Əxlaq və mənəviyyat

Bizim çox maraqlı və çox da müxtəlif mərhələlərlə başa gətirilən toy adətlərimiz var. Bu adətlər göydəndüşmə  və yaxud  konkret bir şəxsin formalaşdırdığı  adətlər deyil. İxtiyar babalarımız, ağbirçək nənələrimiz toylarımızın 100-lərlə tərəfini çək-çevir ediblər, nizamlayıblar və sonda  bu gün bizə gəlib çatmış  toy adətini qəbul ediblər ki,  məhz  bu forma bizim  varislərimizin  nəsil xəttini sağ-salamat, ədəb-ərkanla əsrlərin otayına apara bilməsi üçün ən yaxşı formadır.

İndi gənclərimiz toy adətlərindən danışanda ağız büzürlər, replika atırlar. Bunu o gənclər edir ki, hələ təcrübəsizdirlər, belə məsələlərə müdrik yanaşa bilməzlər. Onlar istəyərlər ki, bir gecədə elçi gedib səhərisi gün də toy etsinlər,  elə toy günündən ayrıca mənzilə yollansınlar. Bu, belə gənclərin ailə həyatına  dədə-baba  prinsiplərindən deyil, sadəcə, daha çox birlikdəlik ehtiyacından can atırlar. Pozulan nikahlar arasında yeni qurulmuş  ailə ittifaqlarının çox olması  belə  evliliklərin elə bu ehtiyacın uyartısı olduğunu təsdiqləyir.

  Ailə institunun yaranması fizioloji təlabatı ödəmək  baxımından deyil, nəsil xəttini davam etdirmək cavabdehliyindən yaranıb.

 Ona görə də toy  niyyətinin, özünün hər bir mərhələsi  böyük həvəs və heyranlıqla icra edilib. Bu, tpoyu maraqlı etdiyi kimi,   yeni qurulan ailə ittifaqının,  iki nəsil arasında yaranan qohumluq əlaqələrinin    sağlamvə sarsılmaz əsaslarla davam etməsini şərtləndirib.  Bu  mərasimlər həm gənclər, həm də qohumluq binası başlayan tərəflər arasında  cavabdehlik, məsuliyyət yaradıb.

Məsələn,   qız evi kürəkənlərinin doğum günündə    onun evinə elə təmtəraq, hörmət-izzətlə gəlirdilər ki,  kürəkən sanki öz oğulları imiş.Elə əslində  yaxşı  kürəkən qazanılmış oğul, pis kürəkən itirilmiş qız  deməkdir söyləyən  qudalar  çox haqlı imişlər.  

 keçmiş zamanların ailələri çox dözümlü, etibarlı olurdu.  Dədə-babaların ailə həyatı ömürlərinin sonuna kimi  birlikdə davam edib. Yaxud da  bu ailənin ilk övladı dünyaya gələndə qayınanası   dərhal  məxsusi  yemək hazırlayıb özünü gəlininə çatdırardı.  Mən belə münasibətləri  keçmişdə görmüşəm.Getdikcə qeybə çəkilir…

Toy adətlərimizdə, məsələn, şam yandırmaq məqamı var.

“…Toy şənlikləri bitməyə yaxın gəlinlik otağında qızın başına toplanmış qadınlar hörmət və nəzakətlə qonşu otağa dəvət olunurlar. Hamı çıxdıqdan soma otaqda qalmış gəlin qız öz sağdış-soldışına minnətdarlığını bildirib onlarla sağollaşır.

Bu vaxt qoltuğunda cehiz boğçası tutan qız yengəsi içəri daxil olur və əlindəki üzərində şamlar yanan bir sinidən xalça üzərinə noğul-nabat və s. şimi səpələyir. Sonra yenə çıxıb gülabzən, mis aftafa-ləyən, dəsmal və canamaz gətirib onları otağın bir tərəfinə və ya pəncərəyə qoyur, otaqdakı iki şamdan başqa digər çıl-çırağı sağdış-soldışa verib onları otaqdan çıxararaq qapını örtür.

Otağın işığı birə-iki azaldıqdan sonra yengə gəlin qızı pərdə arxasına keçirib onu ayaq üstə, üzü qibləyə saxlayaraq bəy oğlanın gəlişini gözləyir…..

… Yemək ardınca cavanlar bəxt güzgüsünü götürüb əvvəl onu üç dəfə şam-çıraq və ya lampa başına dolandırır və sonra birlikdə güzgüyə baxıb onu öpürlər. Xalq inamına görə, bəy ilə gəlinin eyni zamanda güzgüyə “boylanması”, onların ruhlarının orada bir-birinə qovuşması üçündür…. (https://www.facebook.com/kitablar.aleminde/posts/375508139189544/)”

Toy adətlərimizdə şam yandırmaq məqamı bax, budur.. Əslində, bu şam yandırmağın sonradan məsxərəçi adamların mənalandırdığı anlamda deyil , qədim inamlarla bağlıdır, dünyəvi asketizmlə bağlıdır.

Əsl sevgi üçün sədaqətli olmaq, uğrunda şam kimi son qətrəsinədək yanmağa hazır olduğun halda, mənəvi cəhətdən kamilləşə bilərsən, yalnız bundan sonar nə vaxtsa tənindən ayrılmış paranı tapdığına əmin olub bütünləşə bilərsən. Yengələr şamı əllərində buna görə tutublar. Azacıq da olsa işıq tutmaq rolu özü də həmin inamla bağlı olub. Şamın inam, rahatlıq xüsusiyyəti ilə bağlı olub. Bu, bir inam idi, ovsunlama, etiqad idi. Onun fiizki mənada işıqlandırmaq mənası yox idi. Daha sonralar insanlar onu azacıq da işıq tutmaq kimi məsxərə söxbəti edib indiki formasına itələyiblər. Bizim məişətimizdə şam qoymaq olub, amma kimsə zifaf otağında əlində şam tutub oturmayıb. Bu özü bizim ədəb-ərkana sığmayan bir davranış olardı. Gərdək odasına şam qoymaq başqa, şam tutmaq başqa anlamdır. Ona görə də indiki gənclər bu elementlərin, məqamların mahiyyətinə vara bilmədiklərindən yengənin adı gələndə mimikaları  o yana, bu  yana  axır.

  Çox  arzu edərdim ki,  nə qədər  müasirliyə doğru  can atsaq da,  keçmişi unutmayaq. Gələcəyimizi  keçmiş əsaslar üzərində quraq.

Tarixən toy  edən, qız köçürən  valideynlərin  əhdi bu olub ki,uşaqları sağlam böyüyüb boya-başa çatsınlar. Oğuldursa, toy edib gəlin  gətirsinlər, qızdırsa,  adı-şöhrəti üstündə  gəlin köçürsünlər.  Ata-ana evinə gəlin gətirmək arzusundadır. İstəyir ki, 4-5 il   evində gəlin  səliqə-sahmanı,  ehtiramı görsün, nəvəsiilə baş qatsın.  Həm də oğlu-gəlini onlardan  kişilik-qadınlıq  ibrəti əxz etsinlər.  Bu gün isə belə deyil, təəssüf ki.  Valideynlər , sadəcə,  salıqlarında oğlunu evləndirib, qızlarını köçürüb  rahatlığa çıxmaq istəyir.  İmkanı varsa, lap şadlıq evindən  oğlunu   ayrıca evə köçürməkdə maraqlıdırlar.  Hansı tərəfə çevirsən, bir ayrıqlıq konturları   hiss olunur.  Gənclərimiz də inciməsin. Onlar da sanki rəsmi olaraq   tərəflərini əldə etmək üçün  evlənirlər. İndiki evliliklər çox rahat da pozulur. İndiki ailə cütlükləri  çox  məsuliyyərsiz də   addım atırlar. Çox  asanca ayrılırlsar.Utanmırlar, xəcalət çəkmirlər.  Oğlan qıza, qız da oğlana anca  intim münasibətlər üçün ehtiyac duyurmuş. Yoxsa toy edilməli oğlu, ərə getməli qızı olan  bir qadın/ər   ailəsinə, uşaqlarına necə xəyanət edə bilər? Yazıçı-kulturoloq, Aydın Xan Əbilovun  bir neçə  gün öncə  internetdə   bu xüsusda fikirləri yer almışdı: “Qadınlar boşanmağa meyllidir, azad sevgi istəyirlər… (Bax: https://news.milli.az/society/1114941.html) ”

   Yazıçı hər halda  belə fikri  öz-özünə yaratmayıb. Müşahidə edib, araşdırb, görüb ki və biz də görmüşük ki,  10-15 il, bəzən də daha çox  bir damın altında yaşayıb,  sonra   fərqi yoxdur ya  kişi olsun, ya qadın, biri digərini ittiham eə bilər ki, xəyanət etdi ayrılıram. Bəzən  bu  ittihamlar da  həqiqət olur. Məhkəmə iclaslarının  yazıları internetdə çox paylaşılır. Amma 5055 il bundan qabaq   qızın boşanması   ailə, nəsil üçün  fəlakət hesab edilirdi. İndi uzaqbaşı,  ailəsindən  üz döndərib,  canları sulu ikən 5-10 il   belə yaşayacaq, sonra ya  valideynlərinin hirsi soyuyacaq,  məsələ də köhnəlmiş olacaq, hər şey arxada qalmış olacaq.

Hər şey  arxada qala bilər, amma heç nə    yaddan çıxmır, izsiz qalmır, bir bəla digəri üçün  “əlyeri” olur. Ailə institutunun başı üzərini qara buludlar alıb.

 Ciddi düşünmək, əlac yolları  axtarmaq lazımdır. İdeologiyamızın  təsirli ola bilməsi üçün   mətbuatdan, televiziyadan cəmiyyətə dərs keçən  şəxslər  dünyagörmüş, təcrübəli, özləri ağbirçək, ağsaqqal olmalıdır.  Ölçü –nizam hər yerdə  gözlənilməlidir. 2-3 arvad alıb boşayan, ailəsini dağıdıb   özünə sərbəstlik sərbəstlik  axtaranlar  cəmiyyətə təqdir  olunmasın,  karyerə pillələrində  belələrinə müəyyən həddətək  yer verilsin.

   Yoxsa, az  masala illərdir çalışan-vuruşan  Fartma xanım kimi əl-ayağı bağlı təndirdə,  ailəsindən ayrılıb  məşhurlaşanlar  dildə-ağızda…

Ədəbiyyat, sənət yeni  dövrün, yeni məkanın  hədəfini yaratmalıdır.

  Bizim xalqın  dünya xalqlarından xüsusi olaraq fərqliliyi ailə-əxlaq dəyərləri, ağsaqqal və qadınlara  hörmətlə yanaşmaları olub. Belə zəngin əxlaqi irsdən uzaqlaşmaq   kökünə yadlaşmaq deməkdir.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı