Əxlaq və mənəviyyatİ

Ailə sosial institutdur. Kişi ilə qadın arasında nikah yolu rəsmiləşmiş ailə münasibətlərini, onların nəsil və övladlara olan münasibətlərini tənzimləyir. Tarixi boyu ictimai sivilizasiyalar dəyişdikcə, insanların həyat tərzi və mədəni xüsusiyyətləri dəyişmiş, bu proses ailə üslublarına da təsir göstərmişdir. Ailə ibtidai icma quruluşunda mövcud olmuş qrup halında evlilikdən bugünkü monoqamiyaya qədər böyük bir yol keçmişdir.

Qrup nikahının bir sıra qalıqları yaxın keçmişə qədər mövcud olmuşdur. Onun geniş yayılmış formaları levirat və sororatdır.
“Levir” – sözü qayın, “soror” sözü bacı deməkdir. “Levirat ailə” dedikdə ailə başçısı rəhmətə gedən zaman gəlinin subay qaynı, subay qaynı yoxdursa, evli qaynı ilə könüllü və ya məcburi ailə qurma öhdəliyi başa düşülür. Yəni, dul qadın ailədən kənar hər kəslə deyil, yalnız qayını ilə evlənməlidir. Sağ qalan qardaşların ən böyüyü bu öhdəliyi yerinə yetirir və həm də ölmüş qardaşının bütün əmlakını miras almağa hüquq əldə edir.“Sororat ailə” isə evin xanımı rəhmətə gedən zaman kişinin öz baldızı ilə qurduğu ailə deməkdir.
Böyüklər levirat və sororat ailənin qurulmasına ehtiyac yarandıqda uşaqlara ən yaxşı atanın əmi, ən yaxşı ananın iusə xala olacağı ilə aşılanmışdır. Ümumiyyətlə, həmin dövrün etik görüşlərinə görə, valideynlər belə hesab edirmişlər ki, onların övladları gələcəkdə nikaha məhz etibar etdikləri ailənin övladları ilə girməlidirlər.
Hər iki nikahı ənənəsi son dövrlərə qədər bir çox Qafqaz və Orta Asiya xalqlarında, yəhudilərdə, o cümlədən Azərbaycanın bəzi rayonlarında da qalmışdı.
Amma cəmiyyətin intellektual siması dəyişdikcə, insanların özlərinin etik görüşlərində də bir kamilləşmə , mənəvi saflaşmağa meyil yaranmışdır. İnsanlar getdikcə ailə münasibətlərinin ekzoqamiya formasına üstünlük verməyə başlamışlar.

Ekzoqamiya isə müəyyən kollektiv və ya qohum üzvləri arasında nikah münasibətlərini qadağan edən adətdir. Bu adət yalnız kənar adamlarla nikah bağlamağa icazə verirdi. Azərbaycan üçün xarakterik ailə münasibəti forması olsa da, ayrı-ayrı rayonlarda hələ də yaxın qohumlarla evlilik nümunələrinə rast gəlmək olur. Məsələn, bizim rayonun bir kəndində yaxın qohumluq münasibətində olan ailələr var, keçən əsrin sonlarına qədər onlar kənar yerə qız verməzdilər, kənar yerdən də qız almazdılar.
Ailə vardı ki, bu ailənin qızı hansı səbəbdənsə vəfat edərkən həmin ailənin evdə subay və ya dul qızı olardısa, kürəkənlərinin istəyi ilə 2-ci qızlarını vəfat etmiş qızlarının yerinə gəlin köçürərdilər.
Hansı doğrudur, hansı yanlışdır, qəbahətdir, birmənalı hökm vermək olmur. Belə qanun yoxdur, sadəcə, bu cür qohumluq əlaqələri tövsiyə olunmur.
Bunlar yazılmamış qanundur. Çox həssas məsələdir. Bil ki, nəyə irad tutacaqsansa, mütləq təhdid ediləcəksən. Çünki əgər belə utanc halların baş verməsini mümkün sayan kəslər əksəriyyət kimi düşünsəydilər, onda bunlar baş verməzdi və belə söz-zöhbətlər də yaranmazdı. Ona görə də sovet cəmuyyətində olmuş el qınağı, dədə-baba ölçüləri, həddi indi yoxdur.
Mənim uzun illər müşahidələrimə görə, keçən əsrin 80-ci illərindən sonra insanların mənəviyyatında çox ciddi aşınmalar müşahidə olunmaqdadır. Həmin illərdə qohum-qonşuda olmuş toyları – oğul evləndirən, qız köçürən ailələri elə bil dünən ayrılmışammış kimi xatırlayır. Xatırlayıram ki, filan qohumda, filan qonşuda, hətta kənddə kimsə elçi gedəcək, kimsə nişan aparacq. Həmin ailələrdə bir neçə ay bu barədə söz-söhbət gedədi, qohum-qonşu yığışardı, gəlin üçün cehiz tədarükü görülərdi. Gələcək çox evliliklərin ilk addımı da belə yerlərdən başlayardı. Bir ana digər bir ananın, onun qızının buradakı davrabnış tərzini, əıqabiliyyətini görüb ürəyinə gətirirdi ki, bunu evimə gəlin edəcəyəm, bu ailə ilə qohum olacağam və sair.

Evlilk yaşı, təbii ki, qanunla müşayiət olunurdu. Amma insanlar oğullarının övladlarınının evlilik məsələsiniəsgərliyə getməsindən və müəyyən bir peşə-sənət sahibi olmasından sonra ürəklərinə gətirərdilər. Ailədə bir xəstə olardısa, valideynlər görsün deyə, bəzi istisna hallarda tez baş tutan toylar da olardı.
Ona görə də dədə-baba vaxtlarının toyları, ailələri çox ağayana və uzunömürlü olardı. Mən elə bir ailə xatırlaya bilmirəm ki, əvvəlcədən ayrıca ev tikdirib oğlunu toy günü də yeni evə köçürsün. Gəlin gərək 3-5 il “qayınanasının süpürgəsi kimi” evin hansı küncündə və necə durmasını tamam-kamal öyrənsin, oğul gərək tər töküb pul qazanmağı, arvad-uşaq saxlamağı bacarıb, ata-anada xatircəmlik yaratsın, ondan sonra ayrıca ev-eşik edirdilər. Bu gün isə belə deyil. Oğlanlar da, qızlar da daha çox ailə qurmağa deyil, ailə münasibətlərinə can atırlar. Hələ ata olmağa, ana olmağa hazır deyillər, amma evliliyə can atırlar. Belə cütlülüklərdə sevgiyə təşnəlik olmur. Onlar evimizi yıxmış və yıxmaqda davam edən internet məhsulları, xarici seriallardakı qadın-kişi münasibətlərinə can atırlar. Xaricdə sərhədsiz sərbəstlik var, bunu sorğu-sual edən yox, hardan gəldin, hara gedirsən, dünən niyə evə gəlməmişdin , -deyə soruşan yox. Heç bunlara evlilik də demək olmur, bunlar, sadəcə, alverçilərin bazar vitrinlərində yun parça ilə silib parıldatdıqları, cürbəcürə dizaynda düzdükləri meyvələr kimi özlərini yeni çıxmış kosmetik üsullarla gözlərə dürtən hala gətirir (yəni, xaricdə), hərə birini ovsunlayır və gözlərinin qurdlarını söndürəndən sonra hərə yenə başqa acgöz Don Juan axtarır.

Bizim həyat üçün bunlar qolverilməz və qəbul edilməz olub. Hardasa kimsə birdən elin adət-ənənəsini pozardısa, aqibəti məlumdur: günü ah-vayla keçər, ölənə kimi, Allah bilir, neçə dul kişiyə gedərdi. Çünki özləri kimi kişilər də belə qadınları uzubmüddət saxlamazdı.
Üzübəri gəldikcə, səlib yelləri əsməyə başladı. Həyatımıza dünya texnologiyaları ilə birikmiş mənəviyyatsızlığa hesablanmış uyuşdurucular(internet, serial, davranış tərzi, sərhədsiz sərbəstliklər) keçirə bildilər . Belə intim münasibətlər bizdə xaricdəki kimi mövcud ola bilməz axı. Ona görə də seriallardakı sərhədsiz sərbəstlik eyforiyasına əsir olmuş gənclər üçün son anda tələm-tələsik nikaha girmək yolu qalır. Bu yolla qurulmuş evliliklər necə davamlı ola bilər axı?
17 aprel 2023-cü ildə”Report”.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yaymışdı ki, “
Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb (Bax: https://report.az/hadise/bu-il-azerbaycanda-nikahlarin-sayi-azalib-bosananlar-ise-artib/). Baxın, bu, cəmi 2 ayın statistik göstəricisidir. 7 541 nikah və 3 014 boşanma halı.. Az qala evlənənlərlə boşananların sayı bərabərləşsin. Tifaqı dağılmış 3014 ailə nə yatmışdı ki, nə də yuxu görəydilər. Bunlar heç bir-birlərinə könül verməyiblər də. Sadəcə, evliliyin serial assosiasiyasından evliliyə cumublar. Bu yaxınlarda saytların birində tanınmış kulturoloq Aydın xanın fikirləri “Qadınlar boşanmağa meyllidir, azad sevgi istəyirlər…” başlığı ilə tirajladı : “… bu gün əksinə, biz qadınların ictimai inqilabını görürük. Qadınlar artıq azad sevgi istəyirlər, feminizmin ən pis cəhətlərini götürürlər, boşanmaya daha çox meyllidirlər… (Bax: https://pravda.az/news/109424).”

Sosial şəbəkələrdə qalmaqallı, çox vaxt da nə elmə, nə həyat dərsliyinə əsalanmayan mülahizələri ilə yazıları gedən psixoloq Gülnar Orucovanın “Həyat yoldaşımızla bunu edə bilməyəndə başlayırıq sevgili axtarmağa…” ( Bax:https://editor.az/heyat-yoldasimizla-bunu-ede-bilmeyende-baslayiriq-sevgili-axtarmaga)yazısıda bizim müşahidələrimizi təsdiqləyir. Psixoloq qeyd edir ki, əgər əvvəllər 3-5-10 il evli qalıb sonra boşanırdılarsa, indi 1 ay sonra da boşanma mümkündür.
Əlbəttə, belə boşanamlar kütləvi olmasa da, qarşısı alınmazsa, ailə institutunun məhv olma təhlükəsi gözlniləndir. Bu yönümdə aparılan maarifləndirilmə və təbliğat işləri zəifdir, sistemsizdir, koordinayasızdır. Bir sayt belə yazır, digəri başqa cürə. Bir auditoriya deyir ki, çox yaxın qohumla ailə qurmaq doğru deyil, nəinki bir qardaş vəfat etmiş digər qardaşın dul qalmış qadını və ya nişanlısı ilə ailə qurması utandırəcıdır, biabırçılıqdır, digər bir auditoriya isə deyir ki, burada nə var ki:hər kəs öz həyatını qurmalı, öz səadətini tapmalıdır. Guya belə nikahları qınayanlar bu xalqın, bu gənclərin düşmənləridir. Son onilliklərə qədər bu cür hadisələr, hərəkətlər, ağlasığmaz evliliklər olmazdı. Çünki dədə-baba nizamına,dədə-baba qaydalarına bir varıslik, bir cavabdehlik vardı. El qınağı vardı. Yaxş mənada “El-aləm bilsə” tabusu vardı. Hamı cəmiyyətin, böyüklərin qarşısında haqqını ödəməyə çalışırdı.İndi əksinə olub. Bu qorxu cəmiyyətin , ağsaqqalların, valideynlərin canına çöküb. İnternetdə intihar hadisələrinin dinamikliyi ciddi narahatçılıq yaradır. Hər intihar hadisəsinə psixi pozğunluq yarlığı qoyb,atırlar arxivə. Dəli niyə özünü hündürmərtəbəli binanın balkonundan atsın ki. Guya olmayan ağlına həyatına son verəcək belə qəti addım fikri necə gələ bilər. Dəli adam vurar, düşüb küçənin ortası ilə gedər, durub-durub gülər, ağlayar və sair…Həyatına son vermək addımı atmaq ən ciddi qərar qəbul etmək deməkdir. Problemin hansısa nöqtəsində belə şəxsə yol göstərmək olar, qərarından çəkindirmək olar. Amma bunu mümkün edən problemin hansı mahiyyətdə olmasıdır. Məsələn, Vladislav Titov adlı rus yazıçısı olub. 26 yaşında kömür mədənində baş vermiş qəzada hər iki qolunu itirir. Xəstəxanadan sonra Vladislav stres keçirir və “2 qolsuz adamın yaşaması nəyə lazımdır”,- deyərək intihar etmək istəyir. O, yaşadığı ərazidən keçən dəmir yolu relsinin üzərinə uzanır ki, üstündən qatar keçsin.Təsadüfən həmin yerdən keçən bir taksi sürücüsü onu öz evinə aparır, söhbət aparır, tez-tez görüşür və Vladislavı intihar fikrindən çəkindirə bilir. Vladislav böyük əziyyət vəiradə bahasına dişləri ilə yazmaq öyrənir və “Ölümün açığına” adlı avtobioqrafik bir əsər yazır. Çox keçmir ki, Vladislav tanımış romançı kimi böyük nüfuz qazanır. Təsəvvür edin ki, bu əsər dərc edildikdən sonra yazıçı 50 minə yaxın məktub alır. Əsərin insan psixikasına tarazlamaq sahəsindəki təsirini nəzərə alaraq 28 dilə tərcümə ediblər. Deməli, elə problemlər var ki, ona təmkinlə yanaşıb, səbirlə aradan qaldırmaq olar.
Amma bir qədər intenetin , xarici serialların təsiri, bir qədər sirayət etdirdiyi həyat tərzindəki sərhədiz sərbəstliklərdən çaşmış,ağlını itirmiş gənc oğlan və yaxud qızın belə serialların təsirinə düşüb yaşını qabaqlaması, etrdiklərinin mahiyyətini anlamadan macəra həyatı yaşaması, bunu yalnız iş-işdən keçəndən sonra anlaması onu doğru olmayan addımıar atmağa sövq edir. Küçələrə atılmış zavallı körpələr bəs nədir, bunları dimdiklərində aistlər gətirməyib?


Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.