Sərbəst səhifə

21 yanvar Beynəlxalq Qucaqlaşma Günüdür.
Bu bayram da qeyri-adi bayramlardan hesab olunur.
Kevin Zaborninin 21 yanvar 1986-cı ildə ABŞ-ın Miçiqan ştatında irəli sürdüyü ideya bu gün əvvəlcə Avropaya, dahasonra başqa ölkələrə də yayılıb. Psixologiya fakültəsinin tələbəsi olan 24 yaşlı Zaborney o dövrdə qucaqlaşmağın insanlara müsbət təsirini müşahidə etmək üçün araşdırma aparıb. Elm adamları qucaqlaşmanın təsirlərini belə xülasə edir: Stressi azaldır və dəstəyinizi göstərir. Sizi xəstəliklərdən qoruyur. Ürək sağlamlığını gücləndirir. İnsanı daha xoşbəxt edir. Qorxularınızı azaldır, insanlarla ünsiyyəti asanlaşdırır. Ailə terapevti Virciniya Satirin sözlərinə görə, “Yaşamaq üçün qucaqlaşmalıyıq. Hər gün ən azı 8 qucaqlaşmaq lazımdır”.
Bayramın ənənəsinə görə bu gündə istənilən kəs istənilən yerdə tanımadığı şəxsləri belə, qucaqlaya

Sarılmağın əhəmiyyəti
Sarılmağın əhəmiyyətini bilməsək də həsrətini çəkdiyimiz, ya da sevdiyimiz birini görəndə sarılırıq, vidalaşarkən sarılırıq, xoşbəxtliyimizi bölüşərkən, kədərimizi bölüşərkən sarılırıq, təşəkkür edərkən minnətdarlıq duyğuları ilə sarılırıq bir-birimizə. Məsələn, valideynlərimizlə, dostumuz-qardaşımızla, oğul-uşaqlrımızla və nəvələrimizlə.
İctimai ideallarımıa uyğun insanlar da var ki, onlrı cəmiyyət qəbul edir, sevir, ehtiram bəsləyir. Məsələn, hökumət başçısı, milli qəhrəmanlar, məşhur sənət adamları da bu cür ehtirama layiqdirlər.
Bu, duyğu və düşüncələrimizin ehtiyacıdır.
Siz heç dava edərkən bir-birlərinə sarılan insan görmüsünüzmü heç.? Bu, axı ola bilməz, çünki sarılarkən ifraz etdiyimiz xoşbəxtlik hormonları buna yol verməz. Qəzəb yox olur və yerini əmin-amanlıq duyğusu bürüyür.
İndi çox sevdiyiniz birinə sarılanları anı təsəvvür edin. Nələr hiss edirsiniz, əlbəttə ki,əmin-amanlıq, xoşbəxtlik, sevgi, inam, etimd, dostluq, sülh və qardaşlıq.” Bəli”, – deyə üzünüzü də təbəssüm sardısa, nə xoşbəxt sizə. Dayanmayın, bu hərəkəti ömrünüzün sonuna kimi davam etdirin.
Baxın, bu ünsiyyət haqqında araşdırmalar nələr üzə çıxarmışdır:
Sarılmaq xəstəlikləri qarşısını alır və xəstəliklərin daha tez sağalmasına yardımçı olur!
Harvard universitetində aparılan bir araşdırmaya görəilə hazırlanan xəstələri iki qrupa ayırıblar. Birinci qrupu əməliyyat edəcək həkimlər xəstələrin yanına gedərkən mehribanlıqla onlardan hal-əhval tutmuş, əlləri ilə çiyinlərinə toxunaraq özlərini necə hiss etdiklərini soruşublar. İkinci qrupa daxil olan həkimlər də bunu xəstələrindən soruşmuşlar , amma birinci qrupdakı həkimlər kimi toxunmadan. Əməliyyatdan sonra müəyyən olunub ki, çiyinlərinə toxunularaq əməliyyat edilən xəstələrin əməliyyatları , sadəcə, soruşularq əməliyyat edilən xəstələrin əməliyyatlarından ədaha yaxşı keçirmiş və onlar daha tez sağalmışlar.
Daha bir başqa universitetdə aparılan araşdırmalarda isə stress altında olan insanlarda ifraz olunan kortizol hormonunun, təxminən, 20 saniyəlik bir sarılmadan sonra sürətlə düşdüyü və stressin azaldığı müəyyən edilmişdir.

Mayami Universitetində aparıln tədqiqatlarla isə məlum olmuşdur ki, sarılmaq yalnız özümüzü yaxşı hiss etməyimizə deyil, həm də immunitet sistemimizi gücləndirərək xəstəliklərlə mübarizədə də olduqca təsirlidir. Səmimi bir qucaqlaşma stress səviyyəmizi, bədəndəki ağrıları azaldır və xərçəng xəstəsi insanların immunitet sistemini gücləndirir.
Özümüzü yaxşı hiss etməyimizdə bir çox kimyəvi maddənin rolu var və sevdiklərimizə sarılmaq ruh halımızı yaxşılaşdıran kimyəvi maddələrin fəallığını artırır.
Tədqiqatlar göstərir ki, serotonin, endorfin, dopamin və oksitosin kimi həyatdan zövq almağımızı təmin edən, motivasiya artıran və xoşbəxtlik verən hormonlar bir vücuda, ürəyə yol tapanda belə insanlar daha məmnun olurlar.
Ailə terapiyası ilə məşğul olan həkimlər bir günün sters və yorğunluğunu çıxmaq üçün 4 sevgi dolu qucaqlaşmaya ehtiyacımız olduğunu deyir.
Həyatımızdakı məmnunluğa bir sehirli toxunuş olan sarılmaq həm də həyatda öhdəsindən gəlməkdə çətinlik çəktiyimiz maneələri dəf etməküçün stimul verir.
Sarılmaq ən gözəl əməllərdən biridir. Sıx -sıx sarılın özünüzə, sevdiyinizə, həyata… Özümüzü tərəfindən 8 dəfə sevdiyimiz birinə edilməyimiz lazımlı olan sarılmaq kimi…
Qeyd : Açıq mənbəlrdən istifadə və tərcümə ilə işlənilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.