Mövqe

Mənə bir hərf öyrədənin 40 il köləsi olaram .

H.z. Əli

“Hədiyyə” sözü ərəb sözündən əmələ gəlib, “bağışlanan şey”, “bəxşiş”, “sovqat”, “töhfə”, “ərməğan” mənalarını ehtiva edir.

 Hədiyyə etməyin tarixi  uzaq tarixlərə gedib çıxır . Hər bir xalqın  özünəməxsus hədiyyə qəbul etmək, hədiyyə bağışlamaq fəlsəfəsi var.  Yoxsa  hədiyyə qəbul edən üçün də, həbiyyə vermək istəyən də  dünyasında bu addımı atmaz.İstər qonaq gedərkən, istərsə də  təntənəli günlərdə.

 Qonaq gedərkən  hansı hədiyyəni aparmaq, ən yaxınına necə hədiyyə seçmək,  hansı hədiyyənin  nə anlamına gəldiyini bilmək  xüsusi önəm daşıyır.

Fransada qonaq gedəcəksinizsə , çiçək (qırmızı gül və çobanyastığından başqa), keyfiyyətli şokolad və ya spirtli içki xüsusilə  məmnuniyyət yaradacaq.

Almaniyada   sənə hədiyyə   bəxş etməyən  kiməsə hədiyyə almaq  doğru hərəkət sayılmır.

Əgər qonaq getdiyiniz şəxs  rus  millətinin nümayəndəsidirdirsə, şokolad, şərab, ya da “vodka” ala bilərsiniz.  Əgər evdə dünyaya  yeni gələcək körpə gözlənilirsə, uşaq üçün  lazım olan  bir hədiyyə  alsanız, ev sahibinin ürəyindən olacaq.

Azərbaycanın da  bu məsələyə  fərqli  baxışı var. Məsələn, yeni ev tikənə və yaxud təzə mənzilə köçmüş yaxına  hər kəs bacardığı hədiyyə seçə bilər. Belə hədiyyələr yataq dəsti də ola bilər, televizor da, paltaryuyan maşında, qab-qacaq dəsti  və sairlər də. Şəxsi hədiyyələrə gəlincə ,  xüsusi hazırlanmış nərd,  qədim qılınc, bahalı alışqanlar, üstünlük verilir. Qadınlar üçün ən ideal hədiyyə gül, ətir və zinət əşyalarıdır.

 Hədiyyə məsələsi, adətən, qonaq gedəndə və yaxud qonaq dəvət  ediləndə,  evgörmə, uşaqgörmə gedəndə, toy və ad  günlərində, bir sözlə, ən təntənəli və xoş günlərdə .

  Bu sadaladığım hallarda  hədiyyə edənlər  mütləq  hədiyyə olunanların  qohum-əqrəbaları və yaxın dost-tanışları  olurlar. Rəğbət, iltifat bildirməyin başqa  vasitələri də var. Məsələn,  iş yoldaşlarından kimsə   vəzifə pilləsi ilə irəli çəkilərkən,  doğum günü keçirərkən, ata-ana olarkən  və sair bu kimi hallarda ən səmimi  arzularını bildirməklə.

 Hədiyyə, xüsusilə də   dəyərli hədiyyə isə belə münasibətlər olmayan  hər hansı bir şəxsə  verilirsə,   mütləq orada bir niyyət olmamış deyil. Təmənnalı yaxşılı  qəbil etmək isə şair demiş qəbahətdir.  

Bəxtiyar müəllimin bu mövzuda yazımız üçün  çox aktual səslənən poeması var:  “Qiymət”.  Şair  bağ evi tidirrəkən tikinti materialları tapmaq problemi ilə üzləşir.   Belə bir vaxtda tanış olduğu müdir şairi bu problemi çəkməyə qoymur: tikinti üçün hər nə lazımdır,  həmin müdir təşkil edir. Sən demə, müdir də  həmin xeyirxahlığı  təmənnalı edirmiş. Onun övladı  Bəxtiyar müəllimin tələbəsi imiş. Atasının yaxşılığını bilən müdir oğlu heç kitab üzü açmadan atasının “yaxşılığına” əmin olub imtahana gəlibmiş:

Çox inamla gəlir tapşırılanlar

Özündən razıdır,

Adından əmin.

O elə baxır ki,

guya borcu var

Onun dədəsinə mənim dədəmin…

 Fəqət, təmənnaya əyilməmək qaçılmaz olur. Şair daxili  sarsıntı keçirir:

Üç”lərlə vicdanı veririk bada,

“Üç” – başdan eyləmək, “üç” – natamamlıq.

Biz bu “üçlər”dəki saxtalıqla da

Haqqın, ədalətin belini qırdıq.

Hər “üç” – bir yarımçıq, kəmsavad həkim,

Hər “üç” – bir cinayət, vaxtsız bir ölüm.

Hər “üç” – balasını itirən ana,

Hər “üç” – tikildikcə sökülən bina.

***

Müəllimlər, gəlin, düşünək dərin,

Kəsir özümüzü öz qılıncımız.

Bizim verdiyimiz saxta “üçlərin”

Barı – cinayətdir, səbəbkarı biz.

Biz özümüz də tələbə olduq. Çox gördük belə təmənnalı yaxşılıqlar.  Dəhşətlisi olan isə budur ki, hansısa hədiyyələr özləri də  getdikcə    vulqar bir hala gəldi, açıq-aşkar rüşvətə çevrildi.   Poeziyamız belə hallarla mübarizəsində   heç vaxt çəkilmədisə də,  rüşvət də  nə qələmdən,  nə ictimai qınaqdan  keçinib çəkindi. Bir şairimiz   rüşvət bəlası  haqqında haray çəkib  yazıb:

Quru şöhrətlər bizi

Yüz yerə dəstələdi.

Hərə öz sümüyünə

Bir şərqi bəstələdi.

Rüşvət  tauna dönüb

Bizi xəstə elədi-

Mənə söz verin…

Müəllimə hədiyyə almaq olarmı?   Olmaq tam-qardaşım, olmaz. Bir millətin müəllimi və  məmuru, fərqi yoxdur, hədiyyə adı ilə və yaxud açıq-aşkar   nəyinsə müqabilində qıpqırmızı rüşvət alırsa, o ölkədə   rüşvətin kökünü  kəsmək olmaz. Məllim yetişən nəslə halallıq öyrədəcək, məmur da onu həyatda bitirəcək. Təəssüf ki, bunlar ancaq kitablardadır.

Məsələ burasındadır ki, rüşvət söhbəti, hədiyyə  vermək, almaq söhbəti ancaq müəllim  adı ilə  dilə gətirilir. Guya digər  vəzifə, mənsəb sahiblərinin hamısı pir-peyğəmbərlərdir, onalrın ətəyindən səccadə kimi istifadə etməliyik.  Yox, müəllimə verilən hədiyyənin  qiyməti vəzninə, çəkisinə görə digər   mənsəb sahiblərinə verilən hədiyyənin qiymətindən 10 dəfə, 20 dəfə  kiçik olur. Amma adı hallanan müəllim olur. Təbii qəbul edilməlir.  Cəmiyyət müəllimə  hər zaman eatalon kimi yanaşıb. Əvvəldə qeyd etdiyim kimi, ailədə valideynlər , məktəbdə isə müəllimlər  şagirdlərinə mənəvi cəhətdən sağlam olmağı öyrədə bilsələr,  rüşvət öz-özünə aradan çıxa bilər.  “Mehman” povestində    Məlikə xanımın  öz şagirdinə tvziyələrinə baxın: “- Düz on ildir ki, sən

bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, son buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüya gəlib, indi cavan bir oğlan kimi gedirsən… Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm… Sən mənim sevimli balam olmusan… Bu on ildə məktəbdə mən səni həm əxlaqda, ham də oxumaqda bütün uşaqlara nümunə göstərmişəm… Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini

sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy

damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!..Ancaq mənim sənə çox

mühüm bir tapşırığım vardır… Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz  ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

– Anama qəti söz verirəm, – deyə Mehman öz qarasaçlı başını müəlliməninqarşısında ehtiramla əydi, – söz verirəm!..

– Bəli, oğlum, daxili təmizlik, vicdani saflıq insan üçün böyük vüqardır!..O, adamı cürətli, alnıaçıq, başıuca edər!.. Mənəvi təmizlik, insana məğlubedilməz qüdrət, vətən, xalq qarşısında hədsiz bir hörmət verər!..

Bu dünyada insan üçün, hər nə işdə olursa olsun, ürəyi ləkəli yaşamaqdan da ağır bir şey ola bilməz. Sən gəncsən, bizim dünyanın mənası məzmunlu, hikmətli və  dərindir!..”

 Və yaxud  40 45 il oxuduğm rəvayətdir:  “İki dost olur: biri varlı, biri kasıb. Varlı   obada yaşayır,  tacirdir, kasıb ruzisini dağlarda, yaylaqlarda  mal-qara, qoyun-quzu saxlamaqla  qazanırmış.” Obada yaşayan subay,  yaylaqda yaşayan evli imiş. Obada yaşayan bir qızı sevir. Qız da deyir ki, səni filan atın belindəgörməyincə, elçilərini qapıdan içəri buraxdırmayacağam.Bu  dost ha çalışır atı ala bilmir. Deyir  gedim dostumla halallaşım, gəlib bir də istəyim, yenə  verməzsə, qılıncdan keçirib  gedim qazamata. Beləliklə, gəlib dostunu da  mətləbdən agah edir.

Dostru da onu diqqtlə dinlədikdın sonra pz məsləhətini belə verir ki əgər atrı satın ala bilmirsənsə, at sahibini niyə öldürəsən, qalanömrünü də sürgündə qazamatda keçirəsən. Yaxşısı budur ki, sən bir neçə günburda qal, məngedim görümatı ala bilərəmmi. Və gedib bu məsələ ilə at sahibini dilə tutmağında olsun, dostu da burada onun qadınına gözü düşməkdə. Bir gün səhər saatlarında dağdan baxanda görürlər ki, dostu həmin atın üstündə qayıdır. Dostugəlib çatır, dostunun boynunu qucaqlayıb öpür ki, artıq arzuna çata bilrsən, bu da sənin atın.

O atın yüyənini dostunun əlinə verib evəkeçir ki, evindən, xanımından xəbər tutsun. Qadını məsələni necə var ərinə danışır. Əri səs-küy salmır. Amma dostunu yola salanda deyir ki, elə düşünmə ki, heç nədən xəbərim yoxdur, Səndə günah yoxdur, günah sənin müəllimindədir. Get cəzanı müəllimin versin. Dostu bütün yolboyu fikirləşir ki, dostu nə üçün onu öldürmədi? Niyə mənə “cəzanı müəllimin versin ” dedi.

Başında xəyanət etdiyi dostuna görə cavab tapa bilmədiyi suallar, bir də gördü ki, atı onu obalarına gətirib çatdırıb.O , atı öz evlərinə deyil, düz müəlliminin qapısına sürdü. Müəllimini çağırıb, qısa əhvalpürsanlıqdan sonra dostunun sözlərini necə demişdi, elə də müəlliminə söylədi. Müəllim keçmiş şagirdinin son sözü ağzından çıxınca, kəmərinin altında gəzdirdiyi tspançasını çıxarıb ürəyini nişan alaraq atəş açır. Rəvayət olsa da, sonluğun doğurduğu hikmət həqiqətdir. Bu rəvayəti düzgüləyib ərsəyə çıxardanlar insanlığın nicatını maariflənməkdə, böyüməkdə olan nəsl tərbiyəsində görüblər. Bunun zəmanəti ilə cəmiyyətin müəlliminin əlindədir.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı