Mövqe

Həyatda hər kəs öz taleyini yaşayır:   hər kəs bir “sevgi çiçəyi” olaraq açılır, böyüyüb boya-başa çatır, ali təhsil alır, sevib-sevilir və onun da  könül bağçasında  sevgi çiçələri  açılmağa başlayır. Beləcə, həyat öz axarında sevgi  sorağında üzü sabahlara  gedir. Sevgidən yapışdım ona görə ki,  bu   hiss insan ömrünün bütün mərhələlərinin lokomotividir. İnsanları yeni arzulara aparır. Bəşəriyyətin mövcud olmasını şərftləndirir.

Amma  sevgi soraqlı ünvanlar heç də həmişə səadət gətirmir,  bəzən  sevərək evlənənlərin də taleyi uğursuz olur. Getdikcə də bu uğursuzluqların sayı  artmağa doğru meyillidir.  

 Niyə belədir sizcə? Məncə , yaxşıların taleyi uğursuz gətirirsə,   bunun bir səbəbkarı elə insanın özüdür. Adətən, insanlar yaxşıları tapıb sevməkdənsə, sevdiklərini yaxşı hesab edirlər, Kaş belə olmayaydı: sevdiklərini yaxşı hesab edib kifayətlənməyəydi, həm də onu yaxşı edəydilər…

Fizioloji baxımdan müəyyən olunub ki, 18-20 yaşlarında qız oğlana, eləcə də oğlan qıza daha gözəl görünür. Bu 25 yaşa qədər belə davam edir, amma 25 yaşından keçəndən sonra gənclərə bəyəndirmək çətin olur: oğlan da, qız da özünə ideal axtarır. Daha yaxşısını, daha idealını seçmək kaprizi isə sonda sizin dediyiniz təsadüfə aparıb çıxarır. Deyirlər ki, filənkəsin qızı gözləyib-gözləyib axırda kimi seçdi. Eləcə də filənkəsin oğlu kəndin gül kimi qızlarını qoydub, gedib yad yerdən eləsini bəyənib ki, indi də bilmir nə eləsin. Qadının haqqı var gözəlin, yaraşıqlısın seçsin:yanında gedəndə də, yanında gedildiyində də görən desin cüt bəxtəvər. Amma təkcə  zahiri görünüş, dəbdəbəli həyat səadət bəxş edə bilməz, vacib olan mənəvi gözəllikdir. İkisi bir yerdə olsa, lap yaxşı, ikisi olmazsa, daxili gözəlliyi hədəfləmək lazımdır.  Əfsuslar olsun ki, gənclərimiz sevərkən hisslərinin əsiri olurlar. Hər kəs öz əks tərəfinə mənəvi yaxınlıq üçün deyil, cismani yaxınlıq üçün  can atır.  Ona görədə indiki sevgilərin   davamlılığı  çox zəif olur.  Çünki bir-birlərini ruhən, mənən sevməyiblər ki. Nikaha girib gözlərinin qurdunu öldürəndən sonra  biri digərinin gözündən düşməyə başlayıb.

Sevgi haqqında bu qədər yazılsa da, insanlar bunlardan kifayət qədər məlumat alsalar da, həyatda görüb-götürsələr də, yenə sapınmalar, soyuqluq, xəyanət kimi hallardan baş verməkdədir və  həm də sayca artmağa doğru meyillidir . Təbii ki, mühitin, inkişafın, xarici təsirlərin mənəviyyatlara vurduğu xəsarətlərdə insanların özlərinin də laqeydliyi, cavabdehliyi az deyil.

Kütləvi informasiya vasitələrində kriminal xəbərləri izləmək kifayətdir ki, ailə münasibətlərində, sevgidə özünə əməlli-başlı yer etmiş naqislikləri görəsən, yəqin edəsən. Adı çəkiləndə xəcalət təri basan, sıxılan qız indi çimərlikdə müxtəlifi görüntülər paylaşır… Şou adı ilə əzalarını açıq-saçıq şəkildə səhnədə nümayiş etdirir.  Məktəbli qız   məktəb binasına  dadil olmamış  2-3 rəfiqə bir-birini  ətirləyib sonra  daxil olurlar.  Sən axı məktəblisən, uşaqsan, səndən bilik ətri, uşaq ətri gəlməlidir. Ata belə  məqamları o qədər bilmir, amma ana hiss etmirsə,  qız övladlarının belə maraqlarını  nizamlamırsa,  demək,  günah ailədən başlayır.  Ailə öz  üzərinə düşən vəzifəni yerinə yetirsə, cəmiyyətdəki naqisliklərə də etiraz edəbilər.  Normal ailə həyatı üçün bunlar ola bilməz axı. Axı bizim xalq, bizim dədə-babalar bu cür davranış, əxlaq tərzini  heç vaxt qəbul etməyib.

Bu gün Sevgililər Günüdür.  Bizim Milli Sevgililər günü olmasa da, sevənləri təbrik etməyə dəyər, hər kəsə devgi  arzulamağa dəyər.  Kaş insanların  bir günü deyil, hərgünü Sevgi günü olsun. Dünyaya sevgi arzulayırıq. Bütün gənclərimiz sevgilərinə, sevdiklərinə qovuşsun.

 Bütün sevgilər  ürəklərə, evlərə səmimiyyət, mehribanlıq, ülviyyət, birlikdəlik gətirsin.

Sevimli şairimiz Hüseyn Arif   “ Bir arzum var…” şeirində  bütün ata-anaların arzu və  niyyətlərini necə emosional təsvir edib: 

Bir arzum var, çiçək aça, gül bitə,

Tər yasəmən dostdan-dosta pay ola.

Bulud ötə, duman yata, çən itə,

Ulduz ola, günəş ola, Ay ola.

Bir arzum var, yaxşı tapa yaxşını,

İnsafdırmı yaxşı ata yaxşını?

Yaxşı gərək, yaxşı tuta yaxşını,

İki könül bir-birinə tay ola.

İnsan oğlu  bu torpaqdan güc alar,

El gözündə ucaldıqca ucalar.

Bir arzum var, balalara toy ola.

Bir arzum var,  yallı gedə qocalar…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı