Test 6 (10) : Hansı sözdə 5 hərf var?

Əgər tapşıırqlar vəsaitdə test tapşırıqları kimi təqdim olunubsa, deməli, çoxcavablı olan tapşırıqlardır, yəni, şagird tapşırığı oxuyur və bir neçə cavabdan(açardan) doğru olanı seçir. Doğru cavab (açar) isə verilmiş cavablar içərisində ən düzgün cavab olmalıdır.

Mübahisə doğuran distraktorlardan (cavab variantları) istifadə olunmamalıdır.

Yazının əvvəlində bir məsələni də diqqətə çatdırım ki, test praktikasında istifadə olunan şəkil, qrafik və sxemlər sualdan əvvəl verilməlidir.

Şəkildən görünür ki, çalışmanın doğru cavabı A bəndidir (balıq) . Amma B bəndindəki şəklə şagird çəmən və ya otluq deyəcəksə, bu da yanlış cavab deyil. Çünki çoxlu otların bitdiyi yer “otluq” və “çəmən” adlanır. Çəməndə, otluqda bir ot bitmir ki, çoxlu otlar bitir. Elə isə otlar bitdiyi yerə “otluq”, “çəmən” cavabını seçəcək şagirdlərin olması gözləniləndir və onların cavabı doğru cavabdır. Ona görə də ziddiyyət yaradan distraktordan qaçmaq, onu ziddiyyət yaratmayacaq daha ayrı bir sözlə əvəz etmək daha uyğun olardı.

Test 14 (4): Hansı sıradakılar həm söz, həm də heca kimi oxunur?

A.rə,la, ra; B.at, ət, əl; C. tə, la, ta

Məntiqlə götürsək, yalnız B bəndində hər 3 söz çalışmanın tələbini ödəyir. Digər bəndlərdə 1 ədəd də olsa, söz yoxdur.

Test metodikasında tapşırıqda düzgün cavaba işarə edən heç nə olmamalıdır. Başqa sözlə, şərtin və düzgün cavablar arasındakı oxşarlıq düzgün cavaba işarə ola bilər, düzgün cavaba istiqamətləndirə bilər. Digər variantlarda müstəqil söz olmadığından asanlıqla B bəndini seçmək olar. Digər bəndlərə də 1, 2 söz səpələmək olardı.

Test 16(10) : Anarla Əli analarına ətir alırlar – cümləsində ən çox hecalı söz neçə hecadan

ibarətdir?

“Çoxhecalı” sözü bitişik yazılmalıdır. Söz ayrı yazıldığından məzmunu bir qədər ağırlaşdırır.

Cümləni “Anarla Əli analarına ətir alırlar – cümləsində ən çoxhecalı söz neçə hecadan ibarətdir?” kimi qeyd etmək daha uyğun idi.

Test 29(4): Hansı sözdə son samiti dəyişdikdə yeni söz yaranmır?

A. Şar; B. şən; C. aşıq

Yuxarı sinif şagirdi bu çalışmaya çətin cavab tapa bilər və ya xeyli fikirləşməli olar. Hələ hərfləri yeni öyrət, etibarlı lüğət fondu formalaşmayan şagird 1-ci sinifdə B bəndindəki sözün son samitini dəyişdikdə yeni söz yaranmayacağını qəbul edir, amma yuxarı siniflərdə deyir ki, “şən” sözünün sonundakı samitin yerinə “b”, “r” samitləri artırmaqla “şəb”, “şər” kimi yeni sözlər yaranır.

Deməli, çalışmanın iki doğru cavabı var.

Test 36(6): Səslərin sayı hərflərin sayından çox olan söz hansıdır?

B. dahi; B. balıq; C. zəif

Həfləri, oxumağı və yazmağı yenicə öyrənmiş şagird bu hadisəni necə dərk edə bilər?

Test 39 (3): Pinti pişiyin burnuna palçıq yapışıb –cümləsində neçə p hərfi vardır?

A.2; B.3; C.4

Pişiyin burnuna palçıq yapışıb…???

Başqa nümunə seçmək olmazdımı? Heç böyüklər pişiyi pinti kimi qəbul etmir, elə isə uşaqlara pişiyi zorla pinti kimi təqdim etmək nə üçün? Heç olmasa, “tənbəl”, “yatağan” deyilsəydi, pişiyin xarakterinə uyğun gələrdi.

Böyüklər heç vaxt burnuna palçıq yapışan heyvanla rastlaşmayıblar. Palçıq heyvanın ayağına yapışa bilər.

Test 41(2): Hansı sözlər mütləq böyük hərflə yazılmalıdır?

A. mələk, günəş, ilkin

B. ağdam, ağdərə, füzuli

C. mərhəmət, etibar, səma

Bu sual da 1-ci sinif şagirdinin şüurlu olaraq dərk edə biləcəyi informasiya deyil. Şagird doğru cavabı tapmaq üçün “B” bəndini seçəcəksə, niyəsini soruşsaq, cavabı bu olacaq ki, bu sözlər xüsusi isimlərdir. Bəs “A” və “C” bəndlərindəki digər sözlər də insan adı, planet adı, jurnal və ya qəzet adı bildirirsə, onda mütləq böyük yazılmalııdr. Onda 1-ci sinif şagirdi ümumilik, xüsusilik anlayışlarını fərqləndirə biləcəklərmi? Ola da bilər ki, şagird özü də soruşsun ki, “Ağdam, Ağdərə, Füzuli” mütləq böyük yazılmalıdırsa , bəs niyə çalışmada balaca yazılıb?

Göründüyü kimi, çalışmanın şərti doğru tərtib edilməyib və hələ əlifbanı öyrənən şagird üçün bir doğru cavab üçün iki cəhəti aydın etməsi lazım gəlir: 1) Bütün xüsusi isimlər böyük hərflə yazılır; 2) Bir çox ümumi isimlər də xüsusikik məzminu ifadə edəndə böyük yazılır.

Çalışma bu şəkildə 1 sinif şagirdi üçün daha asan olardı: “Aşağıdakı sözlərdən hansılar doğru yazılmayıb?”

A. kitab, qələm, dəftər

B. ağdam, ağdərə, füzuli

C. oğlan, qız, nənə

Digər bir çalışmada isə ümumi isimləri bu qaydada önərləmək tələb olunardı.

Test 42(3): Hansı söz əşyanın adını bildirir?

A- yelpik ; B- göy; C – yatdı

Çalışmanın iki doğru cavabı vardır:

“B” bəndi də doğru cavab ola bilər. “Göy” omonimlik təşkil edərək:

– yerdən yuxarıda mavi qübbə kimi görünən səma;

– rəng ;

– simic, xəsis mənasında insanın xarakterini bildirir.

Test 46 (1): Vətənin azadlığı uğrunda xalqmız həmişə mübarizə aparıb cümləsində neçə söz var?

A.7; V.8;C.9

Bu çalışmanın heç bir düşündürmək, axtarıcılığa cəlb etmək mahiyyəti yoxdur.

Test 46 (9): Saitlərə aid olan fikir hansıdır?

A. tələffüz ediləndə uzanır

B. tələffüz ediləndə uzanmır

C. 23 sait var.

Bu çalışma da birinci sinif şagirdinin dərk edə biləcəyi informasiya deyil. Doğru cavab olaraq “A” bəndi nəzərdə tutulub.

Saitlərin təsnifində “uzun saitlər” kimi qruplaşdırılan bölgü yoxdur. Yalnız bir çox sözlərdə bəzi saitlər uzun tələffüz olunur. Həmin saitlər əksər sözlərdə həm də qısa tələffüz olunsun. “I” və “ü” saitləri isə tə’kidlə sadalanan sözlərdə və sual cümlələrində bir qədər uzun tələffüz olunur. Məsələn: sarı:, O bir şey yazı:r?, ölçü:, Sənin gözün görü:r? və s.

Bu informasiyanı isə ali məktəbə hazırlaşan şagird izah edə bilər, birinci sinif şagirdi yox.

Dərslik, dərs vəsaitləri və test topluları haqqında bir neçə söz

Test 47(1): Tarixin yaddaşına Xocalı faciəsi yazıldı – cümləsində neçə söz var?

A.5; B.4; C.6

Test 46 (1)dəki kimi burada da, sadəcə, sözləri sayıb cavab vermək lazım gəlir.

Test 52(5): Biri vardı, biri yox idi – cümləsi nə ilə başlayır?

A.nağıl; B. mətn; C.dialoq

Çalışmanın şərti doğru qurulmayıb.

Aşağıdakılardan hansı və yaxud nə “biri vardı, biri yox idi” cümləsi ilə başlayır kimi daha doğru olardı.

Əgər şərtdəki “nə” sualının yerinə “nağıl” sözünü qoysaq, cavab belə alınacaq: “Biri vardı, biri yox idi – cümləsi nağıl ilə başlayır?” Birinci sinif şagirdi hələ cümlədə sözlərin sıralanma qanunauyğunluqlarını bilmir. O, hələ bu suala “nağıl “Biri vardı, biri yox idi – cümləsi nə ilə başlayır?” kimi cavab verə bilməz”

Aşağıdakılardan hansı və yaxud nə “biri vardı, biri yox idi” cümləsi ilə başlayır kimi daha doğru olardı. Çünki cavab variantları test çalışmalarının əsas hissəsi ilə qrammatik olaraq uzlaşmalıdır.

Bu cümlə elmi ədəbiyyatda “pişrov” və ya “nağılbaşı” adlanır. Müəyyən məqsədlər nağıl söyləyən tərəfindən nağılın əvvəlinə artırılır. Nağıl özü də mətndir. Məsələn, ən qısa nağıllardan tutmuş ən böyük nağıllar mətndən ibarətdir. Odur ki, “B” bəndi distrktor (səhv cavab variantı) olaraq doğru seçilməyib. Cavab variantları arasında dəqiq fərqlərin olmasına, xüsusilə diqqət yetirmək lazımdır.

Test 53(6): Arı sözünün əvvəlinə müxtəlif samitlər qoşub sözlər düzəldin.

Azrbaycan dilinin xüsusi bir bölməsi də söz yaradıçılığdır. Söz yaradıcılığı leksik və qammatik üsullar əsaslanır, bunun ayrı yolu yoxdur. Məsələn, çalışmanın şərtinə uyğun olaraq “arı” sözünə “d”, “b”, “s” və s artırmaqla yeni söz yaradılmadı ki. “Darı”, “barı”, “sarı” sözləri belə yaradılmayıb ki. Bir qədər diqqətli şagird yuxarı siniflərdə, məsələn, “darı” sözünü tərkibinə görə təhlil edəndə “d+arı” kimi ifadə etsə, necə olacaq?

Hesab edirik ki, belə tapşırıqlardn ancaq yuxarı siniflrdə müəyyən ədəbi-bədii tədbirlərdə əyləncəli tapşırıq kimi istifadə etmək olar.

Test 54 (6): Xan evində toydur – cümləsini hecaya ayırıb yazın.

6-7 yaşlı uşaq nə bilir “xan” kimdir? Digər tərəfdən, xan evində onsuz da hər zaman toydur. Məşhur xalq deyiminin bir tərəfidirsə, bu fikir “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur” şəklindədir. Belədə fikir daha məntiqidir.

Ümumiyyətlə, nümunə uşaqların yaş səviyyəsinə də uyğun deyil. Vətənə, torpağa, qəhrəmanlarımıza aid cümlələrə daha çox yer vermək lazımdır.

Test 57(1): Hansına aiddir?

– Salam, Rauf.

– Salam.

– Necəsən?

– Yaxşıyam

A. mətn; B.şeir; C. dialoq

1-ci sinif şagirdi mətn, şeir, diloq haqqında heç bir məlumata sahib deyillər. Elə isə mətnlə dialoqu necə ayırd edə bilərlər?

Test 63(4): Tapmacanın nəyi olur?

A. açması; B. sualı; C. cavabı

Test tapşırıqlarının sualı fənnin standart tələblərinə cavab verməli, müəyyən bir bitkin fikri ifadə etməlidir. Göründüyü kimi, çalışmanın sualı doğru tərtib edilməyib. Digər tərəfdən, distraktorların hər üçü doğru cavab ola bilər.

Məsələn, belə tapmaca deyək:

O nədir ki, özü burda, saqqalı orda.

(Buxan və tüstü)

Tapmacanın sualı da var, cavabı da.

Bir başqa uyğunsuzluq da udur ki, “A” və “C” distraktorları eyni anlayışı bildirirlər : .

Test 65(7): Hecalar necə olur?

A. böyük və kiçik

B. açıq və qapalı

C. uzun və qısa

Test çalışması düzgün tərtib olunmayıb: qüsurludur. Sual, sanki, şagirdin biliyini deyil, hansısa əşyanı tanıyıb-tanımamadığını aşkar etmək üçün verilib. I sinif şagirdi üçün bu ciddilikdə dil faktını bilməsi, əlbəttə, çətindir.

Hərflər böyük və kiçik olur: heca da belə bölgü yoxdur axı və yaxud uzun və qısa hecalar əruz vəzninə xas xüsusiyyətdir: qısa hecalara saiti uzanmayan açıq hecalar, uzun hecalara isə qapalı hecalar və saiti uzanan açıq hecalar aiddir.

Birinci sinif şagirdinin biliyini belə ciddi mövzulara yox, onun dərk edə biləcəyi, cavab verə biləcəyi mövzulara çəkmək lazımdır. Şagirdin öyrənmədiyi, dərslikdə olmayan mövzulardan test çalışmalarında istifadə etmək nə dərəcədə doğrudur?

Test 67(7): Hansı sırada sual cümləsi yazılıb?

A. Bu sənin kitabındır

B. Qalib idmançılara eşq olsun

C. Baba hasarın dibindəki daşları təmizlədi.

Doğru cavab elə formalaşdırılmalıdır ki, açar kimi verilmiş cavabların içərisində ən düzgün cavabdır. Hər “A” və “C”distraktorlarının hər ikisi sual cümləsi ola bilər. 1-ci sinf şagirdi hələ sual cümlələrinin sual əvəzlikləri və ya sual intonasiyası ilə əmələ gəldiyini bilmirlər axı.

Daha münasib distraktor seçmək olardı.

C distraktori doğru tərtib edilməyib. Mənası doğru anlaşılmır. Məsələnin sual çümləsi ilə aidəyyəti olmsa da, şagirdin düzgün cümlə qura bilmək, eləcə də fikrini düzgün ifadə etmək bacarıqları hər zaman diqqətdə olmalıdır.

Cümlədən belə aydın olur ki, hasarın dibində bir neçə böyük daş var və baba bu daşların özünü təmizləyib. Amma cümlə “Baba hasarın ətrafını daşlardan təmizlədi”kimi olsa idi, fikir daha doğru ifadə edilmiş olacaqdı.

Test 68(7): Cümlənin boş yerində hansı söz olmalıdır?

Satıcı tərəzi ilə —— kütləsini çəkirdi.

A. kreslonun; B. dəftərin; C.yeşiyin

Bu tapşırığın distraktorları da uyğun deyil. Yəni, həm “B”, həm də “C” distraktorları doğru cavab ola bilər. Adətən, yeçiyin tara kimi çəkisini ölçmək ölçmək lazım gələ bilər amma kreslo tərəzinin gözünə yerləşdirilə bilnməsə də , dəftər yerləşdiriə bilnər. Distraktorlar elə seçilməlidir ki, onlarda ancaq biri doğru cavab ola bilər.

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı