Hansı yaşda evlənməli

Sevgi gözəl bəladır

İngilis filosofu Bacondan soruşublar:

– İnsan hansı yaşda evlənməlidir?

Bacon cavab verib:

– Hər yaş uyğundur. Qadın gənc bir kişi üçün sevgili, ortayaşlı üçün yoldaş, ahıl adam üçün də xəstə baxıcısıdır.

Bəs evlilik yaşı neçədir, hansı yaşda evlənilməlidir?

Evlilik yaşı bir adamın evlənməsi üçün qanunla müəyyən edilən yaşdır. Müasir dünyamızda ən çox müşahidə edilən evlənmə yaşı 18-dir, ancaq bu durum bütün dünyada heç də eyni deyildir. Onu da qeyd etmək lazımdır ki, evlənmə yaşı seksual yaşla qarışdırılmamalıdır.

Bir çox ölkədə erkək və qızlar evlənmə yaşı eyni ikən bəzi ölkələrdə qızların daha kiçik yaşda ərə getməsinə icazə verilir. Bəzı ölkələrdə ailənin razılığı varsa, evlənmə yaşından daha kiçik yaşda da evlənə bilərlər. İnkişaf etməkdə olan bazı ölkələrdə qanuni evlənmə yaşı təsbit edilmiş olmasına baxmayaraq, bəzən buna əməl edilmir də. Diqqət edək:

-ABD: bir çox əyalətlərində 18;

-İngiltərə: 18; valideynlərinin razılığı varsa, 16;

-Almaniya: 18; valideynlərinin razılığıı və məhkəmə qərarı varsa, 16 və daha az;

– Türkiyə: 2002-ci ildən bəri 18; valideynlərinin razılığı varsa, 17; xüsusi hallarda məhkəmə qərarı ilə hətta 16-ya endirilə bilir;

-Çin Xalq Cümhuriyyəti: erkəklərdə 22, qadınlarda 20 ;

-Səudiyyə Ərəbistanı: hansısa qadağa yoxdur;

-Əfganıstan: erkəklərdə 18, qadınlarda 16

Azərbaycanda ailə qanunverciliyində nikah yaşı 18-dir. Lakin üzürlü səbəblər olduqda,  yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı  nikah yaşına çatmamış şəxslərin  xahişi ilə onların nikah yaşının  1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblər kimi, tərəflərdən hər-hansı birinin valideynin xəstə olması, qızın hamilə olması və s. göstərilə bilər.

Biz hesab edirik ki, evlilik yaşı həyatı, sevgi, ailə öəlliklərini tamam-kamal dərk edib, onu qəbul edib, ona hazır olduğun yaşdır. Bioloji yaş müəyyən baxımdan doğru olsa da, bəzən yaş heç də hər şeyi həll etmir, o, sadəcə, məsələnin elmi, hüquqi tərəfindən məqbuldur. Amma çox gec yaşlarında ailə quran adamlar görmüşəm ki, artıq “yorulmuş” olub, evliliyə də, sadəcə, formal olaraq razılıq verib. Əsl sevgi yaşı ailə xoşbəxtliyi ilə bağlı bütün şərtlərin bir-birini tamamladığı zaman yetişir.

Aşağıda sizə türk saytlarının birində rast gəldiyimiz maraqlı bir yazı təqdim edirik. Yazı müəyyən ixtisarla verilir:

Evlənmə yaşı  bioloji yaşdan daha çox,  evlilikdən nə istədiyinizə bağlıdır. Çünki  evlilik yaşınızı gündəmə gətirən eşq, uşaq, karyera, güvən və s.  kimi məsələlərdir. Evlilik üzüyünü  barmaqlarına erkən yaşda taxsalar da, erkən də boşanan gənc qadınlar ın  ailə  səadətini   qaydasınca  bir kişi sevib evlənərək uşaq sahibi olan qadınlarla müqayisə edərkən  düşünürsən ki, görəsən, evlilik üçün həqiqətən də zaman uyğunluğu lazımdırmı?

Bəzi araşdırmalar enerjinin və təcrübənin mükəmməl nöqtəyə çatdığı 28-32 yaşlarını evlilik üçün ən münasib  zaman hesab edirlər. Sirr  deyil ki, erkən evlənmək nə qədər problem deməkdirsə, gecikib evlənmək də  o qədər bir ayrı problem deməkdir. Lakin hər iki halın müsbət və mənfiləri o qədər müxtəlif və mürəkkəbdir ki, evlənmək məsuliyyətinə hazır sınızsa, elə ən yaxşısı özünüz üçün ən uyğun olan yaşda evlənməyinizdir.  

Rutgers Universitetinin evlilik layihəsi üzərində işləyən qrupun başçısı David Popenoen   ən uyğun olan evlənmə yaşını aşağıdakı təyin etmişdir:

Əgər   istəyiniz intim həyatla bağlıdırsa, 20-29 yaş daha münasibdir

Əgər evlilik üçün seçib qəbul etdiyin 24 yaşlarında evlənməyə hazır, istəkli, uyğun  bir kişidirsə, heç düşünmədən nikah qura bilər və onun üçün gənc, evli bir qadına çevrilə bilərsiniz. Yeni evlənən 4000 adam arasında aparılan  bir araşdırmaya görə intim həyatı ən məhsuldar olan cütlüklər 20-29 yaşlarındakı gənclər olur.  

Əgər əlaqə və gerçək eşq istəyirsinizsə: 30 yaş məsləhətdir

Araşdırmalara görə, 25 yaşından əvvəl evlənən kişilər risk daşıyırlar, bu yaşlar kişilərin aldatmağa ən uyğun olduqları yaşdır, hormonlar çoxaldığı üçün daha çox seks istəyərlər. Buna görə bu yaşdakı evli kişilərə çox diqqət etmək lazımdır.

Araşdırmalara görə, gənclərin sadiq qalması daha çətindir. 20 yaşlarında olan qadınlar 30 yaşlılarla müqayisədə nikah günündən etibarən bir başqa kişi tərəfindən başdan çıxarılmağa daha meyillidir.

Əgər yaxşı bir karyera qurmaq istəyirsinizsə: 30 yaşdan  əlverişli olacaq

Əgər şirkətdə pillələri aşaraq yüksəlmək istəyirsinizsə, nikah masasına oturmaq üçün tələsməyinz. Gənc evlənən cütlüklər əksəriyyətlə istər- istəməz ənənəvi rolları mənimsəyirlər: kişi çalışır və pul qazanır, qadın da evə nizam verir.

 Araşdırmalara görə, 20 yaşlılar özlərini sübut etmək üçün saatlar sərf etmək lazım gəlirsə,  30 yaşlı insanlar artıq  professionallaşmış olurlar.

Əgər çox uşaq istəyirsinizsə: 20 yaşdan ailə qurmalı olacaqsınız

Bildiyiniz kimi, dünyaya uşaq gəlməsi   üçün nə qədər çox gözləsəniz, işiniz o qədər çox çətinləşir. Hamilə qalmaq getdikcə çətinləşir. 31 yaşından başlayaraq,  hamilə qalma ehtimalınız günbəgün, ilbəil azalır və hər keçən ildən sonra bir il əvvəlkindən daha  gərgin hal alır. Bu görə 35 yaşına gəldiyinizdə artıq şansınız 29 yaşındakı qədər qədər yüksək deyil. Və 40 yaşına gəldiyinizdə məhsuldarlıq ehtimalınız kifayət qədər düşmüşdür. 29-da, ya da ondan əvvəl ilk uşağı olmuş qadınların istədiyi qədər çox uşağa sahib olma şansı 30 yaşında ilk uşağını doğmuş olana müqayisədə 5 qat daha çoxdur.

nsan həyatının ən zəngin və  məsul dövrü ailəlik həyatıdır.  Ailə həm də  bütün sevgilərin  hifz olunduğu müqəddəs məbəddir. Bəs bu məbəd

 nə vaxt qurulmalıdır, ümumiyyətlə, evlilik üçün yaşın  hansı  rolu var? Türk saytlarında  bu mövzuda rast gəldiyim  bir yazını ixtisarla  saytımızın oxucularına  da təqdim edirik. Yazıda  hər yaşın  evlilik həyatı üçün uyğunluğu barədə  maraqlı mülahizələr yer alıb. Həmin fikirləri olduğu kimi qəbul etmək olmasa da,  əksər mülahizələr  ağlabatandır.

Əgər maddi zəmanət istəyirsinizsə: 30 yaş

Çox pul arzulayan gənc qadınların bir az səbirli olması və evliliklərini gecikdirməsi gələcək ailə həyatının maddi baxımdan etibarlı olacağından xəbərverir.  Əgər 20 yaşlarında nikah masasına otursanız, pul evlilik həyatınızda  ciddi bir stress qaynağı ola bilər. Erkən evlənən kişi və qadın özünə sərhədsiz pul xərcləyən yoldaşına qarşı (qadın ərinə, ər qadınına) qısqanc  olur. Belələri  davamlı olaraq pul yığmağa meyilli olur, ev xərcləri üçün  tələb olunarsa, müəyyən maddi imkanın lazım olduğunu deyərlər.

Ancaq bu cür problemlər 35 yaşlarındakı cütlüklər üçün böyük bir  fərq təşkil etməz. 35 – 44 yaş arasındakı evli qadınların ev xərcləri 18- 24 arasındakı qadınların demək olar ki, 5 qatı qədərdir. Şübhəsiz ki, yaşınız artdıqca iş təcrübəniz və maaşınız da artar : siz həm ev rahatlığını təmin etmiş olar, həm də evlənmənin duyğulrını da yaşaya bilərsiniz.

Əgər münaqişə və savaşların az olmasını istəyirsinizsə: 30 yaş

Sevdikləri ilə   30 yaşlarında evlilik  həyatına baş vuranlar  üçün  döyüş riski  azaldacaq. Çünki yaşlandıqca qarşılarındakını anlama istəkləri artır və atəş azalır. Məsələn, kədərli olduğunuzda qəribə şeylər etməzsiniz və müzakirəni yetkinliklə qarşılayarsınız. 20 yaşlardakı gənclərin çoxu, yoldaşları ilə döyüş edərkən qışqırıb çağırmaq, bir şeylər fırlatmaq və qırmaq kimi meyillər göstərirlər.

30 yaşlarında yeni evlilərin çoxu yetkin yaşlıların  rəftarını  əks etdirib, hər gün bir-birləri ilə ünsiyyət yaratmağa çalışarkən, daha gənc evlilər ünsiyyətə çox zaman ayırmırlar. Ziddiyyətlər və münaqişələr ortaya çıxdığında isə gənc ailəni qarşılaşdığı problemdən qurtaran  səbəb  yaxşı ünsiyyət və qarşılıqlı etimad olur. Bu mənada ünsiyyət çox böyük gücdür. Gənc evlilər isə oturub üz-üzə danışmadıqları  üçün çox şey idarələrindən tez çıxır və evlilikləri də qısa müddətdə pozulur.

Əgər aid olmaq istəyirsinizsə: 20 yaş

Əslində, 20 yaşlılar “bəli” demək üçün ən ideal yaş dövrüdür. Bu sehirli yaşdan uzaqlaşdıqca, özünüzü o qədər qəribə hiss başlarsınız. 30 yaşa kimi ailə qurmamaq insanda tədricən laqeydlik əmələ gətirir, çünki insan istər- istəməz özünü cəmiyyət xarici hiss etməyə başlayır.

30 yaşına kimi ailə qurmamış qadınlar narahat və “evdə qalacağam, kimsəni tapa bilməyəcəyəm” deyə düşünməyə başlayırlar. Evlilik üzüyü taxılandan sonra da,  bu mənfi düşüncələr ondan uzaqlaşmır. Geç evlənən qadınlar həmişə şübhələnirlər ki, insanlar onlar haqqında “bu vaxta qədər görəsən o, niyə evlənməyib?” deyə düşünürlər?

Əgər peşmanlıq istəmirsinizsə: 30 yaş

Araşdırmalara görə,  evləndiyi üçün peşmanlıq duyan qadınların, demək olar ki, daha böyük hissəsi 20 yaşlıların ilk evlilik illərində  olur.

Belə hallarla qarşılaşmamaq üçün sevgilini, sevdiyinizə düşünərəkdən, anlayaraqdan seçin.

Fərqi yoxdur, yaxşı və ya pis gündə bərabər olub -ola bilməyəcəyinizi göstərəcək bir neçə xüsusiyyətləri hökmən nəzərə alın. Nikah masasına oturub “bəli” deməzdən əvvəl diqqət yetirməniz lazım olan bir neçə mühüm nöqtəsini diqqətinizə çatdırırıq:

Əgər həyatınızı bir kişi ilə keçirməyə qərar vermişsinizsə:

– onunla hər zaman ünsiyyət qura biləcəyinizə, hətta dərin müzakirələr apara bildiyinizdyn əmin olun;

– həmişə eyni şeyləri danışmaq, eşitmək bir müddət sonra darıxdırıcı ola bilər. Odur ki, bir-birinizə danışmaq yerinə bir-birinizlə danışmağı səy edin;

– günün sonunda bir-birinizə maraqlı məlumatlar təqdim edən dialoqlarınızı, fikirlərinizi müzakirə mövzusuna çevirin;

– əgər musiqidən dinə qədər hər mövzuda həmfikirsinizsə, bu, romantik mənada da doğru yolda olduğunuzu göstərir… Haydi, irəli…

Tez-tez bir-birinizə toxunusunuz

Təsadüfi ailə quran cütlər də belə gözəl bir seks həyatına sahib ola bilər, ancaq həqiqətən şən olanların yataq otağının xaricinə uzanan fiziki bir bağlılıqları var və bu anlşıqlı, şirin ülfətin, ünsiyyətin axarında davam edirsə, tamdır, mükəmməldir. Yaxşı bir evliliyə sahib cütlüklərin (neçə illik evli olsa- olsun) çoxunun bir-birlərinə seks xaricində da toxunmaqdan xoşlandıqları sirr deyil. Bir-birlərinin əlini tutan, danışarkən qollara toxunan və yataq otağı xaricində də  bu qayda ilə  bir-birlərinin vücudlarına toxunan cütlüklər eşq həyatlarına uzun illər əlavə bir bağlılıq yaratmış olurlar.

Hər ikiniz həyatda nələr edəcəyinizdən və həyatdan nə gözlədiyinizdən əmin olmadan evlənmə qərarına gəlməməlisiniz. Həyata dair sualların hamısının cavabını tapa bilməmiş ola bilərsiniz, ancaq ən azından bu mövzuda səy xərcləməniz kifayət qədər yetişdiyinizi göstərir. Ancaq bundan sonra evliliyinizin gerçək məqsədlərinə nail ola bilərsiniz və “evçilik” oynayan bir kiçik qız vəziyyətinə düşməzsiniz.

Qeyd:Tərcümə ilə işlənilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı