İbrət

Uşaqlıq həyatım kənddə keçib. O zaman nadir həyət-baca tapılardı ki, it saxlanılmasın. Ona görə yox ki, Azərbaycanın ən kriminal yeri bizim rayon idi, bizim kənd idi.Yox, onda insanlar indikindən çox mehriban, gözü-könlü tox idi. Sadəcə, kəndlərimiz dağ və meşələrlə əhtə olunmuşdu. Bu meşələrdə də vəhşi heyvanlar hər adda, hər növdə. Əgər hansısa həyətdə it yox idisə, insanlar təkcə özlərinə görə yox, həm də qapıda saxladıqları heyvanlara görə, toyuq-cücəyə görə, arxayın olub yata bilməzdi. Hər həyətdə azından 20-30 toyuq, bir o qədər hinduşka, 4-5 qoyun, 2-3 iribuynuzlu mal-qara. Bax, bu mənada it lazım idi, həm həyət-bacanı qoruyurdu, həm də adamlarda bir əminlik yaradırdı.Yoxsa hamı səksəkəli yatıb-durardı.

…Sonra həyat inkişaf etdikcə, içimizdə də , çölümüzdə mədəniləşmə bayrağı qaldlrdıq. Özümüz də müasirləşmək istədik, kəndimizi də. “Urrey” deyə-deyə toyuq-cücə hinlərini sökdük, tövlələri dağıtdıq, dedik pis qoxu gəlir, həyət-bacanın görkəmini qaçırır, amma Allahın əta etdiyi sadə kənd həyatını, kəndli həyatından özümüzü məhrum etdiyimizin fərqində olmadıq.
O illərdə pasterizə olunmuş südü 11 qəpiyə üçqulaq paketlərdə satırdılar. Kəndli də bir az belə şeyləri ğötür-qor edib cırradı ki, şəhərli saat 9-da mağazadan düşüb 11 qəpiyə 1 paket süd alır, gətirib 2-3 dəqiqəyə qızdırır, evdəkilər də doğrmac edib yeyə bilirsə, biz niyə ilboyu heyvan üçün qış tədarükü görməyə məhkum edilməliyik? Biz də mağazadan 11 qəpiyə süd ala biləriksə, onda niyə qışın iliyi donduran şaxtasında tövləyə getməliyik, mal-qaranın altını təmizləməliyik?
Bunlar beyinlərdə tərəddüdlər yaradırkən gülümsərovsayaq ideoloqlar zehni əməklə fiziki əmək, kəndlə şəhər arasında mümkün fərqləri aradan götürmək şüarları ilə televizorları, radioları zəbt etdilər. O vaxtdan da kənd simasını itirdi, insanlar kənd əməyindən uzaqlaşdı və sair, və ilaxır.
Nəticədə, bir vaxt hər səhər otlağa 200-300 qoyun, 200-300 baş iribuynuzlu mal-qara aparılan kənd həyətləri mal-qarasız, toyuq-cücəsiz qaldı. …İndi bəzi həyətlərdə 5-10 toyuq-cücə ya ola, ya olmaya. Onda kənddə bütün günü toyuqlar qaqqıldaşırdı, analar da bu qaqqıldaşmalarla yumurta ehtiyatlarını nizamlayırdılar. İndi yoxdur… Mal-qara da adda- budda həyətlərdə. Bunlar ona görə yazdım ki, əgər kənd həyətlərində toyuq-cücə yoxdursa, it nəyə lazımdı onda. “Obrozovolski” olan biz qonşumuza, qohumuza, dostumuza dedik ki, əyə, bu it nədir saxlamısan qapında, qonaq da gəlmək olmur, uşqlar da buna görə gələ bilmir: bir növ, onu kənd həyatından uzaqlaşmaq tərəfə meyilləndirdik.
Onda hər bostana gedəndə tağlardan 2-3 vedrə xiyar-pomidor, 2-3 vedrə xiyar yığılan kənddə indi 5-6 qonşunu, 10 qonşunu gəzsən, brlikdə bu qədər tərəvəz yoxdur, yox…
Yaxşı yadımdadır: ibtidai siniflərdə oxuyanda müəllimimiz (müəllimlər müəllimi, əsl maarif fədaisi, Allah qəni-qəni rəhmət etsin) itlər, pişiklər, atlar haqqında ibrətamiz nümunələr deyərdi və biz bu heyvanları vəfalı heyvanlar kimi qəbul edirdik.
Uşaq vaxtı kitablarda atlarla bağlı oxuduqlarımız bizi çox duyğulandırardı. Məsələn, sahibini öldürüb və ya ölümcül hala salıb, atının üstündə buraxırlar: at meşəyə, dağlara yox, birbaşa sahibinin öz ocağına gətirir. “Kitabi-Dədə Qorqu” dastanından başlayaraq , digər qəhrəmanlıq dastanlarımızda onlarla belə nümunələr var. “7 oğul istərəm” filmində Cəlalın atının üztündə göndərilməsi səhnəsini xatırlayın….

Bunlar o illərin uşaqlarında, gəncliyində hevanlara qarşı humanist bir münasibət formalaşdırırdı. Hər kəs ev heyvanlarına qarşı isti münasibət bəsləyirdi.
Valideynlərimizin gözündən yayınıb təknədən heyvanlara çörək aparardıq. Ən çox çoban itlərinə marağımız olardı. Elə istəyirdik ki, çobanlarla yaylaqda yaşamaq. Müəllimimiz demişdi, kitabdan oxumuşduq, kinolarda görmüşdük ki, atlar, doğrudan da, igidin qardaşıdır, itlər sürünü canavarlardn qoruyur. Amma getdikcə, elə fikir yaradıldı ki, itlər-pişiklər guya infeksiya mənbəyidir. İtlər insana hücum edə bilər. Televiziyada, radioda orda-burda 1-2 quduzlaşmış itin insanlara hücum etməsini təkrar-rəkrar səsləndirib heyvanlara olan-qalan rəğbəti də yox etdilər. Təbiətin ən sadiq heyvanları təbiətin özündən, sədaqət göstərdiyi insanlardan biganəlik gördü. İtlər, pişiklər daha çox məskənsizləşdiridilər, “sahibsiz heyvanlar” yarlığı yapışdırdılar üstlərinə.
Təbii ki, sahibsiz qalmış heyvanlar təhlükə törədə bilər, infeksiya ötürücüsü ola bilər və yaxud sahibsiz itvə pişiklərin yaşıllıq ərazilərində ifrazat etməsi təhlükə yarada bilər, heç bir sağlamlıq profilaktikası aparılmayan heyvanlar virus yaya bilər, amma diqqət və qayğı ilə əhatə olan heyvanlar hər zaman insanların dostu olub və öz sədaqətli münasibətləri ilə insanları heyrətə gətirə bilər.

Artıq Azərbaycanda bununla bağlı ciddi addımlar atılmışdır.
2009-cu ildən etibarən isə ölkəmizdə “Vəfalı Dostlar” Baytar Klinikası fəaliyyət göstərir (daha ətraflı məlumat üçün bax: http://modern.az/articles/26513/1/ ).





Məlum olduğu kimi, 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən rəhbərlik edilən və qlobal ekoloji şəbəkənin yaradılmasına böyük töhfələr verən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA) fəaliyyət göstərir. O nlardan biri də sahibsiz heyvanlar üçün Qaradağ rayonunda tikilmiş sığınacaqdır. Sığınacaqda eyni zamanda 5 minədək sahibsiz heyvanın, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılıb, xüsusi baytarlıq klinikası fəaliyyət göstərir, heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyyə əməliyyatının aparılması üçün klinika zəruri avadanlıqlarla təchiz olunub .
Sığınacaqda baytarlar üçün təlim və ixtisasartırma kursları fəaliyyət göstərilir, burada məktəblilərin xüsusi turları təşkil olunur. Ümid edirik ki, bu hərəkat insanlarla haqqında danışdığımız heyvanların tarixən mövcud olmuş münasibətlərini bərpa edəcəkdir.
İtlər sərhəd xidmətində, fövqəladə hallarda, cinayət axtarışı xidmətlərində çox böyük etimad, etibar qazanmış heyvanlardır.
Aşağıdakı şəklə diqqətlə fikir verin.


İtlərlə bağlı belə nümunələr çoxdur. Xatırlayırsınızsa, əvvəlki yazılarımızın birində “Haçiko” adlı bir it haqqındada bəhs etmişdik. Hər gün sahibini metoya qədər müşahidə edən “Haçiko” sahibini yola salıb geri dönərmiş, axşam isə idən çıxan vaxt gəlib sahibi ilə birlikdə evinə dönərmiş. Amma bir dəfə bu vəfalı heyvan gəlib nə qədər gözləsə də, sahibi gəlmir və o vaxtdan düz 10 il sonra da “Haçiko” hər gün sahibini beləcə qarşılamağa gəlir.
Yaponlar bu hadisədən sonra həmin yerdə “Haciko”nun heykəlini ucaldırlar. Bu abidə olan yer-meydan o vaxtdan Tokionun ən əhəmiyyətli bir yerinə çevrilib. İnsanlar bir-birlərinə sədaqətini göstərmək və görüşəcəyi adamı gözləyəcəyini əmin etmək üçün məhz bu yeri görüş yeri seçirlər.
İtlər bütün həyatlarını sahiblərinə – ona bir tikə çörək verənə bağışlayırlar.
Bu şəkillərə də həyəcansız baxmaq olmur: itlər öz sahiblərinin məzarlarından belə ayrılmaq istəmirlər.
İnsanlar həyatda bir-birlərinə kömək edə bilərlər. Amma həmin insanlar adi bir narazılıqdan bir-birlərinə həm də qənim kəsilə bilərlər. Bir-birlərindən həmişəlik ayrıla bilərlər. İtlər isə sahibini heç vaxt tərk etməz. Hətta sahibi onu acılasa, vursa belə, sahibinin verdiyi çörəyə naxələf çıxmaz.


İtin sahibinə olan sevgisi heç bir zaman bitməz.
Sən məni itlərə atdınsa əgər,
Yaxşı ki, dost yeyən deyilmiş itlər.
Dostluğu səndə yox, itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.
Nizami Gəncəvinin əsərlərindən birindəndir bu parça: şah cəzaya məhkum etdiy insanları bunun üçün saxladığı xüsusi itlərə atdırırmış. Şah sarayında xidmət edən bir gənc bunu əvvəldən təxmin edib gizlicə itlərə yemək verirmiş. Nəhayət, 1 gün şah qəzəblənib onu da itlərə atdıranda itlər ona toxunmur. Onlara verdiyi çörəkdən keçmir. Şah bunun səbəbini biləndə heyrət edir.
Bax, it qoyan hörmətin əmsalı bu qədərdir.









Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.