Müzakirə

Kaş, gözümüzü dünyaya açanda qəhrəmanmı deyək, xariqüladə qüvvəmi deyək, qadınmı deyək, bütün həyatımızın pasibanı, şərəfi olacaq “ANA” adlı o mələyin üzündəki, ürəyindəki fərəhi görüb, duyub, bütün həyatımız boyu yaddaşımızda saxlaya biləydik.

Kaş 9 ay öz bətnində olsaq da, bu 9 ayın hər gününü, hər saatını, hər dəqiqəsini, hər saniyəsini belə əlləri bizə doğru uzanılı qalan, ona bəxş edəcəyimiz “ANA” adı üçün bu 9 ayı kiprikləri ilə od götürən, bizi ən etibarlı bir “sığınacaqda”- ana rəhmində hər cürə təhlükələrdən: soyuqdan, istidən, qardan, küləkdən qoruyan o nurlu mələyin həmin anda hisslərini ölçə, çəkə biləydik.

…Hardan ağlımıza gələydi bunlar?! Onda biz lüt – “ətcəbala” öz haray-həşirimizdə olanda, o nurlu mələklər də xəyalların qanadlarında uçurmuşlar… Atalarımıza – özlərindən də üstün bildikləri daha bir yaraşığı – bizi çatdırmağa qanadlanırmışlar…

Ömru coxdu yaşinnan
Yazi kəmdi qişinnan
Bizə beşik başinnan
Analar qurban olur.

Gözləri dola-dola
Yanaği sola-sola
Balasi gələn yola
Analar qurban olur

Mən yaniram yan demir
Yalannan can-can demir
Analar qurban demir
Analar qurban olur

…Analar bütün ömürləri boyu övladlarının böyüyüb boya-başa çatması üçün yanmaqda davam edirlər, “yoruldum”, “usandım” demədən. Təsəvvür edin, uşaqlar gün ərzində 12 min söz deyir, 920 sual verirlər. Bütün bunları səbirlə dözərək dinləyən, qayğıyla da cavab verən yalnız analar ola bilərlər.

  İngiltərənin məşhur dövlət xadimi P.N.Xolden 48 il ərzində hər gün anasına məktub yazırmış. Bu, 17520 gündə  yazılmış 17520 məktub deməkdir.

Kim bunları düşünüb qiymətləndirirsə,  kim müqəddəs dinimizdə deyildiyi kimi, valideynlərinə hələ sağlığında ikən qayğı və nəvaziş göstərirsə, eşq olsun onlara .

Məhəmməd Peyğəmbərin (ə.s) “Cənnət anaların ayaqları altındadır”  vəsiyyəti necə  gözəl deyilib. Gəlin fikirlərimizi  söyləyək: bu öyüddəki “anaların ayaqları altı” fikrini necə başa düşürsünüz?

14 il bundan qabaq   xaricdə yaşayan həmvətənlərimizin   yaratdıqları bir saytda “Parni iz Baku”  nikesi ilə bu müzakirəni  təklif etmişdim.  İndi üstündən  illər keçəndən sonra yenidən   həmin müzakirəyə qayıdıram. Buyurun, fikirlərinizi gözləyirəm. Guya,   insan  bu dünyada xoş əməllər sahibi olubsa, o biir  dünyada cənnətə düşəcək.  Belə başa düşəkmi? Bəlkə  həmin  cənnət   anaların ayaqlarının altındakı torpaqdadır anlamındadır və s.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı