Mövqe

 Film bağlı-bağatlı Ağsu rayonunda çəkilib.  Film boyu ətraf aləmi,  kənd evlərini,həyət-bacaları.   Bu yerlərin sadə   əmək adamlarını, onların həyat  və məşğuliyyətlərini izlədikcə,  bugünkü  vəziyyətimizlə  müqayisədə təəssüflənməməyə bilmirsən. Evlər bir-birinə yaxın, indiki kimi   daş divarlarla qəlbilənməyib.

  Hər gün salamlaşırlar, hal-əhval tuturlar. Kim tez qabağa düşsə, qonşusunu samovar çayına dəvət edir,təndir odlayanda,  məxsusi   yemək bişirəndə qonşusunu  süfrəsinin başına  gətirir, heç olmasa bir  təndir çörəyini süfrəyəbüküb isti-isti qonşusuna göndərir. Beləcə aralarındakı ülfəti öləziməyə qoymurlar, əksinə,  hər gün bu səmimiyyətə yeni birçalar gətirirlər. İndi də budur,  Şirin kişi (Məmmədrza Şeyxzamanov) istəyir ki, oğlu Əhmədi Bakıdan gətirib qapıbir qonşusu Məmməd  kişinin (Mustafa Mərdanov) qızı Leylanı oğlu Əhmədə alsın. Çünki ailələr bir-birlərini tanıyır,  bilirlər ki, əsilləri-kökləri kimlərdir, zəhmətkeşdirlır, ailəcanlııdrlar,  bu  evə, bu ailəyə qız verməkolar və yaxud bu ailədən qız almaq olar.  Uşaqlar da özlərinin    gözləri qarşısında böyüyüb.

 Şirin  kişi də arvadı Nərgizlə çox məsləhət-məşvərətdən sonra belə qərara  gəlirlər ki, Əhmədi kəndə dəvət edib, evləndirsinlər və ayaqlarını kəndə çidarlasınlar.  Filmdən Şirin  kişinin həmin  niyyətini Məmməd  kişiyə  necə çatdırması 40-50  il əvvəlki  toy  adətlərinin dadını-duzunu   necə yadımıza salır:

– Sabahın xeyir, ay qonşu.

– Ay aqibətin xeyir.

– Gəl təzə balığa qonaq ol.

– Sağ ol.

– O, sonrakı işdir, Məmməd.

– Səndə ziqiymət zər var. Mənim oğlum da  yaxşı zərgərdir. Bakıdan məxsusi olaraq onun üçün gəlib.

– Nə danışrsan, Şirin. Nə zər, nə zərgər, məndə qızıl hardandır?

– Səndə elə qızıl, cəvahirat var ki, ayrı heç bir dövlət lazım deyil.

– Şirin, çaşmısan nədir, sən  bilmirsən, mən bir həsirəm, bir Məmmədnəsir.

– Ay kişi, sən nə dilbəzsən. Ay Məmməd, belə qızını oğluma almaq istəyirəm, Əhmədə. Biz ki bir-birimizə söz vermişik.

– Əşi, bunu bayaqdan belə dedə. Söz vermişəm,, yerinə yetirərəm. Buyur.

– Dayan…İtimişəm, nədi? Tapdım, apar gəlinimin barmağına tax, iki gündən sonra toydur. Cehiz-mehiz lazım deyil.

–  İki gündən? Nə deyirəm.  Allah mübarək eləsin.

  Əsl qonşuluq səmimiyyətinə hələ bir bax: əvvəlcə salamlaşır, sonra   balığa dəvət  edir.  Ümumiyyətlə   keçmiş  həyatımızın  özünün yazılmamış  Ana  Nizamnaməsi vardı. Hələ “Dədə Qorqud” dastanında  bunun mükəmməl  nümunəsi var. Əsərin müqəddiməsində bu  “Qonağı gəlməyən qara evlər yıxılsa yey!” şəklində mənalandırılır. İnsanlar  qaynayıb-qarışırmışlar. İstər xeyir-şərdə, istərsə də həyatın adi axarında    hər  kəs gözünü açınca qonşularını, qohum-qardaşını görərdi.

Elin-ulusun başbiləni Qorqud dədə  öz qövmünə    belə vəsiyyət etmişdi.  Şəhərdəkilər  o qədər  müşahidə edə bilməz, amma kənddə hamı bir-birini tanııdqları üçün hamının  yeri o dəqiqə hiss olunur. “Xeyirdə-şər” adamı deyirlər, yəni, bu kişi kəndin bir xeyirindən, şərindən  qalmaz.  Ona görə də onun qapısında  bir  yöğıncaq oldumu, hamı ora axşacaq. Amma eləsi də var ki, onun ölüsünə ancaq  ailəsinin yaxınları gəlir,  toyu  olada isə pul göndərir. Fiziki  iştirakdan başqa, bir  el  ağzı var, yaxşı adamın   şəərfinə hamı “yaxşı adamdır” deyir, xeyir-dua  edir. Çox vaxt  adamlar da özünə  bu münasibətlərdə  gəlin axtarır, kürəkən seçir.

 Bu iki qonşunun mükaliməsində bir yer var:” –    Ay kişi, sən nə dilbəzsən. Ay Məmməd, belə qızını oğluma almaq istəyirəm, Əhmədə. Biz ki bir-birimizə söz vermişik”.

 Bu  adət  toy adətlərimizə ” Beşikkəsmə” kimi daxil olmuşdur:  qız və oğlan uşaqları anadan olan kimi onları bir-birinə ad  edirlər.  Müxtəlif yerlərdə müxtəlif cürə izah edilsə də, ümumi olan hal budur  ki,  “Beşikkəsmə”   uşaqlar anadan olduqları vaxt edilir.

Mənim fikrimcə,  bu adət  qonşuluq münasibətlərində, xeyir-şər zamanı, eləcə də gündəlik davranışlarda  insanları bir-birlərinə yaxın edən , sonra da bağlayan tellərdir.  Məsələn, bir yas  mərasimində   iştirak edən   Cəfər görür ki,  Qubad kişinin  nəvəsi  Vəli əsl  qohumluğa  yarayan adamdır. Bu yas  mərasiminin ilk günündən  necə can yandırdı, bir dəqiqə  oturmadı, bütün  məclisi, bəlkə də, o,  yola verdi. Evdə söhbətləşəndə  həyat yoldaşı Lətafət də bizim məclisimizdə  elə idi. Cəfər kişi də  bir  dəfə Qubad  kişiyə  eşitdirmişdi  ki,  sən də nəvə gözləyirsən, mən də. Oğul nəvəm olsa,  sənin də qız nəvən, beşikkəsmə edərik.  Elə ki, arzuları   oğul nəvələri olmuşdu,  arvadı xəbər gətirmişdi ki,  bəs  Qubad kişinin qız nəvəsi oldu, onda  uşaqların qırxı  çıxan kimi,  Cəfər kişi arvadına  demişdi ki,  bir  xonça tut, həm gözaydınlığına gedək, həm də əhdimizə vəfa edək.

  Cəfər kişi gözləyə bilməzdi ki,  üstündən 20-25 keçsin, nəvəsi “Tik-Tok” da  kiminləsə tanış olsun. Tanış olanın səhəri gün nikah bağlamamış onu   evinə gətirsin. Sonrası  da Allah bilir nə təhər olacaqdı, onu da bir Allah bilirdi.

Şirin kişi salam-kalamdan sonra mətləbə keçir,  amma rəmzlərlə danışır:

“Səndə ziqiymət zər var. Mənim oğlum da  yaxşı zərgərdir. Bakıdan məxsusi olaraq onun üçün gəlib.

– Nə danışrsan, Şirin. Nə zər, nə zərgər, məndə qızıl hardandır?

– Səndə elə qızıl, cəvahirat var ki, ayrı heç bir dövlət lazım deyil.

– Şirin, çaşmısan nədir, sən  bilmirsən, mən bir həsirəm, bir Məmmədnəsir.”

Əslində, bu, bir təvazökarlıq idi.Heç Şirin kişi də,  Məmməd kişi də qızıl-brilliyantın  əsiri olan adamlar deyil. Elə məmmədnəsirlikləri, altlarındakı  həsir onların bəsləridir. Başlarında papaq,  evlərində  qızıldan dəyərli ki övladları var….

Filmdən sitat  gətirdiyimiz  bu parçada  hər fikir bir hikmətdir.  Şirin Məmməd kişiyə “Biz ki bir-birimizə söz vermişik”, –  deyib aralarında olan əhdi xatırladanda   Məmməd kişi deyir:  “Əşi, bunu bayaqdan belə de də. Söz vermişəm,  yerinə yetirərəm”. 

  Bizim köhnə kişilər belə olublar: sözləri də özləri qədər  dəyərli.  Onların  miras qoyduqları Əxlaq məcəlləsi  bu qədər aşınmaya məruz qoyula bilməz axı.

Bir balaca epizodda Azərbaycan əxlaqının, Azərbaycan ailəsinə məxsus nə qədər dərin hikmətlər var.   Bu hikmətlər  əsrlərdir Azərbaycan  varlığını,  Azərbaycan ailəsinin əbədiyaşarlılığını təmin edir.      

 Ər-arvad  – Şirin kişi  həyat yoldaşı Nərgiz xala ilə  oğullqrına toy etmək,  gəlin gətirmək arzusu ilə alışıb yanırlar.İstəyirlər sağlıqlarında bunu etsinlər, gəlin dəmləyən çaydan  içsinlər, nəvə görsünlər. Bu xəyallarla  gecə -gündüz, yatanda da,  duranda da ikilikdə söhbət edir, məsləhət-məşvərət edirlər.  Hələ Əhməd  bu barədə  heç nə bilmir, Leyla da xəbərsizdir. Əhməd ucundan-qulağından eşidəndən sonra özünü   dartır.

 Anadır da  ürəyinə min fikir gəlir. Ona görə də   hər  süfrə başına  oturanda söhbəti  toydan salır:

– Ay kişi, qorxuram toydan sonra aralarında dünya müharibəsi başlaya.

– Heç fikir eləmə. Bir uşaqları olan kimi, ikisi də ağ bayrağı qaldıracaqlar. Nəvəmiz olacaq, ay arvad, başa düşürsənmi, nəvəmiz, oğlan.

-Yox, qız.

– Yox, oğlan.

-Qız.

– Oğlan.

– Ay gülüm, ay gülüm, aygülümsən,

Dünyada birdənə, birdənəsən.

Gəl mənim  gözümün  qarası,

Oğlumun oğlan balası.

-Yox, qız.

– Babanın, nənənin nəvəsi, quqquluqu

Güldən ətirlidir nəvəsi, quqquluqu.

Qurbanam mən bunun boyuna,

Qoy ellər yıçılsın toyuna, toyuna, toyuna heyyy….

Adil İsgəndərov  qüdrətli sənətkar  idi. O, ekranlaşdırdığı  bu filmə  təkcə  peşəkar rejissor  kimi deyil, həm də mənsub olduğu xalqın “Dədə”si  kimi ruh vermişdir. 

Bəlkə də çoxumuzun evində  bu söhbətlər  baş verib.  Bəlkə də bizim çoxumuzun bundan xəbərimiz olmayıb.

  Xəbərimiz olmayıbsa, demək, mütailəmiz azdır, adət-ənənələrimizi bilmirik, bilmiriksə, dəyərləndirmək, yaşatmaq haradan ağlımıza gələcək ki. Biz  əxlaqi-mədəni sərvətlərimizi-öyrənməli, yaymalı təbliğ etməliyik. Aiz ailə dəyərlərimizi Qərbin  modelinə  uyğunlaşdırmaq  həvəsinə düşməməliyik. Braziliya seriallarında  görünınlər gerçək həyat deyil. O serialdakı  arvadlar  heç vaxt Azərbaycan Qadınının ucalığına yüksələ bilməz. Amma  bu ucalıq bizdə X—XI əsrlərdən mövcuddur.

 “Dədə Qorqud” dastanında  qayınata və qayınanalar gəlinlərinə qibtəediləcək dərəcədə mehriban  müraciət edirlər:

-Dilin üçün öləyin, gəlinciyim!

– Yoluna qurban olayın, gəlinciyim!

Burada  gəlinlərin  qayınata və qayınanalarına  müracəti də   çox   duyğuludur:

-Anamdan yeyrək qayınata!

– Atamdan yeyrək qayınata!

 Əgər  bir evdə ailə  münasibətləri bu qədər  ülvidirsə,   başqa bir evdən gəlmiş  bir qız/qızıl  tamam başqa bir ocağı belə ülviyyətə bürüyübsə,  bu evə  qızıl, cəvahirat nə lazım? Əgər bunun əksidirsə, onda  lap xəzinələrlə də olsa,  bu sərvət nəyə lazım?

 Bəs nə  oldu Sizə, nə oldu bizə?

Əməllərimizə çəki-düzən verməyin vaxtı deyilmi?

 Mən daha çox maarifləndirməyi  doğruyol hesab edirəm.Bu  şərtlə ki, ədəbiyyatın, sənətin, publisistikanın dedikləri cəmiyyətin də hədəfi olsun.

Ədəbiyyatın da, sənətin də anadangəlmə bir əsas vəzifəsi var: o, tərbiyə etməlidir,   mənsub olduğu xalqın tarixini, mədəniyyətini, adət-ənənələrini qorumağa,yaşatmağa xidmət etməlidir. Yalnız öz milli kökləri üzərində dayanmağı bacaran xalqlar tarixə yoldaşlıq  edə biləcəkdir.

Ona görə də  mən şəxsən sovet dövründə yaranmış ədəbiyyat və incəsənət nümunələrini, eləcə də mətbuat və  televiziyanı daha  ideyalı, daha məqsədəuyğun hesab edirəm.

 Bu gün  yeni nəsil baş verən   mənəvi anomaliyaların fərqində olmaqda çətinlik çəkəcəklər, bu, aksiomadır.  

Çünki   keçən əsrin  80-90-cı illərinə  qədər  sevgi, mənəviyyat, vəfa, ailə  məsuliyyəti kimi həssas mövzularda lentə alınmış filmlər  ailə qurmağı, onu  möhkəmlətməyi, necə qorumağı öyrədirdi, tərəflərə  birbaşa və ya  dolayısı ilə  bunları öyrədirdi.

Ailə tərəflərinin qarşısında  daşımalı olduğu cavabdehliyi öyrədirdi.   Qadınlara analıq, evdarlıq öyrədirdi.  Gənclərimizə kişi siqlətinə yiyələnməyi öyrədirdi, ata məsuliyyətinə yüksəlməyi öyrədirdi.

 İndiki filmlərdə  isə, istərsə də  istənilən şou layihələrində ailə-sevgi məsələlərinin ekran həlli  gəncləri keçici hisslərə,  gündəlik  məqsədlər üçün  yaşamağa  sövq edir. Gəncləri    geçə klublarına səsləyir;   sağlam olmayan feminizmə   rəvac verir.  

Mətbu vasitələr də   sərvaxtdır ki,bir-birlərini qabaqlayıb  bu  iyrənc xəbərlərini manşetlərinə çıxarsınlar.

Televiziya, Kütləvi İnformasiya Vasitələri ilə bağlı nə qədər   qərarlar, Proqramlar qəbul edilir,  amma heç nə dəyişilmir.  Elə bil ki,  bizim kadr potensialımız yoxdur.

Amma yeri gələndə  sovet dövrünün jurnalistikasına  istehza edirlər. Bu, qeyri-ixtiyari olan bir yanaşma, söyləmə deyil. Hardandır belə  müştəbehlik? Sən özün  məktəb demirəm, bir cığır aça bilmirsənsə,    sovet dövründə böyük və zəngin yol keçmiş  jurnalistikamız haqqında necə ağız büzə bilərsən? Bünövrəsi  Həsən  bəy  B.Zərdabidən başlamış  Azərbaycan mətbuatı  70 illik sovet dönəmində    Rza Quliyev, Nəsir İmanquliyev,  Qulu Xəlilov, Şirməmməd Hüseynov,   Tofiq Rüstəmov,    Tofiq  Həsənov,   Hacı Haçıyev  kimi  jurnalistika   flaqmanları  yetişdirib.   Əşrəf Hacıyev,   Aqşin Babayev, Svetlana Nəcəfova , Rəfail Nağıyev,  Mürşüd Dadaşov,  Məzahir Süleymanzadə, Dağbəyi İsmayılov , Əlisəfdər Hüseynov, Nemət Veysəlli, Şakir Yaqubov, Flora Xəlilzadə və daha kimlər. Bütün  məşhur jurnalistlərimizin  adlarını  xatırlayıb yazası olsaq,  uzun bir siyahı alınacaq. Buyurun, onların  yazdıqlarını  da internetdən  tapın oxuyun,  yeni çağın jurnalistlərinin  də.

 Sovet  dövrü jurnalistləri cılqı jurnalist mətbəxindən çıxmışdılar: Azərbaycan Dövlət Universitetinin Jurnalistika   fakültəsini bitirmişdilər.Onlar  peşəkar olduqları kimi dilləridə aydın və məzmunlu idi. Həyatı,insan psixologiyasını  dərindən bilirdilər,

  Bax,  o mətbuat  cəmiyyəti sözün əsl  mənasında  məlumatlandırırdı, maarifləndiridi  və  xalqın səsini ifadə edirdi. Eləcə də o dövrün   musiqisi,  kinosu, teatrı.

 Biz demirik ki, indi jurnalistika yoxdur, jurnalist  yoxdur. Sovet jurnalistikasının peşəkar jurnalistləri var ki,onlar bu gün də əsl jurnalist ideallarına xidmət  etməkdədir.  Yeni nəsil jurnalistlər də var, onlar da yetişib, püxtələşib xələflərinin  varisləri olmağa layiq olacaqlar. Amma bu gün jurnalistikanı sıraları çox qatmaqarışıqdır.

                                                                                       Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı