Mövqe

 Dünya gücləri  Azərbaycanın  inkişaf etmiş ölkələr sırasına çıxmasını  heç vaxt  görmək istəməyiblər və istəməyəcəklər də, Türkiyə istisna  olmaqla .Rusiya da  bunlrın başında.  Azərbaycan  Sovetlər ölkəsində ən zəngin 2 ölkədən biri olub ki, mərkəzidən dotasiya almayıb. Azərbaycan həm də ən tolerant  ölkə olub. Amma Rusiya taleyimizdə “Gülüstan”, “Türkmənçay” sülh müqavilələri kimi axı iz buraxıb, sonra da “Böyük qardaş” statusu ilə 70 il bizi idarə edib.

.Rusiyanın məhz razılığı və  moderatorluğu ilə bizim xalqın başına əvvəlcə 20 Yanvar faciəsi, daha sonra  Qarabağ faciəsi  gətirdilər. 19-cu əsrdən ölkəmizə köçüürülən bu əbləh erməmiləri  başımıza çıxartdılar.Onları da  elə bu torpağa ona görə yerləşdiriblər.Yoxsa, Rusiyada  adam yaşamayan, kişi çatışmayan o qədər yer var ki. Ruslar  ermənilər  yox,  ermənizm lazımdır. İstədikləri vaxtda  mənhus niyyətlərinə vasitə etsinlər.

 Rusiya  ağlına gətirə bilməzdi ki,  Azərbaycan  belə  sıçrayışla irəli çıxa bilər.  Amma cənab İlham Əliyev o qədər  müdrik və qətiyyətli siyasət apardı ki,   hər addımı daha bir uğurla müşayiət olundu və inşallah, olunacaq  da.  İlham Əliyev 2 əsrdən bəri davam edən erməni mifini yerlə yeksan etdi. Tarixdə  belə  hadisə olmamışdı  və olmayacaqdı da.  Tale bu  qüdrəti  cənab İlham Əliyevə qismət etdi.  Bizim Prezident  heç razı olarmı ki,  Azərbaycan “Bir addım irəli, iki addım geri atsın”. Bu, mümkün olmayacaq. Cənab Prezidentin günü-gündən qətiyyətli mövqeyi bunun zəmanətidir.

Bəli, Rusiya   istəyərdi ki,  Qarabağ  Zəfər tarixinə qədər olan  vəziyyətə qədər necə idi,  həmin  statusda qalsın. Çünki Ermənistan zəif bənd, Azərbaycan isə güclü bənddir. Ermənistanı şaxmat taxtasındakı fiqurlar kimi özü  idarə edə  biləcəkdi. Azərbaycanla isə bu, mümkünsüzdür.   Amma   vəziyyət Zəfər tarixini ortaya qoyanda, Rusiya  manevrlər etməyə başlayıb.    Özünü  artıq  sülhməramlı kimi  göstərməyə başladı, əvvəlki niyyətini bu niqabla davam etdirir. İndi  görünən tərəf budur ki,  Rusiya üçün  heç də maraqlı deyil,  Qarabağ        Azərbaycan  torpağıdır, yoxsa Ermənistanındır.Rusiya istəyir ki, bu regionda təsir rıçaqlarının sahibi olsun.Amma bu, daha mümkünsüzdür.  Azərbaycan dövlətinin başında  qçox qüdrətli Lider dayanıb. Azərbaycanın tərəfində qardaş Türkiyə var. Azərbaycanın tərəfində  Azərbaycan ilə tərəfdaşlıq və əməkdaşlıq etmək istəyən  döst ölkələr var. Bəsdirin ikili siyasətin  əsrlərlə   arxasıncza süründünüz. Artıq xalqlar  əvvəlki xalqlar deyil.

Son günlər sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindəki mədənlərə gedib ekoloji monitorinq aparmaq istəyən Azərbaycanlı mütəxəssislərin mədənlərə buraxılmaması, jurnalistlərə qarşı göstərilən etimadsızlıq günün əsas mövzusudur.

Dekabrın 12-də Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal Şuşa şəhərinin girişində – Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.  Bir neçə gün öncə , elə həmişə, sülhməramlı qüvvələrin üöz missiyalarını Beynəlxalq nizamnaməyə uyğun aparmaması, ikili standartlardan çıxış edərək,əslində, ermənilərin mövqeyini dəstəkləməsi cəmiyyətin haqlı narazılığını doğurmaqdadır.

Maraq məni orta məktəb illərinə apardı. Ədəbiyyat müəllimimiz bizə Cəfər Cabbarlının “1905-ci ildə” pyesini tədris edərkən Bakıda çarizmin “Parçala, hökm sür!” siyasətini həyata keçirən Qubernatorun ikili siyasətini yerli-yataqlı izah etmişdi. Sonra özüm də bu fənni tədris etdim və mən də eynən bunları şagirdlərimə çatdırdım.

General-qubernator genişlənməkdə olan iğtişaşlardan bərk narahatdır. O, azərbaycanlı mədən sahibi Salamovu çağırıb onu necə qızışdırır, erməni kapitalisti, mədən sahibi Ağamyana  nə deyir. Bütün bunlar məlum. Aşağıda əsərdən həmin mükalimələri seçib diqqətinizə çatdırıram. Buyurun , oxuyun və görəcəksiniz ki, Azərbaycana qarşı 117 il öncə mövcud olan baxış eynilə durur….

Q u b e r n a t o r. Hər halda siz bir qədər ehtiyatlı olun, mümkün qədər dava salmayın. Mən Ağamyana demişəm, bu gün bəlkə o da gəldi. Yenə də onatapşıraram. Ancaq onların, gərək ki, silahları da çoxdur.

S a l a m o v. Eh, köpəy oğluyam, əgər mən onları bu şəhərdən dəyənəklə çıxarmasam.

Q u b e r n a t o r. O bir şey deyil. Iş bərkə düşəndə mən sizə silah da verərəm.

Mən əlimdən gələn köməyi etməyə hazıram. Hasar çəkməyə gəldi, qoyma, qurtardı

Getdi.

S a l a m o v. Toxum-Yerisuiç, padşaha yaz ki, biz Qafqaz müsəlmanları canla, başla padşaha qulluq etməyə hazırıq. Padşahımız üçün güldən ağır bir söz deyənin

cəhəngini cıraram. Buyuruq ondan, qulluq bizdən. Hər nə lazım olsa, sən papaq elə, dahı dalısı ilə işin yoxdur.

Q u b e r n a t o r. Lazımdır, lazımdır. Əmiraslanbəy, işlə göstərmək lazımdır.

Ermənilər çalışırlar, padşaha azı on kağız göndərmişlər, siz birini də göndərməmişsiniz.

Q u b e r n a t o r. Mən razı ola bilmərəm ki, onlar Türkiyədəki işlərin hesabını  mənim idarə etdiyim bir məmləkətdə xristian bir millətdən, mənim öz dindaşlarımdan çəksinlər. Buna arxayın ola bilərsiniz. Ancaq, hər halda, dediyim kimi, o Əsriyanı tezliklə ələ almaq lazımdır. Işçilər arasında nüfuzu çoxdur.ş..

Q u b e r n a t o r (ayaq saxlayır). Ağalar, narahat olmayınız! Ruben, bu nədir?

Mən dünən sənə nə dedim? Mən sənə dedim ki, bunlarda iş vardır, ehtiyatlı ol, vəhşi millətdir, işi yerində görmək lazımdır.

Q u b e r n a t o r. Polkovnik, yazdıqlarımın hamısına elə bu gecə əməl edilməlidir. İki gündən gec olmayaraq, dediyim iki nəfər ölməlidir: biri türk, biri də erməni. Kimlər və nə sayaq, sən özün bilirsən. Hamısını mənə bildirin. Sən azadsan, gedə bilərsən.

M u r a d. Ay başınıza dönüm, mənə deyin: mənim balamı əlimdən kim aldı?

Mən ki, onu hələ dünən evləndirmişdim. 

P o l i s m e y s t e r. Səs salma, qoca! Mən nə bilim nə üçün. Get onu müsəlmanlardan soruş! Sizin işinizi kim bilə bilir.

P o l i s m e y s t e r. Kim öldürdü? Tatarlar! Müsəlmanlar.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı