Akif -10

Təbriklər

 Keçən il  Akifin 9 yaşında yazmışdım: “Mən “yamanca yorulmuşam” mahnısını  oxumayacağam: heç yerdə, nə də kirimişcə içimdə…   Nəvələrim 6 yox, 10-15 olsun. Gündə təbrik yazım… Onsuz da təbrik edirəm. Amma manşetə çıxarmasam, bir-birləri ilə fərq qoyuldu kimi qəbul edərlər birdən. Ona görə də   girişmişəmsə,  bu izhara sona kimi getməliyəm…))

 Hər il balaların, nəvələrin  yaşının üstünə yaş gəlir,   amma babalarda fərqli olur:  yeni gələn yaş onların   ömrünün üstündən   gedir.  Balalarımızın, nəvələrimizin  o gününü görək, bu gününü görək  deyə , imkan olsaydı, ömür təkərlərinin arxasından özümüz də  itələyərdik ki,  görmək istədiklərimiz tez gəlsin.  Onsuz da mexanikanın qızıl qaydasıdır: qüvvədə qazanırsansa, məsafədə itirirsən və yaxud əksinə. Babaların halına aid etsək,   babalar  onu görüm, bunu görüm deyə can atırlar, xəbərləri olmur ki,  ömürləri də bu arzularla qanadlanır…  Sürətlə finişə yaxınlaşırlar.  Yazdıqlarım, dediklərim giley deyil.  Qoy qanadlansın. Qoy finişə yez çataq.  Qoy babaların yaşının üstündən  daha bir yaş da getsin.

   Amma, təki,  Allah  bütün babalara  nəvələri üçün nələr    arzulayırlar qismət etsin…

Yerdə şamdır, göydə ulduz,

İstər oğlan, istərsə qız.

Bir gün məni qoymaz yalqız,

Həyatımın nəbzi nəvə…

Dünyamızda Sülh, əmin-amanlıq olsun… Müharibə olmasın,   Səhərlərimiz dinc açılsın… Biz də hər yerimizdən duranda gedib bu yavruların məsum yatmaqlarına baxaq, boyunlarını qoxulayaq….

İnsan oğlu  bu torpaqdan güc alar,

El gözündə ucaldıqca ucalar.

Bir arzum var: balalara toy ola,

Bir arzum var :yallı gedə qocalar.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı