Mövqe

This image has an empty alt attribute; its file name is d091d0b5d0b7-d0b8d0bcd0b5d0bdd0b8-3.jpeg

Reklamlarda Azərbaycan dilinin qrammatik qaydalarına,  eləcə də reklam haqqında mövcud Qanuna  əməl edilməməsi  halları neçə illərdir  davam etməkdədir.  Başlıqlarının  dahaçox  əcnəbi dillərdə yazılması, “ə” hərfinin “e”, “I” hərfinin  “I” hərfi kimi işarə olunması , çoxlu üslub  xətalarnın olması  həmişə olmuş və bu gün də  Bakının küçələrini gəzdikcə qarşılaşmaq olur.  Bu, onu göstərir ki, reklamların  dil və məzmun ifadəliliyini  nizamlayan  ciddi qurum yoxdur  və yaxud varsa da,   bu məsələlərdə dönüş yarada bilmir.

Qrammatik vərdişlər  ümumtəhsil məktəblərində öyrədilir.  Şagird dil hadisəsini  kitabdan başqa cür oxuyur, müəllimdən başqa cür öyrənir,   metroda, küçədə, mətbuatda və televiziyada isə  tamamam bir ayrı cürə görür. Maraqlı da burasıdır ki, metroda, küçədə, mətbuatda və televiziyada gördüyü  dil faktları  onların hafizələrində daha yaxşı qalır, çünki lazım olduğunda şagird  kitabda yazıldığı  dil faktındansa  küçədə binanın  divarında qarşılaşdığı  dil faktını  daha tez yadına sala   bilir. Məsələn,  “Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə üzbəüz  yaşayış  binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən  mebel yataq dəstləri mağazasının divarında yazılıb: “Bir kilim yetər sevgilim!”  Cümlədəki “sevgilim” sözü cümlənin sonunda işlənmiş xitabdır.

This image has an empty alt attribute; its file name is screenshot_2-9.png

Dil qaydasına görə, sonda gələn xitabdan əvvəl  vergül işarəsi qoyulmalıdır. İndi şagird çalışma həll edərkən və yaxud  test imtahanı verərkən  cümələnin sonundə xitab  işlədəcəksə,  həmin reklamı göz önünə gətirib,   reklamdakı kmi vergül işarəsi  qoymayacaq. İkinci bir səhv də bu olacaq ki,  məzmun təhrif ediləcək.  Ət satışını  həyata keçirən  dükanlarda yazılır: “Halal kəsilmiş dana əti”. Onda istehlakçılarda şübhə yaranır ki, halal kəsilməyən də ət var?

Və yaxud bütün internet resurslarında rastlaşdığımız  bir çağırış : “İnanılmaz möcüzə:  1  həftəyə prostatitə son”. Belə çağırışlar müxtəlif xəstəliklər üzrə edilir.  Reklam istehlakçını aldatmamalıdır.  Axı belə möcüzə yoxdur. Olsa idi, həmin möcüzəni  həyata tətbiq edənlərin hamısı Nobel mükafatçısı olardı. Reklamlardil baxımından səlist olduğu kimi etik baxımdan da  mövcud ölkənin dəyərlərinə uyğunlaşdırılmalıdır.

Şəhərin küçələrində hərəkət edən avtomobilin üzərində    yataq təsviri əks olunub.  Görünür, yataq dəstləri satışı ilə məşğul olan  mağazalar şəbəkəsidir. Olsun. Məgər  seçim hissini yalnız qadınla yataq   halında ikən seçmək olur?  Tək qadın və yaxud tək kişi  bu seçim  hissisni ortaya qoya bilməzmi?

This image has an empty alt attribute; its file name is img_20230903_065230.jpg

  Ümumiyyətlə, qadın vücudları reklam stimulvericisi kimi istifadı olunursa, bu, qadın obrazına qarşı  asilikdir. Digər tərəfdən   qadın obrazını əlaqəsi oldu-olmadı  reklam vasitəsi etmək doğru deyil.  Belə iradlar çoxdur.

 Biz isə  bu yazımızda   elanların  da şəhərimizin  gözəlliyinə   əks olan    təsindən bəhs etmək istəyirik. Bu da  onların divarlara, liftlərə, ərazilərdəki ağac gövdələrinə, bir sözlə, hara gəldi yapışdırılmasıdır. Bu, cəmiyyətin ümumi olan davranış normalarının əksinə hərəkt etmək deməkdir, asosial bir yanaşmadır. Məsələn, biz blokumuzun girəcəyində özümüz bu məqsədlər üçün lövhə asmışıq.. Çox vaxt lövhəqalır kənarda,r eklamı qapıya, liftin içinə yapışdırırlar.

Bunları yoluna qoymaq, başqa optimal variant tapmaq olmazmı, əlbəttə, olar Bütün elanlarda reklam verənin rekvizitləri, telefon nömrələri olur. Zəng vurub onlara reklam xidməti təklif etmək olar. Nəticə çıxarmazlarsa , aidiyyəti qurumların köməyindən bəhrələnmək olar. Bunu yerli bələdiyyələr Mənzil İstismar sahələri ilə qəaqəli şəkildə etməlidirlər.

Yəqin ki, Bakı Nəqliyyat Agentliyinin şəhərimizin  küçələrində bu elanlarına çox rast gəlirsiniz.  Bu, ondan xəbər verir ki,   bu cür elanlar  dayanacaqlara, işarəvermə sistemlərinə və s yapışdırlır.Hətta avtobus  salonlarında, metro vaqonlarında da  bu cür  elanlara rast gəlmək olur.  Avtobus dayanacaqları var ki, ucqar kəndlərdəki gözətçi “budka”ları onlardan səliqəli görünür.

 Məlumdur ki, açıq məkanlarda Reklam haqqında Qanunun tələblərinin pozulmasına görə,  məsuliyyət və cəzalar da müəyyən edilib.Bir vaxt   Bakı Şəhər İcra Hakimiyyəti də  küçə reklamlarını qadağan edən qərar çıxartmışdı. Belə  hərəkətlərə yol vermis  fiziki şəxslər 300-500 AZN,   hüquqi şəxslər isə 5 min — 10 min AZN cərimə olunurlar.  Heç bir nəticə hasil olmadı.

This image has an empty alt attribute; its file name is screenshot_3-4.png

 

Reklam haqqında” qanunun 15-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi bələdiyyələr tərəfindən müəyyənləşdirilir. “Yerli vergilər və ödənişlər haqqında” qanunun 9.1.1-ci maddəsinə görə isə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş yerli ödənişin tərkibinə daxildir. Yerli ösənişlər isə bələdiyyələrə aiddir. Təəssüf ki, digər sahələrdə olduğu kimi, bu sahədə də bələdiyyələr ərazidəki sakinlərlə işgüzar münasibətlər qura bilmir. Çünki öncə gərək bələdiyyələr özlərini deçildikləri tanıtsınlar, işləri ilə deyirik ha. Reallıq budur ki, bələdiyyələr hansısa ərazidə yalnız müəyyən tədbir olarsa, rayon rəhbərliyi hansısa əraziyə baş çəkə bilərsə, həmin ərazidə görünəcək. Halbuki, onlar daim ərazilərdı olmalı, insanların problem və qayğıları ilə maraqlanmalı, onların həlli istiqamətində addımlar atmalıdır. Yoxsa, hansısa vergi ödəmələri üçün qapıya gəlmək bu quruma heç bir hörmət gətirə bilməz. Maarifləndirilmə işlərini qaldırmaq lazımdır.

Deməli, qanun və normativ aktlar hər iki tərəfə reklam pulunu yığmağa imkan verir. Onda bu qaçaqmalçı reklamları  niyə  nizamlamaq olmur. Əgər nümunəvi qayda yaradıb  tətbiq edə bilsələr,   həm bələdiyyə büdcəsinə   gəlir toplanar, həm də  by sahədə bir qayda-qanun yardılar hara gəldi reklam və elan  yapışdırmazdılar.

Amma divar və yaxud  küçə   reklamları öz  ahəngində  yayımlanmaqdadır. İnsanların bu  barədə fikirləri də birmənalı   deyil.

 Bəziləri   belə düşünür ki,  elə insanlar var ki, təqaüdçüdür və yaxud maaşı  azdır.  Onun reklam haqqı ödəməyə imkanı yoxdur, ona görə də reklamını divara, ağaca  yapışdırır. Əksəriyyət isə  bu fikirdədir ki,  reklam insanların özləinə də lazımdır. Amma  bu yayımın  doğru-düzgün yolu tapılmalıdır. Reklam istehsalçıya gəlir gətirdiy kimi,  yaxşı mənada büdcəyə də  təsir edə bilər. Reklam  verənlər aidiyyəti üzrə məsul qurumlarla razılaşdıraraq, müəyyən vəsait ödəyərək  öz elanlarını yapışdıra bilərlər. Amma gərək sadə vətəndaşlar üçün elana görə ödənişlər   aşağı olsun.Vətəndaş  belə olarsa, elanını  hara gəldi yapışdırmaz, müəyyən  vəsait ödəyərək qanuni şəkildə və  bu məqsəd üçün  müəyyən edilmiş lövhələrdə paylaşar. Digər tərəfdən,  ölkənin  paytaxt şəhərinin görkəmini  korlayan belə reklamlara son qoyular.

Reklam iqtisasiyyatlmızın genişlənməsinə, irəliləməsinə xidmət edən köməkçi vasitələrdir, büdcəmizin etibarıı fayağııdr. Əgər vergilərlə, kömrüklə bağlı daxilolmaları yayınmalardan, digər subyektiv yanaşmalardan xilas edə bilsək, bəlkədə dollar insanın topuğundan yuxarı olardı.

Dama-dama göl olar, dada-dada heç olar….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı