Mövqe

Bir qızım var. Biri daha olacaqsa, onun da qız olmasını ürəkdən istərəm. Amma qız uşaqları fərqli olduğundan deyil, hər iki  uşaq  eyni cinsdən olsun deyə.  Mən heç vaxt  “bir qızım, bir oğlum olsun” deyən tərəfə olmadım. Həp ikisi üşün xəyal qurdum,  amma  həp ikisinin qız, ya da  hər ikisinin  oğlan olmasını dilədim.İki bacının və ya iki  qardaşın anlaşması və birlikdəliyi ruhuma çox xoş gəlir.

 Adamlar tanıyıram ki, sadəcə, övladı olsun, “Ana” çağrılsın deyə  gecə-gündüz Allaha dua edir, nəzir-niyaz paylayır.  Amma adamlar da var ki, dünyaya qız övladı gətirmiş qadınına  şərt qoyur ki,  bu dəfə də qız doğsan, körpəni də götürüb doğum evindən birbaşa atan evinə qayıdarsan və ya  doğulacaq körpənin qız olduğunu bilincə, günahsız tifili tələm-tələsik filan qədər də xərc çəkib, elə bətndəcə məhv etdirirlər. Olurmu belə?!

Təki,  Allah cəmi övlad arzumanında olanlara xeyirli  övlad qismət etsin.

“Mən oğlan istəyirəm”, “qızım olsun”  kimi düşüncələr  nə qədər yersiz görünür”.

 Bir il bundan öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mətbuata verdiyi bir açıqlamada 2006-2016-cı illərdə qızların sayının azaldığını təsdiqləmişdi.

Dövlət rəsmisinin  təqdim etdiyi statistik rəqəmlərə diqqət yetirək:

Baş məsləhətçisi açıqlamasında onu da qeyd etmişdir ki, bu tendensiyanın davam etməsi gələcəyə yönəlik demoqrafik problemlər yarada bilər.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov 2017-ci ildə “Trend” informasiya agentliyinə verdiyi açıqlamada  bildirib ki, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində həmişə qadınların nisbi üstünlüyü olub. Lakin son illər bu fərq getdikcə azalır, əhalinin cins tərkibi pozulur:

“Əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur. Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir.”

Məsələn, Çində qadın və kişi əhali arasında zaman-zaman yaranan fərq artıq öz fəsadlarını göstərməkdədir. Kişi sayının getdikcə artdığı bu ölkədə  milyonlarla kişi özünə  həyat yoldaşı axtarır.  Hətta bunun üçün onlar müxtəlif yollara əl atmaq məcburiyyətində qalırlar.

Çində son dövrlərə qədər  tətbiq olunan “tək uşaq” siyasəti üzündən  kişilərin sayı qadınların sayını  kəskin fəqrlə üstələmişdir. 2020-ci ildə  burada evlənmə yaşına gəlmiş kişi və qadınlar arasındakı fərqin 30 milyonu üstələyəcəyi güman edilir.  Hətta,  2030-cu ildə Çindəki kişilərin dörddə birinin 30 yaşlarında hələ də subay qalması ( Çində 30 yaşını keçmiş subay kişilərə “şengnan” deyilir) gözlənilir.

Belə vəziyyətdə  kişilər  özlərindən yaşca çox kiçik olan qızların qəlbini qazanmaq üçün bir çox vasitələrə əl atmalı olurlar.

 2015-ci ildə  40  yaşında bir  iş adamı  özünə uyğun bir qadın  tapmaq üçün tanışlıq firmasına bir milyon dollar ödəməsinə baxmayaraq, nəticə hasil olmamış,  buna görə  həmin iş adamı firmanı məhkəməyə vermişdir. 

Quançjou şəhərində  kompüter proqramçısı  olan  digər bir çinli  tanış olduğu qıza 99 iphone almasına baxmayaraq,  evlilik təklifi qız tərəfindən  rədd edilmiş və bu, sosial mediada lağ mövzusuna çevrilmişdir.

Yoldaş tapmaq şanslarını artırmaq üçün çinli qadın və kişilər müxtəlif tədbirlər keçirirlər. Çox qəribə görünsə də, onlara ailə qurmaq üçün həyat yoldaşı  qadın və ya kişi falçılar tərəfindən tapılır.

 Şanxayda  hətta,  evlənmək   niyyətlərinə xidmət edən bazarlar var.  Valideynlər öz subay uşaqlarının keyfiyyətləri,  təhsil və gəlir vəziyyəti  ilə bağlı məlumatları    bu bazarda elanlarla  reklam edirlər.

Valideynlər övladlarını evləndirmək üçün həmin elanlardan yararlanır. Amma bəzəiləri ürəyinə daha yapışanı tapmaq üçün uzun zaman belə elanların yenilərini gözləyirlər.

Çində hər il yanvarın sonundan başlayaraq  fevralın ortalarına qədər Yeni il bayramları  həm çinli kişilərə, həm də  qadınlara  ünsiyyət yarada bilmələri üçün ən münasib vaxt hesab edilir.

İnternet və Vatsap kimi mesajlaşma proqramları vasitəsilə tanışlıq getdikcə daha populyarlaşmaqda davam edir.

 Həmçinin bəzi subay kişilər qruplar halında əyləncə yerləri icarəyə götürüb  tanış olduqları qızları görüşə  dəvət  edirlər.

 Bu ölkədə kişilərin  ailə qurmaq üçün qız tapması bir qədər də çətindir. Çünki, ənənələrə əsasən, bunun üçün kişi qadın tərəfə müəyyən  maddi təminat da verməlidir.

 Kişi evlənmək istədikdə gələcək qayınanası qızı üçün əvvəlcədən  bir ev tələb edir.

 Çinin  bu vəziyyətə düşməsinə səbəb 2015-ci ilə  qədər tətbiq olunan “tək uşaq” siyasəti olmuşdur. Ona görə də oğlan uşağı seçim edilməsi səbəbindən  qız uşaqlarından imtina edilmiş,  doğulmuş qız uşaqları  yetimxanalara verilmiş, hətta öldürüldüyü haqqında   məlumatlar var.

 Bu və digər səbəblər  qadınların da  ər tapmasını çətinləşdirir. Çünki qarşısına belə çətinliklər çıxanda kişilər məcbur olub  evlənmək planlarını təxirə salır, başqa ölkələrə səpələnirlər. Nəticədə, qadınlar  özlərindən yaşca çox böyük olan kişilərlə  nikaha girməyə məcbur olurlar.

 Bu gün Çində  evlənənlər  arasında 10-20 yaş fərqliliyi  olduqca geniş yayılmışdır.

 Eyni problemləri Azərbaycan da yaşaya bilər, bunun müəyyən  təzahürləri artıq özünü göstərməkdədir.

 BMT-nin Əhali Fondunun hazırladığı Hesabata görə (Azərbaycanda doğulan uşaqların cinsnisbətinin pozulmasınazəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat – Bakı – 2014),  “Azərbaycan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə görə nisbətinin ən çox pozulmuş ölkələr sırasındadırlar (Mesle, Vallin və Badurashvili, 2005; Guilmoto, 2012). Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir (Cədvəl 8)”.

 Doğulan uşaqların cins nisbətindəki bu fərqlər ölkəmizdə qız övladına münasibətin  birmənalı olmamasından qaynaqlanır. Arzuedilən olmasa da, bu gün  cəmiyyətdə  qızların ailədə arzuolunmaz övlada çevrilməsi ilə bağlı narahatlıqlar var. BMT-nin adı şəkilən Hesabatında göstərildiyi kimi, “Azərbaycanda hamiləliklərin təxminən yarısı (52.7%) diri doğuşla tamamlansa da , qalan böyük əksəriyyəti isə süni abortla dayandırılır (hamiləliklərin 40.9%-i). Süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi süni abortla nəticələnir. Süni abort əmsalları aşağı olan ABŞ kimi ölkələrdə baş verən süni abortların əksəriyyəti subay qadınların ilk hamiləliyi ilə bağlıdlr (Westoff, 2005). Lakin Azərbaycanda süni abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4%-ə qalxır .”

 Sanki ailələrdə nəsilverməni məhdudlaşdırmaq arzusu artır.

  “Ötən 50 il ərzində Azərbaycanda nəsilvermə acınacaqlı şəkildə tənəzüllə uğramışdır. Ümumi nəsilvermə əmsalı (hər qadına düşən doğuşların orta hesabla sayı) 1961-ci ildə 5.60 olmuş və bu say azalaraq 2001-ci ildə indiyə qədər müşahidə edilmiş ən minimum səviyyəyə 1.8-ə enmişdir. 2010-cu ildə nəsilvermə əmsalı hər qadına 2.3 uşaq olmuşdur (Qrafik5).”

  Narahatçılıq yaradan məsələ isə doğum səviyyəsinin  getdikcə aşağı enməsi və həm də  doğumun daha çox oğlan uşaqları üzərində planlaşdırılmasıdır.

Dövlət tərəfindən doğumu stimullaşdırıcı tədbirlər  görülsə də  (uşaqlara doğularkən müavinətlər verilməsi, himayəsində bir neçə azyaşlı övladı olan ailələrə ünvanlı sosial yardım təyin edilməsi, məktəbəqədər tərbiyə şəbəkələrinin genişləndirilməsi və s.) problem var, onu arxa plana çəkmək deyil,  həlli istiqamətində  düşünülmüş addımlar atmaq lazımdır.

Bəs niyə ailələr çoxuşaqlı ailə olmaqdan qaçırlar? Axı 30-40 il bundan əvvəl Azərbaycan ailələrinin əksəriyyətində ən azından 4-5 uşaq olurdu. Belə ailələr həmin dövr üçün  azuşaqlı ailələr hesab olunurdu. Fəqət, indi iki və üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi tanınır.

Mən xatırlayıram ki, kənddə 10 və daha artıq övlad dünyaya gətirmiş analara “Qəhrəman ana” fəxri adı və Qızıl medalı verirdilər. Özü də  elə kənd yox idi ki, bir neçə qəhrəman anası olmasın. 80-ci illərdən başlayaraq ailələrin say tərkibi  azalmağa doğru meyilləndi. Bunun səbəblərini bir çox amillərlə  izah edirlər. Səbəblər arasında daha çox iqtisadi çətinlik önə çıxarılır.

  Mən öz subyektiv münasibətimi bildirmək istəyrəm.Təbii ki, insanın, insan nəslinin yaşaya bilməsi üçün  dolanışıq, qida etibarlılığı mütləqdir. İnsanların sağlamlığı da bu sırada vacib amillərdən biridir. Amma bu səbəblər  doğum hallarının enməsinə və yaxud oğlan uşağına üstünlük  verilməsinə  vadar edə bilməz. Azərbaycan ailələrinin çoxuşaqlı ailələr kimi tanındıiğı vaxtlarda insanlar arasında belə söhbətlər olurdu.

 Yaxşı xatırlayıram. Kənddə insanlar tütünçülüklə, heyvandarlıqla məşğul olurdular. Bağlarının meyvə-tərəvəzi də dolanışıqlarına dəstək olurdu. Kənddə kimin  uşağı doğulurdu hamı bilirdi. Gözaydınlığına getmək dəb idi. Tutaq ki, bir ailədə 6-7 uşaq var, yeni bir uşaq da doğulub.  Kimsə desə idi ki, filənkəsin  yeni uşaq nəyinə lazım idi, sonsuz deyildi ki, 6-7 uşağı var, kasıb adamdır,   necə saxlayacaq  bu qədər külfəti. Onda yaşlılar, həyat adamları deyirdilər ki, Allah  veribdir, ruzisini də özü yetirəcək. Yəni, ailənin iqtisadi  vəziyyəti  ailə  tərkibinin sayca azalmasına təsir  edə bilməzdi, səbəb ola bilməzdi.

  Ailə vardı ki, 3-4, bəzən də daha çox qızı olurdu. Belə ailələr sağıcılıqdan, tütünçülükdən yaxşı qazanc əldə edirdilər. Belə ailələrin həyət-bacası həmişə  gül kimi olurdu. Bu ailələrdə analar əllərini ağdan-qaraya vurmazdılar: hər işi qızları görərdi.  Ana da xanım-xatın kimi evdə oturardı. Kənddə, qonşu kəndlərdə belə ailələrin anaları haqqında  deyərdilər ki: “Filənkəsin  nə dərdi var, mənim kimi 4-5 oğlu yoxdu ki, hamısı dağıdan, bulaşdıran. Çöldə-bayırda ora-bura qaçıb üstünə cummurlar ki “yemək”.4-5 qızının hərəsi bir  işin qulpundan yapışır, anaları da xanım-xatın kimi gəzməklərdə. ”

Davamı var

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı