Əxlaq və mənəviyyat

Bəzi xalqlarda nikah bağlanan günü “Yaşıl toy” adlandırırlar. Yəni, insanlar belə düşünürlərmimiş ki, yaşıllıq həyat, inkişaf deməkdir, bioloji proseslərin rəmzidir və bu gün bir yeni dünyanın, ailənin təməli qoyulur.

Əlbəttə ki, dünyanın hansı ölkəsində, hansı xalqı tərəfindən qoyulmasından asılı olmayaraq,  gözəl arzulara, gözəl ənənələrə hər kəs xoş münasibət bəsləyir. Hamı insanlığa öz xoş arzularını ifadə edir, arzularını bu arzulara qatır. Ailə rişəsini sevgidən alır, etimddan, ehtiramdan, güzəştdən alır. Sevgiylə dünyanı xilas edə bilərik. Bir sevgi ailəsi qurulubsa, bu ailədə dünyaya körpə gəlibsə, bu körpəni dünyay gətirən ata-analar onu sevirlərsə, düşünürlərsə, eləcə də  dünyanın bütün uşaqlarını düşünməlidir. Uşaqları sevə bilməyən, düşünə bilməyən dünya üçün məsul ola bilməz. Düşünürəm ki, bu baxımdan ailələrin sevgi əsasında qurulması, dünyaya daha çox övlad gətirməsi dünyanı qorumağa yönəlmiş daha çox səylər , cavabdehlik kimi dəyərləndirilməlidir. Dünyada eybəcərliklər, naqisliklər boylə şaxə qalxıbsa da, yaxşı nümunələr də var. Məsələn , dünya üzrə ən uzun evlilkləri araşdırmağa yönələn səyləri mən yüksək dəyərləndirirəm.

Müasir dövrdə ailə həyatının əbədi olacağına inam qalmayıb. Toydan bir neçə ay sonra boşanan cütlüklər artıq heç kimi təəccübləndirmir. “Hopes & Fears” (“Ümidlər və qorxular”) nəşri maraqlı bir müşahidə aparıb: dünyanın müxtəlif xalqları üçün xas olan evliliklərin ömrünü və boşanmaların statistikasını araşdırıb.

Bu ölkələrə aşağıdakılar daxildir:

İtaliya,Kanada,Fransa, ABŞ, Meksika,Yaponiya, Afrika, Avstraliya, London,Qətər. Bu ölkələr arasında İtaliya evliliyin ən uzun davam etdiyi ölkə olaraq siyahıya liderlik etmişdir.

1.Məlum olmuşdur ki, İtaliyada ailəlik xarakterik olaraq 15 -18 il davam edir. 2010-ci ildən bəri Romada ayrılıq və boşanmalar 30 faiz artmışdır. Məsələn, hər 1000 evliliyin 45 faizi boşanma ilə nəticələnir.

2.Kanadalılar ailəliklərini 13 il qoruya bilirlər. Ən yaxşı halda, Ottavada evlilik həyatı orta hesabla 13 il davam edir. Son illərdə bu ölkədə də boşanmaların sayı artmağa başlamışdır.

3.Fransız xalqı “mədəni xalq” olsalar da, 13 il sonra “üzü küləyə gedirlər”. Aşiqlər şəhəri kimi tanınan Parisdə, boşanmaların sayı getdikcə artır. Təkcə bu şəhərdə boşanmalar 55 faizi təşkil edir.

4.ABŞ da bu göstərici Nyu-York şəhərini əhatə etmişdir. Nyu-Yorklular 12 il, digər əyalətlərdə isə həyatı maksimum 10 -14 il arasında bir yastığa baş qoyurlar.

5.Meksika( Mexiko) 12 il birgə uçsalar da, ayrılmaq üüçn elə tez razılığa gəlirlər ki. Mexikoda boşanma halları 15 faizdir, cütlüklər, əsasən, evliliyin 2-ci ilindən ayrılırlar.

2011-ci ildə Meksika hökuməti cütlüklərin boşanmasını yüngülləşdirmək məqsədilə müvəqqəti lisenziya tətbib etmişdir.

6.Yaponiyada(Tokio) bu müddət 11 ildir. Dünyanı ən müasir texnologiyaları heyran qoyan Yaponiya ailə ənənələrinə görə nümunə ola bilmirlər. Burada boşanma halları hər il daha da artdığından, hətta, tənha insanlar üçün seminarlar da təşkil olunur.

7.Afrikada da(Qautenq) evlilik müddəti çox aşağıdır: 11 il. Afrikada diqqəti çəkən həm də budur ki, burada boşanmalar yaşa görə dəyişir:məsələn, kişilər 40 ilə 44 yaş, qadınlar isə 30 ilə 35 yaş arasında boşanırlar. Boşanma halları isə 31 faiz təşkil edir.

8.Avstraliya( Sidney)cəmi 8 ildən sonra ailəliklərinə xitam veirlər. buradakı Ailə Araşdırmaları İnstitutunun hesablamalarına görə, 2011-ci ildən bəri cütlüklərin boşanma hallarında yüksələn xətt müşahidə olunur.Uşaqlarına görə boşanmayan ailələr də var. Belələri isə uşaqları böyüdükdən sonra, yəni təxminən 20 il sonra ayrılırlar.

9.İngiltərədə ( London)ailələr heç əməlli- başlı ocaqlarını isidə bilmir ki. Londonda ailə cütlükləri maksimum 4 – 8 ildən sonra tamam ayrı-ayrı şəxslər olurlar.

10. Qətərdə (Doha) isə eşqləri elə bu qədərmiş: cəmi 5 il. Dohadakı boşanma halları 38 faizdir.

Təbii ki, dünyanın bütün xalqları üçün evlilik müddəti haqqında fikir söyləməyi qarşımıza məqsəd qoymamışıq. Müxtəlif mənbələrdənb əldə etdiyimiz bu statistik rəqəmlərin görünməyən tərəfində gizlənən, qalan daha böyük eybəcərliklə bağlı narahatlığımı ifadə etmək istəyirəm. Olsun ki, bu cür araşdırmaları, sorğuları aparan qruolar, mərkəzlər, KİV-lər, ayrı-ayrı fərdlər və s. Azərbaycanda evliliklərin müddəti ilə bağlı məlumatsız olsun. Ola bilməz ki, dünya üzrə ən uzn evlilik sırasında İtaliya 15-18 illik ailə həyatı ilə bu nominasiyada təqdir olunsun 15-18 illik ailə həyatı nədir ki. Bizim əxlaq üşün belə ailələr uğursuz ailələr hesab olunurlar. Əgər İtaliyada ailəlik müddəti 50 ildən yuxarı olardısa, biz buna daralmazdıq. Lap dünyada 1-ci yerdə olsun. Bu, pis deyil, ən azından nümunə çəkmək olar. Olsun ki, İtaliya “Hopes & Fears” (“Ümidlər və qorxular”) jurnalının araşdırmay cəlb etdiyi ölkələr sırasında bu yerə layiq görülüb. Biz bütün dünya ölkələrinin elə birinci olmasını istərdik. Amma bütün dünya da Qətərdəki kimi 5 ildən sonra ayrılıq rübabını səsləndirsələr, buna da pis olacağıq. Pisdən də ibrət götürəcəyik, yaxşıdan da. Amma hesab edirəm ki, dünyanın heç bir ölkəsində bizim ailə cütlüklərinin sədaqəti, vəfası qədər sədaqət, vəfa ola bilməz. Azərbaycanda buna rast gəlməsəm də, internet vasitəsi ilə Türkiyədə gözəl bir ənənə olduğunu bilirəm.

Uzun evliliklər bilbord, stend , eləcə də plakatlarda təbliğ edilir.

Azərbaycanda belə forma olmasa da, ənənəvi olaraq yubiley toyları keçirilir, məsələn, ” qızıl toy”. Sovet dğnəmində məhsul bayramı keçirilirdi. Bu gün də Nar bayramı, Alma bayramı, Çay bayramı və sair bu kimi böyük tərbiyəvi əhəmiyyətə malik tədbirlər keçirilir. Bu qədər telekanalları olan ölkədə hər kanal bir yubiley toyunu əbədi xatirəyə çevirsə, görün, nə qədər gənclər bu canlı örnəkdən əxz edə bilərlər.

Son illər Qərbin, dünya ölkələri yaxınlığın dalğasında mənəviyyatımıza xeyli yabançı ünsür daxil olmuşdur. Hərarətini, səmimiyyətini, ehtiyacını itirən əlaqələr və sonu boşanma ilə bitən evliliklər o qədər çoxalıb ki və getdikcə o qədər artır ki, artıq adiləşir, kimsə əhəmiyyət vermir belə.

Ailə özəlliyimizin əsaslarını sarsıdan belə meyillərə qarşı kimsə laqeyd qalmamalıdır.

Bir evliliyin sonsuza qədər sürəcəyinə “Hopes & Fears” də sıralanan ölkələrdə inanmırlar, bəlkə bunu istəmirlər də. Dədə-babalardan Azərbaycan ailəsinin ən birinci keyfiyyəti kimi ailənin sədaqəti, davamlılığı qəbul edilib, bu gün də belədir.

Azərbaycan şairi deyəndə ki:

Mən indi bilmişəm, hər gözəldən yar olmaz,

Bir ömür durnalar qoşa uçsa, yorulmaz,-

ətrafında gördüyü ailə nümunələrindən vəcdə gəlmişdir. Həm də bizim əxlaqın cövhərini ortya qoymuşdur:

Bir ömür durnalar qoşa uçsa, yorulmaz…

Fəqət, narahtçılıq da var. Dünyay nə qədər nüfuz etdikcə, pis nümunələr də yoluxur mənəviyyatımıza.

Hardasa oxudum ki, məsələn, Fransada “azadəlik” var; gəclər nikah bağlamadan da ailəli kimi yaşaya bilərlər və istədikləri vaxt da yollarını ayıra bilərlər. Və yaxud yazımızda haqqında danıdığımız ölkələrdəki kimi, ən yaxşı halda bir ailənin ömür müddəti 15-18 ildirsə və daha aşağıdırsa, belə meyil ailə institunu dağıtmağa apara bilər. Ailə institutu dağılarsa, cəmiyyətdə xaos baş alıb gedər. İnsanlar mağara dövründəki kimi yaşamağa sürüklənər. Bax, bundan ehtiyatlanmaq lazımdır.Çünki ailəsi olmayan insanın  məsuliyyəti ola bilməz.

 Gələcək nəsillərə belə miras qoymağa heç kimin haqqı yoxdur.

Azərbaycan ailəsi, bu ailədəki ər – qadın ittifaqı sarsılmazdır, sarsılmaz olmalıdır, sarsılmaz da olacaqdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı