Müzakirə

Bəzi gənclər sevgiyə ancaq bədənlərin birləşməsi kimi yanaşırlar. Dünyanın axırıdır ? Onsuz da bir qız bir oğlanındır.Onsuz da hər kəsin həyatında bu anın təbii vaxtı gəlib çatacaq da…Ağılla sevin də. 13 yaşlı qızda və yaxud oğlanda  nə sevgidir bu? Onlar hələ gigiyenik  təmizliklərinin  qayğısına qala bilmirlər. Hardan itələnirlər, necə itələnirlər onlar başa düşmədən həzz dünyasına?

Sevdiyinizə, sevginizə həyat qazanın da, ölüm yox… İnsanlar baş verənlərdən dərs götürmürlər ki- götürmürlər. Uşaqlar valideynlərini düşünmürlər ki- düşünmürlər…

 Sosial şəbəkələrdə  bu mövzular üzrə gedən müzakirələrdə  haqlı iradlar  çoxdur.  Fikir söyləyənlər  doğu olaraq   baş vermişlərə görə ailələri, xüsusən, anaları  qınayırlar.

Atalar da  övladlarının mənəvi dünyasına, düşüncələrinə laqeyd  qalmamalıdır. Amma analar  qızlarını  bir dəqiqə olsun diqqətdən qaçırmamalıdırlar.

Ana, sən qızına sevgi öyrədə bilmisənmi? Qızına başa sala bilmisənmi:

“Sən nazik bədən ilə gül yarpağısan, ona görə də yüngülsən”. “Güzgü kimi hər gördüyünə baxma, su kimi hər tərəfə axma”. “Mey dodağa şəfa versə də, axdığı üçün ayağa düşür”.

Sən qızına dedinmi ki, namusunu gəncliyində qoru, hər şirin sözə, yağlı vədə inanma. Öz gələcək səadətin üçün lazım olanlara can at, əldə et. Sən sevilə bilərsən. Lap sevə də bilərsən, sevdiyin oğlanla parkların birində əyləşib söhbət də edə bilərsən. Amma nə qədər ki, nikahınız kəsilməyib, sən el adətiylə, qanunla onun halalı deyilsən, aranızda məsafə saxlamağı bacarmalısan. Əmin olmalısan ki, sevdiyin bu məsafəni vacib hesab edən sevgilisinin şəxsiyyətinə hörmət edir. Bir məsafə olmalıdır. Qız öz ciddiyyəti və ləyaqəti ilə sevdiyi oğlana təsir etmək iqtidrında olmalıdır, onu tərbiyə etməyi bacarmalıdır. Bu, sevən tərəflər arasında, onların mənsub olduğu ailələr arasında ehtiramı daha qüvvətləndirər.

Şahidi olduğum, bildiyim bir hadisədən missal çəkim. Hörmətli bir ailə tanıyırdım.Gözünün ağı-qarası bir qızı vardı və qız ali təhsilini başa vurduqdan sonra nişanlanmışdı. Ailə gələcək kürəkənlərini öz övladları kimi qəbul edirdilər və bir dəfə o, qızı ilə özü ilə gəzməyə aparıbmış. Gəzirlər, birlikdə restoranların birində şam yeməyi yeyirlər və burada yaranan kiçik bir ziddiyyətdən onları da polis bölməsinə aparmalı olurlar. Axşam saat 10-11 olur, bunlardan səs-soraq yox ( o vaxt mobil telefon yox idi). Narahat olurlar, elə balkonda oturub qızlarının yolunu gözləyirlər. Bu vaxt görürlər ki, polis maşını gəlir və qızlarını gətirir. Demə, təsadüfən rəhbər heyətdən biri bura gəlibmiş və hadisədən xəbər tutub ailəni tanıyıb. Əlbəttə ki, müəyyən qaydalara əməl etməklə onu öz maşınlarına evinə gətirirlər.

Elə bu səbəbdən narazılıq yarandı və nişan geri qaytarıldı.

Həyatda hər şey ola bilər. Amma gərək heç kim məsuliyyətsiz olmasın. Etimaddan sui-istifadə etməsin.

Övladlar var ki, özüylə bağlı hər şeyi gizli saxlayır.Belə olmamalıdır.İnsanın heç olmasa, bir dostu olmalıdır və o, ürəyini, belə deyək, sirrini dostuna, ya da anasına deməlidir. Ata istər oğluna, istəq qızına sevgi mövzusunda söhbət edə bilmir, müəyyən pərdə olmalıdır. Amma ana qızının da, oğlunun da sevgi haqqında düşündüklərini bilib nizamlamalıdır.

13 yalı qız  özündən  yaşlı oğlana necə  mehr sala bilər? 13 yaşlı qızın fikri niyə ərə getməkdə olsun ki? 

18-19 yaşında olan gənclərin  beyinlərinə haradan yerləşir ki, ata-analarınız  sizin  münasibətlərinizi qəbul etmirlərsə, qoşulub qaçın, onlara yanıq verin. Axırda razı olacaqlar.   Bu, nə övladlıq oldu? Ata-ananın  min zəhmətlə böyütdükləri  övladlarının övladlıq borcu beləmi olmalıdır?  Hardan aldılar bu tərbiyəni gənclərimiz?  Hansı qüvvədir yeniyetmə və gəncləri  əza həzzinə,  həzz dünyasına sürükləyən?

Birdən-birə hansı qüvvədir ki,  onu ana sığalından diksindirib,  hansısa murdar niyyətli  Don Juanlardan birinin   murdar köksünə sığanmağa yönlədir?

Atalar da  övladlarının mənəvi dünyasına, düşüncələrinə laqeyd  qalmamalıdır. Amma analar  qızlarını  bir dəqiqə olsun diqqətdən qaçırmamalıdırlar.

Ana, sən qızına sevgi öyrədə bilmisənmi? Qızına başa sala bilmisənmi:

“Sən nazik bədən ilə gül yarpağısan, ona görə də yüngülsən”. “Güzgü kimi hər gördüyünə baxma, su kimi hər tərəfə axma”. “Mey dodağa şəfa versə də, axdığı üçün ayağa düşür”.

Sən qızına dedinmi ki, namusunu gəncliyində qoru, hər şirin sözə, yağlı vədə inanma. Öz gələcək səadətin üçün lazım olanlara can at, əldə et. Sən sevilə bilərsən. Lap sevə də bilərsən, sevdiyin oğlanla parkların birində əyləşib söhbət də edə bilərsən. Amma nə qədər ki, nikahınız kəsilməyib, sən el adətiylə, qanunla onun halalı deyilsən, aranızda məsafə saxlamağı bacarmalısan. Əmin olmalısan ki, sevdiyin bu məsafəni vacib hesab edən sevgilisinin şəxsiyyətinə hörmət edir. Bir məsafə olmalıdır. Qız öz ciddiyyəti və ləyaqəti ilə sevdiyi oğlana təsir etmək iqtidrında olmalıdır, onu tərbiyə etməyi bacarmalıdır. Bu, sevən tərəflər arasında, onların mənsub olduğu ailələr arasında ehtiramı daha qüvvətləndirər.Günümüzdə ailə-əxlaq dəyərlərinin gözlənilməsində, qorunmasında mühitin özünün dı  təsiri, nümunələrin rolu inkar edilə bilməz.Bilirəm, aranızda “geyimin, hansısa modellərin saytlarda şəkillərinin yayımlanmasının bu mövzuya, konkret olaraq, Sumqayıtda baş vermiş hadisəyə aiddiyyəti olmadığını” düşünən   həmsöhbətimiz mütləq var.Axı hələ bərkə-boşa düşməyən, sevginin sosial-mənəvi mahiyyətini dərk etməyən gənclərin həyata, sevgiyə baxışları bu mühitdə – belə ətrafda formalaşır. Bir vaxt soyumuza-kökümüzə uyğun geyinmək, oturub-durmaq, yerli-yerində ədəbin bilmək qıza qızıllıq gətirərdi. Qız “sevirəm”, “ərə getmək istəyirəm” sözlərini dilinə gətirməzdi, hətta anasına belə söyləməyə həya edərdi.

Tək-tük rast gəlinən belələrini el arasında “hayqırışmış”(yəni ayılmış) kimi qınaqla qarşılayardılar. İndi isə qızlar var ki, bunu dilə gətirir, atasına, özündən yaşca böyük olan qardaşına belə deməkdən çəkinmir: oğlanı evlərinə də dəvət edir, oğlanın evinə də gedir. Bütün bunlar və ya bu kimi heç bizim milli ruhumuza xas olmayan təzahürlər sevgini də, son nəticədə ailə münasibətlərini də bayağılaşdırıb.Kiməsə sən də beləsən (bu və ya digər şəkildə) demək olarmı? Amma hamımızda bunun müəyyən təzahürləri var.Televiziya və internetin bu cəhətdən pis təsiri, pis nümunələri daha çoxdur. Məsələn, bir şou nümayəndəsi bir neçə dəfə boşanıb ərə gedir və ya boşayıb yenisini alır. Amma onlar hər gün televiziya ekranlarındadır, ölkəmizdə və ya ölkəmizdən kənarda düzənlənən ən zəngin məclislərdədir. Halbuki, bir kənd əməkçisi, bir sadə müəllim ömrünün sonuna kimi ekrana çıxa bilməyəcək, bu məclislərin həç birində olmayacaq. Bu gün insanların informasiyalaşma, məlumat əldəetmə, müşahidəetmə imkanları olduqca genişdir. Onlar ətrafd baş verənləri özləri etdiklərindən daha yaxşı görürlər, daha tez eşidirlər, daha tez bilirlər. Bu görüb, eşidib bildiyi pis nümunələr onları özünü həmin mühütə meyilli edir, səmtləndirir.Orta məktəbi bitirib 600-700 bal toplmaq üçün nizamlı və sistemli səy gösərmək, yuxusuz gecələr keçirməkdənsə, podiuma çıxmaq daha asan deyilmi?Sovet dönəmində Nurəddin Babayev vardı, Piri Məmmədov vardı, Salam Qədirzadə vardı… Gəncliyimizi, qızları tərbiyəvi-əxlaqi mövzularda maarifləndirən “Azərbaycan cəncləri”, “Gənclik”, “Azərbaycan qadını” kimi mətbuat orqanları vardı. İndi bunlar çox azdır və ya heç yoxdur.Mən yaşım və müşahidələrim imkan verən səviyyədə 30-40 il öncəki gənclik və sevgi münasibətləri ilə bugünün gənclik və sevgi münasibətləri arasında birincinin xeyrinə böyük üstünlük görürəm.Və yaxud Şamaxı rayonunun Pirbəhli kəndində təcavüzə məruz qalmış bir məktəbli haqqında saytlarda, bəzi telekanallarda məlumatlar getmişdi.AzVision.az  saytı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova istinadən xəbər verir ki, məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib:“Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirdik”.Bunlar adi məlumatlardımı, əlbəttə, yox. Üstündən adlayıb keçmək olmaz, laqeyd qalmaq olmaz . Bütün bu hadisələr gündüzün günortaçağı baş verir, hamının gözləri qarşısında baş verir.Fəqət, hamı da seyrçi olaraq qalmaqdadır. Televiziya və radioda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bu mövzuda maarifləndirilmə işləri aparılmalıdır. Orta və ali məktəblərdə müəyyən psixoloji, sosioloji xidmətlər, görüşlər təşkil edilməlidir. 

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı