizlərindən, yay səyahətlərindən danışıb heç vaxt rayondan çıxa bilməyən bir qızımıza, gəlinimizə yanıq verə . Bu gün özəl kanallar və şou mətbuatı arasında reytinq mübarizəsi gedir, ideya, məzmun rəqabəti yox.

Get-gedə tükənir illərlə bu ədəbiyyata, tetra və musiqimizə xidmət etmiş sənət adamları. Şou televizaiyalarının yaratdığı auditoriyanın izləyiciləri hər kəsi narahat etməlidir. Yenicə oxudum ki, Xalq artisti Valeh Kərimov Mingəçevir teatrına getmək təklifini qəbul edib. Axı burda tamam unudulmuşdu aktyor, eləcə də bir çox daha diər yaşlı sənətkarlar. Onların yerinə gənc sənət adamları. Hərəsinin də bir statusu. Adlarını çəkib başımı davaya salmaq istəmirəm. Onlara qalsa özlərindən başqa kimsənin ekranda görsənmələrini istəməzlər.
Bu gün ekranda peyda oluna obrazların çoxu incəsət sahəsinin adamları da deyil, sadəcə, serial aktyoru kimi məşhur olmaq arzusunda düşmüş kəslərdir, hansı ki, bir müddət sonra unudulacaq insanlardır.
Düşünürəm ki, bütün realiti şouların, evlilik proqramlarının məqsədi yüksək reytinq almaqdır. Yüksək reytinq reklam, reklam isə mənfəət deməkdir. Televizimızıda ,şou mətbuatımızı da məşğul edən hədəf budur.
Sovet dövründəki televiziyanın, “Araz” radiosunun,
“Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri”, “İdman”, “ Azərbaycan pioneri” qəzetlərinin, “Gənclik”, “Azərbaycan qadını” jurnallarının nümunələrini yenidənhəyatımıza qaytarmalıyıq. Onda əsl sevginin, xeyirxahlığın, zəhmətin, haqqın, ədalətin, şirinliyin, bəxtəvərliyin dadını, tamını televiziyalarımızdan, mətbuatımızdan dada biləcəyik.



Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.