Mövqe

Neçə gündür ki, kütləvi informasiya vasitələrində    Şamaxıda keçirilən “Azərbaycan dili və ədəbiyyatı forumu”nda yaşanmış gərgin anlar barəsində  məlumatlar paylaşılır.  Həmin məlumatlara görə,  şair Qəşəm Nəcəfzadə  Elm və Təhsil naziri Emin Əmrullayevə dərsliklərimizlə  bağlı   ciddi iradlar  bildirib.  Forumda iştirak edən  Millət vəkili Nizami Cəfərov nazirin müdafiəsinə qalxıb. Əlbəttə, xoşagəlməz haldır. Amma iradlar haqlıdır.  Bu gün hər kəs  orta məktəblər üçün nəzərdə tutulan dərsliklərdə ciddi nöqsanlar mövcud olduğunu  bilir və bu barədə  mətbuatda hər zaman  mübahisələr gedir.   İndiki   qarşıdurma ilə bağlı da  mətbuatda yazılar getməkdədir. Sosial şəbəkələrin birində  dostlarımız iki  dərslik kitabı  haqqında fikir mübadiləsi aparırdılar . Hər iki test toplusunun üz qabığında  dərsliyin adı səhv yazılmışdır.  Son illərin  dərsliklərində, eləcə də dərs vəsaitlərində, sinifdənxaric oxu üçün nəzərdə tutulmuş  ədəbiyyat nümunələrində  belə səhvlər  çoxdur və bunlar ciddi şəkildə hesaba alınmalıdır.   

Biz  də sosial şəbəkələrdə, eləcə də öz saytımızda bu mövzuda hər zaman  münasibət bildirmişik. Onlardan  birini yenudən işləməklə suditoriyamıza təqdim edirik.

“Ana və Uşaq”

Bədii ədəbiyyatın tarixi bəşər tarixinin yaşı qədər qədimdir. İlk insana yaşamaq üçün başının üstündə səma, Günəş, ayağının altında torpaq, su lazım olduğu kimi, söz də lazım olmuşdur. Bəlkə də 4 həyati vacib ünsür sırasında 5-ci ünsürü də əlavə etmək lazım gələrdisə, bunun əlahəzrət Söz olacağı şəksizdir.

Dünyada insandan qiymətli, insanda isə sözdən qiymətli gövhər görməyən dühalarımız belə qənaətə həyati müşahidələrinə əsasən  gəlmişdilər.

Söz ilk insanlara həyatlarını daha keyfiyyətli qura bilmələri üçün, dərindən anlaşmaq, ünsiyyət qura bilmək üçün lazım idi. Sonralar bəşər sivilizasiyası irəli gəldikcə, söz, ədəbiyyat əsl sənət nümunəsi, tərbiyə məktəbi kimi insanın kamilləşməsinə xidmət etmişdir.

Ümumi ədəbiyyatımızın tərkib hissəsi, onun spesifik bir qolu olan uşaq ədəbiyyatı bu məktəbin ibtidai sinifləridir, təlim-tərbiyənin adidən aliyə davam edən sonrakı inkişafı üçün bir vəsilədir.

Çünki uşaqlar kiçik yaşlarında həyatı, insanları, təbiəti böyüklər qədər dərk edə, həssaslıq göstərə bilmirlər. Gördükləri, eşitdikləri heç nə onlarda assosiativlik yaratmır. Bu balaca varlıqlar ali münasibətlərə hələ irəlidə hazırlanacaqlar. Dünyanın, həyatın ruhuna yaşa dolduqca uyğunlaşdırılacaqlar və ya özləri uyğunlaşacaqlar. Bax, bütün bunların müvəffəqiyyətli və etibalı həllində ədəbiyyatın rolu və faydaları əvəzsizdir.

Bu gün ümumtəhsil məktəblərinin, tərbiyənin əsas məqsədi hərtərəfli inktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir. Təhsil Qanununun 4-cü maddəsində  bu məqsəd öz əksini  belə tapmışdır:

– Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək.

Doğrudur, uşaqlar məktəbdə ayrı-ayrı  elmlər  haqqında  ilk biliklər əldə edirlər. Amma yuxarıda qeyd etdiyimiz kimi, ahəngdar və həfrtərəfli inkişaf etmiş insan şəxsiyyətinin formalaşdırılması üçün təkcə bu biliklər yetərli deyil. Həm də bu cür biliklər humanitar biliklərlə, sosial duyğularla qaynayıb-qarışmayanda, birikməyəndə məqsədə çatmaq olmur, həm də nailiyyətlər etbarlı olmur.  Bunun açarı isə ədəbiyyatdadır, sözün qüdrətindədir.

Tərbiyə məsələləri ilə məşğul olan  pedaqoq və psixoloqlar, ədəbiyyat və sənət adamları haqlı olaraq  mənəvi dəyərlərin inkişafında və formalaşmasında ədəbiyyatın təsir gücünə hər zaman böyük önəm vermişlər. Ədəbiyyatıməzn müstəqil qolu kimi  formalaşmış  uşaq ədəbiyyatı da uşaq və yeniyetmələrin təlim-tərbiyəsində, eləcə də şəxsiyyət kimi yetişdirilməsində   bu  missiyanı daşımaqdadır.

Uşaq ədəbiyyatı uşaqları üçün yazılmış, onların mənəvi, psixoloji, sosial ehtiyaclarını, sevgi, arzu və istəklərini özündə ehtiva edən ictimai məzmunlu yazı növüdür, insanşünaslıq elmi, mərifət dənizidir. Bu dənizin dərinliklərində daha dürlü xəzinələr var, oraya isə ancaq mahir üzgüçülər baş vura biləcəklər. Yəni, mütailə mədəniyyəti yüksək olanlar bu xəzinənin hansı qatına ensələr, oradan yeni bir dürr çıxaracaq. Amerikalı jurnalist Kristofer Morli obrazlı şəkildə daha təsirli ifadə etmişdir:

“Bir adama bir kitab bağışladığın zaman, ona yalnız yarım kq kağız, mürəkkəb və yapışqan vermiş olmursan, ona tamamilə yeni bir həyat vermiş olarsan. Sevgi, dostluq, yumor və gecə dənizdə dolaşan gəmilər… Əgər o kitab həqiqətən mənim başa düşdüyüm mənada bir kitabsa, onun içində bütün göylər və yer var”.

Bu fikirlər bütün mütailə sevənlərə aiddir: böyüklərə böyük ampluasında, məktəbəqədər və məktəbyaşlı uşaqlara da öz amplualarında.

Mən məktəb yaşlarımda böyüklər qədər mütailə edirdim. Oxuduğum kitab yarıdan keçəndən sonra tez-tez alt cildi qaldırıb baxırdım ki, görək, qurtarmır ki. Sona yaxınlaşada həyacan keçirirdim, istəmirdim oxuduğum kitab sona çatsın, oradakı hadisələrdən ayrı düşüm.

Oxuduqlarım da bunlar idi: C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, T.Ş.Simurq, A.Şaiq, C.Cabbarlı, Q.İlkin, E.Ağayev, xarici ölkə ədəbiyyatından Hüqo, M.Tven, saysız-hesabsız nağıl, tapmaca, yanıltmac, əfsanə və s.

Xeyli müddət ədəbiyyat fənnini tədris etdiyimdən ədəbiyyatın uşaqların dünyasında yaratdığı təbəddülatı canlı olaraq da müşahidə etmişəm.

Ədəbiyyat uşaqların nitq mədəniyyətini inkişaf etdirir, söz ehtiyatlarını, düşüncə tərzini zənginləşdirir.

Oxuduqları əsərlərdə qarşılaşdıqları səhnələr, maraqlı situasiyalar, təzadlı səhnələr gələcəyin indiki şəxsiyyətlərində dostluq, humanizm, səmimiyyət, əmək adamlarına rəğbət; düzlüyü, doğruluğu, sadəlik və təvazökarlığı, mənəvi saflığı təqdir və təbliğ etmək; ana dilimizi, ədəbiyyatımızı, incəsənətimizi, musiqimizi sevdirmək kimi yüksək nəcib keyfiyyətlərin təməlini qoyur; dözümlülük, ən ağır dəqiqələrdə özünü itirməmək, mübarizlik, eyni zamanlarda mənfiliklərə qarşı barışmazlıq ruhunu təbliğ edir; pisi, yaxşını bir-birindən fərqləndirmək, hadisələr arasında səbəb-nəticə əlaqələrini təyin edə bilmək və s. bu kimi çox zəruri bacarıqları formalaşdırır. Məhz bu keyfiyyətlərinə görə, uşağın gələcək hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyət/vətəndaş kimi böyüməsində uşaq ədəbiyyatını əvəz edə biləcək ikinci bir vasitə yoxdur.

Biz sovet dövründə də Azərbaycan vətəndaşı idik, indiki müstəqillik dövründə də. O dövrdəki Azərbaycan hamımızın idi, indiki də hamımızındır. O Azərbaycan da bizə əziz idi, indiki müstəqil Azərbaycan da. Amma ümumilikdə götürsək, sovet dövrünün ideologiyası və bu ideologiyaya uyğun ədəbiyyatı, sənəti və sənətkarı da güclü idi.

Adicə bir nümunə deyim. 4-cü sinifdə Ana dili kitabımızda bir hekayə vardı: yaşlı bir kənd sakini(deyəsən, kolxoz sədri imiş) atla çaparaq gəlir və qəflətən atı saxlayıb yerə enir. Hamı fikirləşir ki, nə oldu ki, atı belə birdən saxladı.Sən demə, bir az öncə taxıl biçilmiş zəmidən maşınla dərz aparıblar və bu dərzdən bir buğda sünbülü yerə düşübmüş. Adamlarının diqqətini görən bu müdrik qoca deyir ki, siz müharibə illərini, aclıq illərini görməmisiniz. Bu sünbülün hər buğdasını göz bəbəyimiz kimi qədrini bilməliyik. Həyatda da nümunə,örnək vardı, ədəbiyyatda da. Amma indi bəzi “mamulya”lar evin çörək təminatını nizamlaya bilmədiyindən hər gün süfrədə çörək israfına yol verilir, belə “mamulya”lar da ya özü işə gedəndə selofan paketdə gətirib məişət tullantıları meydançasına atıb gedir, ya da elə balkondan ağacların dibinə atır. Ərazidəki məktəblərə və bağçaya gedən uşaqlar da hər gün qədirsiz olmuş bu çörək parçalarının, bəzən də lap bütöv çörəklərin yanından keçib gedir. Onda mənə bu günün ədəbiyyatından, onun ideya-bədii xüsusiyyətlərindən söz açmayın.

Sön dövrlərin acı panoramasında yer alan intiharlar, azyaşlılar arasında intim təfərrüatlara meyillik, nikahdankənar doğulan uşaqlar, küçələrə atılan yenidoğulmuşlar, dünyaya göz açan uşaqlar arasında qız uşaqlarının çəkisinin azalması, evli qadınların uşaqlarını evdə qoyub başqasına qoşulub qaçması, ərli qadınların ərinə, kişilərin qadınlarına xəyanəti və sair, və ilaxır mənəvi aşınmalardır. Bunların 5-ni, 10-nu yanlış addımından çəkindirən sağlam ədəbiyyatımız, kütləvi informasiya vasitəmiz yoxdur. Hansı kütləvi informasiya vasitəsinə baş vurursan, ailəsində uğurlu olmayan kişilər, qadınlar yuxarı başdadır. Biz hədəfimizi müəyyən etməliyik. Bu hədəfi ədəbiyyat, sənət formalaşdırmalıdır. Amma belə yox.  Sanki bu gün  əksər kütləvi informasiyalar, bəzi telekanallar saat əqrəbinin əksi istiqamətində işləyir.

 Şəxsən mənə görə,   XX əsrin 70-80-ci illərinə qədər çap  olunmuş  ədəbiyyat  və dərsliklər  bu gün  çap olunan dərslik   və ədəbiyyatdan həm  məzmun və ideya baxımından,  həm də  tərtibat və poliqrafiya keyfiyyəti baxımından  daha keyfiyyətli idi.

O dövrdə kitab çapı ilə bağlı hər mərhələyə çox məsuliyyətlə yanaşırdılar: hər bir əsər cikinə-bikinə qədər incələnirdi. Dərsliklərə ancaq kifayət qədər tanınılıb-sevilən ədəbi simaların əsərlərindən nümunələr yer alırdı. İndi isə  dərsliklərdə nə qədər desəniz  zəif,   bir alacəhrənin tükünü tərpədə bilməyən  nümunələr var.   Bu gün çap olunmaq problemi yoxdur. Pulu-parası olan, yaxud da dərslik müəllifləri cərgəsinə düşmək üçün  icazə verən  qurumlara  az-çox təsir imkanı olan   hər kəs  dərslik müəllifi ola bilir.

 Nəticədə, keyfiyyətsiz dərsliklər, məzmunu zəif, bəzən də zərərli ədəbi əsərlər məktəblərə, kitab mağazalarına yol tapır. Halbuki,  ədəbi əsərlər də, dərsliklər də  ciddi müzakirələrdə saf-çürük edildikdən sonra nəşriyyatlara təqdim edilməlidir.  46 il bundan əvvəl Yazıçılar Birliyinin Natəvan klubunda İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanının ilkin mzakirəsini xatırlayıram. Belə müzakirələrə bizim fakültəni də dəvət edirdilər.

Biz o müzakirələrdə çox böyük yazıçıların maraqlı çıxışlarını, çox ciddi diskussiyalar görərdik: “Sarıköynəklə Valehin nağılı” romanının məruzəçisi professor Bəkir Nəbiyev idi.

Müzakirə o qədər qızğın və maraqlı keçmişdi ki, iştirakçılar 3-4 saat stul arxasında əyləşdiklərinin fərqində deyildilər. Məncə, bu cür müzakirələr senzura deyildi: ədəbiyyat cəmiyyətin hədəflərinə nizamlayan etalon idi. Ədəbi nümunələr həyata vəsiqəni belə qazanırdı. Başqa sözlə, dərslik də, bədii əsər də çox böyük zəhmətlə hazırlandığı kimi, ciddi də sınaqlardan keçib hasil olunurdu.

 Şəhərimizdəki  kitabxanaların birindən  ibtidai  sinifdə oxuyan nəvəm üçün iki kitab aldım. Biri kiçik həcmli nağıllar idi, biri də haqqında danışacağım Sevinc Nuruqızının  “Qəribə kəndin nağılı” hekayəsi (Bakı,Təhsil.2009). Nəvəm birinci kitabı oxuduğu müddətdə mən də “Qəribə kəndin nağılı”nı oxudum ki,  nəvəmdən oxuduqlarını və oxuduqlarından  nə əxz etdiyini soruşa bilim. Oxudum, amma “Qəribə kəndin nağılı” hekayəsini nəvəm də oxusun deyə,  ona vermədim.

 Bir az öncə yazdığım qədər də olmasa, çox təəssüf etdim. Təəssüf etdim ki, maraqlı süjet və kompozisiya üzərində qurulmuş bu hekayə üzərində müəllif  dəmirçilik, əkinçilik etməyib.

Əvvələn, hekayənin  həcmi böyük və  dili bir qədər  ağır idi. Həm də məzmununda ciddi nöqsan kimi qəbul etdiyim digər bir neçə  basqa xətalar da yer almışdı.

Əvvəlcə, hekayəni tam olaraq diqqətinizə çatdırıram, siz də tanış olun, sonra davam edək:

Günlərin bir günü ev heyvanları yığışıb başladılar sagiblərindən giley etməyə. Get-gedə elə qızışdılar ki,  eşidən deyərdi,  insanlar bu yazıqlara görən niyə  belə zülm  eləyir. Öküz deyirdi:

-Sahibimiz bizi çox işlədir. Belə olmaz axı. Bütün günü yük daşı, arabaya qoşul… Ev yox, eşik yox. Bir pəyədə onbeş-iyirmi kişinin  içində yaşamaqdan bezmişəm. İstəyirəm öz evim olsun. Gözəl xanımımın südünün qaymağı da özümün olsun, qatığının ayranı da… İnək də öküzün sözünə qüvvət verdi:

-Düz deyirsən, əzizim. İnsanlar mənim də xətrimə dəyirlər. Gündə iki dəfə südümü sağırlar. Nazlı-duzlu buzovuma yığdığım südü aparıb içirlər.

Ayğır at istəyirlər. Amma ayğıra şərait yaratmırlar ki,  madyanın yanında başıaşağı olmasın.

 Nələr baş verdiyini anlamayan qoyun uzun kirpikli qara gözlərini döyə-döyə söruşdu:

Nə olub ey?

Qoç buynuzlarını silkələdi:

– Necə yəni, nə olub? Südümüzü sağırlar, yunumuzu qırxırlar, hələ bu bəs deyilmiş kimi, ətimizi də yeyirlər. Sən də soruşursan ki, nə olub, qoyunsan ki, qoyun! Görmürsən ki, bizi qoyun yerinə qoyurlar?!

Eşşəyin dərdi açıldı:

–  Eşşək kimi işləyirəm. Bir dəfə “sağ ol” deyən yoxdur.

 Qatır gah atası eşşəyə, gah da anası ata baxıb şikayətləndi:

Mənim qaldırdığım yükü nə heç bir eşşək, nə də at qaldıra bilməz. Atamdan, anamdan mən çox çalışıram.

Səhəri gün axşamçağı qoyun-quzu örüşdən dönəndə narazılar elə kəndin kənarındanca dönüb  üzüaşağı getdilər.  Qabaqda gedən buynuzlu təkə uzun saqqalını tərpədə-tərpədə:

Gəlin bu tərəfə. İllərlə insanlarla yaşayıb hər şeyi görüb-götürmüşük. Bağ salmağı bilirik,  ev tikməyi də çoxdan öyrənmişik..Allaha şükür, özümüzün yunumuz südümüz, pendirimiz. Yamyaşıl çöllərin otu, səmanın günəşi, çayların şərbət kimi suyu…İnsanlarınbizə ehtiyacı var.Bizim onlara yox…

 Dağın dalında yamyaşıl bir tala vardı. Heyvanlar elə bu talada  qeyri-adi, tərsi-düzü , girişi-şıxışı bilinməyən bir kənd saldılar. Kənardan baxan bir ağıllı olsaydı, evlərin bünövrəsiz tikildiyini, qapı –pəncərənin  əyri  , eyvanın tərs qoyulduğunu o saat görərdi. Amma heyvanlar buna əhəmiyyət vermirdilər. Kəndin ilk evi  kəl ilə camış cütlüyünün, son evi isə öküzlə inəyin oldu. Arada digər evlər, poçt, uşaq bağçası, məktəb və  mağazalar yerləşdi.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı