Tarixdə bu gün

İlin 207-ci (uzun illərdə 208-ci) günü
İlin sonuna 158 gün qalır.
Mühüm hadisələr:

110
1915 – Azərbaycan Respublikasının Əməkdar artisti Əliheydər Ələkbərov anadan olmuşdur.
Yaradıcılığı, əsasən, Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960 – 1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib.
O, 1966-cı ildə Bolqarıstanın Şumen şəhərindəki Türk teatrında Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad” operettasına quruluş verib.
Əliheydər Ələkbərov “Milyonçunun dilənçi oğlu” musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov adına Dövlət Mükafatına layiq görülüb. 1967-ci ildə Filarmoniyada fəaliyyət göstərən “Gəlməli, görməli, gülməli” miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə əsərə quruluş verib.
1965-ci ildən Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib.
Əliheydər Ələkbərov 1975-ci il martın 3-də 59 yaşında vəfat edib.

1952— Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov Ağdam şəhərində anadan olmuşdur.
1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş və Ağdam Dəzgahqayırma zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.1991-ci ilin 15 noyabrında “Xalq cəbhəsi” batalyonunu yaratmışdır. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər.1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb. Asifin hərbi təhsili olmamasına baxmayaraq, O, 859 nömrəli batalyonun ilk komandiri olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında iştirak edib.
Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib.10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib.
24 iyun 1992-ci il Naxçıvanlı kəndində uğrunda gedən döyüşdə Asif ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla onin maşınını vurmuşlar. Asifin ağciyəri ciddi zədələnmiş, Uzun müddət müalicə olunmuşdur.
Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna girmişdi. O zaman ən uzun çıxışı o eləmişdi, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını diqqətə çatdırmışdı.
1993-cü il iyul ayının 23-də, təxminən axşam saat 5-də qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qaldılar. Həmin gün Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı. Vəziyyəti daha da pisləşdi.
1993-cü il 27 oktyabrda Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir və
1 iyul 1994-cü ildə əbədiyyətə qovuşdu.
1994-cü ildə Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilsə də, təltif olunan Asif bu addan imtina etdi.
Asifin cavabı isə çox qəti və məntiqli oldu:
” Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq. “
1998-ci ildə – Asifin ölümündən dörd il sonra prezident Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa etdi və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim etdi.

70
1955 — Kamança ifaçısı, Azərbaycanın Xalq artisti Ağacəbrayıl Abasəliyev Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına Musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq çalğı alətləri ansamblnı yaratmışdır.
Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər.
1974-cü ildə Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın eyni vaxtda Dirijorluq və Xalq musiqisi ifaçısı-solist ixtisaslarını bitirmişdir.
30 dekabr 2015-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.

1959 – Aşıq Məhərrəm Hüseynli Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub.
Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə
1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nümayəndə seçilmişdir. Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib.
Aşıqlıq fəaliyyəti ilə yanaşı, zəngin bədii və elmi-publisistik yaradıcılıqla məşğuldur. Aşıq üslubunda çoxsaylı şeirlərin, aşıqlar və aşıq sənəti haqqında mətbuatda dərc olunmuş 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. “Sultan bəy”, “Aşıq Hüseyn Bozalqanlıyla Aşıq Ələsgərin görüşü”, “Mirəli Ağa (Alı Dədə)”, “Kişi” və b. dastanların, həmçinin hekayələrin müəllifidir. Şəxsi arxivində aşıq sənətinin tədqiqi və yaşadılması üçün topladığı zəngin audio, video və yazı materialları var.

1984 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi , Azərbaycanın Əməkdar artisti Əyyub Ramiz oğlu Quliyev anadan olmuşdur. İ
lk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev daha sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedir. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir.
Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir.
Əyyub Quliyev 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
30 aprel 2014, 6 may 2015, 6 may 2016 və 1 may 2017-ci il tarixlərində Prezident Mükafatına layiq görülmüşdür.
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Vəfat etmişdir:

30
1995 — Görkəmli nasir, ədəbiyyatşünas alim, publisist, yazıçı, ssenarist, Azərbaycanın Xalq yazıçısı Şıxlınski İsmayıl Qəhrəman oğlunun (İsmayıl Şıxlı) vəfat etmişdir .
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur.
İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
ismayıl Şıxlı İctimai həyatda fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır


2013 — Şərqdə ilk opera yazan bəstəkar qadın, Xalq artisti Şəfiqə Axundova 89 yaşında Bakıda vəfat etmişdir.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
O, 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və s.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.