Müzakirə

“Ədalət” partiyasının sədri, hörmətli  İlyas İsmayılov   “Yeni sabah.az” saytında “Dövlət universitetlərində ödənişli təhsil yolverilməzdir“  sərlövhəli yazısı dərc olub.

Yazının  məzmunu bundan ibarətdir ki, dövlət ali məktəblərində təhsilin pullu olması yolverilməzdir, çünki dövlət strukturları bizneslə məşğul ola bilməzlər.

İlyas müəllimin digər bütün yazıları kimi, bu  yazısını da  çox haqlı  qəbul edirik. Biz ali məktəbə hazırlaşdığımız və tələbə olduğumuz illərdə  istər  yazılı, istərsə də  danışıqda  nə bağçaların, nə  ümumtəhsil  məktəblərinin, nə peşə məktəblərinin, nə texnikumların,  nə  institutların,   bir universitetimiz vardı onun  “müəssisə”    adlandırılmasını  eşitməmişdik, görməmişdik.   “Təhsil ocağı”,  “texnikum”,  “ali məktəb və ali təhsil ocağı”, “institut”, “universitet ”  deyərdilər və yazardılar. Amma indi “müəssisə” deyirlər. Elə bil ki,  əsasən, bu vaxta qədər  yüksək vəzifədə işləyənlər üçün vəzifədən razılıqla uzaqlaşdırandan sonra  məşğul olmaq üçün  baş qatmaq üçün, amma əziyyət  çəkmədən  yaxşı da pul qazanmaq  yerləri yaratdılar.

   Kurs yaratdılar, kollec, institut, universitet yartdılar. Təhsilin təlim və tərbiyə  missiyası qaldı kənarda  işbazların prestijni iş yerlərinə çevrildi belə  özəl  təhsil müəssisələri.

  Nə qədər neqativ  təzahürlər var, onların daha çox   hissəsi belə “müəssisə”lərin payına düşür. Bir ay işləyib 300-400 manat əmək haqqı qazanan ailənin başçısı və yaxud övladı belə təzahür  törətməz, törətsə də,  nisbətdə bu,  çox aşağı  rəqəm olar.

İnsanlarla  söhbətlərdə  bu mövzu  həmişə  edilir.  Amma  yüksək səviyyələrdə də  onu  müzakirə predmeti edib, doğru olanı   təmin etmək lazımdır.

  Təhsil, səhiyyə, nəqliyyat özəl olmasın. Bu vacib sahələrin üçü də sovet dövründəki səviyyərindən çox aşağı düşüblər.Baxmayaraq ki,  texniki vasitələr, texnologiya və avadanlıqlar baxımından  çox böyük  yeniliklər var.  Fəqət, bunlar,  sadəcə, kəmiyyətlə bağlı nailiyyətlərdir.  Sırf  təhsil keyfiyyəti isə aşağıdır.  Məktəb sanki  repetitor kurslarındn sonra ali məktəblər üçün kontingent hazırlayan köməkçi qurumdur. Bütün yaşayış binasında  insanlar bilir ki, onların yaşadıqları binada   aşağı siniflər üzrə oxuyan uşaqlar, istərsə də  yuxarı sinif şagirdləri    fərdi şəkildə   kurslara gedirlər. Bu gün məktəb öz  əsl mahiyyətindən  çox  uzaqlaşdırılıb. Sovet məktəbi həm təlim verirdi, həm tərbiyə. Çox sistemli  şəkildə sinifdən və məktəbdənkənar  tərbiyə işləri aparılırdı. Məktəbdə ciddi bir şagird özünüidarə  mövcud idi. Pioner, komsomol təşkilatları, Şagird komitəsi, Təbiəsevərlər, kitabsevərlər qrupları və sair. Bunlar indi yox kimidir.     Yüksəkbilikli şagirdlər repetitorlarla  ali məktəbə hazırlaşdırlır, zəiflər də   özəl “Uni” düşə bilirlər. Ən son halda,  xarici  universitetlər attestatı varsa,   hər kəsi   öz sıralarına qəbul edir. Ona görə də məktəb, təhsil sitemi ilə bağlı aşınma halları günbəgün artmağa doğru meyillidir.

  Guya ilk vaxtlar özəl ali məktəbləri  eksperiment kimi yaratdılar.Sonra gördülər ki, əziyyət çəkmədən, tər tökmədən yaxşı pul qaznmaq olur,  təhsilin bu formasını genişləndirməyə başladılar. Sonra bunu  dövlət   ali məktəblərinə gətirdilər.  Sonra bunu  səhiyyəyə gətirdilər, nəqliyyata gətirdilər. Keyfiyyət  yaxşılığa doğru zərrəcə dəyişmədi, əksinə,  əsəbilik, gərginlik,  digər çoxsaylı neqativ hallar  çoxalmağa başladı.  Statistika üzrə  müəyyən etmək  olursa, buyursunlar  aydınlasınlar. Azərbaycanda özəl  fəaliyyət sahəsi  start götürəndən sonra  ürək  və əsəb xəstəliklərinin sayı  intensivləşməyə başlayıb.

   2-3 il bundan öncə internetdə BAKU.WS səhifələrinin birində   özəl lisey və gimnaziyalarda olan illik təhsil haqlarının  qədəri  təqdim edilmişdi. Məsələn,  ABC – “Azərbaijan British College”  illik təhsil haqqı  belə idi:

  Bunu dövlət məktəblərinin özündə etmək olmaz, eksperiment qruplar kimi, amma ödənişsiz.  İstedadlı  şagirdlərin  zəif, nadinc uşaqlarla  eyni sinifdə təhsil alması  tədrisin keyfiyyətinə  mənfi təsir göstərdiyi kimi, müəllim əməyinin  keyfiyyətinə də  mənfi təsir göstərir.

 Bir çox tanıdığım  adamlar olub ki, bu məktəblərin hansındasa birində işləyib. Onların maaşı  1000 manatdan aşağı olmayıb.Özü də  iş yerləri çox yüksək  səviyyədə.  Yaxın illərin söhbətidir.  Azərbaycanın rayonlarından birində qonaq oldum.  Fürsətdən istifadə edib  2 məktəblə maraqlandım. Adam dəhşətə  gəlir. İldə   övladları üçün 10-15 min manat  ödəyən valideyn uşağını  bu məktəbdə 1 gün oxutmaz. Heç    tədris haqqı yüksək olan  həmin  özəl  məktəblərin müəllimlərinə   indiki maaşlarından 1-2  min manat da artıq haqq versələr,  o məktəblərdə işləməzlər.

   Ataların gözəl  kəlamları var, məsələn, birində deyilir ki,  məni göndərirlər  bitməz işə, sonra  da adımı   qoyurlar yarıtmaz.

İndi  fərasətlilər peyda oldu. Hansısa işbaz belə məktəb yaradır  və bir müəllim heyəti formalaşdırıb məktəbdarlıq edir. Mən, şəxsən, inanmıram ki,  belə işbazlar təhsil fədaisi olmaq üçün   bu məktəbləri açıb. Onlar rahat  pul qazanmağı motivasiya ediblər.

Təhsil dövlətimizin strateyi ehtiyatıdır.  Odur ki, təhsil pullu olmamalı, əksinə, dövlət özü buna  xüsusi  xərc çəkməlidir.

   Dövlətimizin lideri cənab İlham Əliyevin “Biz  neft kapitalını insan kapitalına çevirməliyik” devizi , doğrudan da,  təhsilin mövcudluğumuz  üçün  necə gərəkli və vacib olduğunu dönə-dönə isbatlayır.

 Buna görə də    təhsilin, xüsusilə dövlət təhsil  ocaqlarında, ödənişli olması   inkişafa, tərəqqiyə  deyil,    sağlam olmayan fərqliliyə yol açır.   Azərbzycan təhsilinə sınıq-sökük  partalı siniflərdə bir ömür  həsr etmiş  müəllim ayı 200-300 manata  qane  olub, səsini də çıxartmayıb ki, xalq müəllimidir, eləcə də al məktəblərdə. Amma özəl  ümumtəhsil məktəblərində və yaxud  universitetlərində   çalışan  müəllim  ondan     daha çox  məvacib alır.

   İnternetdə nə qədər    Xaricdə təhsil  elanları  tirajlanır. Şəhərdə neçə yerdə  bu məqsədlə panolar var. Yazırlar ki, “Universtetlərə Attestatla İmtahansız Qəbul”. Bu, nə təhsildir, universitetə yalnız  yüksək biliklə, imtahanla qəbul olunmaq olar.  

 Sovet dövründəki təhsil  sistemi, məncə, daha faydalı olardı. Təkcə özəl təhsil  sistemindən deyil, eləcə də özəl səhiyyədən də,  nəqliyyatdan da uzaqlaşmalıyıq.  Əgər tədris klinikaları dövlət ali məktəbinin  strukturudursa, niyə  pullu olmalıdır ki.  Xəstə də, xəstə sahibi də müayinə və müalicə üçün kifayət qədər ödəniş edirsə, xəstəxananı da, həkimi də özünün seçməsi onun haqqıdır.  

Və birdən xəstələr tədris klinikaları pullu olduğu üçün ora üz tutmaqdan imtina etsələr nə olacaq? Lap dövlət müəssisəsi olsun, əgər xəstə etiraz etsə ki, mən müayinə və müalicə prosesimdə tələbələrin, intenada olan tələbələrin iştirakına razı deyiləm. Mənə ixtisaslı tibb personalı xidmət etsin. Onda Tibb Universiteti üçün problem yaranmayacaqmı?

Çünki yüksək səviyyəli elm-tədris proqramlarının həyata keçirilməsi, tibbi kadrların hazırlanması səviyyəsinin daim yüksəldilməsi və nəzəri biliklərin praktik təcrübə ilə daha sıx əlaqələndirilməsi üçün gələcək həkimlərin praktik olaraq klinikalarda öyrədilməsi ən effektli yoldur.

Ona görə də tədris klinikalarına üz tutan xəstə sahibləri xəstələrinə görə ödəniş etməməlidirlər. Hələ nə yaxşı ki, belə xəstə sahibləri özləri xəstələrini tədris klinikalarına gətirdikləri üçün pul tələb etmirlər. Elə isə klinikalar  xəstələrə ödəniş etsinlər ki,  onlar tələbələrə verdikləri   bilikləri  təcrübədə tətbiq etməyi bu insanlar üzərində  mümkün edirlər.

Necə olur ki, bir idarə digər idarədən icarəyə götürdüyü otağa, hansısa bir texnikaya, işçi heyətinə haqq ödəyir, amma özlərinin fəaliyyət göstərməsi üçün zəruri olan pasiyentin özündən pul alırlar.

Hardasa oxumuşdum ki, söhbət gedən ölkələrdən biri başqa ölkələrdən ölüləri pulla alır ki, tədris prosesində onlardan istifadə etsin. Bizim səhiyyədə isə , dediyim kimi, əksinə, xəstə yiyəsi klinikaya ödəniş etməlidir. Klinikaya xəstəsini verməlidir ki, alın təcrübü dərsləriniz üçün istifadə edin.

Müalicə üşün ödəniş məbləği də çox yüksək. İnsanlar çox vaxt ödənişə görə həkimə gedə bilmirlər. Bu gün-sabah dünyamızı dəyişəcəyik, illərdir eşidirəm ki, tibbi sığorta tətbiq olunacaq. Bəs nə vaxt olacaq? 5-3 işbaz səhiyyəni keçirib əlinə, əsrlərlə formalaşdırılan səhiyyə sistemini sıxışdırıblar dalana.

Bir yaxın tanışım deyir ki, nəvəmi həkimə aparmışdıq: özəl tibb mərkəzinə daxil olanda girişdə 50 manat ödədik: bu, xidmət puludur, sonra 30 manat analizə ödədik. İynə- dərmana da 20 manat. Bu, necə qiymətqoymadır, 20 manat dərman pulu, amma bunun 4 qatını ( 80) özəl klinikanın hesabına.

Mən özüm də bir dəfə tədris terapevtik klinikaya getmişəm, onda da belə oldu: girişdə  40 manat  , 80 manat da aparatlara ödədim. Fövqəladə bir dəyişiklik də olmadı. Lap bu dəqiqə yıxılıb ölsəm, özəl kilinikaya getməyəcəyəm. Heyf, sovet dövründə olanda səhiyyə sistemimizdən.

Bir az əvvəl də demişdim bunu, çpx böyük dövr üçün formalaşdırılan səhiyyə sistemini indi nə vəziyyətə salıblar. Səhiyyə, təhsil, nəqliyyat gərək özəl olmayaydı, dövlətin nəzarətində qalaydı. İxtisası səhiyyə sahəsinə aid olmayan kimsə indi sahibkar kimi klinika, xəstəxana açır: səhiyyəni canlandırmağamı, xəstəliklərin kökünü kəsməyəmi? Əlbəttə yox, sadəcə, sahibkarlıq niyyəti üçün. Amma sovet dövründə belə deyildi. Bir xəstəxana açılırdı, dövlətin strateji məqsədi idi ki, vətəndaşlarının sağlamlığını qorusun.Həkimlər ordusu bu missiyanı yerinə yetirirdilər və dövlətdən əmək haqqı alırdılar. Amma indi pul qazanmaq 1-ci məqsəddir, yəni, klinika xəstə qəbul edir, müayinə və müalicə edir ki, hesablarına pul köçürülsün, özü də əvvəlcədən.

Sovet dövründə bizim səhiyyə sistemimiz daha humanist olub, o vaxt indikindən 50 dəfə də üstün tibbi deontologiya vardı. O vaxtlar həkimə, tibb bacısına 5-3 manat “hörmət” edən olsaydı, kitabı bağlanardı.

İndi əksər səhiyyə müəssisələri özəl, xidmət haqları da yüksək. Burada çalışan tibbi personalın əmək haqqı dövlət müəssisəsində çalışan həmkarlarından çox yaxşıdır. Belə olanda dövlət səhiyyəsində çalışan həkim də ruhdan düşür, özəl sahədə işləyənlərə həsəd aparır. Bir vaxt Respublika xəstəxanasının, Semaşko adına xəstəxananın, “Bakı soveti” metrosunun yanındakı Göz xəstəlikləri İnstitutunun, Eksperimental Təbabət İnstitutunun çox hörmətli reputasiyası vardı.

Sovet dövründə Eksperimental Təbabət İnstitutunda, Semaşko adına xəstəxanada müalicə kursu keçmişəm. Bir dəfə Semaşko adına xəstəxanada müalicə alan tanışımı ziyarət etməyə gedəndə dəhşətə gəldim. Ondakı “Semaşko” hara, indiki “Semaşko” hara. Dövlət səhiyyə müəssisələrinin əvvəlki şöhrətini bərpa etmək lazımdır. Necə yəni, özəl klinikada ən müasir tibbi avadanlıqlar var, dövlət xəstəxanasında yox. Məgər dövlət sahibkarlardan bacarıqsızdır, imkansızdır?

Özəl səhiyyə müəssisəsi, sadəcə, müalicə edir, dövlət səhiyyəsi isə sağaldır. Özəl sektora aid səhiyyə müəssüsələrinin dövlət sağlamlıq müəssisələrində olduğu kimi, ərazisi, klubu, kitabxanası yox. 5-10 palata yaradıb biznes səhiyyəsi qurublar. Dövlət səhiyyə müəssisələrinin palatalarında, dəhlizlərində, həyətyanı ərazilərində bir tibbi ovsun vardı. Bunlar müalicənin keyfiyyətinə müsbət təsir edir, xəstədə əminlik, inam formalaşır, xəstə psixoloji cəhətdən daha güvənli olur. Amma özəl səhiyyə müəssisələrinə insanlar malın-qarasın satıb, ondan-bundan borc alıb gəlir, hər dəqiqə də ürəkləri qoppac olur ki, palatada qaldıqca xidmət haqqının üstünə gəlir. Xəstə tam sağalmamış tələm-tələsik klinikanı tərk edir ki, pul ödəməsin. Axı dövlət səhiyyəsi belə olmayıb.

Yolunuz düşübsə, elə klinik mərkəz var ki, dar mühitdı yerləşdirilib, dəhlizdə tərpənmək olmur,  bir  az ucaboylu  adam olsa, başı tavana dəyəcək. Balaca-balaca kabinetlər düzəldiblər,  5-10 dəqiqə  həkimin yanında  olanda adam darıxır içəridə, sıxıntı keçirir, can atır ki, tez bayıra çıxsın. Burada yatan necə yüksək keyfiyyətli müalicə alacaq?

Dövlət səhiyyə müəssisələri ilə özəl səhiyyə müəssisələrinin işçi heyətlərinin keyfiyyət tərkibləri də çox fərqlidir: istər rəhbər heyəti, istər ali həkim heyəti, istər orta tibb heyəti, istərsə də kişik tibb heyəti və sairlərini nəzrdə tuturam.

Dövlət səhiyyəsinin kiçik tibb heyəti hər zaman xəstələrin minnətdarlıqla yad etdikləri fədailər olmuşlar.

Bunlar uzun müddət işləmiş, peşəkarlıq və təcrübələri müşahidələr fonunda ildən-ilə təkmilləşmiş şəxslər idi. Tibb müəssisələrində də, fikrimcə, təcrübəli, nisbətən yaşlı nəslin nümayəndələrinə üstünlük vermək lazımdır.

Buir vaxt humanizm daha üstün səviyyədə olan səhiyyəmizin varislik missiyasını ancaq onlar əlaqələndirə bilərlər.

Mən sovet dövrü xəyalı ilə yaşamıram. Amma öz şıxsi fikrimi deyirəm ki, zaman irəli getdikcə böyük zaman və axtarışlar nəticəsində formalaşmış dəyərləri itirib, yeni dəyərlərin yaranmasına can atırıq. İrəli getsək də, keçmişin dəyərlərindən uzaq düşməməli, yeni dəyərləri bu baza üzərində formalaşdırmalıyıq.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı