Qadın, ana, ailə dəyərləri

                              

Sevgi budur,  vəfa əhdi belə olur. Kişini   qürurlu, yenilməz edən Qadın  budur…

Bizim ədəbiyyatın, sənətin, mətbuatın və televiziyanın Qadın obrazı, sevgi örnəyi belə olmalıdır. Amma, təəssüf ki,  bir çox   mətbu vasitələr, internet kanalları, şou televiziyası   bizim şərəfli tariximizdən,  dünyaya nümunə göstərilməyə layiq ailə-əxlaq məcəlləmizdən ya  xəbərsizdirlər, ya da özləri bilərəkdən  Qərbin ölkəmizin  mənəviyyatına təşkil etdikləri Səlib yürüşünə  qoşulublar.

12 aprel 2020-ci ildə Teleqraf.com xəbər vermişdi ki,   Braziliya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Neymarın anası Nadin Santos 23 yaşlı oğlanla sevgilidir. Hətta, Teleqraf.com verdiyi açıqlamaya görə,  Neymar   anasının paylaşımının altından “Xoşbəxt ol, ana. Səni sevirəm” şərhini yazıbmış.

Özündən 30 yaş kiçik oğlanla nə macəradır bu, hələ bu azmış kimi,  oğlu da  xeyir-dua versin?

Üstündən iki il keçib,  indi də digər mətbuatda başqa manşeti tirajlayırlar: “Neymarın anası özündən 30 yaş kiçik “gey” sevgilisinin təcavüzünə məruz qaldı”.

Cəmiyyətə bunlar lazımdırmı? Neymar, onun anası lazımdırmı? Bir geyin özündən 30 yaş böyük  qadınla münasibəti sevgidirmi?

 Neymarın anası, onun gey sevgilisi  nə addım atır, dərhal tirajlayırlar.

 

Saytların birində “Təhsil alt geyimi kimidir, adamı özgüvənli edir…” – Çimnaz Sultanova + VİDEO” sərlövhəli yazı dərc olunub. Əslində, bu müsahibəni saytlar bir-birlərində  mənbə göstərməklə paylaşırlar.  Xatircəm də olurlar ki, məsuliyyət daşımayacaqlar, deyəcəklər ki,  mövzu da, ideya da başqasınındır, biz, sadəcə,  mənbəyi göstərməklə paylaşmışıq. Bəs nə paylaşmısınız…?

Mən aktrisanın  yer aldığı  heç bir filmə baxmamışam. Yəni, heç olmazsa, bir tamaşaçı kimi, onun sənətinə münasibət bildirməkdə  çətinlik çəkirəm.  Amma   adını qeyd etdiyim müsahibədəki  bir fikrini  bərk qınayıram. Ondan da çox  bu müsahibəni tirajlayan mətbu vasitələri. Sayt əməkdaşının  bir sorğusuna cavab olaraq  aktrisa  müqayisə, bənzətmək istəyib, amma alınmayıb,  hətta    qüsurlu bir  baxış sərgiləyib.

 Çimnaz Sultanova: “… Ali təhsil çox önəmlidir. Baxın, təhsil, savad bahalı alt geyimi kimidir. Bahalı alt paltarını geyinəndə onu heç kim görmür, amma özünü özgüvənli hiss edirsən. Təhsil də belədir, onu heç kim görmür, amma özünü hər yerdə cəsarətli, özgüvənli hiss edirsən.”

 Çox pis… Belə kanallar dərhal qapadılmalıdır. Bunlar yotubedə pul qazanmaq  xülyası ilə  bu fəaliyyətə qoşulan kanallardır.  Bunlar maarifləndirmək, təbliğ və təşviq etmək  missiyasından 18 verst uzaqdadırlar. Bunlar bilmirlər ki, cəmiyyətə  söz deməyə kimi  dəvət etmək olar,  dəvət etdikləri adamların baxışları cəmiyyət  üçün önəmlidirmi və s. Onsuz da  manşetə çıxarılan şəxslərin daha çoxu adı qalmaqallarda hallanan və yaxud dedikləri cəmiyyət tərəfdən  narazılıqla qarşılanan  şəxslər olur. Bunlar heç də təsadüfi sayılmamalıdır.

 Təhsili alt paltarı ilə  müqayisə etmək , əlbəttə, məntiqsizdir. Alt paltarı  ancaq qadının  əxlaqına aid olan bir məsələdir.  Ancaq qadının  belə  geyimi insident  yarada bilər. Kişinin özündən başqa, kimsə kişinin alt paltarının fərqində deyil.  

Kişinin  tursiki  bir balaca  köynəkdən çölə çıxsa, o kişiyə şəbədə qoşurlar,  onu düşük  kimi qəbul edirlər.  Kişilər özləri də  belə hallarına  qarşı  diqqətli olur, kimsənin yanında  düşük kimi tanınmaq istəmirlər. Amma  internetdə  araşdırma aparsanız, saysız -hesabsız nümunələr qarşınıza çıxacaq:  qadınlar qadınlıq cizgilərini  bildirən transparan  alt paltarı  geyinib   küçələrə çıxırlar,  bəlkə də  özləri  bilərəkdən belə edirlər.  Bəlkə də onlar bunu mədəniyyətin yüksək  nümunəsi olduğunu düşünürlər.

 Təqdim olunan şəkilləri  başqa ölkələrin həyatına aiddir. Amma bizdə də belə geyinənlər  az deyil. “Geogle” nin  yaddaşında    belə şəkillər az deyil.

 “Poryadiçnı” qadın,  qız belə geyinməz. Çölə-bayıra gedəndə külək ola biləcəyini, əyləşmə halını, əlini  harasa uzada bilmək ehtimallarını mütləq  nəzərə alar.

Deməli, müqayisə yersizdir. Kişilər də özlərini alt paltarı ilə heç vaxt  güvənli hesab etməzlər.  Qadınlar  niyə edirlər, bunu açıqlamağa ehyiyac  görmürəm.

Saytlarda   ailə ixtilaflarının,  erkən nikahpozulmalarının  səbəbini  evli tərəflərin   bir-birlərinin  duyğusal dünyasından  uzaq olduqları  ilə əlaqələndirirlər.

Mətbuatda bu barədə söhbət gedəndə belə geyinənlər:  “göz qamaşdıranlar”, “nəfəs kəsənlər”, “qala gecəsinin möhrünü  vuranlar” deyirlər ki, guya  onlar sənətidirlər, dünya   sənətçilərinə olar, bizə olmaz? Bu, bir plastikadır. Televizorda, internetdə onları görən  gənc nəsil   get-gedə belə geyimlərə maraq göstərməyə başlayırlar.

Bədənin əzalarını açıb çölə qoymaq, nümayiş etdirmək  niyə sənət olmalıdır ki? Hollandiyada, Fransada, Yunanıstanda ola bilər,  amma bizim ölkə üçün  bunlar ekzotik lövhələrdir. Bizim  milli dəyərləri, milli geyimlərin sərhədlərini  ulularımız  ölçüb biçiblər. İndi 50-100  şou-biznes nümayəndəsi necə onlara düzəliş verə bilər?

Bu və bunun kmi mədəni ideyasızlıq nümunələrinin  təsiridir ki,   “bu gün   sevgi, eşq, aşiq, yar, məhbub” kimi sözlər  “sevgili”, “sevişmək” kimi  erotik məfhumlara təslim edilib.   Bu gün pozulan evliliklərin sayı artmaqdadır. Narahatedici bir məqam da budur ki,  bu artım yeni evlənənlər arasında  daha  çoxdur. Görünür  bu evliliklər dəruni sevgiyə deyil, evliliyin  fizioloji tərəflərinə ehtiyacdan  baş verib.

 Namusla yaşayıb, halallıqla işləyib  özünüə gün-güzəran quran insanlarımız var. Oğul  evləndirirlər, qız köçürürlər. Hesab edirəm ki, onlar ailə qurmağa qadın bədəninə sahib olmaq üçün , qadınlar isə seriallardakı sentimental həzzi yaşamaq  üçün yox,  Ata/Ana haqqına sahib olmaq üçün,   valideynlərinə Baba/Nənə  fəxarəti gətirmək üçün, şəcərənin  uzaq əsrlərə   calanması üçün varislər yetişdirmək  ehtiyacında  zərurət duyublar, borc biliblər. Bunun yeganə  yolu isə evli cütlüklərin birlikdəliyindən keçir.  Bu, seriallardakı birlikdəlik deyil, bu, gözdən-könüldən uzaq otellərdə yaşanan  birlikdəlik deyil.  Kiminsə rəsmi qaydada qurduğu ailə  həyatı üçün  cismanı yaxınlıq fantaziyaları, əza  həzzi   sədaqət simvolu hesab edilə bilməz

  Elə pozulmamış, boşanmamış ailələr də var ki, qarşılıqlı razılıqla  ayrılıblar, yəni, rəsmiləşdirməyiblər,  hərə özü üçün  ayrıca yaşayır. Psixoloqun yazısında buna  işarə ver. Belə ailələrdə dünyaya gələn uşaqlar da valideynlərinin davamçıları olurlar.

  2021-ci il dekabr  ayında Astara rayonunda  su anbarından  üçaylıq  körpə meyiti tapılmışdı, amma təfərrüatları haqqında

məlumat verilməmişdilər. Çoxdur belə hadisələr. Bir neçə gün öncə daha belə  bir  xəbər Neftçaladan gəldi: “Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yeni doğulmuş körpə meyiti aşkar edilib.”

Hamı internet izləyir,  ölkədə və yaxud  dünyada  baş verən bütün hadisələrdən   operativ olaraq  xəbər tutur.  Amma  bu cür hadisələri doğuran səbəblər,   hansı regionlar üçün xarakterik olması kimi məsələlər ümumiləşdirlib  tədbirlər görülmür. Üstündən bir müddət keçəndən sonra   bu hadisələr unudulur, kütləvi informasiya vasitələri isə   daha yeni hadisələr haqqında yazmağa başlayırlar. Yeni xəyanətlərdən yazırlar, yeni intiharlardan yazırlar. Əvvəlki intihar hadisəsində  həyatdan nakam köçmüş zavallılar haqqında isə, adətən, qeyd edirlər ki, psixoloji problemləri var imiş. Guya  bir neçə dəfə də intihara cəhd edib, yaxınları duyuq düşüb  hadisənin qarşısını alıblar.

Bəyənmədiyimiz sovet dövründə  bizim məktəb  dərsliyimizdə  Ənvər Məmmədxanlının  “Buz heykəl” hekayəsi vardı.   Həmin illərin nəsilləri inanmıram ki, bu hekayədən xəbərsiz olsunlar.

  İkinci dünya  müharibəsinin ilk qışı. Şaxtalı bir gecə.  Ətrafda canlı-cansı nə varsa,  hamısı donub buz bağlamışdır.

 Belə bir vaxtda qarlı çöllərlə tənha gənc bir ana körpəsini bağrına basaraq , işğal olan ərazidən çıxmış, gecəykən özünü  işğal olunmamış  tərəfə yetirmək istəyir.  Hava işıqlaşana kimi qarşıdakı çayı keçə bilsəydi,  özünü sovet sərhədçilərinə yetirəcəkdi.

Ana getdikcə  taqətdən düşürdü, şaxta zəhərli  qılınc kimi kəsirdi və  və anaya elə gəlirdi  ki, körpəsi donur. Ana  əynindən yun jaketini çıxarıb   körpəsinə bükür,  bir az gedəndən sonra yenə elə bilir ki, körpəsi  donur, bu dəfə başından şalını açıb  körpəsinin üstünə örtür….   Artıq ananın üst-başı da getdikcə nazikləşirdi.  Ana qarşıdakı  ağcaqayın ağacına söykənib  bir əlilə əynindən çıxartdıqlarını bir-bir körpəsinin üstünə qalaqlayırdı:

“– qorxma tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir”.

 Səhər  kəşfiyyatçılar əməliyyatdan  qayıdanda  bu  ağcaqayın ağacının yanından keçirlər. Onlar ağcaqayın ağacına söykənili  çılpaq bədəni  buz bağlamış   gənc qadını görüb dəhşətə gəlirlər.  Qadının qucağında   üstü bərk-bərk bərkidilmiş  bələk  vardı. Gözləri  dolmuş kəşfiyyatçılar  bələyi açanda ,   körpəni  salamat görüb ana qüdsiyyəti qarşısında  heyrətdən donub qalmışlar.

Görürsünüzmü,  bu hekayə necə gözəl insani hisslərin tərənnüm  edir, insana  ülvi hisslər aşılayır, onu  daha da    kamilləşdirir.

Bu  hekayə 1944-cü ildə qələmə alınıb,  səhv etmirəmsə, Ənvər Məmmədxanlının 31 yaşı olanda.

 İndi üstündən 80 ilə yaxın vaxt keçir. Əsər bu gün  də böyük təsir gücünü saxlayır, sabah da onun ədəbi siqləti belə olacaq.

 Kişi, ər özünə  belə qadın arzulayır. Həyatdır da,  insan hər cür hadisələrlə qarşılaşa bilər. İnsan  bu hadisələrdə  həyatını itirə bilər. Kişilər fikirləşər ki, heç olmasa, anaları  var ola, birgə sevgilərinin  könül meyvəsi olan yadigarını  qoruya, sağ-salamat ərsəyə yetirib onun ocağını sönməyə qoymaya. Belə qadınlar bütün hislərini boğub bu əhdə  vəfa nümunəsi göstərə biləcək. Amma qılaflarının içində  sərhədsiz əza  fantaziyaları gizlənən  qadınlar , lap kişilər  olsun,    heç   ərinin/qadınının  ilinin çıxmasına səbr etməyəcəklər.

  Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı