Poeziya buketi, nəğmə çələngi

Yarın bağçasında üç gül açılıb,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Hər üçü də bir-birindən öyməli,
Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağca gülün qapısından baxmalı,
Qızılgülü ağ buxağa taxmalı,
Sarı gülü dəstə tutub qoxmalı,
Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağ gülü oxşatdım ağ göyərçinə,
Qızılgül bənzəyir göydə laçına,
Hüseyn müştaqdır gülün üçünə,
Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağ qızılgül

Digərləri ilə müqayisədə daha yaşlı qızılgül növüdür və ağ qızılgülün mənası daha çox aydınlıq və məsumluqdur. Sağlamlıq, evlilik kimi müqəddəs mərasimlər üçün əvəzolunmazdır. Təmizlik, məsumluq, hörmət, sirr, dəyər anlamlı assosiativlik doğurur.

Sarı qızılgül

Sarı qızılgülün mənası, verdiyiniz insana görə dəyişir. Dosta verilən sarı qızılgül sizin dostluğunuz və sədaqətinizin gücünü ifadə edərkən, sevgilinizə verdiyiniz sarı qızılgüldə qısqanclıq və ayrılıq hissləri var. 18-ci əsrdə Yaxın Şərqdə kəşf edilən sarı qızılgül alman ənənələrində xəyanəti və bitən sevgini simvolizə edir.

Qırmızı qızılgül

Sevgi ifadəsinin ən gözəl və xüsusi simvolu olan qırmızı qızılgülün mənaları və yayılması hamımıza məlumdur. Bu, bir pritça anlamı ifad edir: “Səni sevirəm” . Eyni zamanda ürəklərd sevgi, ehtiras, cəsarət doğurur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı