
Xoşbəxt işçi həm də effektiv işçi deməkdir
İş yerlərində normal iş şəraitinin, sağlam psixoloji mühitin olmasının zəruiliyini şərtləndirən səbəblər hansılardır
İş yerində sağlam psixoloji mühit və normal şərait, sadəcə, “xoş görüntü” deyil, həm işçi, həm də işəgötürən üçün vacib bir şərtdir. Çünki stressiz və rahat mühitdə çalışan fəhlə də, qulluqçu da diqqətini, könlünü tamam gördüyü işə cəmləyir, nəticədə, işin keyfiyyət də artır, məhsuldarlığı da. Belə mühitdə insanlar özlərini dəyərli hesab edir, kollektivi tərk etmək istəmirlər Nəticədə şirkəti yeni kadr axtarışı və təlim xərcləri ilə qarşılaşmır. Qəsdən bülletenə çıxma halları(simulyasiyaları) heçə enir.
Qorxu və təzyiqin olmadığı mühitdə işçilər təşəbbüs və yeni ideyalar sürməkdən çəkinmirlər. Səhv etmək qorxusunun olmaması inkişafı sürətləndirir.
Bir neçə il əvvəl saytların birində Amerikada Fasebook şirkətində çalışan azərbaycanlı xanım haqqında yazmışdılar. Aytəkin Əliyeva adlı xanımımız bizim jurnalistə müsahibə vermişdi. Sonda jurnalist ondan gələcək planları haqqında soruşanda Aytəkin xanım bilirsiniz nə deyib, deyib ki, mən işimi həddindən artıq sevirəm. Amerikada “happy friday” (xoşbəxt cümə) anlayışı var, iş həftəsi bitəndə insanlar sevinirlər. Amma məndə “happy Monday” (“Xoşbəxt bazar ertəsi”) üstündür. Çünki bilirəm ki, bazar ertəsi gələndə mən işə gedib xoşbəxt olacam. Çox sevinirəm ki, bazar ertəsi oldu.İbrətamizdir, deyilmi? Əgər kimsə özünü işinə görə xoşbəxt hesab edirsə, belə işçiləri müəssisələr də heç vaxt buraxmaq istəməz. Belə etimad görən, dəyərləndirilən işçilər, təbii ki, daha məsuliyyətli və innovativ olurlar.
Haşiyə: Əfsanəvi amerikalı sahibkar Tomas Con Uotson 1914-cü ildə qurduğu CTR (Hesablama-Cədvəlləmə-Qeyd) adlı kiçik şirkətin cəmi 235 işçisi vardı. Düzgün idarəetmə və liderlik peşəkarlığı sayəsində Uotson bu şirkəti dünya nəhəng olan Beynəlxalq Biznes Maşınlarına (IBM) çirkətinə çevirdi. Tomas 1956-cı ildə vəfat edəndə artıq bu şirkətdə 60 minə yaxın işçi çalışırdı. Uotson müvəffəq olduöu bütün nailyyətlərə işçilərin peşəkarlığına və təliminə böyük diqqət yetirərək nail ola bilmişdi. Adi bir nümunə. Böyük bir şirkətdə enerji təsərrüfatı üzrə baş mühəndisin yol verdiyi diqqətsizlik müəssisəyə küllü miqdarda ziyan vurur. Hadisədən sonra onu şirkət prezidentinin yanın Mühəndis anlayır ki, bu çağırış təsadüfi deyil. O, artıq qərarın verildiyini düşünür: işdən azad olunacaq. Elə buna görə də kabinetə gedərkən özü ilə bir ərizə də götürür – istefa ərizəsini.
Qapını döyüb içəri daxil olur.
Prezident sakit və diqqətli baxışlarla onu dinləyir. Mühəndis başını aşağı salaraq səhvini etiraf edir, vurduğu ziyanı qəbul edir və sonda ərizəni masanın üstünə qoyur.
Prezident kağıza baxır, sonra isə gözlənilməz bir söz deyir:
— Mən səni niyə işdən çıxarım?
Mühəndis çaşır.
Prezident davam edir:
— Biz artıq sənin təhsilinə böyük bir “məbləğ” xərcləmişik. Bu səhv sənə dərs oldu. İnanıram ki, sən bunu bir daha təkrarlamayacaqsan. İşinə davam et.
Bu sözlər mühəndisin həyatında dönüş nöqtəsinə çevrilir.
Bəzən səhv edən insanı cəzalandırmaq asandır. Çətin olan isə ona güvənmək, onu qorumaq və səhvini təcrübəyə çevirməyə imkan verməkdir. Çünki doğru nəticə çıxarılarsa, səhvlər ən dəyərli dərsdir. Hansı sahə olursa-olsun, əməyin düzgün təşkili, iş yerlərindəki sağlam psixoloji mühit, etimadlı işçi dəyərləndirilməsi effektiv işçi deməkdir, xoşbəxt işçi deməkdir.

Təhsil sahəsində də eynən belədir. Təhsil ictimai-iqtisadi, siyasi və mədəni inkişafımızın hərəkətverici qüvvəsidir, əsas komponentidir. Məhz təhsil cəmiyyətimizin intellektual potensialını artıraraq dövlət quruculuğu və mədəni intibahı şərtləndirən başlıca amilə çevrilir. Amma təhsil sisteminin müəyyən spesifik tərəfi də var, bu da ondan ibarətdir ki, burada söhbət təkcə işçidən (müəllimdən) deyil, həm də “məhsuldan” (şagirddən/tələbədən) gedir. Məktəbin “məhsulu” digər istehsalat sahələrinin məhsullarından fərqli olaraq gələcək cəmiyyətin bazisi olan İnsandır. Ona görə də təhsil müəssisələrində mövcud olan sağlam psixoloji mühitin özünəməxsus incəlikləri var. Məktəb təkcə bilik vemir, həm də xarakter formalaşdırır. Bu xarakter necə formalaşacaqsa, cəmiyyətində xarakteri ona əsaslanacaq.
Bu isə məktəblərimizdə təlimin ən müasir üsul və vasitələri ilə yanaşı, pedaqoji-psixoloji mühitin özünün keyfiyyətini yüksəltməyi tələb edir. Sağlam mühit şagirdlərin özünəinamlı, empatiya qura bilən fərdlər kimi yetişməsi üçün əsasdır. Bunun üçün şagird məktəbdə özünü təhlükəsiz hiss etməlidir. Belə hiss etməyəndə beynin “öyrənmə” mərkəzləri bloklanır.Yəni, qorxu olan yerdə real təhsil yoxdur. Bu, dərs verənlərin fəaliyyətində də belədir. Stressli, bu və ya digər səbəbdən problemlərlə baş-başa qalmış müəllim keyfiyyətli dərs keçə bilməz. Həmin problemlər həm onun özünün yenilənmə ruhunu öldürər, həm də biliyini şagrdə öyrətmə həvəsini.
Təhsil ocaqlarında psixoloji mühit zəif olanda həm müəllimlər arasında, həm də şagirdlər arasında “sıxışdırma” halları artır ki, bu da sistemin aşılanmasına səbəb olur.
Əgər ofisdə pis mühit “maddi itki”yə səbəb olursa, təhsildə pis mühit “itirilmiş nəsil” deməkdir. Odur ki, hər hansı bir məktəbdə nizam- intizam yüksək olacaqsa, müəllimlərdə də, şagirdlərdə də psixoloji rahatlıq yaranacaq, bu isə məqsədə çatmaq üçün gerçək keyfiyyət təminatıdır. Üstəlik, əgər bir təhsil müəssisəsində nizam-intizam bütün şəffaflılığı və ədalətliliyi ilə bərqərar olunubsa, bu, psixoloji rahatlıq yaradır. Həm də bu zaman artıq hər kəs nəyi edib-etməyəcəyini, hüquq və vəzifələrini mükəmməl bilir və şüurlu olaraq da əməl edir. Artıq insan özünü tam olaraq güvəndə hiss edir. Rəhbərlik tərəfindən dəyər görən müəllim öz işinə daha yaradıcı yanaşır. Bu da təhsilin metodikasını müasirləşdirir.

Amma bir mühitdə ki zərrə qədər də olsa, cəza, nəzarət qorxusu simptomları baş qaldıracaqsa, bu, avtoritarizmə gətirib çıxaracaq, nəinki işlər öz axarıca gedəcək, belə mühitdə, əksinə, gərginlik gözləniləndir. Belə mühitdə insanlar qaydalara ürəkdən deyil, sadəcə, problem yaşamamaq üçün tabe olurlar.
Təhsildə ən ideal model “nizamlı azadlıq” hesab olunur. Yəni, elə bir intizam ki, bu intizam ümumi idarəetmə prinsipləri kimi təyin olusa da, müəllimlərin mənafeyinə tam uyğundur. Bu nizamlama müəllimlərin təşəbbüslərini boğmur, əksinə, onun inkişafı üçün stimul yaradır.
Belə bir mühitdə intizam və psixoloji rahatlıq bir-birini inkar etmir, əksinə tamamlayır. Buisə ancaq o zaman mümkün olur ki, hədəflər və hədəflərə gedən yol aydın olur, idarəetmə demokratik olur, elmi olur. Bir köynəyin, fərqi yoxdur aşağıdan , ya yuxarıdan başlanılsın, 1-ci düyməsini səhv bağlayanda qalan bütün düymələr də səhv bağlanır.
Bəs bizdə necədir? Azərbaycanda son illərdə vüsət alan məktəb, bağça tikintisi, bu müəssisələrin maddi-teniki təchizatı inkişafımızın tempinə uyğundur. Amma təhsildə əsas sima olan MÜƏLLİM özü diqqətdən kənar qalıb. Kadr hazırlığından başlamış təqaüd yaşına qədər müəllim maneələr aşmalıdır. Sovet dövründə dövlət öz məzununa təyinat verirdi, müəyyən güzəştlər edirdi, Komsomol, həmkarlar təşkilatları , partiya və sovet orqanlarına vəzifələrə irəli çəkilənlər arasında müəllim kadrlar üstünlük təşkil edirdi. İndi ali məktəblar məzunlarını təhsillərini başa vuran kimi, onlara “vida” edir. Məzun böyük coşğunluqla həyata atılır, amma iş tapa bilmir. Məcbur olub başqa sahəyə üz tutur, çoxsu da geri qayıtmır. Yaxud da qayıtmaq istəsə, gərək işə düzəlmək üçün yenidən imtahan versin. Əgər öz hazırladıqları müəllim kadrlarına güvənsizlik varsa, ali məktəblər Elm və Təhsil Nazirliyinin öz strukturu deyilmi, diqqətlərini məhz bu sahəyə yönəltsinlər, keyfiyyətli kadr hazırlasınlar, onları işlə təminetsinlər, birziyalını ziyalı kmi saxlayacaq məvacib təyin etsinlər. Yalnız bu halda işçinin işə yararlılıq keyfiyyət ölçülsə və dəyərləndirilsə hüquqi hesab edilə bilər. Yoxsa bir yandan dinc üsullarla (iş qəbul imtahanları, siaqnostika, sertifikasiya, yaş həddi) müəllimlərin əlini işdən soyudurlar, digər tərəfdən qeyri-pedaqoji təhsilliləri işə dəvət edirlər, rəhbər vəzifələ irəli çəkirlər. Ömründə bircə saat dərs deməmiş, gündəlik yazmamış bir qeyri-pedaqoji ixtisaslı məmur 30-35 ilin müəlliminyoı göstərsin, onun fəaliyyətini incələsin. Belə münasibətlər psixoloji amil kimimüəllim fəaliyyətinə, ümumilikdə pedaqoji fəaliyyətə mənfi mənada təsirsiz ötüşmür.
Bir neçə gün əvvəl mətbu vasitələrdə 60-a yaxın qeyri-pedaqoji ixtisasların siyahısını vermişdilər ki, bunlar müəllim işləmək üçün müsabiqəyə dəvət olunur. Fundamental pedaqoji təhsili olmayan və buna qədər digər sahələrdə müəyyən qaydalara,şəraitə uyğunlaşmış bir mütəxəssisin ali pedaqoji təhsillilər kimi təlim-tərbiyə işinə yararlı olacağına inanırsınız, mən inanmıram.

Azərbaycan Texniki Universiteti məzununun fizikadan, Kənd Təsərrüfatı Akademiyası məzununun kimyadan yetərli biliyi ola bilər, amma onlar alipedaqoji təhsil müəssisələrinin , kimya və fizika müəllimi kimi uğurlu ola bilməz. Ali Pedaqoji təhsii olanları yaş həddi ilə çıxdaş edib sonra bu cür qeyri-pedaqoji ixtisaslıları məktəblərə doldurmaq məktəblərin təməl vəzifələrinə ziddir. Test imtahanları tətbiq olunana qədər müəllimlik ixtisaslarına ancaq illərlə ürəklərində bu istəyi, xəyalları bəsləyən adamlar sənəd verirdi. Bu şəxslər həm də bu illər ərzində zahirən də, daxilən də müəllimlik peşəsinə adaptasiya olunurdular.

Davamı var… (Əvvəli: https://anaveushaq.com/2026/04/23/m%c9%99kt%c9%99bd%c9%99-insidentl%c9%99r-gunah-kimd%c9%99dir/ )

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.