Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Dünyanın inkişaf etmiş bütün ölkələrində maliyyə vəsaitlərinin əhəmiyyətli bir hissəsinin təhsilə ayırması heç də səbəbsiz deyil. Çünki əsrimiz elm və texnologiyalar əsridir, bu texnologiyaların dilini bilmədən heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.

Keçən əsrin sonlarında məşhur amerikalı ictimai-siyası xadim C.Cekson dövlət dinləmələrinin birində açıqladığı fikrində bildirmişdir ki, onların sənaye və ticarət sahələrində yaponlardan geridə qalmasının əsas səbəbi Amerikanın elmi-tədqiqat və təcrübi-layihə işlərinə yaponlardan az vəsait ayırmaları ilə bağlıdır. ABŞ hökumətinin “ABŞ-ın istedadlar ehtiyatı” adlı bir məruzəsində məsələnin strateji önəmi belə dəyərləndirilmişdir: ” ABŞ-ın müasir dövlət kimi möhkəmlənməsi, onun iqtisadi inkişafı, hərbi gücü , eləcə də digər strateji üstünlükləri millətin əl-qolla deyil, əsasən, başla işləyən hissəsindən asılıdır.”
Bu mənada Azərbaycanda da keçən əsrin 70-ci illərindən başlayaraq iqtisadi inkişafın başla işləyən hissəsinin formalaşdırılmasına başlanılmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə bu məəsləyə xüsusi önəm verirdi. Məsələn ölkə qəzetlərindən bir statistik məlumatda bildirilir ki, “…1969-70-ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatıb, 1978-ci ildən bu proses daha intensiv xarakter alıb, respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunub. 1969-70-ci tədris ilində ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-80-ci illərdə bu rəqəm 97.6 faizə yüksəlmişdi…
…Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənəyə əsasən həmin illərdə Azərbaycan üçün ümumilikdə 15 mindən artıq mütəxəssis hazırlanmışdı…”
Heydər Əliyev çox böyük ümidlə deyirdi: ” Gərək bizim kadrlar üzə çıxsın və XXI əsrdə onlar bizim bu gördyümüz işlərin , yaratdığımız bu bünövrənin təməli üzərində ucalan və böyük bir dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar.”
Artıq biz XXI əsrdə yaşayırıq. Bu strategiyanı Prezident İlham Əliev də uğurla inkişaf etdirməkdədir: “Biz maddi dəyərlərimizi , iqtisadi potensialımızı insan kapitalna çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir və beləliklə, ölkənin intellektual potensialı daha da möhkəmlənir.”

Bütün bu uğurların zəmanəti məktəbə, elm və təhsillə bağlıdır. Məktəblərimiz şagirdləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmiş, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməlidir. Dərslik siyasətinin məqsədi də bu mərama xidmət etməlidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, təbii proses olaraq, əlbəttə ki, dərslik siyasəti sahəsində də bir çox yeniliklər baş verdi. Artıq 10 ildən artıqdır ki, təhsilimiz Boloniya sisteminə inteqrasiya olunmuş və dərslər kurikulum sisteminə uyğun tədris edilməkdədir. Yeni baxış, yeni sistem özü orta məktəb dərsliklərinin də bu istiqamətdə hazırlanmasını zəruri edir.
Bəs dərsliklərimizin , eləcə də digər tədris vasitələrinin elmi-metodiki səviyyəsi necədir: şagirdlər çətinlik çəkmir ki, mütəxəssilər bu dərsliklərin arxasınca “Uğur olsun” deyib su atırlarmı, valideynlər övladlarının bilik əxz etdikləri dərsliklərdən razıdırlarmı və s.
Həqiqət budur ki, biz hələ sabit dərslik sistemi yarada bilməmişik. İstər dərslik sahəsi üzrə mütəxəssislər, islər ekspertlər, istərsə də valideynlər mövcud dərsliklərdən giley edirlər. Kütləvi informasiya vasitələrini izləmək kifayətdir ki, çoxlu sayda bu mövzulu şikayətlər üzə çıxsın.
Ən çox edilən iradlar isə dərsliklərin dili ilə bağlıdır, belə dərsliklərdə akademizm çox hiss olunur, ibtidai sinif dərsliklərində elə mövzular var ki, nə dili, nə də məzmunu uşaqların anlaq səviyyəsinə uyğun deyil. Bəzən birinci sinif şagirdlərinə Azərbaycan dilindən elə mövzu salıblar ki, ona yuxarı sinif şagirdləri, təhsilini bitirmişlər, validynlər belə, cavablandırmaqda çətinlik çəkirlər.
Bir valideyn, pedaqoji ali təhsilli şəxs , həm də jurnalist kimi mən də bizim oxuduğumuz illərin dərslikləri ilə müasir dərsliklər arasındakı keyfiyyət fərqini birincinin üstünlüyü ilə hiss etməkdəyəm.
Doğrudur, biz şagird ikən dərslik siyasəti haqqında elmi-metodiki düşüncəyə malik deyildik. Amma o illərdə müəllim kimi də fəaliyyət göstərdim. Cəmiyyət üçün bəlli olan, qəbul edilən dərslik müəllifləri vardı. Onlar bu sahədə artıq tamam mükəmməl mütəxəssislər idi: elmi-nəzəri hazırlıqları yüksək olduqları kimi, metodikaya bələd idilər, müəllim idilər və s. Bu müəlliflərinin adlarına nəzər salsanız, həmin dərsliklərlə müasir dərsliklərin sanbalını oxumadan da qəbul edəcəksiniz: Feyzulla Qasımzadə, Həmid Araslı, Ə. Dəmirçizadə, Tofiq Hacıyev, Məmmədağa Şirəliyev, Şəmistan Mikayılov, Bəkir Nəbiyev, Ağamusa Axundov, Pənah Xəlilov, Şamil Salmanov, Süleyman Əliyarov, Əziz Əfəndizadə, Nizami Xudiyev, Yəhya Kərimov, Qəzənfər Kazımov, Səlim Cəfərov, Bilal Həsənli və s.

Sovet dövründəki dərsliklər çox sadə dillə yazılırdı. Mövzular arasında bir daxili rabitə vardı. Dərslikdəki hadisə və tarixlər zamanla, dövrlə üst-üstə düşürdü.
Dərsliklərdə istifadə olunan mövzuların əks etdirdikləri bilik yükü həm elmi baxımdan, həm də mənəvi baxımdan ciddi şəkildə ölçülüb-biçilirdi. Dərsliklərdə o müəlliflərin, şair və yazıçıların əsərlərindən nümunələr salınırdı ki, əsasən, onları bütün xalq tanıyırdı. İndi elə müəlliflər var ki, mən onları tanımıram. Ola bilər ki, bu əsər nümunə verilməyə layiq olsun. Amma dərslik üçün seçilən müəlliflər hamının tanıdığı şəxsiyyətlər olsa, daha yaxşıdır.
Dərslik hazırlanmasında pərakəndəlik var, dərslik hazırlayan vahid struktur yoxdur. Orta ümumtəhsil məktəblərində , kolleç və universitetlərdə işləyən müəllimlər, elmi idarə və təşkilatlarda çalışan şəxslər, ayrı-ayrı şəxslər, bir sözlə, hər kəs ktab yaza bilər. Bəzən bu kitablar dərslik statusunda olmasa da, “vəsait” adı ilə məktəblərə, tədrisə tapacaqdır.
Bunun nəticəsində dərslik hazırlanması sahəsində pərakəndəlik davam etdiyindən gələcək üçün dərslik yaratmaq ənənəsi də formalaşdırılmır.
Məsələn, mən arzu edərdim ki, bu baza Təhsil Nazirliyində formalaşdırılsın, dərslik, dərs vəsaitləri, elmi-metodiki tövsiyələr yalnız burada hazırlansın. Kim poema, trilogiya yaza bilir yazsın, amma bilavasitə dərslik hazırlanması ilə bağlı ayrıca institut formalaşdırılsın və bu işləri ancaq onlar etsin. O cümlədən test topluları da. Kitab mağazalarına, köşklərinə nəzər salsanız, bu müxtəlifliyi yəqin edəcəksiniz. Hesab edin ki, abituriyentlərin bir qismi imtahanlara keçmiş TQDK-nın, bir qismi Təhsil Nazirliyinin, bir qismi “Hədəf”in, bir qismi “Zirvə”nin, bir qismi ayrı-ayrı müəlliflərin hazırladıqları dərs vəsaitləri və test topluları ilə hazırlaşırlar, eləcə də orta məktəb şagirdləri üçün tərtib edil hazırlanan test tapşırıqları. Yeri-göyü test topluları, iş dəftərləri bürüyüb, qiymətlər də baha. Bir ailədən 3-4 nəfər məktəbə gedirsə və hər sinifdə 4-5 fənnə aid test topluları, iş dəftərləri, dərs vəsaitləri almaq lazımdırsa, bu, ailənin büdcəsinə zərbədir. Dırsliklər nisbətən ucuzŞ amma test topluları 10 manat. Belə vəsaitləri hazırlamaq elə də gərgin iş tələb etmir. Xüsüsusi test topluları, iş dəftərləri sənayesi formalaşmışdır. Özü də bunların çoxundan Təhsil nazirliyinin xəbəri olmur: müəllif yazıb, çap etdiri və birbaşa satışa çıxarır. Olmazmı ki, “Təhhsil Nazirliyi ilə razılaşdırılmışdır” qrifi olmayan test topluları və ya vəsatlərin monitorinqi aparılsın və nəşriyyatlara, məktəblərə və ictimaiyyətə bununla bağlı müraciət edilsin?
Bir çox dərs vəsaitləri və test topluları var ki, onların vəsaitin, test toplularının aid olduqları sahə üzrə görkəmli elm xadimlərinin, alimlərin adı elmi redaktor kimi verilir. Bu, sadəcə, həmin “məktəb əmtəəsi”nin insanlar tərəfindən etibarlı tanınması üçün düşünülmüş addımdır.
Dərslik hazırlanması özü çox ciddi və məsuliyyətli bir yaradıcılıq sahəsidir. Belə yaradıcılıq sahəsi ilə məşğul olanların əsas işi dərslik hazırlamaq olmalıdır, onlar pedaqoji sahədə fəaliyyətlərini əlaqələndirmək üçün müəyyən həcmdə işləyə bilərlər, amma zənn edirəm ki, əsas işi başqa sahələrdən biri olub həm də kitab yazanlar çətin ki, ortaya keyfiyyətli dərslik qoyalar.
Mənim üçün maraqlı olan bir məsələ də vəsait adı ilə dərsliklərin alternativ modelini, eləcə də test topluları yaratmaq meyilləridir.

Bizim məktəblərdə öz ixtisasını və tədris etdiyi fənnim metodikasını dərindən bilən qabaqcıl müəllimlərimiz çoxdur. Onların təcrübəsindən dərslik hazırlanmasında istifadə etmək , əlbəttə, faydalı olar. Amma fərdi qaydada belə vəsait və ya test topluları hazırlayıb satışa çıxarmaq bir qədər ölçülüb-biçilmiş, razılaşdırılmış şəkildə olmalıdır. Mağazadan hər hansı vəsait alan şagird və ya valideyn həmin vəsaitin keyfiyyəti barədə mütəxəssis fikri söyləyə bilməz. Onlar vəsait mağazada satılırsa, deməli, istifadəyə yararlıdır kimi düşünürlər. Bəzən bu vəsaitlərdə çoxlu uyğunsuzluqlar və səhvlərə də rast gəlinir. Yaxşı olar ki, bu cür vəsaitlərin hökmən təhsil nazirliyinin tövsiyəsi və razılığı ilə hazırlandığı barədə bildiriş qeyd edilsin.
Bu yaxınlarda 1-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş Azərbaycan test toplusu (Müəllifi Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Aygün Məcidova; Azərbaycan dilindən testlər, I sinif, 2016, 72 s) ilə tanlş oldum. Vəsaitlə bağlı bəzi fikir və mülahizələrimi bildirmək istəyirəm. Əvvəlcədən bildirirəm ki, müəllifin fikirlərini də dərc etməyə hazırıq.
Kitabın annotasiyasında yazılır :
“Təqdim olunan vəsait Azərbaycan dilinin qrammatikasını dərindən öyrənməyə kömək məqsədilə tərtib olunmuş, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulmuşdur.”
Axı şagirdlər 1-ci sinifdə bu qədər zəngin dili dərindən necə öyrənə bilər? Əgər birinci sinifdə şagird Azərbaycan dilinin qrammatikasını dərindən öyrənəcəksə, onda sonrakı siniflərdə öyrəndikləri nədir? Həmin fikir ” Təqdim olunan vəsait Azərbaycan dilinin qrammatikasını öyrənməyə yeni başlayan 1-ci sinif şagirdlərinə kömək məqsədilə tərtib olunmuşdur” kimi daha ifadə edilsə idi, daha doğru olardı.
Daha sonra yazılır: “Valideynlər uşaqlarının səviyyələrini yoxlaya bilər, onlarla hansı istiqamətdə işləmək üçün nöqsanlarını, zəif cəhətlərini müəyyənləşdirə bilərlər.”
Valideynlərin belə ölçmə, qiymətləndirmə keyfiyyəti yoxdur axı. Valideyn uşağın səviyyəsini etibarlı, dəqiq yoxlaya bilərsə, onda məktəbə, müəllimə nə ehtiyac? Filoloq olmayan valideyn dilin hər hansı xüsusiyyətini bilmir axı və bunu ondan necə gözləmək olar? Valideyn belə halda, sadəcə, bəzi çalışmalara yaş və həyat təcrübəsi əsasında istiqamət verə bilər.
Davamı var….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.