Müzakirə

  Böyüməkdə olan gənc nəslə xalqımızın tarixini, mədəniyyətini, sosial-mənəvi mənşəyini öyrətmədən  onları xalq və  dövlət  qarşısında öz məsuliyyətini dərk edən,  əsl vətənpərvər  və azərbaycançılıq ideyalarına sədaqətli vətəndaş   şəxsiyyət  kimi yetişdirmək mümkün deyildir.

Tarix insanları düzgün qərarlar qəbul etməyə və düzgün nəticələrə nail olmağa istiqamətləndirən əsl bələdçidir. O, insanları keçmişini öyrənməyə, gələcəyə keçmişin təcrübələri əsasında addımlamağı öyrədir. Çünki    gələcək  keçmişə arxalanmasa, öz bazisini  keçmişin dayaqları üzərində qurmasa, özündən sonrakı sivilizasiyaya  heç bir töhfə verə  bilməz.  Əslində, keçmişi dərk etmək   indini və gələcəyi dərk etməkdir. 

 Bu günü daha yaxşı başa düşmək və təhlil etmək və etibarlı gələcək yaratmaq istəyiriksə, tarixə tapınmalıyıq.  Bu dərketmədə  mədəniyyət mühüm rol oynayır.

Mədəniyyət insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər sistemidir.  Elmi  tərifinə gəlincə,  “Mədəniyyət bir cəmiyyəti digər cəmiyyətlərdən fərqli edən, keçmişdən bəri dəyişməyə davam edən, özünəməxsus sənəti, inancları, adət-ənənələri, anlayışı və davranışı ilə onun kimliyini formalaşdıran yaşayış və düşüncə tərzidir”.

Məhz bu dəyərlər vasitəsilə insanın və cəmiyyətin inkişafı formalaşmışdır, millət   formalaşmışdır. Bir sivilizasiyanın digər sivilizasiyaya keçidi  baş vermişdir.

Mədəniyyətin tərkibi  çox genişdir. Ən qədim insanların  geyimvə bəzək əşyalarından, gil və saxsı  qablardan tutmuş   Misir ehramlarına, uzaq planetlərə səyahət edən  insanların bütün fəaliyyətləri  mədəniyyət elementləridən ibarətdir.

Beləliklə də, mədəniyyət anlayışı əsasən iki geniş sahəni əhatə edir:

1.  Maddi mədəniyyət. Buraya  maddi istehsal və onun strukturu: texnika, texniki qurğular, infrastruktur, mənzil, məişət əşyaları, geyim-kecim ,   onların aksesuarları   və sairlər daxildir.

2. Mənəvi mədəniyyət . Buraya isə  mənəvi istehsal və

onun nəticələri: din, fəlsəfə, əxlaq, elm, incəsənət, bədii ədəbiyyat və sairlər daxildir.

İstər maddi, istərsə  də mənəvi mədəniyyətin cəmiyyətdə əsas vəzifəsi insanı  sosiallaşdırmağa yönəlmişdir, yəni, insanın tərbiyələnməsinə, cəmiyyətin  ahəngdar inkişafını  təmin edən ənənəvi   norma  və qanunlarını gözləməyə, onlara  şüurlu münasibət bəsləməsinə hədəflənmişdir.  

 Kim bilir neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı.

Nəsildən nəsilə bir yadigardır.

               Səməd Vurğun

   Bu yadigarların hər biri  mədəniyyətimizin bir  nümunəsidir.  Bu mənada  şəhid məzarları və şəhidlərin adları ilə bağlı  məkanlar, həmçinin  belə statuslu yerlərə münasibətin özü də bir mədəniyyət təzahürüdür.

Tarixin müəyyən dövrlərində iz qoymuş insanların, qəhrəmanların, ədəbiyyat və  sənət  adamlarının, məsələn,  Nizami Gəncəvinin, Məhəmməd Füzulinin,  M.F.Axundovun,  Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, dünya şöhrətli kimyaçı  alim Yusif Məmmədəliyevin, Sovet kosmik proqramının banilərindən  Kərim Kərimovun,   Həzi Azlanovun,  Ümummilli lider  Heydər Əliyevin, eləcə də daha  neçə-neçə  bu cür şəxsiyyətlərimizin  xatirəsinə  Azərbaycanın hər guşəsində  abidə var,  elm və təhsil müəssisələri, qəsəbə və küçə adları  var, park və bağlar var.   Abidə ucaltmaq,   park  və ya bağa hansısa qəhrəmanın adını vermək  işin fiziki tərəfidir.   Mənəvi tərəfinə gəlincə,  belə abidələr gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir. Onlar əməllərinə görə abidələşiblər, bizim vəzifəmiz isə böyüməkdə olan nəsli həmin şəxsiyyətlərin ideallarına da, abidələrinə də  hörmət bəsləmək tərbiyə etmək,   vətənə, xalqa onlar kimi şəxsiyyət olmağı öyrətməkdir.  Əlbəttə, belə nümunələr var, bizim ləyaqətli, vətənpərvər gənclərimiz yetişməkdədir. Amma narahatedici məqamlarımız da yox deyildir.

  Yadınızdadırmı, 1 il bundan qabaq  Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinin əl hissəsində olan təsbehi  2  Azərbaycan gənci qopartmışdı.   Hiddət o qədər böyük idi ki, onlar dərhal tapılıb istintaqa təhvil verildi və məhkəmənin qərarı ilə   cəzaya məhkum edildilər.

    Üstündən aylar ötməmiş dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə  ayaqqabı atmışdılar.  Bunlar da gənc idi. Hər iki gənc müəyyən edilərək  mühakimə olundular:  biri  15 dutka həbs cəzası ilə, biri  cərimə ilə  çullarını sudan çıxartdı. Belələri bu gün də var və sabah da olacaq. Ona görə də gəncləri maarifləndirmək, hüquqi biliklər aşılamaq daim diqqətdə olmalıdır. Amma bu barədə  internetdən oxuduğum  bütün yazılarda  ikinci hadisəni törətmiş şəxslərin əməllərini  ciddiyə  almamaq meyilləri  hiss olunur,  sanki gözəgörünməz bir  qüvvə   yumşaltmaq istəyir. Onların, sadəcə, adları çəkilir.  Hətta  bir deputatımız  həbs cəzası olmadan da keçinmək mümkün olduğunu ifadə etmişdir. Daxili İşlər Nazirliyinin  açıqlamasından  bir abzası diqqətinizə çatdırıram:

“Araşdırma zamanı Elvin İsmayılov bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib”… Sərxoşluq , həm də ictimai yerlərdə  sərxoş vəziyyətdə  gəzib dolanmaq asosial bir  hərəkətdir.  Amma   bu yerdə sərxoşluğu dilə gətirmək  , bir növ, onun əməlini yumşaltmaq  təsiri bağışlayır, yəni,   anlaqlı vəziyyətdə olmayıb. Açıqlamada   göstərilir ki,  “zarafat etmək məqsədi ilə atıb”.  Parkda  bildiyimcə  hovuz olmalıdır, ora atardı,  yaxınlıqdakı ağaclardan birinin budaqları  arasına, yaxud yolun obiri hissəsinə atardı, daha  heykəlin üstünə niyə  atsın ki? İndi görək bu gənclər hansı orta və ya ali ixtisas məktəbinin tələbələridir. Bu tədris müəssisələrində gənclərin mənəvi tərbiyəsi ilə  hansı  keyfiyyətdə məşğul olurlar və sair. Hər bir kəs xəta edə bilər, amma sən  heykəlin əlindəki təsbehi qırırsansa, ayaqqabını  bütün ömrü boyu Azərbaycan musiqisinin pasibanı olmuş dahi bir bəstəkarın qucağına atırsansa, bu,  el-belə  xəta deyil. Belə əmələ   50-500 manat cərimə və yaxud 15 sutkalıq həbs   belələrini islah etməyəcək. Deməli, baş verən hər bir neqativ təzahürdə  onun  etiologiyası doğru-düzgün müəyyənləşdirlib, diaqnoz qoyulmasa, profilaktika aparılmasa,  hələ qarşımıza çox çıxacaq.

Bu narahatçılıqda Qarabağ müharibələrində şəhid olmuş olmuş hərbçilərimiin xatirəsi ilə bağlı yerlərə münasibət barəsində bir az da ətraflı bəhs etmək istəyirik.

 Dövlətimiz, onun ali rəhbərləri  hər zaman torpaqlarımızın  azadlığı və   bütövlüyü uğrunda   silaha sarılmış ,  bu amal naminə şəhidlik zirvəsinə  yüksəlmiş  əsgər və zabitimizin ailəsinin yanındadır.  Dövlətimiz də, xalqımız da   şəhidlərimizin  hər  doğum və anım günündə  öz  qəhrəman oğullarını ehtiramla yad edir. Amma problemlərimiz də var. Qazandığımız  böyük Zəfər həm də böyük qurbanlar bahasına əldə edilib.

Rəsmi olmayan məlumatlara görə, Azərbaycan ermənilərin  səbəb olduğu işğalçı müharibə nəticəsində atəşkəsə qədər 30 minə yaxın insan itirib. Bura həm hərbçilər, həm mülki şəxslər daxildir. Təkcə  2-ci Qarabağ savaşında 3 minə yaxın əsgər və zabitimiz  Vətən naminə   canlarını fəda etmişdir. Şəhidlərimizin  heç biri diqqətdən  kənarda qalmayıb.  Onlar  Zəfər döyüşlərində göstərdikləri  qəhrəmanlıqlara  görə Vətənin  orden və medallarına layiq görülüb. Yaşadıqları ərazilərdə, oxuduqları məktəblərdə abidələşiblər. İndi Bakının az qala elə məhəlləsi yoxdur ki, həmin məhəllələrdə  bu şəhidlərin adı ilə bağlı  güşə olmasın.  Yaşadıqları binaların qarşısında barelyefləri, Xatirə  bulaqları , park və sairlər bütün bunlara sübutdur. Dövlət bunları edib,  bəs  bu müqəddəs yerlərə insanların münasibəti necədir, qədırşünaslıq duyğularımız , görəsən, korşalmayıb ki?! Deyəsən, korşalmışa oxşayır axı…

  Biz hələ  Vətənimizin  toxunulmazlığı, ərazi bütövlüyü uğrunda çarpışmış,  həyatını canını belə əsirgəməmiş   hərbçilərimizi, şəhidlərimiz layiqincə əzizləyə bilmirik. Böyür-başımızda bu qədər qazilər var, şəhid adı ilə bağlı məkanlar var. Hələ bizə onların qarşısında borclu olduğumuz çatmır.İnternetdə, lap bəzi çap mətbuatında istər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ müharibəsində,eləcə də lokal anti-terror əməliyyatında yaralanmış, sağlamlığını itirmiş hərbçilərimiz haqqında yazılar verilir. Aralarında dolanışığı çətin olanlar var, müıyyən hallarda tibbi yardım ala bilməyənlər də ola bilər. Dövlətimizin bu yöndə gördüyü işlər şəffafdır, hamıya bəllidir və sistemli şəkildə də davam etdirilir. Amma heç bir bölgədən hərbçi şikayəti olmamalıdır, yəni onları gizlətmək deyil, tam şəkildə aradan qaldırmaq lazımdır. Hər rayonumuzda bizim nə qədər iş adamlarımız var. Allah belə oğullarımızı çox etsin, qazancları bol olsun. Hərəsi bir şəhid və ya qazi ailəsini himayə edə bilməzmi? Onda heç bir şikayət, narazılıq da olmaz. Sadəcə, bunu məmurlar təşkil etməlidir. Ayrı-ayrı hökumət və qeyri hökumət qurumları ilə, könüllülərlə, sahibkarlarla məqsədyönlü iş aparılmalıdır. Nə böyük məsələdir ki, bir şəhid ailəsinin komasına qaz, su çəkdirmək. Evinin dam örtüyünü yeniləmək. Kəndlrimizdə məktəblər var, bağçalar var. Uşaqlar imkan düşdükcə, şəhid valideynlərinə baş çəkə bilməzlərmi? Heç bir şəhid valideyni özünü tənha hiss etməməlidir. İndi təqdim  edəcəyimiz şəkil Ukraynada çəkilib.

Avtomobillərdə döyüşlərdə şəhid olmuş əsgərlərin nəşini gətirirlər. Onları qarşılamağa çıxmış, və orda olan hər kəs diz çökür və çökməlidir də. Özümüzün də, körpələrmizin də sülh içndə yaşamaları üçün, öz ata-baba yurdunda böyüyüb ərsəyə yetə bilməsi üçün həmin oğullar canlarını belə ideallarına qurban verib. Və yaxud bu şəkildə parkda gəzintidə olan 4 matrosun 1941-1945-ci llər müharibəsində hər iki ayağını itirmiş hərbçi ilə görüşdüyü məqam təsvir olunur. Hərbi dənizçilər veterana hərbi qaydada təzim edirlər. Hərbi qayda-qanunlar belə tələb etsə də, bu rəsmiyyətinn həm də böyük sosisl-psixoloji əhəmiyyəti var: yeniyetmələrə də, yaşlı nəslə də. Ata-analar görür ki, onların hərbi xidmətdə olan övladlara necə böyük şərəfli məsuliyyət etibar edilib, onlar ordudan tərxis olunduqdan sonra da ehtiram və hörmətlə qarşılanır.

Amma görəndə ki, şəhid adına olan ərazilərdə və yaxud şəhid xatirələrini önündə hələ harada olduqlarının fərqində olmayan insanlar var, məyus olmamaq olmur. Bəd bsğçada, məktəbdə bunlara nə öyrədilib? Niyə azyaşlılar və yeniyetmələr belə qəbahətlərə yolverəndə ətrafdakı insanlar laqeyd qaırlar. Biz ictimai qınağı ümimi qayğılarımızın mərkəzinə çəkməsək, belə eybəcrliklərin əhatəsindən xilas ola bilməyəcəyik. İndi təqdim etdiyimiz şəkiklər Xətai rayonunda qarşımıza çıxan utanc mənzərələrdir. Belə mənzərələr Bakının hər yerində rast gəlinir. Xətai rayonu Bakıda bəlkə də  şəhid adlarının əbədiləşdirilməs üzrə  ən çox can yandıran rayonlardan biridir. Bu rayonda əksər küçə, meydan, məktəb və park şəhid adlarını daşıyır. Bəlkə elə məhəllə olmaz ki, orada belə Şəhidlərin xatirə lövhəsi olmasın. Burada bir fikrimi də deməyə ehtiyac duyuram. Məsələn, bizim məhəllədə 4 yerdə şəhidlər üçün Xatirə abidəsi ucaldılıb, Eyni zamanda şəhidlərin yaşadığı binalarda blokların girəcəyində lövhə və bayraqlar asılıb. Fikrimcə, blokların qrşısında şəhidin burada yaşadığını bildirən lövhə olsun, onların adına küçə, məktəb, park olsun. Amma hər bəhəllədəbu cür bir neçə abidə ucaltmaq məsələnin əhəmiyyətini zəiflədir. Hesab edin ki,  bayram və anım günlərində onları yad etməyə gələn insanlar dəstə halında bir balaca ərazidə 4 ayrı-ayrı binanın qarşısına getməlidir. Olsun ki, 1-ci abidəni ziyarət edənlərin heç də hamısı 3-cüyə, 4-cüyə baş çəkməyəcək. Belə fərdiləşdirmək lazım deyildi. Hər rayon üzrə münasib bir ərazi seçilib, hamısının xatirəsini bir yerdə əbədiləşdirmək daha effektli olardı. Yanaşmanı, münasibəti daha kütləviləşdirərdi. Balaca birərazidə 4 yerdə belə guşə varsa və ərazidəki 8-10 binanın böyüklü-kiçikli sakinləri hər gün bu yerlərə çıxırlarsa, nəticədə ətraflarında abidə olduğunu unudurlar. Velosiped, skuter sürən, it gəzdirən, it boğuşduran kim, tum çırtlayan, abidənin önündə top oynayan kim. Halbuki,bu abidələr bir yerdə olsaydı, həmin yerdə heç kim bu hərəkətləri etməzdi.

Çox  vaxt belə söhbətlər eşidirik ki, abidələrə, onların yerləşdiyi ərazilərə hökumətin aidiyyəti qurumları baxmalıdır, onlar buna görə maaş alırıar. Təbii ki, hökumət bunu necəsə edir. Amma bu şəhidlərin uərunda qurban getdikləri insanlar – siz, biz nə edirik.  Heç nə etmirik, amma yanlarından saymazyana ötüb keçirik. Abidənin qarşısında öturub tum çırtlayanlar, istifadə etdikləri nəyinsə kağızını yerə atanlar var. İndi təqdim edəcəyimiz mənzərələrdəki vəziyyət həmin ərazidə yaşayan insanların, məktəb və bağçaların laqeydliyi deyilmi? 

Hər abidənətrafında 2- bağça, 2-3 məktəb var. Burada gələcəyimizin sahibləri böyüyür. olmazmı hər sinfi və ya 1 bağça qrupunu aylar üzrə belə yerlərə təhkim etmək. Sadəcə, belə işləri görməyə daxili təlabat olmalıdır. Bu işləri kordinasiya edən kimsə lazımdır.

 Bu Bulaq abidə 242 nömrəli bağçanın qarşısındadır. 1-ci şəkli bir neçə il əvvəl çəkmişdim. Yanından keçəndə adam xəcalət çəkirdi.Yenə yolum həmin ərazidən düşəndə abidə üzərində bərpa işləri aparıldığının şahidi oldum və sevindim. Amma yarımçıq qoyub gediblər. Atılası daşlar,taxtalar abidən böyür-başına yerləşdirlib. Abidənin arxasındakı 242 nömrəli bağçanın ərazisi bundan beşbetərdir. Əraziyə daxil olanda adam xəcalət çəkir ki, körpələrimiz hansı şəraitdə böyüyürlər. İndi bu bağçanın buradakı abidəyə diqqət ayıracağını necə gözləyəsən.Bu şəkilləri də General Səmədağa Mehmandarov küəsi 68-də  kameraya köçürmüşük. I Qarabağ müharibəsi zamanı Daşaltı əməliyyatında şəhid olmuş zabitimiz Həsənov Sədrəddin Qardaşxan oğlu bu binada yaşayıb. Binanın divarına şəhidin portreti yapışdırılıb və bir balaca ərazi də  60-70 sm hündürlüyündə hasara alınmışdı. Hiss olunurdu ki, bura aylarla əl gəzdirilmir, Allahın bir dəstə dekorativ də olsun gülü qoyulmur. Abidənin 5-10 metrliyində məişət tullantıları qablaşdırılan çənlər üçün yer düzəldiiblər.  Balaca maşınlarda meyvə -tərəvəz satanlar yeşiklərini həmin guşəyə aid hasara söykəmişdilər.. İrad tutduq və həmin şəxs yeşikləri oradan yığışdırdı.Son vaxtlar burda da, deyəsən, bərpa işləri görmək istəyirləri. Hasarların daşları sökülüb , amma hər hansı bir iş aparılmır.

“Vətənçin yaşayan, Vətənçin ölən ”  hər hansı      bir insana göstərilən ehtiram  qəhrəmanlığa, “Vətənçin yaşamağa, Vətənçin ölməyə” bir  varislikdir, ənənəni qorumağa, davam etdirməyə  and-amandır. Böyüməkdə olan nəsil görür  ki,  xalq, Vətən  öz övladlarını  unutmur, onların valideynləri görür ki,  belə insanlar, onların ailələri, valdeynləri dövlət tərəfindən necə himayə edilir.  Onların  mənzil  şərəaiti, işlə təmin olunması, sağlamlıqları dövlət tərəfindən ən yüksək şəkildə təmin edilir.Yaşadığımız məmləkət, doğma Azərbaycan əbədi var olacaqdır, inşallah. Onda torpaqlarımızın da, xalqımızın da etibarlı müdafiəsi ən birinci prioritetimizdir. Buni Ordumuz edəcək, əsgərlərimiz edəcək. Bizi ikiəsrlik ermənizmdən xilas etmiş Milli Ordumuza yeni münasibət formalaşdırmalıyıq. Onun xilaskarlıq missiyasına borclu olduğumuzu öyrənməliyik. Böyüməkdə olan nəsil bu münasibəti görməlidir. Məktəbəqədər yaşlı uşaqları, hətta, qızlar Milli Ordumuzun geyim formasında görmək çox qürurludur:

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı