Əxlaq və mənəviyyat

Türkiyənin Kazete saytında (bax: http://kazete.com.tr/haber/pedofili-mesrulasiyor!_27264) rast gəldiyim bu yazı diqqətimdən yayınmadı: ” İran Məclisində qəbul edilən qanun layihəsi kişilərə övladlığa götürdükləri qız uşaqları ilə evlənmək hüququnu tanıyır. Bu, insan hüquqları havadarlarını narahat edib. Amma bu hüququ bəyənənlər iddia ediblər ki, belə uşaqların hüquqları evləndirilərək qorunacaq.

Uşaq hüquqlarını qorumaq məqsədilə hazırlandığı iddia edilən layihədə evlənən övladlıq qız üçün yaş sərhədi 13 olaraq nəzərdə tutulur. Kişi uşaqlar üçün isə evlilik yaşı mətbuatda yer alan xəbərə görə 15-dir.
İranda uşaq nikahları sürətlə artır. 2010-cu ildə 10-14 yaşlı 42 min uşaq evləndirilmişdir. Tehranda 10 yaşa qədər evləndirilən uşaq sayının ən azından 75 olduğu güman edilir.
Əfqanıstanın paytaxtındakı Qabil Ədliyyəsi qeyri-adi və bir o qədər də acı bir mübahisəyə səhnə oldu. 10 yaşlı bir qız uşağı şəhərdən uzaq bir Əfqan kəndindəki məsciddə təcavüzə uğradı. Buradada azyaşlı qızlara qarşı eynən bu cür yanaşma halları mövcuddur.
2-3 ay bundan öncə Əfanıstanın paytaxt şəhərində baş verən hadisə burada yaşayan insanların özünü şoka saldı.

Molla Məhəmməd Amin murdar niyyətlə 3 kiçik qız uşağına yaxınlaşmaq istəmişdir. 2 qız uşağı qaçaraq uzaqlaşsa da, biri heç nə anlaya bilmədiyindən nələr baş verdiyinin fərqinə vara bilmədi: yaş bunu anlayacaq səviyyədə deyildi. Molla Məhəmməd Amin 10 yaşlı qızçığazı məscidə gətirərək burada onu zorakılığa məruz qoymuşdur. Nəticədə qız ciddi psixoloji, mənəvi və cismani zədələr almışdır.
Məhkəməyə çıxarılan Molla Məhəmməd Amin Şəriət hüququna əsaslanaraq, tərəflərin hər ikisinin razılığı olması vəziyyətində baş verən hadisənin təcavüz deyil, zina olduğunu bildirmiş və məhkəməni buna inandırmağa çalışmışdır. Vəkili isə 100 qırmanc cəzası aldıqdan sonra mollanın sərbəst buraxılmasını istəmişdir, onun fikrincə, Molla Məhəmməd qızı arvad etmək istəmişdir. Bu müdafiə eyni zamanda kiçik qızın da 100 qırmanc cəzası alması anlamına gəlirdi.
Hakim Məhəmməd Suliman Rasuli isə müdafiə etməyi rədd etdi və bunun bir zina olmadığını, kiçik qızın bir uşaq olduğunu və bu hadisənin də bir təcavüz olduğunu bildirərək təcavüz cinayətindən 20 il həbsə məhkum edib.
Amma məsələ bununla bitmirdi.

Qızın ailəsi isə “şərəflərini təmizləmə” adı ilə zavallı qızı öldürməyi düşünürdü. Bu fikir və təcrübə Əfqanıstanda qəbul olunan geniş yayılmış bir adətdir. Nə yaxşı ki, bir qadın haqları təşkilatı isə araya girərək ailə yola gətirdi və kiçik qızı ölümdən xilas etdi. Qız isə sığınma evinə yerləşdirildi.
Adamın damarlardaa qanı donur. Nə qədər rəzil insanlar varmış. Bəs 10 yaşlı yavrunu niyə rəzil günə salırsınız, onun nə günahı? Böyüklər nəzarət edə bilməyib, qoruya bilməyib, valideyn olaraq balalarının fəryadına yetə bilməyib, zavallı qızcığaz zorakılığa, təcavüzə məruz qalıb….İndi isə valideyn çıxış yolunu balasını öldürməkdə görür.. Sağlam məntiqə sığışdırmaq olmur heç cürə…Bunları fikirləşdikcə, şükür edirəm: vətənimizə, qanunlarımıza görə…


P.S: Məşhur Türk aktyoru, ssenari müəəlifi və rejissoru Cüneyt Arkının bu mövzuda qələmə aldığı şeir çocuq gəlinlərin məşum həyatını çox doğru əks etdirir:
Çocuk Gelin
Beyaz gül çiçeği üzerine düşmüş yağmur damlası
İşte öyle masum, tertemiz
Ve çocuk
Örgülü, uzun saçlarında beyaz kurdelalar
Seksek oynuyor
Pembe, küçük çiçekli elbisesi
Uzun etekleri altında ince bilekleri
Her çizgiyi atladığında
Güzel yüzü daha da çocuklaşıyor
Sonsuz özgür ve bahtiyar
Dünya daha da güzelleşip yaşanır oluyor
Sonra…
Kara, iri bir erkek eli kavrıyor saçlarını
Atıyor yatağa, çıkıyor üzerine adam
Ağzı, koyu, karanlık bir çukur
Küçük kız çocuğu…
Anlamadı olup bitenleri
Yüzünde acıklı bir çaresizlik
Masum gözleri, boşluğa bakıyor…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.