Fotoqalereya

Qızların – Mahnı sözləri
Hansı közdən köz götürdü bu ocaq,
Yay mövsümü gəldi haçan qızların?
İndən belə güzgülənmək olacaq,
İşi-gücü axşamacan qızların.
*****
Sehirkarlıq o gözlərdə, bəli, var,
Sübut gəzməm, Məcnun kimi Dəli var,
Ya taledə, ya ilhamda əli var,
Öz-özünə işıq saçan qızların.
******
Möcüzəli qoşa narın dəyməsi,
Qoy qızların xətirinə dəyməsin.
Mən olaydım yaxasının düyməsi,
Sinəsini külək acan qızların.
*****
Zəhmətinə gül çiçəklər dərilsin,
Ülfətinə qoşa qollar gərilsin,
Xalı olub, ayağına sərilsin,
Ev- eşiyim, həyət-bacam qızların.
*****
Elçi gəlsin, üstünə gül saçılsın,
Verməslər, götürülüb qaçılsın.
Görüm elə bəxti kimi açılsın,
Öz bəxtinə könül açan qızların.
*****
Gözəllikdə hərəsi bir sonadır,
Bu sonalar eşqimizi sinadı.
Nə yaxşı ki, indi çoxu anadır,
Dünən bizə gülüb qacan qızların.











Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.