İbrət

1945-ci il… Naqasakiyə atom bombası atıldıqdan sonra bir yapon uşaq qardaşının cəsədini kremasiya sahəsinə gətirib sükutla dayandı.
Bu şəkli çəkən Co O’Donnell əslində amerikalıların bölgəyə göndərdiyi bir casus idi. Onun vəzifəsi Naqasaki və onun ətrafında yüzlərlə fotoşəkil çəkmək və onları Amerikanın baş qərargahına göndərmək idi.
Bu, rəsmilərə bombanın gücü haqqında daha yaxşı təsəvvür yaratmağa imkan verəcəkdi. Şəkildəki uşaq haqqında danışdığı şahidlərdən biri uşağın vəziyyətini belə izah edib:
“Mən 10 yaşlı bir uşağın yanğına doğru gəldiyini gördüm. O, kürəyində bir körpə daşıyırdı.

O vaxtlar Yaponiyada uşaqlar balaca bacı-qardaşlarını kürəyinə alıb oyunlar oynayırdılar. Əvvəlcə düşündüm ki, belədir. Amma bu oğlanın əhvalı tamam başqa idi. Onun bura çox ciddi səbəbdən gəldiyi açıq-aydın görünürdü. Ayaqları açıq idi və üzündə sərt ifadə vardı. Arxasındakı körpə başını arxaya atmışdı və yuxuya getmiş kimi görünürdü. Uşaq təxminən beş dəqiqə hərəkət etmədən bir anlıq sükut müşahidə etdi.
Daha sonra ölüləri yan Uşaq məlul-müşkül durub dəqiqələrlə vəziyyəti seyr etdi.
Alt dodağını elə bərk dişləyirdi ki, qan axmağa başladı. Qardaşının cəsədi alovlar arasında tamamilə itdikdən sonra arxasına dönüb səssizcə uzaqlaşıb”.
Acı ilə yetkinləşmiş uşaq adam idi gözlərim qarşısında.
Səhnə ürəyimi parçalayır ki, niyə uşaqlara niyə uşaqlaruşaqlıqlarını yaşaya bilmirlər?!
Qeyd: Yazı interntdən tərcümə yolu ilə hazırlanmışdır

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.