Dilimiz varlığımızdır

Bu ifadəni təşkil edən sözlərin hər ikisi öz sinonimləri ilə əvəz edilə bilər.
Klassik ədəbiyyatda bu ifadə Ərəbistandakı Kəbənin obrazlı adı kimi işlənir. Çünki müəlmanların əqidəsincə Məkkə şəhəri və bu şəhərdəki Kəbə guya yer kürəsinin tam ortasında yerləşirmiş. İslam dini əfsanələrinə görə, Adəm cənnətdən qovulandan sonra allah onun üçün yaqutdan bir ev yaratmışdı. “Beytül məmur” adlanan bu evi Allah cahanın ortasına qoymuşdu ki, bu indiki Kəbənin yeri imiş.

Qədim insanlar insan göbəyini bədənin ortası hesab edirdilər. Əfsanəyə görə Zevs (və ya Yupiter) “dünyanın göbəyini” müəyyən etmək məqsədilə yerin hər iki başından eyni sürətlə uçan iki qartal buraxmışdı. Qartallar qədim yunan şəhəri Delfa üzərində görüşmüşdülər. Ona görə də bu şəhər “dünyanın ortası”
hesab edilmiş və Zevsin əmrilə buraya Omfal qoyulmuşdu (“Om fal” yunan dilində müqəddəs daş və ya meteorit deməkdir). Bu daşın hər iki yanına qızıl qartal fiqurları həkk edilmişdi.
Qədim yəhudilərin təsəvvürüncə dünyanın mərkəzində Fələstin, onun mərkəzində Yerusəlim, onun mərkəzində məbəd, onun da mərkəzində mehrab yerləşir ki, dünyanın göbəyi bu imiş. XII əsrdə Paris yaxınlığındakı San-Deni abbatlığında dünya xəritəsi hazırlanmışdı. Bu xəritədə yer kürə şəklində əks etdi
rilmiş, kürənin tam ortasında Yerusəlim şəhərinin adı yazılmışdı.
“Avesta”da Hind, Dəclə, Yaksarta çayları dünyanın hüdudları kimi təqdim edilir. Tədqiqatçıların fikrincə, bu çaylar dünyanın hüdudlarıdırsa, onda dünyanın mərkəzi Mərv olmalıdır ki, bu da intiqam allahı Mitranın ibadətgaıdır.
Beləliklə, hər xalq və din dünyanın göbəyi haqqında bir birindən fərqlənən fikir yürütmüş olur. Hətta C.Məmmədquluza də də belə yazırdı:”…Mərhum molla Pirqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün göbəyidir, yəni mərkəzidir”.
Bu əfsanələrə xalqın münasibəti Molla Nəsrəddinin bir lətifəsində belə bidirilir:” Bir gün molladan soruşurlar ki, dünyanın ortası haradır? Molla təpiyini yerə vurub deyir: – Bura! Soruşduqda ki, nədən bilirsən? – cavab verir: – İnanmırsan, ölç,
bax”.
Qabilin “Nəsimi” poemasında deyilir:
İmadəddin Zəhra ilə dayanıb tən
Dünyanın tən ortasında elə bil.

“Nərd və astrologiya” məqaləsində V.Sultanzadə göstərir ki, yeddi rəqəmi orta əsrin yeddi səyyarəsinə işarədir. Məlum olduğu kimi, belə bölmə orta əsrdə geniş yayılmış geosentrik nəzəriyyəsi ilə bağlıdır, yəni yer kainatın mərkəzi hesab olunur.
Zeynal Məmmədovun “Füzuli eşqi” adlı məqaləsində deyilir:”Bağdad şəhəri, habelə bütövlükdə İraq qədim və Orta əsrmədəniyyətinin inkişafında böyük rol oynamışdır. Hələ X – XI əsrlərdə iqtisadi, siyasi və mədəni roluna görə Bağdad şəhəri “kainatın mərkəzi” adını daşımışdır”.
Görünür, burada “kainatın mərkəzi” yerinə “dünyanın mərkəzi” işlədilməli idi. O dövrlərdə” kainatın mərkəzi” məhz Yer hesab olunurdu.
Musa Adilov – Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.