Baş redaktordan

Kütləvi informasiya  vasitələri xəbər verir ki, ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi əraziyə gedən polis əməkdaşları –  1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olublar.

 Bu məlumatda  o da deyilir ki, Füzuli rayonu ərazisində DİN-in yük avtomobilinin aşması nəticəsində üç polis əməkdaşı hadisə yerində həyatını itirib, 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hüquq-mühafizə orqanları baş vermiş hadisəni terror aktı kimi qiymətləndirib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən odlu silah əldə etmə, saxlama, daşıma) və digər maddələri ilə cinayət işi başlanıb.

Bu hadisələr xalqımız üçün  böyük itki olsa da , Azərbaycan  polisinin şəırəfli tarixinə qızıl hərflərlə həkk  olunmuş daha bir səhifədir.

 Yarandığı gündən ölkədə daxili sabitliyi təmin etmək, milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, cinayətkarlıqla mübarizə aparmaq, ərazi bütövlüyümüzin və suverenliyimizin qorunmasında iştiraketmək kimi    məsul vəzifələri  yerinə yetirmişdir. Polis  Bütün gün ərzində bu taleyüklü vəzifələri həyata   keçirir.

Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın mütəşəkkil  ordusu olmadığından  ön cəbhədə yüzlərlə  polis  silaha sarılmışdır.  Azadlıəq uğrunda gedən mübarizəmizdə  çoxlu sayda  polis şəhid oldu.  Ümumiyyətlə,  Qarabağ müharibəsi başlayanda  Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir. Polis  bu sədaqət nümunələrini    döyüş səngərlərində olduğu kimi, həm də daxildə  pozucu qüvvələrlə mübarizədə  göstərmişdir.

Ulu öndər Heydər Əliyev polis haqqında hər zaman  dəyərli fikirlər söyləmişdir:

Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram.  Göründüyü kimi, Azərbaycan Polisi dövlətimuzin ən sədaqətli keşikçisidir və öz üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlməkdədir.

Erməni  təcavüzkarlarının  terroruna   hədəf  olmuş  7  polis nəfərimiz  qəlblərdə əbədi  yaşayacaqdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı