Təbiətin boya palitrası

Maraqlı məlumatlar

Təbiətin Çinə bəxş etdiyi möcüzələrdən biri olan “Göy qurşağı” dağlarıdır. 80 milyon ildir bu dağlar Çinə heyrət qazandırıü, baxmayaraq, hələ də milyonlarla insan belə gözəlliyin varlığından xəbərsizdir.

Dünyanın geoloji möcüzəsi olan “Göy qurşağı” dağları Çinin “Zhangye Danxia Geoloji” adlanan parkın sərhədləri daxilində yerləşir. Dağları dünyada məşhur edən xüsusiyyət onların üstündəki rənglərin göy qurşağı rənglərində olmasındadır. Bəs belə qeyri-adi mənzərəyə səbəb nədir?

Təbii ki, dağa rəng verən, əslində, onun sinəsindəki minerallardır… Yerdə olan qırmızı, yaşıl, sarı və mavi minerallar da dağları göy qurşağı rənginə boyamışdır.

Ölkənin şimal-qərbindəki Qansu əyalətində 520 milyon kvadratmetrdən (520 kvadrat kilometr) çox ərazini əhatə edən Zhangye Danxia Milli Parkı 2009-cu ildən YUNESKO-nun Dünya Mədəni İrs siyahısındadır. Bu siyahıya daxil olduğu üçün hər il buraya saysız-hesabsız yerli və xarici turistlər gəlir.

Göy qurşağı” dağları necə yaranıb?

Dağlar mezozoyun gec dövrünə aid qumdaşı və alevli daşlardan, hətta Himalaylardan da qədim formasiyalardan ibarətdir. Qum və lil dəmir və iz mineralları ilə birlikdə çöküntüsü zamanı indiki göy qurşağı dalğaları meydana çıxmışdır. Lakin formasiya dağ formasını 55 milyon il əvvəl Avrasiya təbəqəsinin toqquşması nəticəsində hind təbəqəsinin sıxılmasına borcludur. Bu proseslə normal olaraq səthdə qalacaq olan torpaq yüksələrək dağları əmələ gətirmişdir.

Xoşbəxtlikdən sizin təbiətin bu möcüzələrini görmək üçün Çinin şimal-qərbinə qədər getməyə ehtiyac olmayacaq. “Imagine China” tərəfindən “Zhangye Danxia”dan çəkilmiş ən gözəl kadrları sizinlə paylaşırıq. Amma gələcəkdə əsl könül həmdəminizlə burada şəxsən olmanızı da arzu edərdik. 

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı